Azərbaycan Dövlət İqtisad Universiteti (unec) “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının dosenti


cəmiyyətin sosial inkişafının konsepsiyasının və strateji sosial siyasətin  hazırlanması;  ➢



Yüklə 447,58 Kb.
Pdf görüntüsü
səhifə7/8
tarix18.03.2023
ölçüsü447,58 Kb.
#88666
1   2   3   4   5   6   7   8
UNEC 1677342966.docx

 
cəmiyyətin sosial inkişafının konsepsiyasının və strateji sosial siyasətin 
hazırlanması; 

 
çoxukladlı iqtisadiyyatın sosial cəhətdən əsaslandırılmış zəminlərin 
yaradılması;

 
müvafiq maliyyə və maddi təminatı ilə, sosial proqramların prioritetlərinin 
müəyyənləşdirilməsi; 

 
sosial siyasətin və sosial proqramların ideoloji və informasiya təminatı; 

 
sosial problemlərin həlli ilə məşğul olan dövlətin sosial idarələrinin ictimai 
və dini təşkilatlarla, siyasi partiyalarla əməkdaşlığını əhatə edən sosial 
idarəetmə sisteminin həm mərkəzi, həm də regional səviyyədə 
formalaşdırılması;

 
dövlətin sosial vəzifələri toplumunun sistemli hüquqi təminatı. 
Sosial siyasət dövlət siyasətinin bərabər hüquqlu və sərbəst bir hissəsi kimi 
çıxış edir. Eyni zamanda, sosial siyasət, sosial bazar iqtisadiyyatının komponentinə 
çevrilir, çünki, həyata keçirilən iqtisadi siyasət, bununla yanaşı ən yaxşı sosial 
siyasətdir. Sosial dövlət anlayışının belə qavranması nəticəsində, sosial gərginliyin 
qarşısının alınmasının zəmini yaradılır, gərginlik azaldıqda isə - ictimai 
strukturların stabilləşməsi baş verir. 
Sosial sferada və sosial siyasətdə islahatların aparılması, onların ciddi hüquqi 
təminatının mövcudluğunu nəzərdə tutur. İcimai münasibətlərin tənzimlənməsi 
hüququn əsas funksiyalarından biridir. Hüququn hər bir sahəsi, müəyyən ictimai 
münasibətlər dairəsini tənzimləyir. Sosial hüquq normalarının köməyi ilə sosial 
sferanın və insanların sosial müdafiəsinin hüquqi tənzimlənməsi həyata keçirilir. 
Sosial sferada islahatların aparılması, sosial hüquqa istinad edən və bu sferanın 
inkişafının konseptual istiqamətlərini həyata keçirən, inkişaf etmiş qanunvericilik 
bazasının yaradılmasını tələb edir. Bu baza, istehlakçıların azad seçimini, 


13 
xidmətlərin müvafiq keyfiyyətini və onlara mali olmaq imkanlarını, səmərəli 
təşkilini, sosial sferanın bütün fəaliyyət sahələrini inhisarlaşdırmaq ideyasından 
dövlətin imtina etməsini təmin etməlidir. Sosial sferanın milli hüquqi bazasının 
formalaşdırılmasında, zamanın süzgəcindən keçmiş beynəlxalq normaların əsas 
müddəaları da nəzərə alınmalıdır. İnsan hüquqları sahəsində hamı tərəfindən qəbul 
edilmiş beynəlxalq norma və standartlar, İnsan hüquqları Ümumi 
Bəyannaməsində, Beynəlxalq vətəndaş və siyasi hüquqlar Paktında, Beynəlxalq 
iqtisadi, sosial və mədəni hüquqlar Paktında, Qadınlara münasibətdə bütün ayrı-
seçkilik formalarının aradan qaldırılması Konvensiyasında, Uşaq hüquqları 
Konvensiyasında və Uşaqların sağ qalmasını, müdafiəsini və inkişafını təmin edən 
Ümumdünya Bəyannaməsində, İnsan hüquqları üzrə ümumdünya Konfransında 
(Vyana 1993-cü il) qəbul edilmiş Vyana Bəyannaməsində və Fəaliyyət 
proqramında, Əlillərə bərabər imkanların yaradılmasının Standart Qaydalarında, 
Qocalıq problemlərinə dair Beynəlxalq Fəaliyyət Planında və bir sıra digər 
sənədlərdə şərh edilmişdir. Məhz bu beynəlxalq sənədlər, keçid iqtisadiyyatlı 
ölkələrdə 
sosial sferanın milli hüquqi rejiminin yaradılmasının və 
təkmilləşdirilməsinin əsasını təşkil edir. 
Sosial hüquqların tənzimlənməsinin əsas aspektləri, qəbul edilmiş və qəbul 
edilməyə hazır olan Vətəndaşların sağlamlığının mühafizəsinə dair Azərbaycan 
Respublikasının qanunvericiliyi Əsaslarında, Azərbaycan Respublikasının Əmək 
Məcəlləsində, Nigah və ailə Məcəlləsində, "Təhsil haqqında", "Əhalinin 
məşğulluğu haqqında", "Əmək pensiyaları haqqında", "Yaşayış minimumu 
haqqında", "Sosial sığorta haqqında", "Ünvanlı dövlət sosial yardımı haqqında", 
"Qaçqın və məcburi köçkünlərin statusu haqqında" və bir sıra digər qanunlarda 
təsbit edilmişdir. Bununla yanaşı, yalnız sosial sferanın iri sahələrinin fəaliyyətini 
tənzimləyən 
qlobal aktlar deyil, eyni zamanda, sferanın fəaliyyətini 
reqlamentləşdirən xüsusi qanunlar və ya qanuna əlavə aktlar da lazımdır. Milli 
Məclisdə sosial siyasət daimi komissiyası yaradılmışdır ki, sosial siyasət daimi 
komissiyası dövlətin sosial siyasətinin formalaşdırılması və həyata keçirilməsinə 


14 
dair qanun və qərar layihələri üzrə aparıcı daimi komissiyadır. Sosial siyasət daimi 
komissiyası: 
sosial inkişaf, əmək, məşğulluq, insanların, xüsusilə qaçqın və məcburi 
köçkünlərin sosial problemləri, ailə, qadın və uşaq məsələləri, gənclər, 
bədən tərbiyəsi və idman, turizm, səhiyyə, sanitariya, sosial təminat və 
sığorta sahələri üzrə, sağlamlığın mühafizəsi sahəsində dövlət siyasətinin 
formalaşdırılmasına aid qanun layihələrini hazırlayır və ya təqdim olunmuş 
qanun layihələrinə dair rəy verir;
Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası 
Milli Məclisi sədrinin tapşırığı ilə qanun və qərar layihələrində sosial 
müdafiə məsələlərinə dair rəy verir. 

Yüklə 447,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin