Azərbaycan Dövlət İqtisad Universiteti (unec) “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının dosenti



Yüklə 447,58 Kb.
Pdf görüntüsü
səhifə1/8
tarix18.03.2023
ölçüsü447,58 Kb.
#88666
  1   2   3   4   5   6   7   8
UNEC 1677342966.docx




Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 
“İctimai idarəetmə və sosial innovasiyalar”
kafedrasının dosenti
i.e.n B.C.Sadıqov
bulud.sadiqov@mail.ru

FƏNN: «SOSİAL SAHƏLƏRİN İQTİSADİYYATI»  
PLAN:
1.Dövlətin sosial siyasəti, onun mahiyyəti və vəzifələri 
Sosial siyasət dövlətin 
cəmiyyətdə sosial sahənin idarə edilməsi ilə bağlı fəaliyyəti olub, kütlələrin əmək 
və ictimai-siyasi fəaliyyətinin səmərələşdirilməsi ilə bağlıdır. 
Sosial sferada 
aparılan islahatlar sosial siyasət zəminində qurulur və ərsəyə yetir. 
Sosial siyasət 
dedikdə ictimai rifah, insanların maddi, sosial və intellektual tələbatının 
ödənilməsi, insan ləyaqətinə hörmətin formalaşdırılması və cəmiyyətdə sosial 
sabitlik və sosial sülhün bərqərar olması ilə bilavasitə bağlı olan siyasət başa 
düşülür. Sosial siyasət sosial sferada mövcud olan sosial münasibətlərin 
tənzimlənməsi, sosial şəraitin yaxşılaşdırılması, bu sahədəki əlaqələrin
təkmilləşdirilməsi istiqamətində fəaliyyəti əhatə edir. Bu siyasət dövlətin, onun 
institutlarının, yerli özünüidarə orqanlarının, mülkiyyət ormasından və növündən 
asılı olmayaraq bütün yerli və xarici hüquqi şəxslərin, onların birlik və 
assosiyalarının, yerli və xarici ictimai fondların, ictimai və dini birliklərin, 
vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin cəmiyyətin sosial 



sferasının inkişafı və idarə olunması ilə bağlı fəaliyyətinin tam kompleksini özündə 
birləşdirir.
Sosial siyasət, anlayış olaraq XIX əsrin ikinci yarısında Almaniyada ortaya 
çıxıb. İlk dəfə sadəcə fəhlə və kapitalist sinfi arasındakı mənfəət qarşıdurmasını 
nizamlamaq üçün dövlətin gördüyü tədbirləri nəzərdə tutan bu anlayış, daha sonra 
inkişaf edərək geniş mənada işlədildi. Bütün sosial sinif və qruplar üçün dövlətin 
gördüyü tədbirlər bütününü əhatə etdi. Sosial siyasət müasir mənada: cəmiyyətdəki 
bütün sosial sinif və qrupların sosial müdafiə, sağlamlıq, təhsil, məşğulluq və.s 
kimi problemlərini həll etməyə istiqamətlənmiş, qruplar və siniflər arasında 
yaranan mübarizə və münaqişələri sosial ədalət prinsiplərinə görə həll etməyə 
çalışan və cəmiyyətin sosial rifahı üçün həyata keçirilən bütün tədbirlərin cəmidir. 
Bu anlayış hazırki mənanı alana qədər uzun bir tarixi inkişaf mərhələsi keçib. Bu 
mərhələlərdə dövlətlər öz funkisiyalarını dəyişdikləri kimi sosial siyasətin də 
mənasını dəyişdirib və onu daha da genişləndiriblər.
Sosial siyasət cəmiyyətdə meydana çıxan və meydana çıxa biləcək sosial 
tələblərin öyrənilməsi, təhlili və nəzərə alınması əsasında formalaşır. 
Müasir dövrdə sosial siyasətin əsas göstəriciləri aşağıdakılar hesab edilir: 
- əhalinin sabit məşğulluğu üçün şəraitin yaradılması, kütləvi və durğun işsizlik 
meyilləri ilə mübarizə; 
- ehtiyacı olan təbəqələrin sosial müdafiə sisteminin möhkəmləndirilməsi və 
təkmilləşdirilməsi; 
- müxtəlif peşə və sosial qruplar arasında sosial uçurumun dəf edilməsinə 
yönələn gəlirlərin tənzimlənməsi siyasəti
Hazırda öz xalqına yüksək rifah şəraiti yaratmış bir çox Avropa dövləti sosial 
dövlət sisteminə üstünlük verir və sosial siyasət mexanizmlərindən istifadə edərək 
cəmiyyətin rifahını yüksəltməyə çalışır. Sosial siyasət cəmiyyətdəki sosial 
prosesləri nizamlamaq üçün dövlətin əlində olan əsas vasitələrdən biridir. 
Dövlətin sosial siyasətində əsas məqsəd
ümumi həyat səviyyəsini 
yüksəltməklə yanaşı müxtəlif əhali qrupları arasında mövcud olan fərqi 
azaltmaqdan ibarətdir. Adamların sosial tələblərinin və maraqlarının ödənilməsi 



üçün şərait yaratmaq, ayri-ayrı vətəndaşlara, qruplara sosial yardım göstərmək, 
onların sosial müdafiəsini, korreksiya və reabilitasiyasını təşkil etməkdir. Bir sözlə 
əhalinin sosial müdafiəsinin layiqincə təminatına şəraitin yaradılmasıdır. 
Sosial siyasətin vəzifələri dedikdə, 
dövlətin həll etməli olduğu əsas məsələlər 
nəzərdə tutulur. Yəni, adamların həyat səviyyəsini və əmək şəraitini 
yaxşılaşdırmaq; bazar münasibətlərinə uyğun gələn yeni sosial-sinfi quruluşu 
formalaşdırmaq; sosial ədalət və müdafiəni həyata keçirmək; millətlərarası və 
etnoslararası münasibətləri tənzimləmək; ölkədə demokratik və ekoloji şəraiti 
normallaşdırmaq. Sosial siyasətin əsas vəzifələrini aşağıdakı kimi təsnif etmək 
olar: 

Yüklə 447,58 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin