Azərbaycan Dövlət İqtisad Universiteti (unec) “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının dosenti


Dünya ölkələri arasında sosial siyasətin modelləri



Yüklə 447,58 Kb.
Pdf görüntüsü
səhifə5/8
tarix18.03.2023
ölçüsü447,58 Kb.
#88666
1   2   3   4   5   6   7   8
UNEC 1677342966.docx

3.Dünya ölkələri arasında sosial siyasətin modelləri.
Mövcud iqtisadi 
ədəbiyyatlarda və təcrübədə sosial imkanlarına görə əhali 4 qrupa bölünür: 1) 
yoxsul; 2) kasıb; 3) orta; 4) tam təmin edilmiş. Ölkənin milli təhlükəsizliyinin 
təmin edilməsində əsas göstəricilərdən biri yoxsulluğun səviyyəsinin beynəlxalq 
təcrübədə onun müəyyənləşmiş həddən yuxarı olmamasına nail olmaqdan 
ibarətdir. Yuxarıda qeyd olunan hər göstərilən qruplar üzrə dövlətin xüsusi sosial 
tədbirləri hazırlanır və həyata keçirilir. Sosial problemləri mümkün qədər ədalətli 



həll etmək üçün dövlət, ilk növbədə, aşağıdakı vəzifələri müəyyənləşdirərək həyata 
keçirir:
1) Hər sosial qrupa aid olan əhalinin sayını;
2) Əhalinin demoqrafiya v ə miqrasiyasına nəzarəti həyata keçirir; 
3) Sosial infrastruktur sahələrini inkişaf etdirir;
4) Sosial xidmət sahələrində ödənişsiz limitləri təyin edir;
5) Minimal sosial standartların səviyyələrinə, sosial normalara mütəmadi 
olaraq yenidən baxır;
6) İşsizlik, uşaq ölümü, mənzil çatışmazlığı, səhiyyə və təhsildə olan 
problemləri həll etmək üçün dövlət proqramlarını işləyib hazırlayaraq reallaşdırır;
7) Sosial ödəmələrin, müavinətlərin, kompensasiyaların məbləğlərinə nəzarət 
etməklə onların ünvanlı olmasına çalışır;
8) Sosial siyasəti reallaşdırmaq və ona n əzar əti təşkil etm ək üçün dövl ət 
orqanlarını yaradır v ə s;
Dünya təcrübəsində 5 sosial siyasət modeli mövcuddur:
1.Poternalist siyasət modeli: 
Bu model keçmiş SSRİ-də tətbiq edilən model 
olmaqla müsbət və mənfi xüsusiyyətlərə malik olmuşdur. Müsbət xüsusiyyətlərinə 
aid edilir: Dövlət vətəndaşların hərtərəfli sosial iqtisadi vəziyyətinə görə 
məsuliyyəti öz üzərinə götürür; əhali üçün zəruri olan əmtəə və xidmətlərin istehsal 
və bölgüsünü özü həyata keçirir; sosial sabitliyə nail olmağa çalışır. Mənfi 
xüsusiyyətlərinə aid edilir: İqtisadi səmərəliliyin aşağı olması nəticəsində bütün 
vətəndaşların yüksək sosial rifahına nail olmaq mümkün olmur; əsas əhali kütləsi 
üçün sosial sərvətlərin limiti müəyyənləşdirilir. 
Poternalist sosial siyasət həm inzibati, həm də iqtisadi metodlarla 
reallaşdırılır.
2) Sosial siyasətin İsveç modeli və ya Skandinaviya modeli:
İsveç, Norveç, 
Finlandiya, İslandiya və Danimarka kimi Şimali Avropa ölkələrində tətbiq olunan 
oxşar əmək qüvvəsi, təhsil və sosial siyasətlərlə xarakterizə olunan sosial-iqtisadi 
model. Bu model siyasi anlayış olaraq, bu ölkələrdəki sosial dövlətin əsasını təşkil 
edir. Modelin müsbət cəhətlərinə dövlətin sosial sfera sahələrinin yüksək 



səviyyədə tənzimlənməsi, sosial problemlərin həllində dövlət məsuliyyətinin 
yüksək olması, ümumən, əhalinin güclü sosial müdafiə ilə əhatə olması aid edilə 
bilər. Mənfi cəhətlərinə isə sosial sfera sahəsində mərkəzləşmənin yüksək olması 
nəticəsində iştirakçılar üçün seçim azadlığında müəyyən məhdudiyyətlərin olması, 
yüksək vergiqoymanı göstərmək olar. 
3) Sosial rifahın dövlət modeli: 
Tipik bazar iqtisadiyyatı modeli olmaqla 
dövlətin vətəndaşlarının sosial sabitlik şəraitində yaşamasını öz üzərinə götürməsi 
və çoxlu sayda sosial xidmətlərin mövcudluğu modelin müsbət cəhətləridir. Mənfi 
cəhət kimi xərclərin yüksək olması, minimal standartların ölkə üzrə orta 
göstəricilərə yaxınlaşdırılması çıxış edir.
4) Sosial istiqamətlənmiş bazar təsərrüfatı modeli. 
Bazar rəqabəti 
prinsiplərinə və şəxsiyyətin formalaşdırılaraq inkişafına istiqamətlənən bu model 
vətəndaşların dövlət tərəfindən yüksək səviyyədə sosial müdafiəsini əks etdirir. 
Dövlət sosial siyasətini hüquqi təminat, vergi siyasətini sərvətlərin yenidən 
bölgüsü vasitəsilə reallaşdırır. Dövlət tərəfindən çoxlu sayda amortizasiyalardan 
istifadə olunur ki, bu da əhalinin kasıblıq səviyyəsindən aşağı düşməsinə imkan 
vermir. Mənfi cəhət kimi dövlətin öz üzərinə hədd ən artıq yükün götürməsi çıxış 
edir ki, bu da dövlətin vətəndaşlarının özləri həll edə biləcəyi problemi öz üzərinə 
götürməsində öz əksini tapır.
5) Bazar sosial modeli: 
Onun əsas prinsipi sosial sferanın tənzimlənməsində 
birbaşa metodlara nisbətən iqtisadi metodlara üstünlük verilməsi olmasıdır. Əsasən 
sosial sfera sahələrinin dövlətsizləşdirilməsi, dövlətin dotasiya və subsidialarının 
minimuma çatdırılması onun xarakterik cəhətlərindəndir. 

Yüklə 447,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin