AZƏrbaycan d L və n tq məDƏn yy


Sual 42. Qədim Roma natiqlik m



Yüklə 470,19 Kb.
Pdf görüntüsü
səhifə7/7
tarix21.04.2017
ölçüsü470,19 Kb.
#14974
1   2   3   4   5   6   7

Sual 42. Qədim Roma natiqlik məktəbi haqqında yazın. 

Roma natiqlik məktəbi yunan natiqlik məktəbinə nisbətən daha azad və demokratik 

idi.  Romada  Katon,  Antoni  Mark,  Qay  Qrakx  və  başqa  natiqlər  bu  məktəbin 

nümayəndələridir. Tədqiqatçılar bu natiqlərin əsərlərini araşdırarkən bəlli olub ki, bəzi 

natiqlərin əsərləri tam şəkildə, bəzilərinin isə yaradıcılığından kiçik, cüzi bir hissə miras 

qalmışdır.  Roma  natiqlik  sənətinin  ən  görkəmli  nümayəndəsi  Mark  Tülli  Siseron 

olmuşdur. Elm aləmində 105 nitqinin olması haqqında məlumat verilən, lakin onlardan 

58-nin  bizə gəlib  çatması  faktı onun haqqında söz deməyə  əsas  verir.  M.T.Siseron ilk 

nitqini 27 yaşında olarkən söyləmişdir. Onun yazdığı “Natiqlik haqqında”, “Brut, yaxud 

məşhur  natiqlər”,  “Natiq”  və  s.  əsərləri  natiqlik  sənəti  haqqında  yazılmış  şahanə 

ə

sərlərdir.  Roma  imperatorluğu  natiqlik  sənətinin  süquta  uğramasına  səbəb  oldu.  Bu 



durğunluq    XVIII  əsrə qədər davam  etmişdir.  Roma  natiqlik məktəbinin  dirçəlişi XIX 

ə

srin əvvəllərinə təsadüf edir. 



Sual 43. Yunan natiqlik məktəbi barədə yazın. 

Yunan  natiqlik  məktəbinin  məşhur  simalarından  biri  Demosfendir.  Demosfen 

bütün nitqlərində giriş, əsas hissə, nəticədən istifadə etmişdir. Elm aləminə Demosfenin 

61 nitqi, 56 çıxışı və 6 məktubu məlumdur. Ümumiyyətlə, yunan natiqlik məktəbinin bir 

çox  nümayəndələrindən  sey,  sokrat,  Lisi,  Antifont  və  başqalarının  əsərləri  həmişə 

böyük  maraq  doğurub.  Bu  məktəbin  digər  məşhur  nümayəndəsi  Aristoteldir.  Onun 

ə

sərləri içərisində ən məşhuru “Ritorika”dır. Aristoteldən başqa, Tisi, Koraks, Siseron, 



Kvintillian  da  natiqlik  sənərinə  dair  əsərlər  yazmışlar.  Aristotelin  yazdığı  “Ritorika” 

36 

 

digərlərindən onunla fərqlənir ki, bu əsərdə ilk dəfə olaraq dil, üslub, nitq haqqında yeni 



fikirlər söylənilib. 

Natiqlik sənətini yüksəklərə qaldırmış, natiqlik məktəbi yaratmış Demosfen neçə-

neçə natiqlərin yetişməsinə köməklik göstərmişdir. Hətta bir çox natiqlər, müəllimlər öz 

nitqlərini  Demosfenin  təsiri  ilə  qurmuşdular.  Təsadüfi  deyil  ki,  vaxtı  ilə  M.P.Siseron 

«Kim Demosfen kimi olmaq istəmirsə, o, natiq deyil» fikrini irəli sürmüşdür. 

Demosfen  bu  şan-şöhrətə  birdən-birə  gəlib  çatmamışdı.  Bu,  uzun  illərin,  gərgin 

zəhmətin,  mübarizə  və  mətin  iradənin  hesabına  başa  gəlmişdi.  Həyata  fiziki  cəhətdən 

qüsurlu  gələn  Demosfen  (o,  çox  əsəbiymiş,  «r»  səsini  düzgün  tələffüz  edə  bilmirmiş, 

danışan  zaman  çiynini  çəkirmiş  və  s.),  ilk  növbədə,  bu  qüsurları  aradan  qaldırır.  O, 

dəniz  qırağına  gedir,  ağzına  xırda  daşlar  alıb,  gur  səslə  nitq  söyləyir.  Çox  çəkmir  ki, 

onun  nisbətən  yekə  dili  normal  hala  düşür  və  pəltəkliyi  aradan  qalxır.  Sonra  özündən 

hündür  olan  yerdə  qılınc  asır  və  çiyni  üzərində  saxlayır.  Çiynini  atdığı  zaman  qılınca 

toxunur. Qılıncın verdiyi ağrı hesabına bu qüsurunu da aradan qaldırır. Nəhayət, dostu 

Satirin  məsləhəti  ilə  səs  tembrindən,  intonasiyadan  düzgün  istifadə  Demosfenə  uğur 

gətirir.  Əvvəllər  qışqıra-qışqıra  danışıb  özünü  yoran,  hətta  nitqi  yarımçıq  qalan, 

istehzalara,  lağlağı  gülüşlərə  məruz  qalan  Demosfen  inadkarlığı  sayəsində  gözəl  bir 

natiqə  çevrilir.  lk  qələbəsini  qohumları  üzərində  qazanan  Demosfen  beş  dəfə  nitq 

söyləyir. Bu zaman ona məşhur loqoqraf  sey yaxından köməklik göstərir. Atasının var-

dövlətinə sahib çıxmış bu adamlarla mübarizə aparan Demosfen ədaləti bərpa edir. Var-

dövləti geri qaytara bilməsə də, ədalətsiz qəyyumluq edən bu adamları məğlub edir. Elə 

həmin vaxtdan da natiqlik sənətinə dərindən bələd olmağa çalışır. Ömrünün qırx iki ilini 

bu  sənətə  həsr  edir.  Böyük  nailiyyətlər  əldə  edir.  Natiqliyin  tələblərindən  irəli  gələn 

prinsipləri əsas götürən Demosfen onlara ciddi əməl edirdi. Bu tələblər aşağıdakılardır: 

1) Materialın toplanması; 

2) Məzmun və formaya uyğun plan tərtib edilməsi; 

3) Ardıcıllığın gözlənilməsi; 

4) Üslubi çalarların işlənməsi; 

5)  Nitqdə  intonasiyadan,  orfoepiyadan,  səs  tembrlərindən  düzgün  istifadə 

olunması. 

Demosfen  bütün  nitqlərində  giriş,  əsas  hissə,  nəticədən  istifadə  etmiş  və  nitqini 

hissələrə bolmüşdür. 

 

Sual 44.  Azərbaycan natiqlik sənəti haqqinda nə bilirsiniz? 

Azərbaycan  natiqlik  sənəti  uzun  bir  yol  keçərək  günümüzə  gəlib  çatmışdır. 

Məlumdur  ki,  dil  varsa,  ünsiyyət  varsa,  deməli,  nitq  də  var.  Lakin  nitq  hələ  natiqlik 

deyil.  Ona  görə  fikrimizi  əsaslandırmaq  üçün  əlimizdə  tutarlı  mənbə  canlı,  emosional 

yaradıcılıq  olan  şifahi  xalq  ədəbiyyatıdır.  Şifahi  xalq  ədəbiyyatının  müxtəlif  janr 

xüsusiyyətləri  var.  Bu  növlərdə  nitq,  natiqlik  sənəti  haqqında  deyilən  atalar  sözləri, 

kəlamlar,  zərbi-məsəllər  diqqətimizi  cəlb  edir.  Məsələn,  «Söz  yarası  qılınc  yarasından 

betər  olar»,  «Sözün  doğrusu  zəhərdən  acı  olar»,  «Söz  qanadlı  quşdur»,  «Söz  sözü 

çəkər», «Sözün düzü», «Söz insanın zinətidir», «Nə qədər ki, söz ağzından çıxmayıb, o 

sənin qulundur, söz ağzından çıxandan sonra sən onun qulusan», «Söz baldan şirindir», 

«Düz  söz  zəhərdən  acı  olar»,  «Söz  qılıncdan  pis  kəsər»,  «Söz  yarası,  gor  yarası», 



37 

 

«Sözünü  bilməyən,  qədrini  bilməz»,  «Danışmaq  gümüşdürsə,  susmaq  qızıldır»  və  s. 



misallardan  göründüyü  kimi,  belə  kəlamlar  insanların  dil  qabiliyyətlərinin 

yüksəlməsinə, fikrin təsirliliyinə müəyyən qədər xidmət edir. Şifahi xalq ədəbiyyatının 

bütün növlərində söz haqqında, sözün ecazkar qüvvəsi haqqında müəyyən fikirlərə rast 

gəlirik.  Şübhəsiz  ki,  bu  da  nitqin  təsir  qüvvəsini  artırır.  Apardığımız  tədqiqatın 

nəticəsini əsas götürərək belə bir qənaətə gəlirik ki, nitq uzun əsrlərin məhsulu olduğu 

üçün  natiqlik  sənəti  də  birdən-birə  yaranmamışdır.  Bəzi  alimlər  bu  sənətin 

yaranmasında  tək-tək  şəxsiyyətlərin    rolunu  yüksəldib,  natiqliyi  onların  adı  ilə 

bağlamağa  çalışırlar.  Əslində  bu  sənət  var,  sadəcə  olaraq,  onu  bir  çərçivəyə,  qəlibə 

salıb,  müstəqil  elm  kimi  təbliğ  etmək  lazımdır.  Şifahi  xalq  ədəbiyyatının  formalaşdığı 

gündən bu günümüzə qədər nitq mədəniyyəti inkişaf etmiş və etməkdədir. Söz sənətinin 

inkişaf  etdirilməsi  isə  şübhəsiz  ki,  bu  sahədə  çalışan  aşıqların,  şairlərin,  yazıçıların, 

dilçilərin,  ədəbiyyatçıların,  aktyorların,  müəllimlərin, özünə  hörmət  edən hər  bir kəsin 

vicdani  borcudur.  Xalq  arasında  zərbi-məsələ  çevrilən  «Sözünü  bilməyən,  özünü 

bilməz»  kəlamı  «ağır  otur,  batman  gəl»  fikrini  tamamlayır.  Müxtəlif  dövrlərdə  hakim 

mövqe tutan şəxsiyyətlər haqqında yazılan mədhiyyələr təmtərağı ilə seçilirdi. Məsələn, 

Cavanşirin  vəfatı  münasibəti  ilə  Dəvdəkin  yazdığı  “Böyük  Cavanşirin  ölümünə  ağı» 

adlı mərsiyədə onun igidliyi ilə yanaşı, natiqlik bacarığı da əks etdirilir: 

Qollarına toplasa da min igidin qüvvətini,  

Çiçəkləri asta üzər, gülü ehmal dərərdi o.  

Danışarkən, dodağından mirvarilər saçılardı,  

Ə

xlaqı saf, ruhu yüksək, könlü odlu bir həvəsdə...  

Göründüyü kimi, müəllif son beytdə onun gözəl natiq olduğunu qeyd edir. 

Söz  yaradıcılığında  mühüm  rol  oynayan  aşıqlar  da  dilimizin  zənginləşməsinə 

(qədim dövrlərdə onlara ozan, yanşaq da deyiblər) əvəzsiz xidmət ediblər. Nağılların və 

dastanların  yaranmasında,  ifa  olunmasında  aşıqlar  əsas  sima  kimi  həmişə  ön  cərgədə 

olmuşlar.  «Kitabi-Dədə-Qorqud»  dastanlarından  tutmuş  bu  günümüzə  qədər  yaranan 

dastanların hamısını məhz aşıqlar meydana gətirmişdir. Bu dastanların özündə də qeyd 

olunur: Məsələn, «Dədə Qorqud» dastanlarında «Bir söz dəxi söylədi, görəlim xanım nə 

söylədi»  ifadəsi  işlənir.  Yaxud  hər  boyun  sonunda  «Dədəm  Qorqud  boy  boyladı,  söy 

söylədi» ifadəsi işlənir. Yeri gəlmişkən onu da qeyd edək ki, soy sözü bir neçə mənanı 

ifadə  edir.  «Kitabi-Dədə  Qorqud»  dastanlarının  dilində  bu  söz  həm  «şeir»,  həm  də 

«söyləmək» mənalarını ifadə edir. Bəzi dialektlərdə «söz» mənasında «sözdən, sovdan 

varsa, xəbər edim», bəzilərində «atalar sözü» mənasında, şifahi xalq ədəbiyyatında isə 

«nəğmə» mənasında işlənir. Məlumdur ki, hər bir dövrün, ictimai-iqtisadi formasiyanın 

öz xüsusiyyəti ilə yanaşı, onun öz mədəniyyəti, ədəbiyyatı, elm və incəsənəti də inkişaf 

edir.  Hər  dövrün  öz  lideri  olmaqla  yanaşı,  onun  öz  ətrafına  topladığı  həmfikirləri  də 

olur.  Əgər  belə  adamlar  xalqı  arxasınca  apara  bilirsə,  nitq  söyləyirsə,  deməli,  natiqlik 

sənəti  də  xalqın  ictimai-siyasi  həyatı  ilə  bərabər  inkişaf  edir.  O  adamın  ki,  adı  tarixə 

düşüb, deməli, dövrünün məşhur, sayılan şəxsiyyətlərindən biri olub. Məsələn, Alban - 

Aran  dövlətinin  hökmdarı,  məşhur  sərkərdə  Cavanşir,  şair  Dəvdək,  (onun  adı  Davdağ 

kimi də yazılır), Cavidan, Babək, Xətib Təbrizi, Xaqani, Fələki, Nizami, Nəsimi, Nəimi, 



38 

 

Xətai, Füzuli, M.F.Axundov, Bakıxanov, S.Ə.Şirvani, Sabir və b. XX əsrin əvvəllərində 



yetişən  inqilabi  natiqlər:  N.Nərimanov,  Məşədi  Əzizbəyov,  Məmmədyarov,  cənubda 

S.C.Pişəvəri, Səid Səlmasi, Şeyx Məhəmməd Xiyabani, Məhəmməd Birya, Rahim Qazi, 

Cahanbəxş  və  başqaları.  Sovet  dövründə  S.Vurğun,  M. brahimov,    Şıxəli  Qurbanov, 

Mehdi  Məmmədov,  tədris  ocaqlarında  fəaliyyət  göstərən  Mikayıl  Rəfili,  Feyzulla 

Qasımzadə,  Cəfər  Xəndan,  Əbdüləzəl  Dəmirçizadə,  Əli  Sultanlı,  smayıl  Şıxlı, 

A.Qurbanov, Bəkir Nəbiyev və başqa natiqlərin nitqi gənc nəsillərə  örnək  ola  bilər.  

Adlarını  sadaladığımız  bu  natiqlər  müxtəlif  dövrləri  əhatə  edir.  Ona  görə  də  hər  biri 

xüsusi tədqiq olunmağa layiq sənətkardır.  



 

Sula 45. Natiqlik sənətinin cəmiyyətdəki rolu nədən ibarətdir? 

Natiqlik sənəti hər bir insanın istedadını üzə çıxarır. Bu sənətin ən böyük rolu ondan 

ibarətdir  ki,  bu  sənət  vasitəsilə  yeni  natiqlər  və  cəmiyyətə  xidmət  edən  təbliğatçılar 

yetişir.  Natiqliyin  əsas  xüsusiyyətlərindən  biri  odur  ki,  bu  sənətlə  məşğul  olan  hər  bir 

adam  hansı  mövzuda  nitq  söyləyirsə,  həmin  elmi  dərindən  öyrənir  və  müşahidələr 

aparır.  Bu  da  fikrin  elmi  əsaslarla  ifadə  olunmasına  xidmət  edir.  Millətindən  asılı 

olmayaraq hər bir natiq xalqına yaxından bağlı olur və həqiqətlərin üzə çıxarılmasında, 

kütləyə  çatdırılmasında  öz  məharətindən  istifadə  edir.  Natiq  xalqının  həm  təbliğatçısı, 

həm də təşkilatçısı olmalıdır. Hər bir natiq günün tələblərinə cavab vermək üçün dərin 

biliyə  və  müşahidə  qabiliyyətinə  malik  olmalıdır.  Natiqliyin  inkişafına  təsir  edən 

amillərdən biri demokratiyadır. Söz azadlığı, obyektiv tənqid natiqliyin kəsərini artırır. 

Fikri sübut və faktlarla ifadə etmək üçün natiq tutarlı materiallardan istifadə etməlidir. 

Hər bir natiqin fərdi üslubu olmalıdır. Natiqlik sənəti cəmiyyətə xidmət edir. Cəmiyyət 

uzun  bir  tarixi  yol  keçir.  Bu  tarixi  yol  natiqlik  sənətinin  müxtəlif  növlərinin 

yaranmasına şərait yaradır və cəmiyyətin inkişafına, tərəqqisinə xeyli kömək göstərir.  

Sual 46. Nitqin necə hazırlanması barədə yazın. 

Hər  bir  natiq  çıxışdan  əvvəl  mövzu  ilə  əlaqədar  hazırlıq  işləri  görür.  Onu,  ilk 

növbədə,  çıxışın  mövzusu  düşündürür.  Bu,  ali  məktəbdə  aparılan  mühazirələrə  şamil 

edilmir,  çünki  onların  mövzusu  əvvəlcədən  təsdiq  olunmuş  proqramlarda  əks  olunur. 

Nitqə  hazırlaşarkən  natiq  nitqin  mövzusunu  tam  qavramalı,  onun  əsasını  təşkil  edən 

məzmun və formanı, quruluşu dinləyicilərin səviyyəsinə uyğun qurmalıdır. Natiq nitqini 

qurarkən mövzunu tam əhatə etməlidir. Çünki natiq də yazıçı kimi mövzunu ideya ilə 

bağlayır. Yəni mövzu fikrin ifadəsinə uyğun seçilməlidir. Söylənilən nitq, çıxış, məruzə 

natiqin həyatda qazandığı biliyin və dünyagörüşünün ifadəsidir. Natiq həmişə özünə bu 

sualı  verməlidir:  Mən  nə  haqqında  danışıram?  Kimə  danışıram?  Dinləyicilərə  yeni  nə 

söyləyəcəyəm? Mövzunu əhatə edə biləcəyəmmi? Qarşıya çıxan sualları düzgün təhlil 

edə biləcəyəm? və s. Nitqin yazılması və ya şifahi şərhi olduqca mürəkkəb bir prosesdir. 

Bu  proses  məqsədyönlü  aparılmalıdır.  Bu  prosesi  mərhələ-mərhələ  aparmaq  daha 

düzgün hesab olunur. 



 

Sual 47. Nitq mədəniyyətinə verilən tələblər  nədən ibarətdir? 

Nitq  mədəniyyəti  söz  ustalığı,  yaxşı  danışıb  yaza  bilmək  sənətidir.  Bu 

mədəniyyət  nitq  vasitələrindən  məqsədəuyğun  və  səmərəli  istifadə  etmə

39 

 

bacarığıdır. 



Yüksək  nitq  mədəniyyəti  dedikdə,  hər  şeydən  əvvəl,  dili  mükəmməl  bilmək, 

sözləri  müvəffəqiyyətlə  seçib  işlətmək,  fikri  məntiqi,  ifadəli,  aydın  və  parlaq  surətdə 

izah edə bilmək nəzərdə tutulur. Əlbəttə, dilin qrammatik qayda və tələffüz normalarını 

gözləmədən  nümunəvi  nitqə  yiyələnmək  olmaz,  çünki  bunlar  şifahi  və  yazılı  nitqə 

verilən birinci tələb və nitq  mədəniyyətinin ilk pilləsi hesab olunur. 

Adətən nitq mədəniyyətinin ümumi yüksəlişi ilə əlaqədar olaraq, gözəl və aydın 

danışmaq qabiliyyəti, yəni natiqlik istedadı da inkişaf etməyə başlayır



Natiq o zaman məharətli nitqə malik ola bilər ki, o, canlı  danışıq dili ilə kitab 

dili  üçün  xarakterik  olan  ifadə  vasitələrini  tərkib  halında  alıb  birləşdirə  bilsin.  Öz 

xarakterinə görə müxtəlif və rəngarəng olan bu nitq vasitələrinin danışıqda tətbiqi həm 

ə

dəbi dili genişləndirib zənginləşdirməyə kömək edir, həm də kitab dili ilə canlı danışıq 



dili ünsürləri arasında  qarşılıqlı  əlaqə yaradır. Natiqlik məharətinin inkişafı yeni nitq 

ünsiyyəti  imkanlarının  yaranmasına  da  kömək  edir,    ədəbi  dilin  tətbiqi  və 

genişləndirilməsi üçün şərait yaradır. 

Natiqlik  məharəti  dedikə  biz,  hər  şeydən  əvvəl,  göz  önünə  məzmunlu,  təsirli, 

aydın və parlaq, ifadəli və kütləvi bir nitq gətiririk. Bütün bu keyfiyyətlər natiqlik 

istedadını  adi məişət danışıq dilindən fərqləndirir. 



Natiqlər  öz  çıxışlarını  parlaq,  qüvvətli  və  təsirli  hala  salmaq  üçün  bir  sıra 

bədii-təsvir  vasitələrindən  istifadə  edirlər.  Belə  natiqlik  məharətinin  (yəni  gözəl  və 

aydın danışıq qabiliyyətinin) inkişafı ilə bərabər, bədii-estetik ünsürlərin qüvvətlənməsi 

nəticəsində  adi  danışıq  dilinin  keyfiyyəti  də  yaxşılaşır,  yəni  belə  natiqlərin  işlətdiyi 

sözlər öz intonasiyası və ifadə olunmasına görə başqalarından fərqləndiyi üçün danışıq 

dilinin inkişafına və təkmilləşməsinə də təsir göstərir. 

 

Sual 48.Yazılı nitqdə orfoqrafiya qaydalarının rolu nədən ibarətdir? 

Ə

dəbi  dilin  yazılı  formasının  öz  xüsusiyyətləri,  normaları,  qayda-qanunları  vardır. 



Natiq  bu  qayda-qanunları  da  dərindən  bilməli  və  orfoepiya  ilə  bağlı,  əlaqəli  şəkildə 

bunlardan  istifadə  etməlidir.  Orfoqrafiya  dilimizdəki  sözlərin  hamısının  qrammatik 

formaları  üçün  vahid  yazı  qaydalarını  müəyyən  edir.  Yəni  orfoqrafiya  dilimizin  yazılı 

ə

sasını  təşkil  edir.  Şifahi  nitqi  özündə  əks  etdirir,  tarixi  yaddaşımızı  gənc  nəsillərə 



çatdırır. Orfoqrafiya dialekt və məhəlli sözlərin, ədəbi dilə uyuşmayan hər bir ifadənin 

qarşısını alır, hamı üçün məcburi olan vahid qaydaları sabitləşdirir və inkişaf etdirir.  

Orfoqrafiyanı yaxşı bilməyən natiq nitqini hazırlayarkən (yazılı nitq nəzərdə tutulur) 

ciddi  çətinliklərlə üzləşir.  Məsələn,  savadsız  yazılan  nitq oxu qaydalarını  çətinləşdirir. 

Ə

dəbi  dilimizdə  işlənən  durğu  işarələrinin  zənginliyi  nitqin  gözəl  səslənməsini,  fikir 



bitkinliyini, pauzanı, fikrin ümumiləşdirilməsini təmin edir. Nitqin yazılı qolunu təşkil 

edən  orfoqrafiya  qaydaları  gec  dəyişir,  bu  da  onun  dərk  olunmasına,  hamı  tərəfindən 

öyrənilməsinə şərait yaradır. 

 Sual 49.  Düzgün nitqdə orfoepiyanın rolu barədə yazın. 

Orfoepiya ədəbi dilin normaları və üslublar sistemi ilə qırılmaz surətdə bağlıdır. 

Orfoepiya həm də yüksək mədəni nitq üçün insanın dil qabiliyyətinin inkişafına zəmin 


40 

 

yaradır.  Natiq  nitqini  şərh  edərkən  fonetik  qanunları,  fonetik  hadisələri  və  onların 



tələffüzündən irəli gələn xüsusiyyətləri nəzərə almalıdır. Bəzi natiqlər nitqlərində kitab 

üslubuna üstünlük verirlər. Yəni söz necə yazılırsa, elə də tələffüz olunur. Bu, qətiyyən 

düzgün  deyil,  çünki  o  zaman  nitq  quru  çıxır  və  dinləyicini  yorur.  Bəzi  natiqlər 

nitqlərində  dialekt  sözlərə  yer  ayırırlar.  Bunlar  da  öz  növbəsində  orfoepiyanın 

pozulması deməkdir. Hər bir natiq fikrini necə şərh edirsə etsin, fərqi yoxdur, orfoepik 

normalara  riayət  etməlidir.  Natiq  nitqini  qurarkən  orfoepiyanın  norma  və  ünsürlərini 

nəzərə almalıdır. Bunlar aşağıdakılardır: 

1)

  Fasilə (pauza); 



2)

  Vurğu; 

3)

  Ahəngdarlıq; 



4)

  Sürət (temp). 

Yalnız bu 4 ünsürə riayət edən natiq nümunəvi nitqə nail ola bilər. 

Sual 50. Jest və mimika haqqında  məlumat yazın. 

Natiq  dinləyicilərə  yalnız  öz  çıxışındakı  ekspressivliklə  deyil,  eyni  zamanda, 

əyyən  jest  və  mimikalar  vasitəsi  ilə  də  təsir  göstərir.  Nitqin  “xarici  cəhəti” 

adlanan  jest və  mimikalar nitq prossesində geniş istifadə edilir. Natiqin mimikası çıxışı 

ilə  uyarlıq  təşkil  etməlidir,  əks  halda,  onun  nitqi  müvafiq  effekti  verə    bilməz.  Natiq 

bilməlidir ki: 



1)

  stər mimikanın, istərsə də jestin nitqi canlandırmasına baxmayaraq, 

onlardan ehtiyatla istifadə etmək lazımdır.  fadəli jest (yəni əlləri yuxarı qaldırmaq, 

yumruğu düyünləmək, kəskin və sürətli hərəkətlərə yol vermək və s.)  və yerinə düşən 

mimika  nitqdə  irəli  sürülən  fikirlərə,  söylənilən  cümlə  və  ya  ayrı-ayrı  sözlərə  uyğun 

olmalıdır. Unudulmamalıdır ki, jest nitqin tonu ilə hərəkət etdikdə, nitqin gücünü birə-

iki  dəfə  artıra  bilər.  Həddindən  artıq  edilən  yeknəsək  hərəkətlər  dinləyiciləri  təngə 

gətirər və əsəbiləşdirər; 



2)

   Natiq  danışarkən  auditoriyada  tez-tez  get-gəl  etməməli,  eyni  tipli 

hərəkətlərə yol verməməlidir

3)

  Natiq  dinləyiciləri  nəzərə  almalıdır.  Onların  diqqətini  özünə  cəlb 

etməyə çalışmalıdır. O, mühazirə zamanı nəzərini həmişə bir tərəfə və ya müəyyən bir 

qrup  dinləyiciyə  çevirməməlidir.  stər  müvafiq  jestləri,  istərsə  də  mimikaları  ilə  öz 

nitqini anlaşıqlı, başa düşülən səviyyədə qurmağı bacarmalıdır. 

  

 



 

 

Yüklə 470,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin