Ayrı-seçiliyə məruz qalmama və Təsirli hüquqi müdafiə vasitələri hüququ



Yüklə 73,7 Kb.
səhifə8/9
tarix25.11.2022
ölçüsü73,7 Kb.
#70429
1   2   3   4   5   6   7   8   9
İnsan Hüquqları - Mühazirə 8

Əlillik. Konvensiyanın 14-cü maddəsi əlilliyə görə ayrı-seçkiliyi açıq şəkildə qadağan etməsə də, əlilliyi “digər əlamətlər” içində ələ almaq mümkündür. Lakin AİHM-nin buna dair bir presedent hüququ yoxdur. Zeynalova və Zeynal Çex Respublikasına qarşı işdə (2002) ictimai binaların çoxunun əlillər üçün nəzərdə tutulan lazımi avadanlıqla təchiz olunmaması göstərilirdi (halbuki Çexiya qanunları belə avadanlığın olmasını tələb edirdi). Ərizəçilərdən biri bildirdi ki, əlillik əlamətinə görə ayrı-seçkiliyə yol verilib. Lakin AİHM qərara aldı ki, 8-ci maddə bu işə tətbiq edilə bilməz və müvafiq surətdə 14-cü maddənin tətbiqi də mümkün deyil. Botta İtaliyaya qarşı işdə (1988) ərizəçi əlil olduğuna görə özəl kurortda çimərliyə gedə bilmirdi, çünki orada İtaliya qanunvericiliyi ilə tələb olunan şərait (tualet, minik vasitələri üçün giriş) yaradılmamışdı və bu, 14-cü maddəyə zidd olan ayrı-seçkilik rəftarını təşkil edir. AİHM hesab etdi ki, iddia edilən hüquq, yəni ərizəçinin istirahət günlərində yaşadığı yerdən çimərliyə və dəniz kənarına getmək imkanı “insanlar arasında o qədər geniş və qeyri-müəyyən münasibətlərin əhatə dairəsinə düşürdü ki, özəl çimərliklərdə çatışmazlıqları aradan qaldırmaq üçün dövlətdən tələb olunan tədbirlərlə ərizəçinin şəxsi həyatı arasında ağlabatan birbaşa əlaqə yox idi”. AİHM bu nəticəyə gəldi ki, 8-ci maddə bu işə tətbiq edilə bilməz. Müvafiq surətdə, 14-cü maddənin tətbiqi də mümkün deyil.
Dövlətin qiymətləndirmə sərbəstliyinin hüdudları. Məhkəmə bir neçə qərarında qeyd edib ki, qanunun oxşar vəziyyətlərdəki fərqlərə haqq qazandırması və nə dərəcədə haqq qazandırması məsələsinə qiymət verərkən razılığa gələn dövlətlər müəyyən qiymətləndirmə sərbəstliyinə malikdirlər. Dövlətin qiymətləndirmə sərbəstliyinin hüdudları 14-cü maddəyə aid işlərdə tez-tez araşdırılan məsələlərdən deyil. Qiymətləndirmə sərbəstliyinin hüdudları konvensiyanın yardımçı xarakterindən irəli gəlir, işin hallarının və ictimai maraqla fərdin maraqları arasında münasib balansın qiymətləndirməsində milli hakimiyyət orqanları beynəlxalq orqana nisbətən prinsipcə daha əlverişli vəziyyətdədirlər. Handyside Birləşmiş Krallığa qarşı iş barədə məsləhətlərin yer aldığı dərsliyin- “məktəblilər üçün kiçik qırmızı kitab”ın müsadirə olunması, mənəviyyatın qorunması məqsədini deyil, siyasi meylləri ictimaiyyətin bir qisminin rəyi tərəfindən bəyənilməyən kiçik həcmli naşirin ağzını yummaq məqsədini daşıyırdı. Məhkəmə katibi nəşr etmiş şəxslərin məhkum edilməsinin 10-cu maddədə nəzərdə tutulan fikri ifadə etmək azadlığı hüququnu pozub-pozmadığını araşdırmalı idi. Məhkəmə qeyd etdi ki, Avropada mənəviyyat barədə vahid konsepsiya yoxdur və aydınlıq gətirdi ki, mənəvi standartları qorumaq üçün müvafiq tədbirlərin zəruri olub-olmadığını qiymətləndirərkən dövlətlər geniş qiymətləndirmə sərbəstliyinə malikdirlər. Məhkəmə bildirdi ki, ölkələrindəki önəmli birbaşa və davamlı təmasda olduqlarına görə dövlət orqanları tələblərin dəqiq məzmunu barədə, eləcə də onlara riayət edilməsinə xidmət edən məhdudiyyətin və ya cəzanın zəruriliyi barədə rəy bildirərkən beynəlxalq hakimə nisbətən prinsipcə daha əlverişli vəziyyətdədirlər.
Dövlətin pozitiv öhdəlikləri. Bildiyimiz kimi insan hüquqlarında əsas prinsip olan “hüquqa hörmət” onu tələb edir ki, Dövlət konkret hüququ həyata keçirsin; bu dediklərimiz 1-ci nəsil hüquqlara aiddir. Belə olan halda, şəxslərin ayrı-seçkiliyə məruz qalmamaları üçün də şərait dövlətdən pozitiv hərəkətlərin həyata keçirməsini tələb edə bilər. Dövlətin daşıdığı mümkün pozitiv öhdəliklərin birincisi ayrı-seçkiliyə qarşı müdafiədən səmərəli istifadəni təmin etmək öhdəliyidir. Konvensiya tam və səmərəli bərabərliyə şərait yaratmaq üçün pozitiv hərəkətə həm yol verir, həm də bəzi hallarda onu tələb edir. Pozitiv hərəkət ayrı-seçkiliyin təsirlərini aradan qaldırmaq üçün vaxtı ilə əlverişsiz vəziyyətdə olan təbəqələrin üzvlərinin xeyrinə imtiyazlar müəyyən etmək vasitəsilə hökumət və ya özəl qurum tərəfindən görülən təsirli tədbirlərdir. Pozitiv hərəkətlər 14-cü maddəni pozmur, bu şərtlə ki, onların obyektiv və ağlabatan əsasları olsun. Dövlətlər 14-cü maddədən irəli gələn pozitiv hərəkət siyasəti üzrə hər hansı hüquqi öhdəlik daşımırlar. Lindsey Birləşmiş Krallığa qarşı işdə evli qadınları işləməyə həvəsləndirmək üçün onlara güzəştlərin müəyyən edilməsi, obyektiv və ağlabatan əsasa malik idi. Məhkəmənin praktikasına əsasən, müəyyən hallarda müəyyən şəxslərlə fərqli rəftar etmək dövlətdən tələb oluna bilər. Thlimmenos Yunanıstana qarşı məhkəmə işində “başqalarından əhəmiyyətli dərəcədə fərqli vəziyyətdə olan şəxslərlə obyektiv və ağlabatan əsas olmadan fərqli rəftar etmədikdə, ayrıseçkilik baş verir”. Pozitiv öhdəliklər barəsində AİHM-nin yanaşması bundan ibarətdir ki, o, müvafiq maddi hüquq norması üzrə (məsələn, ifadə azadlığı) pozitiv öhdəliyin mövcud olduğunu müəyyən etdikdə ayrı-seçkilik barədə iddiaya həmin maddi hüquq norması ilə birgə baxmalı, mövcud olmadığını müəyyən etdikdə isə onu rədd etməlidir ki, 14-cü maddə bərabərliyi təmin etməkdən daha çox ayrıseçkiliyə qarşı müdafiəni təmin edir. AİHM konkret maddi hüquq norması üzrə pozitiv öhdəliklərin mövcud olduğunu müəyyən etdikdə, dövlət həmin öhdəlikləri həyata keçirərkən ayrı-seçkiliyə yol verməməlidir. Dillər haqqında Belçika işində (1986) AİHM aydınlıq gətirdi ki, dövlət 14-cü maddə üzrə pozitiv öhdəliklər daşıya bilər (qərarın 3-cü bəndi): “Lakin bundan belə nəticə çıxarmaq olmaz ki, dövlət 1 saylı Protokolun 2-ci maddəsi ilə qorunan bu cür hüququ təmin etmək üçün heç bir pozitiv öhdəlik daşımır. Bir halda ki, “hüquq” mövcuddur, o, Razılığa gələn Dövlətin yurisdiksiyası altında olan hər kəs üçün Konvensiyanın 1-ci maddəsi ilə qorunur. (...) Digər tərəfdən, Məhkəmə bir neçə məsələlər üzrə 14-cü maddənin şərhini bəyan edib. O, ilk növbədə belə bir fikri ifadə edib ki, “təmin olunmalıdır” sözləri Razılığa gələn Dövlətlərin sadəcə hər hansı hərəkətdən çəkinmək öhdəliyinin deyil, həm də tədbir görmək öhdəliyinin mövcudluğunu nəzərdə tutur”. Burada qeyd edildiyi kimi, 1 saylı Protokolun 2-ci maddəsindən belə nəticə çıxarmaq olmaz ki, dövlət orqanları hər hansı şəxslərə xüsusi növ təhsil müəssəsi yaratmaq hüququ verməlidirlər; lakin buna baxmayaraq, həmin müəssisəni təsis edən dövlət oraya daxil olmaq üçün müəyyən tələblər qoymaq vasitəsilə 14-cü maddənin mənası baxımından ayrı-seçkilik xarakteri daşıyan tədbirlər görməməlidir. Vermeyer Belçikaya qarşı məhkəmə işi Marks Belçikaya qarşı işdə bəyan edilmiş prinsipi Belçikanın yerinə yetirməməsinə aid idi; həmin prinsipə görə: “.... vəsiyyətnamə qoyulmadığı halda, qohumluq əlaqələrinin sadəcə nikahdan kənar” xarakter daşıması ucbatından heç bir vərəsəlik hüququnun olmaması ayrı-seçkilikdir. Məhkəmə qərara aldı ki, “hər kəs üçün təmin olunması” öhdəliyinə dövlət riayət etməyib.


Yüklə 73,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin