Ayrı-seçiliyə məruz qalmama və Təsirli hüquqi müdafiə vasitələri hüququ



Yüklə 73,7 Kb.
səhifə5/9
tarix25.11.2022
ölçüsü73,7 Kb.
#70429
1   2   3   4   5   6   7   8   9
İnsan Hüquqları - Mühazirə 8

Dinə əsaslanan fərqlər. Din də ciddi araşdırma tələb edən «şübhəli kateqoriya» hesab olunur. Hoffmann Avstriyaya qarşı işdə (1993) ərizəçi ərindən boşanmışdı, özü də «İyeqova şahidi» idi. Onların uşağı məhkəmə qərarı ilə ataya verildi, çünki məhkəmənin qərarına görə “ata uşağın maraqlarını daha yaxşı qoruya bilər, çünki «İyeqova şahidləri» orqanizmə qan köçürülməsinə icazə verməkdən imtina edirlər və uşaqlar «İyeqova şahidləri»nə mənsub olduqlarına görə «social tüfeylilərə» çevrilə bilərlər”. Ərizəçi onun 8-ci maddədə, 9-cu maddədə,
həmçinin, 8-ci maddə ilə birlikdə götürülməklə 14-cü maddədə nəzərdə tutulan hüquqlarının pozulduğunu iddia etdi. AİHM din əlamətinə görə ayrı seçkiliyi qadağan edən 14-cü maddə ilə birlikdə nəzərdən keçirərək müəyyən etdi ki, bu işdə dinə əsaslanan ayrı-seçkiliyə dövlətin hər hansı qanuni məqsədilə haqq qazandırmaq mümkün deyildi və buna görə də, ərizəçi ailə həyatına müdaxilə edilməməsi hüququndan əsassız olaraq məhrum edilmişdi. Palau-Martinez Fransaya qarşı işdə362 (16.12.2003) milli məhkəmənin qərarı ilə ərizəçinin uşaqları atanın himayəsinə verilmiş, eyni zamanda, ərizəçiyə uşaqlarla görüşmək və yaşamaq hüququ verilmişdi. Appelyasiya məhkəməsi hesab etdi ki, «təriqət strukturuna malik olan dinin qoyduğu məhdudiy-yətlərdən və qadağalardan yaxa qurtarmağı» uşaqların marağı tələb edir. Milli məhkəmənin qərarında ərizəçinin dininə həlledici əhəmiyyət verilməsi valideynlərə münasibətdə dinə görə fərqli rəftara səbəb olmuşdu. Məhkəmə daha sonra həmin müdaxiləyə haqq qazandırmağın mümkün olub-olmadığını araşdırdı. Məhkəmə belə nəticəyə gəldi ki, tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi yoxdur. Kanea katolik kilsəsi Yunanıstana qarşı işdə (16.12.1997) Kaneadakı Roma katolik kilsəsinin qonşusu həmin kilsəni əhatə edən divarlardan birini sökmək istəyərkən kilsə ilə qonşu arasında mülki mübahisə yaranmışdı. Kilsə məhkəmədə iddia qaldıra bilmirdi, çünki yunan məhkəmələri qərar çıxarmışdılar ki, o hüquqi şəxs deyil. O, iddia edirdi ki, ayrı-seçkiliyin qurbanıdır, çünki yunan məhkəmələrinin qərarı yalnız din meyarlarına əsaslanır. Məhkəmə qərara aldı ki, 6-cı maddənin 1-ci bəndi, 14-cü maddə Roma katolik kilsəsi ilə fərqli rəftar edilməsi üçün obyektiv və ağlabatan əsas yox idi. Belə ki, həm Yunan kilsələri, həm də yəhudi dini birlikləri hüquqi şəxs sayıldıqları halda, Roma katolik kilsəsini hüquqi şəxs kimi tanımamaq ayrı-seçkilikdi. İrqi ayrı-seçkilik işlərində olduğu kimi, dini ayrı-seçkilik işlərində də AİHM dolayı ayrı-seçkilik barədə iddiaları həvəssiz araşdırır. Dinə əsaslanan dolayı ayrı-seçkilik barədə Komissiyaya təqdim edilən iddiaların çoxu 14-cü maddənin mənası baxımımdan fərqli rəftarın olmadığı əsas gətirilərək rədd edilib. Thlimmenos Yunanıstana qarşı işdə363 (06.04.2000) Yunanıstanın hakimiyyət orqanları yüksək ixtisaslı mühasib olan və «İyeqova şahidləri» təriqətinə mənsub olan ərizəçini vəzifəyə təyin etməkdən imtina etmişdilər, çünki o, yunan hərbi formasını geymək əmrinə tabe olmadığına görə vaxtı ilə cinayət məsuliyyətinə cəlb olunmuşdu. Onun əqidəsinə görə ərizəçinin dini onun hərbi xidmət keçməsinə qarşıdır. O, iddia edirdi ki, 9-cu maddə ilə birlikdə götürməklə Konvensiyanın 14-cü maddəsi pozulub. AİHM ərizəçinin arqumenti ilə razılaşdı və qərara aldı ki, Yunanıstan qanunvericiliyi ərizəçinin 9-cu maddədə nəzərdə tutulan hüququnu reallaşdıran zaman ayrı-seçkiliyə məruz qalmamaq hüququnu pozub, yalnız dini əqidələrinə görə məhkum olunmuş şəxslərlə digər cinayətlərə görə məhkum olunmuş şəxslər arasında fərq qoyulmur. Ərizəçinin sözügedən peşəyə yararlı olmadığına görə vəzifəyə təyin olunmamasına haqq qazandırmaq olmazdı. Larissis və başqaları Yunanıstana qarşı işdə hər üç ərizəçi Yunanıstan hərbi hava qüvvələrinin qulluqçuları idilər və hər üçü xristianlığın protestant cərəyanına mənsub idilər, protestantlığın prinsiplərinə görə bütün dindarlar dinlərini yaymalıydı. Ərizəçilər missionerliyə görə məhkum olundular, çünki onlar hərbi hava qüvvələrindəki həmkarlarını və qonşuları olan mülki şəxsləri öz dinlərinə cəlb etməyə çalışırdı. Ərizəçilər şikayət etdilər ki, məhkum olunmaları onların din azadlığını pozub. AİHM və hökumət bununla razılaşdı ki, burada 9-cu maddədə nəzərdə tutulan hüquqlarına müdaxilə olub. Lakin müdaxilənin hüquqi olub-olmadığına gəldikdə, hərbçilərə qarşı təbliğatı qadağan etməni haqlı gördüyü halda, mülki şəxslərə qarşı olan təbliğatın qadağan edilməsini AİHM haqlı görmədi.

Yüklə 73,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin