Ayrı-seçiliyə məruz qalmama və Təsirli hüquqi müdafiə vasitələri hüququ



Yüklə 73,7 Kb.
səhifə6/9
tarix25.11.2022
ölçüsü73,7 Kb.
#70429
1   2   3   4   5   6   7   8   9
İnsan Hüquqları - Mühazirə 8

Milli azlığa mənsubluğa əsaslanan fərqlər. Koua Poirres Fransaya qarşı işdə ərizəçi 70 yaşı olduğuna görə və yaşlı əlillərə verilən müavinəti almaq üçün onun müraciəti belə bir əsasa görə rədd edilmişdi ki, Fransa vətəndaşı deyildi və Fransa ilə Fil Sümüyü Sahili arasında bu cür müavinət barəsində qarşılıqlı müqavilə yox idi. Ərizəçi ayrı-seçkiliyə məruz qaldığını iddia edirdi. Lakin Məhkəmə belə nəticəyə gəldi ki, fərqli rəftarın obyektiv və ağlabatan əsası yoxdur, 14-cü maddə pozulub. Müstəqim Belçikaya qarşı işdə Mərakeş vətəndaşı olan ərizəçi cinayətkar əməllərinə görə Belçikadan deportasiya edilmişdi. Ərizəçi iddia edirdi ki, milliyyətə görə ayrıseçkiliyin qurbanıdır. Lakin AİHM qərara aldı ki, cinayət törətdikəri üçün həmin ölkədən çıxardıla bilərdilər. Müvafiq surətdə, 14-cü maddənin hər hansı pozuntusu baş verməyib. Özgür Gündem Türkiyəyə qarşı məhkəmə işi gündəlik kürd qəzeti ilə bağlı idi, Türkiyə hakimiyyət orqanlarının məsuliyyət daşıdığı iddia edilirdi. Ərizəçilər iddia edirdilər ki, Özgür Gündemə qarşı tədbirlər milli mənşə və milli azlıqlara mənsubluq əlamətinə görə 14-cü maddə üzrə ayrı-seçkilik təşkil edir. Digər tərəfdən, Türkiyə hökuməti bildirdi ki, Özgür Gündəm PKK-nın təbliğat vasitəsi kimi çıxış edirdi. Məhkəmə müəyyən etdi ki, 10-cu maddə pozulub, 14-cü maddənin hər hansı bir pozuntusu baş verməyib. Arslan Türkiyəyə qarşı, Okçuoğlu Türkiyəyə qarşı və Ceylan Türkiyəyə qarşı məhkəmə işlərində hər bir ərizəçi bildirmişdi ki, 10-cu maddə ilə birlikdə götürülməklə Konvensiyanın 14-cü maddəsinə zidd olan ayrı-seçkiliyin qurbanı olmuşdur. Dövlət iddia edirdi ki, onların hər birinin məhkum edilməsi yalnız müvafiq yazıların separatçı məzmununa və zorakı tonuna əsaslanmışdı. Ayrılıqda götürülməklə 10-cu maddənin pozulduğunu müəyyən edən Məhkəmə 14-cü maddə barəsində şikayəti araşdırmağı zəruri saymadı.
Uşaqların qanuni nikah xaricində doğulması məsələsi AİHM-nin yerləşmiş presedent hüququna görə, qanuni nikahdan doğulan uşaqlarla nikahdan kənar doğulan uşaqlar arasında fərq qoyulması Konvensiyaya ziddir.364 Əsasən bir çox dövlətin qanunvericiliyində belə bir fərq aradan qaldırılıb. Belə fərqlər, bir qayda olaraq, soyadının daşınması, himayə və aliment məsələləri və vərəsəlik statusunda ortaya çıxır. Vermeyer Belçikaya qarşı işdə Məhkəmə olduqca əsaslı səbəblər testini açıq şəkildə qeyd etməsə də, qanuni nikahdan doğulan uşaqlar və nikahdan kənar doğulan uşaqlarla fəqli rəftar hallarının ciddi araşdırılmalı olduğunu təsdiq etdi. Vermeyer (ərizəçi), nənə və babasının qanuni nəvələrinə qarşı məhkəmədə iddia qaldırmışdı. O nənə və babasının daşınmaz əmlakı üzərində (vəsiyyətnamə olmadığına görə) qanuni vərəsəlik hüququndan məhrum olmuşdu. AİHM Belçika məhkəmələrinin Marksın işi (Marckx v. Belgium) üzrə qərarda çıxarılan nəticələrə riayət etmələrini istəmişdi. Mazurek Fransaya qarşı işdə ərizəçi iddia edirdi ki, dövlət nikahdan kənar doğulan uşaqların vərəsəlik hüquqlarını məhdudlaşdırır. Cavabdeh dövlətin etirazı isə beləydi: müvafiq qanunvericiliyin məqsədi ənənəvi ailəni qorumaqdır. AİHM-nə görə, bu cür qanunvericilik, məntiqli (məqbul) ayrı-seçkiliyə haqq qazandıran heç bir əsas ehtiva etmir. Buna görə də, 14-cü maddə ilə birlikdə götürülməklə, 1 saylı Protokolun 1-ci maddəsi pozulmuşdu. Şahin Almaniyaya qarşı işdə ərizəçi konkret olaraq qeyd edirdi ki, nikahdan kənar doğulan uşağı ilə görüşməsinə icazə verməyən Almaniya məhkəməsinin qərarları onun ailə həyatına hörmət hüququnun pozulmasıdır və bu məsələdə o, ayrı-seçkilik rəftarının qurbanıdır. Odur ki, 8-ci maddə ilə birlikdə götürülməklə 14-cü maddənin pozuntusu baş verib. Dövlətin gətirdiyi arqumentlər Məhkəməni inandırmadı ki, nikahdan kənar doğulan uşaqların ataları öz uşaqları ilə görüşməyə çox da maraq göstərmirlər və 8-ci maddə ilə birlikdə götürülməklə 14-cü maddənin pozuntusu baş verdiyinə qərar verdi.
Seksual oriyentasiyaya əsaslanan fərqlər. “Seksual oriyentasiya” Konvensiyasının heç bir maddəsində aydın şəkildə qeyd edilməyib. Bununla belə AİHM homoseksual aktları qadağan edən cinayət-hüquq qanunlarının insan hüquqlarını pozduğunu müəyyən etmişdir. AİHM belə halları “şübhəli kateqoriyaya” aid elədi və qərara aldı ki, dövlət belə müdaxilələri ciddi şəkildə əsaslandırmalıdır. AİHM-nə görə, eyni cinsdən olan yetkinlik yaşına çatmış şəxslər arasında qarşılıqlı razılıq əsasında və məxfi şəraitdə baş verən seksual münasibətləri cinayət sayan dövlətdaxili qanunlar Konvensiyanın 8-ci maddəsində əks olunan şəxsi həyata hörmət hüququna ziddir. Dadcenin işində Məhkəmə ərizəçinin 8-ci maddə ilə birlikdə 14-cü maddə üzrə ayrı-seçkilik arqumentini araşdırmağı zəruri hesab etmədi, çünki o, artıq 8- ci maddə üzrə qərar çıxarmışdı ki, müvafiq tədbirlər Konvensiyaya ziddir. Bu, o deməkdir ki, belə hüquqlardan istifadə edilərkən dövlətlər Konvensiyanın 14-cü maddəsi üzrə ayrı-seçkiliyi qadağan etməlidirlər. B.B Birləşmiş Krallığa qarşı işdə ərizəçi şikayət edirdi ki, yaşı 18-dən az olan şəxslə homoseksual hərəkətləri cinayət sayan qanunvericiliyin mövcudluğu 8-ci maddəni pozmaqla seksual oriyentasiya əlamətinə görə ona qarşı ayrıseçkilikdir, çünki heteroseksual hərəkətlər üçün icazə verilən yaş həddi 16 yaş müəyyən edilmişdi. Məhkəmə maddənin pozulduğunu müəyyən etdi. Cinsi oriyentasiyada olan fərqə görə, şəxslərin ordudan və dövlət qulluğundan uzaqlaşdırılması halında problemlər yaranır. Homoseksualizmə görə hərbi xidmətdən uzaqlaşdırmaq barədə AİHM-nin müxtəlif qərarları vardır. Dövlət inandırıcı dəlillər gətirsə, bu mümkündür. Boşanma hallarında və övladlığa götürmədə şəxsə homoseksual olduğuna görə, buna icazə verməmək, AİHM-nin müxtəlif qərarlarında müxtəlif şəkillərdəmüəyyən edilib. AİHM-nin 1999 tarixli qərarına görə, boşanma sırasında övladı sırf homoseksual olduğuna görə ataya verməmək Konvensiya pozuntusudur (bu işdə dövlət arqument gətirmişdi ki, burada məqsəd uşağın mənfəətini qorumaqdı). Halbuki 2002 tarixli daha yeni bir qərarda, AİHM homoseksualist ərizəçinin uşağı övladlığa götürmək istəməsinin rədd edilməsini Konvensiyaya zidd saymadı, Məhkəməyə görə, ərizəçinin hələ ki formalaşmış rəsmi bir ailəsi yox idi.

Yüklə 73,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin