Axc mühacirlərinin fəaliyyətləri


Partiyasının məramnaməsini hazırlamaq



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə3/15
tarix19.04.2023
ölçüsü0,67 Mb.
#100737
1   2   3   4   5   6   7   8   9   ...   15
Azərbaycan Xalq Cümhuriyyəti mühacirlərinin fəaliyyətləri — Vikipediya


Partiyasının məramnaməsini hazırlamaq


və partiyanın orqanı "İrane-nou" qəzetinə
baş redaktorluq etmək təklif olundu.
İranın əsrin əvvəllərindəki görkəmli siyasi
xadimlərindən olan Seyid Həsən
Tağızadə M.Ə.Rəsulzadənin ilk mühacirlik
fəaliyyəti barədə yazırdı:
Müsavat partiyasının Türkiyədə ikən
qurulduğu xəbərini eşidən M.Ə.Rəsulzadə
Bakıya qayıtdıqdan sonra onun
rəhbərliyinə gətirildi.
"Qafqaz Komitəsi" mühacir təşkilatı


Mühacirətdə azərbaycanlılar təkcə Rusiya
türkləri ilə deyil, Qafqaz millətləri ilə də iş
birliyi qurmuşdu. 1915-ci ildə Şimali
Qafqaz, Azərbaycan, Gürcüstan
mühacirləri Türkiyədə, "Qafqaz Komitəsi"
adlı bir təşkilat yaratdılar. Sədri Şimali
Qafqaz mühaciri Marşal Fuad Paşa olan
"Qafqaz Komitəsi" Qafqazın
istiqlaliyyətinə çalışır və Rusiyadan
ayrıldıqdan sonra onun konfederativ bir
siyasi qurum kimi formalaşacağının
Əli bəy Hüseynzadə


nəzəri əsaslarını hazırlayırdı. Rəsmən
komitənin üzvü olmayan Ə.Ağaoğlu və
Ə.Huseynzadə də Ι Dünya müharibəsi
ərəfəsində neytral İsveçrədə
məskunlaşaraq Qafqazın rus
pəncəsindən xilas olması məsələsi ilə
bağlı "Avropa dövlətlərinə muhtıralar
verib Qafqaz türklərinin həqiqi vəziyyətini
təsvirə çalışırdılar". Komitənin Qafqazla
gizli əlaqəsi var idi. Alman tədqiqatçısı
Prof. Dr. C.Yeşke yazır ki, azərbaycanlı
Səlim Behbud bəy (Behbudov) Bakı və
Qarabağ milli təşkilatları ilə gizli
münasibət təsisinə müvəffəq olur və
müəyyən siyasi vəzifələr üçün sualtı
gəmisiylə gizlicə Qafqaz sahillərinə
gedərək oradan da Azərbaycana keçirdi.


"Qafqaz Komitəsi"nin fəaliyyəti dövründə
idi ki, Türkiyə ordusuna bilxassə
Azərbaycandan gizli olaraq könüllülər
axmağa başladı". "Qafqaz Komitəsi"nin
Türkiyə, Almaniya, Avstriya-Macarıstan və
İsveçrədə fəaliyyət göstərdiyi dövrdə
İstanbulda Yusif Akçura tərəfindən
"Rusiya məhkumu müsəlman Türk-
Tatarların haqqını Müdafiə Komitəsi" adlı
böyük bir siyasi təşkilat yaradıldı. Ə.
Huseynzadənin də fəal üzvü olduğu bu
təşkilata çox vaxt "Akçura-Huseynzadə"
komitəsi deyirdilər. Bu iki komitənin
üzvləri bir-birləriylə sıx əlaqə saxlayır,
müəyyən hallarda isə birgə çıxış edirdilər.
Qısa tarixi xülasədən sonra, XΙX əsrin
əvvəllərində Azərbaycanın parçalanması


və Şimalın Rusiya tərəfindən istilası ilə
başlanan mühacirətin yaranma
səbəblərinə mahiyyət və xarakterinə görə
bir-birindən kəskinliklə fərqlənən üç
mərhələsi aydın görünür.
1920-ci il 27 aprel işğalı ilə on minlərlə
adam müxtəlif illərdə, müxtəlif motivlərlə
Mühacirətin yeni mərhələsi
Əhməd bəy Ağayev


Azərbaycanı tərk edərək qürbətə üz
tutdu. Əslində bu, 1917-ci il oktyabr
inqilabından sonra başlanan böyük "ağ
mühacirət"in, 1919–1921-ci illərdə milli
respublikaların qırmızı ordu tərəfindən
işğal olunması ilə yaranan nisbətən kiçik
ikinci dalğası idi. Polşa tarixçisi
S.Mikuliçin yazdığı kimi:
Vətəndaş müharibəsi xaricə təkcə ağ
rusları deyil, ağ gürcü, ukraynalı,
azərbaycanlı, türkmən və başqa
xalqların nümayəndələrini də
çıxarmışdı.
Sovet hökuməti 1921-ci ilin oktyabr
ayında bütün mühacirləri vətəndaşlıqdan
məhrum etdi və beləliklə, milyonlarla


adam qanuni mövcudluq hüququnu
itirmiş oldu. Ciddi fakt qarşısında qalan
dünya birliyi yaranmış növbəti çətinlikdən
çıxış yolları arayarkən "Beynəlxalq Qırmızı
Xaç Komitəsi Millətlər Liqası Şurasına rus
qaçqınları üzrə komissar təyin etməyi
məsləhət gördü. Bu ağıllı təklifi nəzərə
alan Şura məşhur qütb tədqiqatçısı Fritof
Nanseni qaçqınlar üzrə komissar təyin
etdi". Lakin, təəssüflər olsun ki,
mənbəşünaslıqda Azərbaycan
mühacirlərinin ümumi sayı barədə dəqiq
məlumata təsadüf etmirik. Buna
baxmayaraq bir sıra faktların və
söylənilən mülahizələrin yekunu kimi belə
qənaətə gəlmək olar ki, 1920-ci ildən
sonra ΙΙ Dünya müharibəsi başlayana


qədər ölkəni zaman-zaman tərk edənlərin
sayı orta hesabla 50 mindən az deyildi.

Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin