Dərs kitabları №: 1 Ünvan: az6200, Zaqatala Şəhəri, Heydər Əliyev prospekti №: 88



Yüklə 1.15 Mb.
Pdf просмотр
səhifə1/18
tarix06.05.2017
ölçüsü1.15 Mb.
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   18

BAKI İSLAM UNİVERSİTETİ
NƏŞRİ № 01
TƏFSİR ÜSULU VƏ TARİXİ
II Nəşr
Bakı - 2011

AZƏRBAYCAN RESPUBLİKASI
BAKI İSLAM UNİVERSİTETİ
Kitabın adı:
« TƏFSİR ÜSULU VƏ TARİXİ »
Müəllif:
Dr. Mehman İsmayılov
Dizayn:
Əflatun Məmmədov
ISBN:
978-9952-8102-7-1
Bu Kitab Bakı İslam Universiteti Zaqatala korpusunda
hazırlanmış və elmi şuranın 10 fevral 2011-ci il tarixli iclasının
3 saylı qərarına əsasən nəşr edilmişdir.
Dərs kitabları №: 1
 
Ünvan:   AZ6200, Zaqatala Şəhəri
  
Heydər Əliyev prospekti №: 88
 
Tel:   (+994 174) 5 32 46
 
Faks:  (+994 174) 5 21 83
 
e-mail:   zakatalailahiyat@gmail.com

ÖN SÖZ
İlahi  kitabların  sonuncusu  olan  və  bütün  əsrlərə  xitab  edən 
Qurani-kərim  bəşəriyyəti  aydınlatmaq  üçün  göndərilən  nurdur. 
Bu misilsiz kitab insanların inadını qırmaq, əvvəlcədən formalaşan 
baxışlarını dəyişmək, onlara “görünənin arxasındakını göstərmək” 
üçün ən mənalı, ən gözəl ecazkarlıq nümunələri ortaya qoyur.
Nüzulundan  bəri  Quran  bir  çox  elmlərin  ilham  qaynağı  ol-
muşdur. Onun sayəsində böyük İslam mədəniyyəti ortaya çıxmış-
dır.  VII  əsrdən  bəri  onu  anlamaq  və  anlatmaq  üçün  milyonlarla, 
hətta milyardlarla əsər yazılmıdır. Hər kəs bu böyük dəryadan öz 
gücü nisbətində bir damla almağa çalışmışdır. Lakin heç kəsə bu 
dəryanın dibinə çatmaq nəsib olmamışdır.
Bu kitab da, Azərbaycan oxuyucusuna, xüsusilədə da ilahiyyat 
elmləri ilə məşğul olanlara Quran dəryasından bir damla almağa 
yardım etməyi qarşısında məqsəd qoymuşdur.
Kitab giriş və üç fəsildən ibarətdir. Giriş qismində Quranın ta-
rix səhnəsinə çıxışı, Quran nüzul olmadan əvvəlki Ərəbistan yarı-
madası və Məkkədəki dini, siyasi, iqtisadi və sosial vəziyyət barədə 
məlumat  verilmişdir.  Burada  eyni  zamanda  təfsir,  təfsir  üsulu 
terminləri və təfsirə mənaca yaxın olan digər kəlmələr ələ alınmış-
dır.
“Quran  və  Vəhy”  adlanan  birinci  fəsildə,  vəhy  və  vəhyin 
ma hiyyəti,  Qurani-kərim  leksik  və  terminoloji  mənası,  Quranın 
fəsilləri, Quranın əsas mövzularından bəhs olunur. Quranın kitab-

TƏFSİR ÜSULU VƏ TARİXİ
6
laşması, qiraət və yeddi hərf məsələləri, Quranın tərcüməsi mövzu-
ları da bu fəsildə incələnmişdir.
“Quran  Elmləri”  adlanan  ikinci  fəsildə  isə  əsbabün-nüzul, 
nəsx,  mütəşabeh  ayələr,hürufu-müqəttəə,  qəribul-Quran,  Quran-
dakı müşkil, mücməl və mübhəm ayələr, Quran qissələri, əqsamul-
Quran, əmsalul-Quran və s. kimi Quran elmlərindən söhbət açıl-
mışdır.
“Təfsir Tarixi” adlanan üçüncü fəsildə isə təfsirin meydana çıx-
ması və tədvinindən, Rəsulullahın, səhabilərin və tabeunun təfsir 
metodlarıdan,  təfsirin  mənbələri  və  növlərindən,  müxtəlif  təfsir 
cərəyanlarından bəhs olunmuş, eyni zamanda Quranın anlaşılması 
və təfsiri üçün zəruri olan mühüm məsələlərə toxunulmuşdur.
Bu kitab hazırlanarkən aşağıdakı kitablardan istifadə edilmiş-
dir:
Professor Muhsin Demirci: “Tefsir usulü ve tarihi”
Professor İsmail Cerrahoğlu: “Tefsir usulü” və “Tefsir tarihi”
Professor Allahşükür Paşazadə: “Quranın təfsiri və tərc. tarixi”,
Professor Halis Albayrak: “Tefsir Usulü”,
Professor Mehmet Paçacı: “Kurana Giriş”.
Bu kitablardan əlavə i.e.n. Mehman İsmayılovun “XX Yüzyılda 
Azerbaycanda yapılan Kuran ve tefsir çalışmaları” adlı magistra-
tura işindən də istifadə edilmişdir.
Mehman İsmayılov
İlahiyyat elmləri üzrə fəlsəfə doktoru
Zaqatala-2011

GİRİŞ

I. QURANIN TARİX SƏHNƏSİNƏ ÇIXIŞI
Qurani-kərim ilk dəfə 610-cu ildə, Ramazan ayının iyirmi yed-
dinci gecəsində, Ərəbistan yarımadasında yerləşən Məkkə şə hərində 
vəhy  edilməyə  başlandı.
1
  Məkkədə  yaşayan  və  Allah  tərəfindən 
peyğəmbər seçilən Hz. Mühəmməd, ilk vəhyi qırx yaşında, Məkkə 
yaxınlığındakı Hira mağarasında olarkən aldı. O, qırx yaşına yaxın-
laşdıqda  özündə  heç  vaxt  hiss  etmədiyi  dəyişikliklər  hiss  etməyə 
başladı. Gecələr gördüyü röyalar gündüzlər həqiqətə çevrilirdi. Hz. 
Mühəmmədin bu vaxtlar yalnız qalmaqdan və təfəkkürə dalmaqdan 
xoşu gəlməyə başladı. Hira mağarasına gedir, yemək və suyu bitənə 
qədər orada qalırdı. Əvvəllər hiss etmədiyi bu duyğuları anlama-
ğa çalışır və Allaha ibadət edirdi. Vəhy gəlmədən əvvəlki bu dövr 
təxminən dörd-beş il çəkdi. Hz. Peyğəmbər, bu illər ərzində iyirmi 
ildən çox çəkəcək uzun bir vəhy həyatına hazırlanırdı.
A. Quran nazil olmadan əvvəl Ərəbistan yarımadası
Ərəblər tarixən Ərəbistan yarımadasında yaşayan xalqdır. Bu 
yarımada çox strateji bir yerdə yerləşdiyi üçün öz əhəmiyyətini hər 
zaman qorumuşdur. Bu yarımada qərbdə Qırmızı dəniz və Afrika 
qitəsi ilə, şərqdə Bəsrə körfəzi və İranla, cənubda isə Hind okenaı 
ilə həmsərhəddir. Yarımadanın şimali-qərbində Suriya ilə Anadolu, 
şimali-şərqində isə İraq və İran yerləşir. 
Ərəblərin  soyu  cənub  ərəblərinin  ulu  babası  Qəhtanla  şimal 
ərəblərinin ulu babası olan Adnana dayanır. Əsl ərəblərin Qəhtan 
1  Bəqərə, 2/185; Qədr, 97/1

TƏFSİR ÜSULU VƏ TARİXİ
10
soyundan  gəldiyi,  digərlərinin  isə  sonradan  ərəbləşdikləri  qəbul 
olunur. Şimalda yaşayan Övs, Xəzrəc və Qəssan kimi bir çox ərəb 
qəbilələri əslən cənublu olub sonradan şimala köç etmişlər. Məkkə 
və onun ətrafında yaşayan Rəsulullahın qəbiləsi Qüreyş isə şimal-
dakı Adnan soyundan gəlirdi. Ərəb dili də kökü akkad dilinə gedib 
çıxan  sami  dil  qrupuna  aiddir.  İbrani,  süryani,  həbəş,  finikiya  və 
Cənubi Ərəbistan dilləri də bu dil qrupuna mənsub dillərdir.
Quraq iqlimə sahib olan Ərəbistan yarımadasının orta hissəsi 
səhralıqdır. Ancaq yarımadanın şimal və cənub bölgələri əkinçiliyə 
əlverişli iqlimə sahibdir. Xüsusilə Yəməndə ta qədimdən ədviyyat 
bitkilərinin  becərildiyi  və  onların  ticarəti  olduğu,  bundan  başqa 
e.ə.  2000-ci  ildən  Marib  vahəsinin  süni  suvarma  sistemi  ilə  suva-
rıldığı və ildə iki dəfə taxıl götürüldüyü tarixə məlumdur. Cənubi 
Ərəbistan, əkinçiliklə yanaşı Hindistan və Afrikadan gələn malların 
ticarətindən də böyük gəlir əldə edirdi.
Məhz bu xüsusiyyətlərinə görə Yəmən, Rəsuli-Əkrəmin doğul-
masından əvvəlki əsrlərdə iranlıların və romalıların ələ keçirmək 
üçün mübarizə apardıqları, lakin tez-tez əldən-ələ keçən bir ərazi 
idi. Romanın Qırmızı dənizin o tərəfindəki xristian Həbəşistan uğ-
runda apardığı bu mübarizə, Rəsulullahın dünyaya gəlməsindən bir 
müddət əvvəl Hicaza da sıçramışdı. Rəsulullahın anadan olduğu və 
İslam tarixində “Fil ili” deyə bilinən 571-ci ildə əslən Roma tacirinin 
köləsi olan Yəmən hökmdarı Əbrəhə (Abramus) ordusu ilə Hicaza 
səfər etmişdi. Əbərəhədən əvvəl xristianlar burada (Yəməndə) İra-
nın müttəfiqi olan yəhudi sərkərdə Zu Nuvasın hakimiyyəti altında 
yaşayırdılar.  525-ci  ildə  həbəşlər  Zu  Nuvası  öldürüb  hakimiyyəti 
ələ keçirdilər və onların hakimiyyəti 570-ci ildə Əbrəhənin ölümünə 
qədər davam etdi. Əbrəhədən sonra İslam fəthlərinə qədər Yəmən 
İranın bir vilayəti olaraq qaldı.

QURANIN TARİX SƏHNƏSİNƏ ÇIXIŞI
11
Şimali  Ərəbistandakı  ərəblər  də  inkişaf  etmiş  cəmiyyət  idi. 
Roma  mənbələrində  I  əsrdə  şimalda  dövlət  quran  Nəbatilərdən 
bəhs olunur. Bu dövlətin paytaxtı qalıntıları günümüzə qədər gəlib 
çıxan Petra şəhəri idi. E. ə. V əsrdə şimali-qərbdə yaşayan ərəblər 
də,  farslara  qarşı  Romanın  müttəfiqi  olmuş  və  xristianlığı  qəbul 
etmişdilər. Müsəlmanların 636-cı ildə Yərmuk zəfərindən sonra Ro-
manın bu torpaqlardakı hakimiyyətinə son qoyuldu.
Şimal ərəblərinin arasında farsların da müttəfiqləri var idi. Bun-
lar bugün Nəcəf adlanan Hirə şəhərini öz paytaxları elan etmişdilər. 
Hirə, ərəb yazısının inkişafında böyük rol oynamışdır. 633-cü ildə 
“İslamın  qılıncı”  ləqəbini  daşıyan  Xalid  b.  Vəlidin  ordusu  burda 
fars hakimiyyətinə son qoymuşdur.
B. Quranın nüzulundan əvvəl Məkkə və ətrafı
Çöl iqliminin hakim olduğu Məkkə və ətrafında həyat şərtləri 
çox çətin idi. İctimai vəziyyət bu şərtlərə görə formalaşmışdı. Roma 
tarixçisi  Strabon  ərəblər  haqqında  bunları  söyləyir:  ”Onların  bir 
hissəsi köçəri həyat tərzi sürərkən, aralarında kiçik qəsəbələr salan 
əkinçilər də var idi. Bu insanla dəvələrinin südü və əti ilə qidalanır, 
onlarla səyahətə çıxır və savaşırdılar.” Bu şərtlər ərəb ailəsində patri-
arxizmi ön plana çıxarmışdı. Bu, Qurani-kərim də dilə gətirilmişdir 
(bax. Müddəssir, 74/13; Qələm, 68/149). Həm də belə bir vəziyyətdə 
rəqabət apara bilmək üçün ailə və soy əlaqələri çox güclənmişdi. 
Bəzən  güclü  qəbilələr  zəif  qəbilələri  öz  himayəsinə  alır,  ittifaqlar 
qurur və digər qəbilələrlə müharibələr aparıdılar.
İctimai  quruluşda  ən  üst  təbəqəni  yerli  ərəblər  tuturdu.  O 
dövrdə qəssablıq, bərbərlik, şərabçılıq və digər sahələr inkişaf et-
mişdi. 

TƏFSİR ÜSULU VƏ TARİXİ
12
1. Məkkə, Qüreyş və Peyğəmbərimizin ailəsi
Peyğəmbərimizin mənsub olduğu Qüreyş qəbiləsini Məkkədə 
və  hətta  o  bölgədə  məşhurlaşdıran  şəxs,  Rəsulullahın  beşinci 
nəslindən babası olan Qusay B. Kiləb olmuşdur. Qusay Məkkəni 
din  və  ticarət  mərkəzi  halına  gətirmişdir.  O,  həcc  ziyarətinin 
müqəddəsliyini daha da artırmaq üçün fərqli yerlərdə olan bütlərin 
hamısını  Kəbədə  topladı.  Bundan  başqa  Qüreyşə  aid  məsələləri 
müzakirə  etmək  üçün  ağsaqqallardan  ibarət  “Darun-Nədvə” 
məclisini qurdu. Müharibənin mübah və haram olduğu ayların ela-
nı, ticarət karvanlarının göndərilməsi kimi mühüm qərarlar burada 
alınır, eyni zamanda nikah, sünnət və s. mərasimlər də burada ke-
çirilirdi. Karvanlar buradan yola çıxar və təkrar bura qayıdardı. Ha-
ram ayları (rəcəb, zülqaidə zülhiccə və məhərrəm) xüsusi əhəmiyyət 
daşıyırdı.  Bu  aylarda  müharibələr  dayanır  və  bunun  nəticəsində 
də ticarət həyatı canlanırdı. Məhz bu aylarda həcc ziyarətləri olur, 
Ukaz yarmarkaları qurulur, hər kəs ticarət və sənətkarlıqla məşğul 
olurdu. Şairlər və xətiblər öz ədəbi hünərlərini göstərirdilər. Kəbəyə 
və həcc vaxtında hacılara Qusayın oğlanları xidmət göstərirdilər.
Daha  sonrakı  dövrlərdə  Qusayın  nəvəsi  Haşim  Suriyaya 
gedərək  Qüreyş  karvanlarının  təhlükəsizliyini  təmin  etmək  üçün 
Bizansla  müqavilə  bağladı.  Haşimin  yolunu  izləyən  qardaşları 
Abduşəms, Müttəlib və Nofəl də Həbəşistanda Nəcaşi ilə, Yəməndə 
Himyər  kralı,  İranda  da  farslarla  müqavilələr  bağladılar.  Beləlilə 
Qüreyş həm yay, həm də qış aylarında sərbəst şəkildə bu bölgələrə 
karvan göndərməyə başladı. Yayda karvanlar Suriya və Fələstinə, 
qışda  isə  Yəmənə,  bəzən  də  Qırmızı  dənizi  keçərək  Həbəşistana 
göndərilirdi.  Haşimin  bu  səyləri  nəticəsində  Məkkə  böyük  gəlir 
əldə etdi və Qüreyş qəbiləsi zəngin bir qəbiləyə çevrildi. VII əsrdə 
Qüryeşin içərisindən bir çox zəngin tacir ortaya çıxmışdı və onlar 
Hind  okeanı  və  Şərqi  Afrika  ilə  Aralıq  dənizi  arasındakı  ticarəti 

QURANIN TARİX SƏHNƏSİNƏ ÇIXIŞI
13
öz  əllərində  saxlayırdılar.  Məkkənin  sosial  quruluşu
 
da  ticarətin 
əhəmiyyəti və Qüreyşin üstünlüyü çərçivəsində formalaşmışdı.
Haşim,  Peyğəmbərimizin  babası  olan  Abdulmüttəlibin  atası 
idi.  Hz.  Mühəmmədin  atası Abdullah  isə Abdulmüttəlibin  onun-
cu  oğludur. Abdullah  Bəni  Zührə  hakimi  Vəhbin  qızı  Əminə  ilə 
evlənmişdi. Əminə hamilə ikən ticarət məqsədilə Şama gedən Ab-
dullah, yolda Yəsribə baş çəkir. Burada xəstələnrək vəfat edir və Hz. 
Mühəmməd daha dünyaya göz açmadan yetim qalır. Rəsulullah, 
Əbrəhənin  ordusu  Məkkəyə  hücum  etdiyi  ildə,  yəni  571-ci  ildə 
anadan  olmuşdur. Altı  yaşında  Hz.  Peyğəmbər  anası  ilə  birlikdə 
atasının  məzarını  və  qohumlarını  ziyarət  etmək  üçün  Mədinəyə 
gedir.  Lakin  ordan  dönərkən  anası  vəfat  edir. Anasını  itirən  Hz. 
Mühəmməd bundan sonra səkkiz yaşına qədər babasının yanında 
qalır. Babası vəfat etdikdə isə əmisi Əbu Talib onu öz himayəsinə 
alır. Mənbələr on yaşında ikən Hz. Mühəmmədin əmisi ilə birlikdə 
Şam yolu üzərində olan Busraya səyahət etdiyini xəbər verir. Hz. 
Mühəmməd burada Bahirə adlı xristian rahiblə qarşılaşır və onların 
arasında qısa dialoq olur.
Hz. Mühəmməd iyirmi yaşına çatdıqda ticarət məsələlərindəki 
rəqabət nəticəsində baş verən və haram aylarda olduğu üçün “Fi-
car  müharibələri”  adlandırılan  müharibələrdə  iştirak  edir.  Bu 
müharibələr Qüreyş və onun müttəfiqlərinin qalibiyyəti ilə başa ça-
tır. O il, Hz. Mühəmməd, haqsızlığa uğrayanların haqqını qorumaq 
üçün təşkil olunan “Hilful-füzul” məclisinə seçilir. İyirmi beş yaşın-
da Hz. Xədicə ilə evlənir. Ondan dördü qız, altı uşağı dünyaya gəlir. 
Bunlardan Fatimə xaric digərləri ondan tez dünyadan köçmüşlər. 
Otuz beş yaşında o, sel nəticəsində dağılan Kəbənin yenidən inşa-
sı zamanı Həcərül-əsvədin yerinə qoyulması məsələsində qəbilələr 
arasında ortaya çıxan problemi həll edir. Bu ona Məkkədə olan ehti-
ramı daha da artırır. Hz. Mühəmməd vəhy aldığı qırx yaşına qədər 

TƏFSİR ÜSULU VƏ TARİXİ
14
hər Ramazan ayını Hira mağarasında keçirmişdir. Məhz ilk vəhyi 
də bu mağarada almışdır.
2. Ərəblərin dini etiqadı
Hz. İbrahimin soyundan gələn ərəblər, Hz. İbrahimdən sonra 
onun  gətirdiyi  tövhid  dinindən  uzaqlaşmışdılar.  Ancaq  müxtəlif 
ərəb  cəmiyyətlərinə  bütpərəstlikdən  və  batil  etiqadlardan  qur-
tulmaq  üçün  Allah  tərəfindən  elçilərin  göndərildiyini  Qurandan 
öyrənirik.  Hz.  Hud  Quranda  bəhs  olunan  beş  ərəb  peyğəmbərin 
ilkidir.  Hz.  Hud,  Hz.  Nuhdan  sonra  yaşayan Ad  qövmünə
2
,  Hz. 
Saleh isə bugün Mədayini-Saleh adlanan, Şam və Hicaz arasında 
yaşamış olan Səmud qövmünə
3
 göndərilmişdir. E. ə. səkkizinci əsrə 
aid  Assuriya  kitabələrində  bu  qövmün  adı  keçir.  Bundan  başqa 
Təbüklə  Qırmızı  dəniz  arasında,  Əqabə  körfəzinə  qədər  uzanan 
Mədyən  adlanan  bölgədə  yaşayan  Eykə  xalqına  da  Hz.  Şüeyib 
göndərilmişdir.  Hz.  Musa  da  Mədyəndə  bir  müddət  qalmışdır
4

Bu bölgə, Yəməndən Fələstinə, Misirə və Aralıq dənizi sahillərinə 
gedən ticarət yolunun üstündə idi. Ayələrdə Hz. Şüeybin xüsusilə 
ölçü və çəki məsələsində cəmiyyəti çəkindirdiyi bildirilir.
5
Rəsulullahın gəlişi ərəfəsində ərəblər arasında bütpərəstlik çox 
geniş  yayılmışdı.  Hər  qəbilənin  öz  bütü  vardı.  İslamdan  əvvəlki 
Hicaz  bölgəsi  ərəbləri  Lat,  Mənat  və  Uzza  adlı  bütlərə  sitayiş 
edirdilər.
6
  Bu  bütlərin  olduğu  məkanlar  Övs  və  Xəzrəc  qəbilələri 
tərəfindən ziyarət olunurdu. Səqifoğulları da Lat adlı bütə qulluq 
edir və onun yerləşdiyi məbədin işlərini görürdülər. Bu büt Şima-
li Ərəbistanda da savaş tanrısı kimi tanınırdı. Lat kəlməsinin sami 
2  bax: Əraf, 7/72, Hud, 11/53, Şüəra, 26/124
3  bax. Əraf, 7/73, Şüəra, 26/141, Fəcr, 89/9
4  Taha, 20/40
5  Əraf, 7/75, Hud, 11/84, Hicr, 15/78
6  bax. Nəcm, 53/19-22

QURANIN TARİX SƏHNƏSİNƏ ÇIXIŞI
15
xalqlarının Tanrı üçün işlətdiyi “İl” və “Əl” kəlmələrindən törədiyi 
ehtimal olunur. Lat məbədi eyni zamanda Məkkə ilə Taif arasında-
kı siyasi rəqabətin bir hissəsi idi. Məkkənin qoruyucu ilahəsi olan 
Uzza isə bu üç bütün ən əhəmiyyətlisi hesab olunurdu. Qüreyşin 
hörmət göstərdiyi Hübəl Suriyada idi və Qüreyş onu daha sonra 
Kəbəyə  gətirmişdi.  Hübəl  insan  şəklində  daşdan  hazırlanmış  və 
sağ əli qırılan bir heykəl idi. Qüreyşlilər onu savaş və yağmur ilahı 
qəbul edirdilər. Əbu Süfyanın Uhud döyüşündə bu bütə dua etdiyi 
mənbələrdə qeyd olunur. Hübəlin yanında fala baxılır, oğlan uşaq-
ları sünnət edilir və nikah qıyılırdı. 
Bu bütlərin xaricində Qüreyşin İsaf və Nailə adlı iki bütü daha 
var idi. Bunlardan birisi Səfa, digəri isə mərvə təpəsində yerləşirdi 
və  bu  bütlər  bolluğu  təmsil  edirdilər.  İsaf  kişi,  Nailə  isə  qadın 
şəklində idi.
Quranda  Vəd,  Suva,  Yağus,  Yəuq  və  Nəsr  adlı  bütlərdən  də 
bəhs olunur.
7
 İbn Kəlbi Yağus, Yəuq və Nəsrin Yəməndə ibadət olu-
nan bütlər olduğunu bildirir. O, eyni zamanda əsasən çobanlıqla 
məşğul olan Hüzeyl qəbiləsinin də, sürüləri qoruduğuna inandıq-
ları Suvaya ibadət etdiyini qeyd etmişdir.
8
 
3. Ərəbistan yarımadasındakı digər etiqadlar
Yəhudilik Mərkəzi Ərəbistana kənardan daxil olmuş bir dindir. 
Yəhudilərin bura ilk dəfə Qüdsdəki məbədin romalılar tərəfindən 
dağıdıldığı e.ə. 70-ci ildə gəldikləri ehtimal olunur. Buradan qaçan 
yəhudilər öz bilgi və bacarıqları ilə Hicazdakı ərəblərə təsir etmişlər. 
Yəhudilik ərəblər arasında yayılmasa da, Yəsribdəki Övs və Xəzrəc 
qəbilələri  arasında  bu  dinə  sitayiş  edənlər  vardı.
9
  Məkkədə  də 
7   Nuh, 71/23-24
8   İbn Kəlbi, Bütlər kitabı, s. 50, 51.
9   İbn Hişam, əs-Siratun-Nəbəviyyə, I/82

TƏFSİR ÜSULU VƏ TARİXİ
16
qəbilə münasibətlərini möhkəmləndirmək məqsədilə qüreyşlilərin 
yəhudi qızları ilə evləndikləri tarixə məlumdur.
Xristianlıq  isə,  məzəhəb  çəkişmələri  nəticəsində  Ərəbistana 
gəlib  çıxmışdır.  431-ci  ildəki  Efes  qurultayında  aforoz  olunanlar 
İraqa qaçmış, bunların bir hissəsi Suriya ilə Hicaz arasındakı çöllərə 
yerləşmidi.  Ancaq  Yəsribdə  yəhudilər  də  yaşadığı  üçün  buraya 
gəlib çatmamışdılar.
Romanın  Şimali  Ərəbistandakı  müttəfiqləri  Salehilər  və  Qəs-
sanilər  xristianlığı  qəbul  etmişdilər.  Məsələn,  Salehi  məliki  Da-
vud  bir  monastr  tikdirmişdi.  Xristianlıq  eyni  zamanda  İranın 
ərəb müttəfiqlərindən olan Lahmilər arasında da yayılmışdı. İkin-
ci  Lahmi  kralı  İmrul-Qeys  xristianlığı  qəbul  etmişdi.  Son  Lahmi 
kralı  Numanın  da  xristian  olduğu  söylənilir.  Lahmilərin  paytaxtı 
Hirədə kilsə və monastrlar var idi. Bu şəhər həm də Bizans xristi-
anlığının təqibindən qaçanlar üçün sığınacaq yeri olmuşdu. Xris-
tianlıq Yəmənə isə IV əsrdə gəlmişdi və burada xristianlar əsasən 
Nəcranda yaşayırdılar.
Sabiilikdə İslamdan əvvəl bu ərazidə mövcud olan dinlərdən 
idi. Quranda da bu din mənsublarından bəhs olunmuşdur.
10
 An-
caq Quranda onların etiqadlarından və ibadıət şəkillərindən bəhs 
olumur. Sabiilər haqqındakı araşdırmalar, onların həm müqəddəs 
kitaba, həm də fərqli etiqada sahib olduqlarını göstərir. Onlar İslam 
gəldiyi  zaman  Bəsrə  körfəzinin  şimalında  yaşayırdılar.  Sabiiliyə 
əsasən  Yəhudiliyin  təsirləri  olmuşdur.  Bu  dində  vaftizə  bənzər 
ayinlərin olduğu da bildirilir.
11
10  bax: Bəqərə, 2/62; Maidə, 5/69; Həcc, 22/17
11   Geniş məlumat üçün bax. Şinasi Gündüz, Son Gnostikler, Ankara, 
1995.

QURANIN TARİX SƏHNƏSİNƏ ÇIXIŞI
17
4. Quran və əvvəlki ilahi kitablar
Qurani-kərim Tövrat, Zəbur və İncildən sonra gəlmişdir. Buna 
görə də Quran bu kiatbları da əhatə edir. Belə ki, Quran, keçmişdə Al-
lah tərəfindən bir çox peyğəmbər göndərildiyini, onlara kitab və ya 
səhifələr verildiyini bildirir. Quranda Hz. İbrahimin səhifələrindən, 
Hz. Musaya verilən Tövratdan, Hz. Davudun Zəburundan və Hz. 
İsanın  İncilindən  bəhs  olunur.
12
  Quran,  xüsusilə  Tövrat  və  İn-
cil haqqında geniş məlumat verir, bu kitablarda keçən mövzu və 
qissələrə yer ayırır. Kainatın və insanın yaradılışı; Cənnətdən çıxa-
rılış;  Nuh  Tufanı;  Hz.  İbrahim,  İshaq  və  Yaqub;  İsrailoğullarının 
tarixi; Hz. Yusif; Hz. Musa və Fironla mübarizəsi, Misirdən çıxış, 
İsrailoğullarının çöldəki həyatı; Talut (Saul), Davud və Süleyman; 
Zəkəriyyə  və  oğlu  Yəhya;  Məryəm,  oğlu  İsa  ilə  həvariləri  və  s. 
mövzular  Kitabi-Müqəddəslə  Quranın  ortaq  mövzularıdır.  Bun-
dan başqa Quran bu ilahi kitablarda keçən beynəlmiləl prinsipləri 
təkrarlamış, bu kitabların nə qədər mühafizə olunub-olunmadığını 
ortaya qoymuşdur.
13
Quranla  əvvəlki  müqəddəs  kitablar  arasında  bəzi  fərqliliklər 
də vardır. Məsələn, Quranla bu ilahi kitabların kitab şəklinə salın-
ması bir-birindən fərqlidir. Yəhudi etiqadına görə Hz. Musa özünə 
gələn vəhyləri yazaraq kitab halına gətirmiş
14
 və özündən sonrakı-
lara təslim etmişdir. Ancaq bugün bir çox elm adamı qəbul edir ki, 
Tövrat zaman keçdikcə kitab formasına düşmüşdür. Tövratın orta-
ya çıxışı, Hz. Musadan sonrakı vəziyyəti, günümüzə qədər gəlişi, 
mövcut  Tövratın  nə  zaman  və  kimlər  tərəfindən  yazıldığı  kimi 
mövzular mübahisəlidir. Hz. Musanın yaşadığı e.ə. XIII əsrdən Ba-
bil əsarətinin başladığı e.ə. VI əsrə qədər Tövratın bir neçə dəfə yox 
12  bax. Nisa, 4/136
13  bax. Bəqərə. 2/89, 136; Ali-İmran, 3/3, 84; Maidə, 5/48; Ənam, 6/92; 
Hədid, 57/26-27
14   Çıxış, 17/14; 24/3; 34/27; Saylar, 33/2; Təsniyə, 31/9, 24-26.

TƏFSİR ÜSULU VƏ TARİXİ
18
ol duğu, düşmənlərin əlinə keçdiyi, müxtəlif dəyişikliklərə uğradı-
ğı
15
 bildirilir. Tövrat Hz. Musadan on üç əsr sonra, yəni I əsrdə bu-
günkü  şəklinə  salınmışdır.  Günümüzdə  mövcud  olan  ən  qədim 
və tam ibranicə əlyazma nüsxələr IX əsrə, Tövratın yunanca tər cü-
mələri isə IV əsrə aiddir.
Eyni şey bugünkü İncillər üçün də keçərlidir. Xristianlığa görə 
Hz. İsa ilahi kəlamdır. Yəni o özü vəhyi təmsil edir. İncil kitabları 
isə Allahın kəlamı deyil, Hz. İsadan sonra qələmə alınan mətnlərdir. 
Bugünkü  İncillərin  Hz.  İsa  tərəfindən  yazılmadığını  xristianlar 
özləri də qəbul edirlər. İncillər Hz. İsadan ən az otuz il sonra yazıl-
mağa başlanmış və I əsrin sonunda yazılıb tamamlanmışdır.
16
 Qurani-Kərimlə Kitabi-Müqəddəs arasında möhtəva və üslub 
baxımından da fərqlər vardır. Kitabi-Müqəddəs müxtəlif müəlliflər 
tərəfindən və fərqli dövrlərdə yazılmışdır. Onda tarixi hadisələrlə 
yanaşı, dini hökmlərə, fəlsəfi dialoqlara, hikmətli sözlərə və dualara 
da yer verilmişdir. Kitabi-Müqəddəsdə hadisələr, zaman və məkan 
yönü ilə də ələ alınmışdır. Əski-Əhid İsrailoğullarının tarixindən 
çox geniş şəkildə bəhs etmişdir. Yeni Əhiddə isə əsasən Hz. İsanın 
həyatı ələ alınmışdır. 
Quranda isə həm Əski Əhiddən, həm də Yeni Əhiddən fərqli 
olaraq,  daim  Allah  danışır,  xitab  olunanlar  isə  Hz.  Peyğəmbər, 
müxtəlif etiqad mənsubları və ümumilikdə insandır.



Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   18


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə