Axc mühacirlərinin fəaliyyətləri


partiyası olmuşdu. Partiyanın gizli



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə6/15
tarix19.04.2023
ölçüsü0,67 Mb.
#100737
1   2   3   4   5   6   7   8   9   ...   15
Azərbaycan Xalq Cümhuriyyəti mühacirlərinin fəaliyyətləri — Vikipediya


partiyası olmuşdu. Partiyanın gizli
fəaliyyətə keçməsi barədə qərar 27 aprel
gecəsi qəbul edildi. M.Ə.Rəsulzadənin
tövsiyəsi ilə gizli Müsavatın rəhbərliyinə
M.B.Məmmədzadə gətirilmiş,
Ə.V.Nəmmədzadə (Yurdsevər) onun
müavini (Bakı komitəsinin təşkili ona
həvalə olunmuşdur), M. Sadıq Quluzadə
siyasi işlər komissiyasının sədri
(Azərbaycan qəzalarında partiyanın gizli
təşkilatlarını qurmaq ona həvalə
olunmuşdur), Məmməd Həsən Baharlı
maliyyə komissiyasının sədri, Cəfər
Cabbarlı isə gizli MK-nın Baş katibi təyin


olunmuşlar. Müsavatın Azərbaycanda
gizli fəaliyyət dövrünü xarakterinə görə
dörd mərhələyə bölmək olar: Birinci –
1920–1923-cü illər, ikinci – 1923–1927-
ci illər, üçüncü – 1927–1931-ci illər,
dördüncü – 1931-ci ildən ΙΙ Dünya
müharibəsinə qədərki mərhələ. Sovet
hakimiyyəti 1923-cü il kütləvi həbslərində
də Müsavatın gizli fəakiyyətinin üstünü
aça bilmədi. Hərbi təşkilatlar və özəklər
ancaq 1926-cı ildəki kütləvi həbslər
zamanı aşkarlanıb ləğv edildi.
Çevrilişin səhəri günü başlanan terror və
həbslər Azərbaycan Demokratik
Mühacirətin təşkilatlanması


Respublikasının liderlərini, görkəmli
dövlət, siyasət adamlarını ölkəni tərk
etmək məcburiyyəti qarşısında qoydu.
Fətəli xan Xoyski, Mustafa Vəkilli, Şəfi
bəy Rüstəmbəyli, qonşu Gürcüstana keçə
bildilər.
[2]
Siyasi təşkilatlanma üçün göstərilən
səylər
Aprelin ortalarından Azərbaycan
Parlamentinin sabiq sədr müavini Həsən
bəy Ağayevin rəhbərliyi ilə Tiflisə
Zaqafqaziya Respublikalarının
Konfransına göndərilən nümayəndə
heyəti də aprel çevrilişdən sonra vətənə
dönmədi. İlk dəfə qonşu Gürcüstanda


fəaliyyətə başlayan mühacirlər,
bolşeviklərin xalqın iradəsi və tarixin
hökmü ilə qurulmuş Azərbaycan
Demokratik Respublikasını hərbi yolla
devirməsini dünya ictimaiyyətinə
çatdırmaq üçün kəskin etiraz
bəyannaməsi ilə çıxış etdilər. Baş vermiş
hadisəyə Azərbaycandan xaricdə ilk dəfə
rəsmi münasibəti ifadə edən bu sənəddə
daha sonra, XΙ Ordu hissələrinin
respublika ərazisində törətdiyi
vəhşiliklərdən, baş alıb gedən
soyğunçuluqlardan, talantlardan, qanlı
toqquşmalardan bəhs olunur, "Rus qızıl
ordusunun tezliklə ölkə hüdudlarından
çıxarılması tələbi ilə" dünya dövlətlərinin
Sovet hökumətinə təzyiq göstərməsi


xahiş edilirdi. Bu etiraz bəyannaməsi
imzalanıb yayıldıqdan heç bir ay
keçməmiş iyunun 19-da Fətəli Xan Xoyski
və Həsən bəy Ağayev Tiflisdə erməni
terrorçuları tərəfindən qətlə yetirildi.
Mayın sonlarından Bakıda gizli yaşayan
M.Ə.Rəsulzadə də get-gedə şəhərdə
qalmağın təhlükəli olduğunu görüb, dostu
A.Kazımzadə ilə Tiflisə yola düşmək
qərarına gəlir. Yolların narahat olduğunu
nəzərə alıb bir müddət Lahıc kəndində
gizlənən M.Ə.Rəsulzadə və A.Kazımzadə
burada da çox qala bilmədilər.
Gürcüstana keçmək üçün növbəti dəfə
yola çıxsalar da, "Avqustun 17- də hər
ikisi Şamaxının Qaraməryəm kəndi
yaxınlığında həbs edilib Bakıya gətirildi".


1920-ci il noyabrın 1-də Bakıya gələn
Stalin, Xüsusi Şöbə rəisi Pankratova
"M.Ə.Rəsulzadə ilə A.Kazımzadəni azad
hesab etmək və sərəncama qatara
göndərmək" göstərişi verdi və noyabrın
16-da ikisini də özünün getdiyi qatarda
Moskvaya apardı. 1919-cü ildə
Azərbaycan Parlamenti tərəfindən
Ə.M.Topçubaşovun rəhbərliyi ilə Paris
sülh konfransına göndərilmiş nümayəndə
heyətinin əksər üzvləri (Mir Yaqub
Mehdiyev, Ceyhun bəy Hacıbəyli,
Məmməd Məhərrəmov, Əkbər ağa
Şeyxülislamov, Abbas bəy Ataməlibəyov)
də 27 apreldən sonra Avropada qalaraq,
çox faydalı işlər görürdü. 1920-ci il
sentyabrın 8-də Parisdə məhkum


Azərbaycan Cümhuriyyəti heyəti
tərəfindən Millətlər Cəmiyyəti rəisliyinə
aşağıdakı bəyanatla müraciət olundu:
[3]
"Azərbaycan milləti… Cenevrədə
birləşmiş olan millətlər təmsilçilərinə
müraciət edərək Azərbaycan xalqının
məruz qaldığı ələm və nəqabilə
(müsibətə) nəzəri diqqətinizi cəlb
etmək istəyir.
…1920-ci ilin aprelində rus bolşevikləri
Azərbaycanı istila etdi və qeyri-bərabər
hərbdən sonra qızıl ordu məmləkəti
əsgəri işğalı altına aldı. O vaxtdan bəri
Azərbaycanda üsyanlar davam edir.
…Millətlər Cəmiyyəti Ali Məclisinin
Azərbaycan millətinə və onun haqlı


tələbatına mənəvi himayə
göstərəcəyinə ümid edirik".
Noyabr ayında isə Ə.M.Topçubaşov özü
Millətlər Cəmiyyətinin Cenevrədəki
toplantısında iştirak edib Azərbaycanın
istilası məsələsini yenə dünya birliyinin
nəzərinə çatdırdı:


Bundan sonra...arkadaşları ilə
bərabər 1922-də Lozanna və Genuya,
1923-də London Konfranslarına
gedərək Azərbaycanın milli
mənafelərini müdafiədə bulunmuş,
bu sayədə, məsələ, Genuya
konfransında bolşeviklərin
Azərbaycan namına söz söyləməyə
səlahiyyətdar olmadıqlarına qərar
vermişdir.
Əlimərdan bəy Topçubaşov


Azərbaycan nümayəndə heyəti faktiki
itirilmiş müstəqilliyin hüquqi mühafizəsi
sahəsində beynəlxalq ələmdə gərgin iş
aparır, öz fəaliyyətlərini digər Qafqaz
respublikalarının təmsilçilərinin
fəaliyyətləri ilə əlaqələndirməyə
çalışırdılar. Elə bu məqsədlə 1921-ci ilin
mayın 8-də Azərbaycan nümayəndə
heyəti, AXC-nin Parisdəki
nümayəndəliyində yığışaraq Qafqaz
respublikalarının müstəqilliyi yolunda
birgə fəaliyyətin zəruriliyini nəzərə alıb
Qafqaz Konfederasiyasının yaradılması
məsələsini müzakirə etdilər. 1921-ci il
iyunun10-da isə artıq üç Qafqaz
Respublikasının səlahiyyətli təmsilçiləri
ilk yığıncaqlarını keçirib


(Ə.M.Topçubaşovun sədrliyi ilə) "öz
aralarında siyasi, iqtisadi ittifaq yaratmaq
qərarına gəldilər". Lakin, AXC-nin 1920-ci
il aprelin əvvəlində Türkiyəyə səfir təyin
etdiyi Xəlil Xasməmmədovun 1 noyabr
1921-ci ildə İstanbulda verdiyi bəyanatda
deyildiyi kimi "Konfederasiya ilə bağlı
Parisdə imzalanan sənəd müqavilə deyil,
proklamasiya (bəyannamə) idi".

Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin