Axc mühacirlərinin fəaliyyətləri


Siyasi partiyaların gizli fəaliyyətə



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə4/15
tarix19.04.2023
ölçüsü0,67 Mb.
#100737
1   2   3   4   5   6   7   8   9   ...   15
Azərbaycan Xalq Cümhuriyyəti mühacirlərinin fəaliyyətləri — Vikipediya

Siyasi partiyaların gizli fəaliyyətə
keçməsi
Aslan bəy Səfikürdski


Beləliklə, 1920-ci il 27 aprel istilası ilə
başlanan mühacirətin yeni mərhələsi öz
coğrafiyasının genişliyinə,
istiqamətlərinin çoxşaxəliliyinə,
kəmiyyətinə görə özündən əvvəlkilərdən
çox böyük və daha kütləvi idi. 1920-ci il
27 aprel işğalından sonra Azərbaycanda
Kommunist Partiyasından başqa heç bir
partiyanın leqal fəaliyyətinə imkan
qalmadı. Gəncə, Qarabağ, Şəki və
Zaqatalada lokal xarakterli hərbi
Camo bəy Hacınski


çıxışların, silahlı üsyanların əsas
təşkilatçıları kimi Müsavat və İttihadı
ittiham etmək, siyasi partiyalara qarşı
amansız mübarizənin başlayacağını
xəbər verirdi. Əslində ayrı-ayrı partiya
üzvlərinin üsyanların təşkilində və
gedişində iştirakı istisna edilməsə də,
bütövlükdə partiyaların təşkilatçılığını və
iştirakını iddia etmək əsassız idi.
Əbdülvahab Yurdsevər yazır:
Böyük Gəncə üsyanı, Şəki, Lənkəran
və digər bölgələrdəki ayaqlanmalar
(ixtişaşlar) müştərək bir plana və
təşkilata bağlı deyildi. Biz bu kimi
hazırlıqsız, plansız hərəkətlərə
müxalifik.


Gözlənildiyi və vəd edildiyi kimi böyük
silahlı çıxışlar yatırıldıqdan sonra gizli
fəaliyyətə keçmək məcburiyyətində
qalmış partiyalara "müharibə elan
olundu". "Əhrar" (nisbətən Şimal
bölgəsində nüfuzu olan bu partiya
yarandığı gündən Müsavatı Türkiyəyə
arxa çevirməkdə, əsasən şiələri vəzifəyə
yerləşdirməkdə ittiham etməklə və
sünnilik məzhəbini qabartmaqla
populyarlaşmaq taktikası seçmişdi)
sovet hakimiyyətinin ilk günlərində özünü
buraxmaq haqqında qərar çıxardı və "bir-
iki il sonra onun üzvləri rəsmən Müsavat
firqəsinə girdi".


Sosialist fraksiyasına daxil olan "xalqçı
sosialist firqəsi" də bolşevik
platformasını qəbul edərək üzvlərini
məsul vəzifələrə yerləşdirə bildi. Lakin,
fəal "xalqçılardan" Aslan bəy Səfikürdski,
Rza bəy Qaraşarlı, Camo bəy Hacınski,
Rza Şabanov, Kərim Feyzullayev, Xankişi
Şahverdiyev və digər 26 nəfər 1922-ci ilin
sonlarında Azərbaycan SSR Ali İnqilabi
Tribunalının "eser partiyasının
Zaqafqaziya təşkilatının işi" adlı
qondarma ittihamla mühakimə olunub
müxtəlif müddətli həbs cəzaları aldılar.
İttihad partiyasının buraxılması haqqında
aktda isə deyilirdi:


Burjua "azadlığı" çərçivəsində
Müsavatla açıq mübarizə aparan
"İttihad" hesab edir ki, Qırmızı Sovet
hissələrinin Azərbaycana gəlməsi
müsavatçılarla mübarizədə müsbət
həllini tapır. Və öz məqsədinə çatmış
“İttihad” səhnədən gedir.
Lakin 1920-ci ilin yazından İttihad gizli
fəaliyyətə keçərək özünü güclü antisovet
bir partiya kimi göstərə bildi. "Vətən ya
ölüm", "Mərkəzi İttihad", "Quranın əmin-
amanlığı" adlı üç müstəqil qrupa bölünən
Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin