Avrasya İncelemeleri Dergisi Journal of Eurasian Inquiries



Yüklə 364,53 Kb.
Pdf görüntüsü
səhifə9/13
tarix02.01.2022
ölçüsü364,53 Kb.
#43235
növüXülasə
1   ...   5   6   7   8   9   10   11   12   13
Müstəqillik Dövründə Gürcüstanda Milli Dövlət..

The Caucasus Globalization Journal of Social, Political and Economic Studies. Vol. 8, Issue 1-2, 2014 (pp. 

1-11).


Alter Kahraman, Yury Katliarou, Özge Anaç, Müslüman Acarlılar: İslam, Din Değiştirme ve Dini Haklar, 



Gürcistan’da Müslüman Topluluklar: Azınlık Hakları, Kimlik, Siyaset (Ed. Ayşegül Aydıngün, Ali Asker, Aslan 

Yavuz Şir), Avrasya İncelemeleri Merkezi, Ankara 2016 (ss.159-1992), s. 174.




132

Avrasya İncelemeleri Dergisi - Journal of Eurasian Inquiries

Müstəqillik Dövründə Gürcüstanda Milli Dövlət Quruculuğu, İslam Siyasəti Və Regional Əməkdaşlıq

zorakılıqla deyil, müxtəlif təşviq, vergi, torpaq ərazilərinin istifadəyə verilməsi kimi yollarla 

və tədricən həyata keçirilmişdir. Osmanlı dövlətinə sadiq olan yerli ağalara və bəylərə xalqın 

idarə edilməsi sahəsində geniş səlahiyyətlər verilmişdi.

8

 Uzun müddət bu bölgəni ələ keçirmək 



uğrunda Rusiya və Osmanlı dövlətləri arasında şiddətli rəqabət olmuş, nəticədə sovet hakimiyyəti 

dövrünün əvvəllərində Acarıstan muxtar bölgə kimi Gürcüstanın tərkibinə daxil edilmişdir. 

2014-cü ildə aparılmış siyahıyaalmanın nəticələrinə görə Acarıstan əhalisi 333 min 953 nəfər 

olub Gürcüstanın ümumi əhalisinin 9%-ini təşkil etmişdir

9

.

Gürcüstanda yaşayan başqa bir müsəlman azlıq qrupunu kistlər təşkil edir



10

. Kistlər 

çeçen və inquşlar kimi Qafqazın vaynax xalqları qrupuna daxildirlər. 2014-cü ildə aparılan 

siyahıyaalmanın nəticələrinə görə, Gürcüstanda yaşayan kistlərin ümumi sayı 5 min 697 nəfərdir. 

Bunun 5 min 581 nəfəri Kaxetiya bölgəsində yaşayır.

11

 Müsəlman kistlərin dini kimliklərinin 



şəkillənməsində iki önəmli şəxsiyyətin rolundan bəhs edilir. Bunlardan biri sufiliyin nəqşibəndi 

qolundan İsa Əfəndi, digəri isə qadirilik qolundan Kunta Hacı olmuşdur. Nəqşibəndilik 

Pankisiyə 1909-cu ildə İsa Əfəndinin Dusi kəndinə gəlişindən sonra yayılmışdır. Qadirilik isə 

1927-ci ildə Kunta Hacının müridlərindən olan Şeyx Oda vasitəsilə bu bölgədə yayılmışdır.

12

Kistlər güclü ənənəvi icma strukturuna malik xalqdır. Qafqazda yaşayan məzhəb və təriqətlər 



baxımından ayrılan ənənəçi-yenilikçi (təriqətçilər-sələfilər/vəhhabilər) ziddiyyətinin kistlər 

üzərində təsiri böyükdür. Bu təsir özünü sadəcə dini inanc baxımından göstərməmiş, eyni 

zamanda onların yaşadıqları Pankisi vadisinin adını təhlükəsizlik problemləri ilə bağlı dünya 

gündəminə çıxarmışdır. Pankisi vadisi sakinlərinin dini həyatında nəqşibəndilik və qadirilik 

təriqətləri tarix boyu güclü olmuşdur. Lakin SSRİ-nin dağılmasından sonra Qafqaz regionunda 

radikal cərəyanları təmsil edən sələfilik/vəhhabiliyin təsiri hər keçən gün artmışdır. Xüsusilə 

çeçenlər arasında şiddətlənən təriqətci-sələfi münaqişəsi, habelə Rusiya-Çeçenistan müharibəsi 

nəticəsində radikal cərəyanların toplana biləcəyi ən əlverişli bölgə Pankisi vadisi olmuşdur. Bu 

hadisələr kist icmasının tədricən sələfilik ideologiyasının təsiri altına düşməsinə yol açmışdır. 

Gürcüstanın say etibarı ilə azlıq təşkil edən xalqlarından biri də Axısqa türkləridir. Bir 

zamanlar Osmanlı imperiyasına aid olan bu bölgə Rusiya-Osmanlı müharibələri nəticəsində 

Rusiyanın hakimiyyəti altına keçmişdir. Sovet hakimiyyəti qurulduqdan sonra Axısqa bölgəsi 

Gürcüstan sərhədləri daxilində qalmışdır. Axısqa türklərinin yaşadığı ən böyük faciə onların 

1944-cü ildə doğma yurdlarından sürgün edilməsi olmuşdur. Həmin tarixdə doxsan min 

Asker Ali, Alter Kahraman, Gürcistan’da Devletleşme, Kimlik İnşası ve Müslüman Topluluklar. İçinde: 



Gürcistan’daki Müslüman Topluluklar: Azınlık Hakları, Kimlik, Siyaset (Editörler: Ayşegül Aydıngün, Ali Asker, 

Aslan Yavuz Şir), AVİM Yay., Terazi Yayıncılık, Ankara 2016 (ss. 23-47), s. 32-33.

National Statistics Office of Georgia “2014 General Population Census-Population by Regions and Religion”. 



http://www.census.ge/en/results/census (Baxıldığı tarix: 20.05.2016).

10  Kistlər barədə ətraflı məlumat üçün baxın: Ayşegül Aydıngün, Ali Asker, Anıl Üner. Pankisi Vadisi’nde Kistler: 

Selefilik, Gelenekçilik, Kimlik ve Siyaset, Gürcistan’da Müslüman Topluluklar: Azınlık Hakları, Kimlik, Siyaset 

(Ed. Ayşegül Aydıngün, Ali Asker, Aslan Yavuz Şir), Avrasya İncelemeleri Merkezi, Ankara 2016 (ss. 347-370).

11  Bax: National Statistics Office of Georgia “2014 General Population Census- Population by Regions and 

Ethnicity”. http://www.census.ge/en/results/census (Erişim Tarihi: 20.05.2016).

12  Aydıngün, Asker, Üner, s. 353.



133

Avrasya İncelemeleri Dergisi - Journal of Eurasian Inquiries

Ali Asker, Tuğba Ünal

axısqalı (türk, kürd və həmşin) Orta Asiyaya sürgün edilmişdir. Sürgünə məruz qalmış digər 

xalqlar Stalinin ölümündən sonra bəraət alaraq öz torpaqlarına geri dönsələr də, axısqalılara, 

eyni zamanda Krım tatarlarına belə bir hüquq tanınmamışdır. Buna görə də sovet dövründə 

axısqalıların öz vətənlərinə geri dönmələri üçün göstərdikləri cəhdlər müsbət nəticə verməmiş, 

bu proses hər vasitə ilə əngəllənmişdir. 1999-cu ildə Gürcüstanın Avropa Şurasına üzvlüyünə 

qəbul edilməsi axısqalıların geri dönüşlə bağlı ümidlərini artırsa da, bundan sonrakı dövrdə 

də axısqalıların vətənə geri dönmələrinə mane olan əngəllər aradan qaldırılmamışdır. Nəticədə 

çox məhdud sayda Axısqa türkü sadəcə kiçik qruplarla Gürcüstanda yerləşə bilmişdir. 


Yüklə 364,53 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin