Avrasya İncelemeleri Dergisi Journal of Eurasian Inquiries


Gürcü dövlətçiliyinin ümumi tarixi inkişaf səciyyəsi kontekstində azlıqlar



Yüklə 364,53 Kb.
Pdf görüntüsü
səhifə7/13
tarix02.01.2022
ölçüsü364,53 Kb.
#43235
növüXülasə
1   2   3   4   5   6   7   8   9   10   ...   13
Müstəqillik Dövründə Gürcüstanda Milli Dövlət..

Gürcü dövlətçiliyinin ümumi tarixi inkişaf səciyyəsi kontekstində azlıqlar 

siyasəti

Tarix boyu Gürcüstan torpaqları Qafqazın digər bölgələri kimi böyük dövlətlərin, imperiyaların 

və yerli güclərin mübarizə meydanı olmuşdur. Xüsusilə İran və Osmanlı imperiyaları arasında 

əl dəyişdirən Gürcüstan torpaqları XIX əsrdən etibarən regionda hegemoniya qurmağa çalışan 

Rusiya imperiyasının həyata keçirdiyi işğal siyasətiylə qarşı qarşıya qalmışdır. Bu dövrdə 

Osmanlı və İran imperiyalarının zəifləməsi, bunun əksinə Rusiya imperiyasının güclənməsi və 

müxtəlif istiqamətlərdə sürətlə irəliləməsi Gürcüstanın və Cənubi Qafqazın digər bölgələrinin 

işğalını gücləndirmişdir. Beləliklə XIX əsrin əvvəllərindən başlayan işğal prosesi Cənubi 

Qafqaz regionunun tamamilə Rusiyanın əlinə keçməsilə nəticələnmişdir. Rusiyada çar 

mütləqiyyətinin süqutu və Oktyabr çevrilişi XX əsrin əvvəllərinə qədər Rusiyanın işğalı altında 

qalan Gürcüstanın taleyində mühüm rol oynamışdır. Bu tarixi proseslər gürcülərin milli dövlət 

quruculuğunun yolunu açmış və 26 may 1918-ci ildə Gürcüstanın müstəqilliyinin elan edilməsi 

ilə nəticələnmişdir. Gürcüstan Demokratik Cümhuriyyəti qısa da olsa öz müstəqilliyini qoruya 

bilmiş və 1921-ci ildə bolşevik Rusiyasının hərbi müdaxiləsi nəticəsində süqut etmişdir. Bundan 

sonrakı dövrdə respublika statusu formal şəkildə davam etmiş və Gürcüstan Respublikası 

əvvəl Zaqafqaziya Sovet Federativ Respublikasının (1922-1936), 1936-cı ildən isə müttəfiq 

respublika kimi SSRİ-nin tərkibində öz mövcudiyyətini davam etdirmişdir. Bu dövrdə SSRİ-

ni təşkil edən və tamamilə Rusiyanın hegemoniyası altında olan müttəfiq respublikaların 

həqiqi mənada müstəqil dövlət statusundan məhrum olduqlarını xüsuslə qeyd etmək lazımdır. 

1980-ci illərin ortalarından etibarən M.S. Qorbaçovun rəhbərliyi altında həyata keçirilən 

yenidənqurma və şəffaflıq siyasəti bir müddət sonra Sovet İttifaqının bir çox bölgəsində xaos 

və anarxiya mühitinin meydana gəlməsinə səbəb olmuşdur. Ümumiyyətlə, bu siyasət Sovet 

İttifaqının mövcudiyyətini qoruyan əsas prinsiplərlə ziddiyyət təşkil etdiyi üçün hadisələrin bu 

şəkildə cərəyan etməsi təbii idi. Digər tərəfdən bolşevik hakimiyyətindən miras qalan “parçala 

və hökm sür” siyasətinin doğurduğu və uzun müddət totalitar sovet sistemi tərəfindən üstü 

örtülü tutulan milli-etnik və ərazi mübahisələri yenidən zühur etdi. Bütün bu hadisələr SSRİ-

nin dağılma prosesini sürətləndirdi. Onu da qeyd etmək lazımdır ki, Gürcüstan Respublikası 

o dövrdə Sovet İttifaqından ayrılma siyasətini müdafiə edən və bu hərəkatın ön sırasında 

yer alan müttəfiq respublikalardan idi. 1991-ci ildə müstəqilliyinə qovuşan Gürcüstan digər 

respublikalarda olduğu kimi ciddi problemlərlə üzləşdi. Xüsusilə yeni dövlət quruculuğu 

prosesində qarşılaşdığı iqtisadi-sosial çətinliklər, anarxiya, xaos, digər tərəfdən isə milli, dini, 

etnik məsələlərlə bağlı problemlər Gürcüstanın milli dövlət quruculuğuna mane olan bir çox 

problemi də bərabərində gətirmişdir. Belə ki, müstəqilliyinə qovuşan Gürcüstan eyni zamanda 

Abxaziya və Cənubi Osetiya bölgələrini itirmiş oldu. Digər tərəfdən o dövrdə ölkədaxili 

ziddiyyətləri dərinləşdirən səbəblərdən biri də Gürcüstan rəhbərliyinin insan hüquqlarını heçə 

sayan, “qonaq” və “müvəqqəti sakinlər” adlandırdığı milli və etnik azlıqlara qarşı təzyiq və 

hətta “təmizləmə” siyasətinin həyata keçirilməsi olmuşdur. Bütün bu hadisələr müstəqillik əldə 



130

Avrasya İncelemeleri Dergisi - Journal of Eurasian Inquiries

Müstəqillik Dövründə Gürcüstanda Milli Dövlət Quruculuğu, İslam Siyasəti Və Regional Əməkdaşlıq

etdikdən sonra Gürcüstanda qanlı hadisələrin, anarxiya və xaosun yaşanması ilə nəticələnmişdir.

Milli, etnik və dini azlıqlar məsələsi SSRİ-nin dağılmasından sonra Gürcüstanın üzləşdiyi ən 

kövrək problemlərdən biri kimi aktualdır. Çünki bəhs edilən problemlər bu gün də davam edir. 

Dini azlıqlar kimi Gürcüstan müsəlmanlarının hüquq və azadlıqlarının qorunması istiqamətində 

aparılan mövcud siyasət bu məsələdə hökumətin səmimi davranmadığına dair şübhələri daha 

da dərinləşdirməkdədir. Dini azlıqlarla bağlı digər bir problem Gürcü Pravoslav Kilsəsinin rolu 

ilə bağlıdır. Məlum olduğu kimi, müstəqillik ərəfəsində Gürcüstanda kilsənin rolu xeyli artmış, 

pravoslavlıq məzhəbi özünü gürcü kimliyinin ayrılmaz bir parçası kimi təsdiq etdirmişdir. 

Kilsəyə verilmiş imtiyazlar dünyəvi dövlət prinsipinin açıq şəkildə pozulmasına, bir dinin digər 

din və ya məzhəblərə qarşı dövlət tərəfindən üstünlüyünün təmin edilməsinə səbəb olmuşdur. 

Bir çox keçmiş sovet ölkəsində olduğu kimi Gürcüstanda da milli dövlət quruculuğu 

titulyar qrup əsasında aparılmaqda olub, millət inşası prosesində ölkədə yaşayan azlıqların 

mənafeləri nəzərə alınmamaqdadır. 

Gürcüstan Respublikası müstəqillik əldə etdikdən sonra azlıqların hüquqlarına dair bir 

çox beynəlxalq sənədə imza atmış və beynəlxalq öhdəliklər qəbul etmişdir. 2011-ci ildə 

Ümumi Gürcüstan Müsəlmanları İdarəsini, 2014-cü ildə Din İşləri üzrə Dövlət Agentliyini 

quran Gürcüstan hakimiyyəti dini qruplara nəzarət etməyə və onları xarici təsirlərdən uzaq 

tutmağa çalışır. 


Yüklə 364,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin