Avrasya İncelemeleri Dergisi Journal of Eurasian Inquiries



Yüklə 364,53 Kb.
Pdf görüntüsü
səhifə2/13
tarix02.01.2022
ölçüsü364,53 Kb.
#43235
növüXülasə
1   2   3   4   5   6   7   8   9   ...   13
Müstəqillik Dövründə Gürcüstanda Milli Dövlət..

Başvuru/Submitted: 27.03.2020

Kabul/Accepted: 13.09.2020

Atıf/Citation: Asker, Ali ve Unal, Tugba. 

“Post-Sovyet Gürcistan’da Ulus Devlet İnşası, 

İslam Politikası ve Bölgesel İşbirliği.”, Avrasya 

İncelemeleri Dergisi - Journal of Eurasian Inquiries 

9, 2 (2020): 125-139.  

https://doi.org/10.26650/jes.2020.010

XÜLASƏ

Müasir dövrdə müstəqilliyini yeni qazanmış ölkələrdə ən önəmli məsələlərdən biri 

milli dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsidir. Bu prosesin həyata 

keçirilməsi bilavasitə bir neçə ünsürdən asılıdır. Bunlardan biri vətəndaşların milli 

kimliklərinin önəmli bir parçasını təşkil edən dini kimlik ünsürüdür. Dövlətlərin 

həyata keçirdikləri dini və milli (etnik) azlıqlar siyasəti milli dövlət quruculuğunun 

uğurla davam etdirilməsi baxımından vacib əhəmiyyət kəsb edir. Müxtəlif 

milli, dini və etnik qrupların yaşadığı Gürcüstanda bu siyasətin özünəməxsus 

problemləri mövcuddur. Azlıqlarla bağlı milli siyasətin insan hüquqları, demokratiya 

və beynəlxalq hüququn ümumi prinsipləri çərçivəsində həyata keçirilməsi bu 

problemlərin aradan qaldırılması baxımından vacibdir. Gürcüstanda yaşayan 

Borçalı türkləri, acarlar, Axısqa türkləri və kistlərdən ibarət müsəlman azlıqlarla 

bağlı problemlərin uğurlu həlli ölkədəki islam siyasətinin xarakterindən asılıdır.

2011-ci ildən etibarən bir neçə dəfə aparılmış sosioloji sorğu  və əldə edilən 

nəticələr bu məqalənin hazırlanması baxımından çox faydalı olmuşdur. Habelə 

2015-2016-cı illərdə çox sayda araşdırmaçının yer aldığı kollektiv sorğu, müşahidə 

və dərin müsahibələr, habelə, Türkiyədəki elmi araşdırmalar bu məqaləni uğurla 

tamamlamağa imkan vermişdir. 

Məqalədə, yuxarıda bəhs edilən sosioloji sorğu və araşdırmalar zamanı əldə edilən 

nəticələrdən, habelə  regionla bağlı rəsmi mənbələrdə yer alan materiallardan 

istifadə edilərək mövcud problemlərin həlli məsələsində üçtərəfli əməkdaşlığın 

roluna  diqqət çəkilmişdir.




Yüklə 364,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin