Avrasya İncelemeleri Dergisi Journal of Eurasian Inquiries


Müsəlman azlıqların demoqrafik və sosial xarakteristikası



Yüklə 364,53 Kb.
Pdf görüntüsü
səhifə8/13
tarix02.01.2022
ölçüsü364,53 Kb.
#43235
növüXülasə
1   ...   5   6   7   8   9   10   11   12   13
Müstəqillik Dövründə Gürcüstanda Milli Dövlət..

Müsəlman azlıqların demoqrafik və sosial xarakteristikası

Gürcüstanın müsəlman azlıqları arasında say baxımından üstünlük təşkil edən qrup “Borçalı 

türkləri” və ya Azərbaycanda adlandırıldığı kimi “Gürcüstan azərbaycanlıları”dır. Bu qrupun 

məzhəb baxımından əksəriyyəti şiə, qalan hissəsi isə sünnidir. 

Borçalı bölgəsində tarix boyu müxtəlif türk tayfaları yaşamış və bu tayfalar bir-biri ilə 

qaynayıb qarışmışlar. Gürcü tarixşünaslığında Borçalı türklərinin bölgəyə intensiv olaraq XVII 

əsrdə Şah Abbas tərəfindən köçürüldüyü fikri hakimdir. Halbuki tarixi mənbələr türklərin 

bu bölgədə qədim dövrlərdən başlayaraq yaşadığını, bu torpaqların bir türk yurdu olduğunu 

göstərməkdədir. SSRİ dağıldıqdan sonra Gürcüstan hakimiyyəti böyük idarəetmə vahidləri təsis 

edərkən azlıqların kompakt yaşadıqları əraziləri bu vahidlərin tərkibinə daxil etmiş, beləliklə, 

heç bir bölgədə azlıqların “çoxluq” təşkil etməsinə yol verməmişdir. Tarix boyu Borçalı adı 

ilə tanınan və türklərin yaşadıqları rayonlar Kvemo-Kartli bölgəsinə daxil edilmişdir. Onu 

da qeyd edək ki, Borçalı ərazisinin bir hissəsi bugünkü Ermənistan ərazisində qalmış və bu 

bölgədə yaşayan türk-müsəlman əhaliyə qarşı etnik təmizləmə siyasəti həyata keçirilmişdir. 

Hal hazırda Ermənistanda bir nəfər də olsun türk-müsəlman yaşamır. 

Borçalı türklərinin sayı ilə bağlı rəsmi və qeyri-rəsmi göstəricilər arasında böyük fərq vardır.

1

 

2014-cü ildə aparılmış siyahıyaalma nəticələrinə görə Kvemo Kartli əhalisinin ümumi sayı 



Ali Asker, Özge Nur Öğütcü, Borçalı Türkleri: İslam, Mezhep ve Din Temelli Sorunlar, Gürcistan’da Müslüman 



Topluluklar: Azınlık Hakları, Kimlik, Siyaset (Ed. Ayşegül Aydıngün, Ali Asker, Aslan Yavuz Şir), Avrasya 

İncelemeleri Merkezi, Ankara 2016, ss. 219-244, 




131

Avrasya İncelemeleri Dergisi - Journal of Eurasian Inquiries

Ali Asker, Tuğba Ünal

423 min 986 nəfər olmuşdur. Bunun tərkibində gürcülər 249 min 479, Borçalı türkləri 177 min 

032, ermənilər 21 min 500, ruslar isə 2 min 631 nəfər təşkil edir. Həmçinin regionda osetinlər 

(810), yezidi kürdləri (305), ukraynalılar (510), kistlər (25) və digər xalqların nümayəndələri 

yaşayır. Borçalı türklərinin ən çox yaşadıqları yer Marneuli rayonudur. 2014-cü idə aparılmış 

siyahıyaalma nəticələrinə görə,

2

 Gürcüstandakı Borçalı türklərinin sayı 233.024 nəfərdir və bu 



rəqəm ölkə əhalisinin 6.27%-ini təşkil edir. Regionlar üzrə baxdığımızda Borçalı türklərinin 

ən sıx yaşadıqları inzibati ərazilər Kvemo-Kartli (177.032 (41.75%)) və Kaxetiyadır (32 min 

354 (10.16%)). Bundan əlavə Msxeta-Mtianetidə 2 min 316, (2.45%), Şida Kartlidə 5 min 

501 (2.09%) Tbilisidə 15 min 187 (1.37%) Borçalı türkü yaşayır. Digər bölgələrdə yaşayan 

Borçalı türklərinin sayı mindən azdır

3

.



Gürcüstandakı türk-müsəlmanların dini idarəsi ilə əlaqədar normativ tənzimləmələr XIX 

əsrin əvvəllərindən etibarən həyata keçirilməyə başlanmışdır. 1823-cü ildə Tiflisdə şiələri 

təmsil edən şeyxlik, daha sonra 1832-ci ildə sünni müsəlmanları təmsil edən müftilik qurumu 

təsis edilmişdir. 1872-ci ildə şeyxlik və müftilik qurumları birləşdirilərək rəsmi idarəyə 

çevrilmişdir.

4

 1918-ci ildə Azərbaycan müstəqilliyinə qovuşduqdan sonra dini idarə yenidən 



formalaşdırılmışdır. Azərbaycan müstəqilliyini elan etdiyində müsəlman ruhani idarələri Tiflisdə 

yerləşirdi. Hər iki idarə Gəncə şəhərinə daşındıqdan sonra öz iradələri ilə 1 sentyabr 1918-ci 

ildə Məşixati-İslamiyyə adlı vahid qurum şəklində birləşmişdir.

5

 Sovet dövründə 1944-cü ildə 



Bakıda həm şiələri, həm də sünniləri təmsil edəcək Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi 

təsis edilmişdir. 2011-ci ildə Ümumi Gürcüstan Müsəlmanları İdarəsi qurulana qədər Gürcüstan 

müsəlmanları Bakıya bağlı idilər.

6

 2014-cü ilin yanvar ayından etibarən ölkədə sünniləri təmsil 



edən müftilər Şərq və Qərb müftiləri adlandırılmağa başlanmışdır. Gürcüstanda sünnilərin iki 

müfti ilə təmsil edilməsini camaatın bölünməsi kimi qiymətləndirərək bu dəyişikliyi tənqid 

edənlər, bununla yanaşı bu dəyişikliyin zəruri olduğunu müdafiə edənlər də vardır.

7

Gürcüstandakı müsəlman icmaları arasında özünəməxsus problemləri olan dini azlıq Acarıstan 



müsəlmanlarıdır. Qeyd edək ki, Osmanlı dövründə Acarıstan əhalisinin müsəlmanlaşması bir 

neçə əsr davam etmişdir. Rusiya və sovet mənbələrində iddia edilənin əksinə, bu proses 

Bu nəticələr 2016-cı il tarixində rəsmən elan edilmişdir.



Asker, Öğütcü, s. 222.

Rusiya imperiyasında və habelə Qafqazda müsəlmanların idarə olunması məqsədi ilə formalaşdırılmış dini 



idarələr, habelə bu idarələrə təyinatlar müxtəlif dövrlərdə müxtəlif şəkillərdə həyata keçirilmişdir.

Ceyhun Məmmədov, Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət-din münasibətləri, Dövlət və Din, № 04 



(51) iyul - avqust 2017, (ss. 6-15), s. 11; A. İsgəndərov, A. Mövlayi, Şeyxülislamın tarixi, “Elm və təhsil”, Bakı 

2016, s. 187.

Ali Asker, Gürcistan’da Din-Devlet İlişkilerinde Yeni Yasal Düzenleme. 21.Yüzyıl. Eylül, 2011, No. 33, (ss. 



66-72); Conor Prasad. Georgia’s Muslim Community: A Self-Fulfilling Prophecy? ECMI Working Paper. No. 

58, 2012; Rashad Huseynov, History and Evolution of Islamic Institutions in Azerbaijan (XIX-XXI. Centuries). 




Yüklə 364,53 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin