Avrasya İncelemeleri Dergisi Journal of Eurasian Inquiries



Yüklə 364,53 Kb.
Pdf görüntüsü
səhifə12/13
tarix02.01.2022
ölçüsü364,53 Kb.
#43235
növüXülasə
1   ...   5   6   7   8   9   10   11   12   13
Müstəqillik Dövründə Gürcüstanda Milli Dövlət..

Beynəlxalq Forumu [17-18 aprel 2017: Bakı], Azərbaycan MEA Qafqazşünaslıq İnstitutu, Bakı 2017 (ss. 212-

218), s. 215.




137

Avrasya İncelemeleri Dergisi - Journal of Eurasian Inquiries

Ali Asker, Tuğba Ünal

tarixi irsə qarşı cinayətlərə, çirkli pulların yuyulmasına, kibercinayətkarlığa, dezinformasiya 

kampaniyalara, miqrant qaçaqmalçılığına və digər transmilli təhdidlərə qarşı mübarizədə 

əməkdaşlığın gücləndirilməsinə qəti sadiq olduqlarını” bir daha ifadə etmişlər.

21

 

Zirvədə eyni zamanda etnik və dini tolerantlıqla bağlı müddəalar öz əksini tapmışdır. 



Bəyanatda deyilir: 

“Hər üç ölkənin xalqları arasında əlaqələrə töhfə verəcək humanitar sahədə əməkdaşlığın, 

o cümlədən mədəniyyət, təhsil, səhiyyə, gənclərin mübadiləsi, turizm və idman sahələrində 

əməkdaşlığın əhəmiyyətini qeyd etdilər və bu sahələr üzrə birgə layihələrin və tədbirlərin 

irəli sürülməsinə və təşviq olunmasına hazır olduqlarını ifadə etdilər; Bölgədə etnik və dini 

tolerantlıq irsini əks etdirən mədəni irsin qorunması üçün aidiyyəti qurumların səylərini 

artırmaq üçün üç ölkə arasında genişləndirilmiş əməkdaşlığa ehtiyac duyulduğunu vurğuladılar; 

Keçmiş SSRİ Hökuməti tərəfindən keçmiş Gürcüstan SSR-dən sürgün edilmiş məcburi 

köçkünlərin deportasiyasının 75-ci ildönümünün anımı münasibətilə dərin hüzn ifadə etdilər 

və Gürcüstan hakimiyyətinin məcburi köçkünlərin geri qayıtması ilə əlaqədar atdığı addımları 

müsbət qiymətləndirdilər.” 

Təəssüf ki bəyanatda Axısqa sürgünü ilə bağlı ifadələr konkret şəkildə ifadə edilməmiş, 

mətndə “məcburi köçkün” ifadəsi isə sürgünə tabe tutulmuş insanların vəziyyətinin tarixi, 

hüquqi və siyasi baxımdan ifadə edilməsində yetərsiz qalmışdır. 

Qeyd edək ki zirvə toplantılarının funksionallığının artması, bəyanatlarda qəbul edilən 

müddəaların tətbiq mexanizmlərinin işə salınması, qarşıya qoyulmuş işlərin həyata keçirilməsi 

məqsədilə cari fəaliyyət proqramının hazırlanması, bunun üçün müvafiq orqanların təsis edilməsi 

zəruridir. Bu formatı xarici işlər nazirləri zirvəsindən daha yüksək formata keçirmək üçtərəfli 

əməkdaşlıq baxımından məhsuldar bir mərhələyə keçməyə imkan verəcəkdir. 

Azərbaycan və Gürcüstanın Türkiyə kimi regional bir güclə eyni və oxşar maraqlara sahib 

olması üçlü əməkdaşlıq formatının uğurla davam etdirilməsi baxımından vacib əhəmiyyət 

kəsb edir. Lakin dini və milli (etnik) xarakterli bəzi məsələlərin həlli istiqamətində qarşılıqlı 

güzəşt və anlayışa əsaslanan əməli addımların atılmaması ölkələr arasında etimad problemini 

doğurmaqdadır. Bu problemlərin çözüm yollarının üçtərəfli əməkdaşlıq formatında müzakirə 

edilməsi məsələnin kompleks və səmərəli həlli baxımından ən münasib variantdır. Əks təqdirdə 

dini və milli (etnik) xarakterli problemlərin həlli sadəcə qeyri-müəyyən tarixə qədər təxirə 

salınacaq, üç ölkə arasındakı regional əməkdaşlıq səyləri formal xarakterli zirvə toplantılarından 

uzağa gedə bilməyəcək.

21  Bəyanat mətni üçün baxın: No:410/19, Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikasının Xarici 

İşlər nazirlərinin Səkkizinci Üçtərəfli Görüşü, Tbilisi Bəyanatı, 23.12.2019, http://mfa.gov.az/az/news/6510/

pno41019-azerbaycan-respublikasi-guumlrcuumlstan-ve-tuumlrkiye-respublikasinin-xarici-isler-nazirlerinin-

sekkizinci-uumlccedilterefli-goumlruumlsuuml-tbilisi-beyenatip




138

Avrasya İncelemeleri Dergisi - Journal of Eurasian Inquiries

Müstəqillik Dövründə Gürcüstanda Milli Dövlət Quruculuğu, İslam Siyasəti Və Regional Əməkdaşlıq

Nəticə

Yeni dövlət quruculuğu prosesini yaşayan bütün ölkələrdə olduğu kimi, Gürcüstanda da 

milli və dini azlıqlar problemi çox həssas məsələdir. Gürcüstanda müsəlmanların hüquq və 

azadlıqları sahəsində yaşanan problemlərin həlli istiqamətində səmərəli addımların atılması 

vacib əhəmiyyət kəsb edir. Bu, sadəcə Gürcüstanın daxili siyasəti, dövlət-vətəndaş və din-

dövlət münasibətləri baxımından deyil, eyni zamanda regional sülh və əməkdaşlıq baxımından 

önəmlidir. Çünki müsəlman azlıqların problemləri Gürcüstanın iki önəmli strateji müttəfiqi olan 

Türkiyə və Azərbaycanla bilavasitə əlaqədardır. Bununla yanaşı ölkədəki radikal cərəyanlar 

üzərində nəzarətin zəifləməsi ölkə və bölgə təhlükəsizliyi baxımından ciddi problemlər doğura 

bilər. Gürcüstan hakimiyyətinin və rəsmi qurumlarının ən çox şikayətçi olduqları “xarici 

ölkələrin dini təsiri” probleminin aradan qaldırılması ölkə müsəlmanları üçün dini kadrlar 

hazırlayan təhsil və təlim sisteminin qurulmasından, eyni zamanda din və ibadət azadlığının 

təmin edilməsi üçün lazımı şəraitin yaradılmasından asılıdır.

Regional rəqabət və ziddiyyətlərin tarixi keçmişi və bugünkü siyasi proseslər istənilən halda 

Türkiyə-Azərbaycan-Gürcüstan üçbucağında siyasi, iqtisadi, hərbi və mədəni əməkdaşlığın 

inkişaf etdirilməsinin vacib olduğunu göstərməkdədir. Rusiya-İran-Ermənistan əməkdaşlıq 

xətti, təəssüf ki, bölgə ölkələrinə qarşı əsassız iddia və ittihamlar, habelə ciddi təhdidlər ehtiva 

edir. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, Ermənistanın Türkiyəyə qarşı 

ərazi, habelə saxta soyqırım iddiaları, Gürcüstanın ərazi bütünlüyünün təmin edilməməsi, 

Ermənistanın bu ölkəyə qarşı “erməni azlıq” məsələsini bir təzyiq vasitəsi kimi istifadə etməsi 

və s. problemlər Türkiyə-Azərbaycan-Gürcüstan əməkdaşlıq xəttinin daha da gücləndirilməsini 

tələb edir. Lakin Gürcüstanla milli və dini azlıqlarla bağlı həllini gözləyən problemlər bu 

ölkələr arasında müştərək maraqlara zərər verir. Hər üç dövlətin ortaq mənafeyini diqqətə 

alaraq regionda sülh, əmin-amanlıq, iqtisadi və sosial rifahın təmin edilməsi üçün üçtərəfli 

əməkdaşlığı lazımi səviyyədə inkişaf etdirmək bəhsi keçən problemlərin həllinin nə qədər zəruri 

olduğunu təsdiq edir. Bu problemlərin həlli istiqamətində əməli addımların atılması ölkələr və 

xalqlar arasında qarşılıqlı etimadsızlığa son verərək Türkiyə-Azərbaycan-Gürcüstan arasındakı 

əməkdaşlığın sözün həqiqi mənasında stratejik səviyyəyə yüksəldilməsinə fürsət verəcək.




Yüklə 364,53 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin