Ali məktəb pedaqogikası fənninin tədrisinin əhəmiyyəti və pedaqoji elmlər sistemində yeri


PEDAQOGİKADA DİFERENSİASİYA VƏ İNTEQRASİYA PROSESLƏRİ



Yüklə 55,08 Kb.
səhifə3/9
tarix04.06.2022
ölçüsü55,08 Kb.
#60628
1   2   3   4   5   6   7   8   9
Muhazird 1

PEDAQOGİKADA DİFERENSİASİYA VƏ İNTEQRASİYA PROSESLƏRİ.
Pedaqogika elminin diferensiasiyası əsasən iki istiqamətdə gedir:

  • yaşa görə;

  • təlim – tərbiyə müəssisəsinin tipinə görə.

Hər hansı mürəkkəb sistem kimi pedaqogika elmin müvafiq sahələri arasında ardıcılıq və sıx əlaqə var. Pedaqogika elminin arxitekturasının özünəməxsusluğu onun son dərəcə mürəkkəb varlıq olan insanı, onun təhsili, tərbiyəsi və inkişafının formalaşmasını öyrənməsində, qabaqcıl təcrübəni ümumiləşdirməsində, diaqnostik məlumatlar və praktika üçün tövsiyələr işləyib hazırlamasında ifadə olunur.
Məktəb pedaqogikası baza elmidir. O, təhsil – tərbiyə müəssisələrində pedaqoji prosesin metodoloji, nəzəri və tətbiqi problemlərini öyrənir. Sürətlə diferensiasiya prosesi nəticəsində məktəb pedaqogikası artıq ümumi pedaqogika statusunu almışdır.
Pedaqoji elmlər sisteminə daxil olan digər xüsusi sahələr ümumi pedaqogika əsasında formalaşır.
Ümumi pedaqogika iki böyük sahıyı ayrılır:

  • pedaqogika tarixi;

  • pedaqogikanın nəzəriyyəsi.

Pedaqogika tarixi bəşər cəmiyyəti mövcud olduğu zamanda indiye qədər ayrı – ayrı tarixi dövrlərdə tərbiyənin, məktəbin və pedaqoji nəzəriyyənin yaranması və pedaqoji nəzəriyyənin yaranması və inkişaf tarixində dəhs edir.
Pedaqogikanın nəzəriyyəsi pedaqoji prosesin kateqoriyalarını, məqsəd və vəzifələrini, məzmununu, prinsip, vasitə və metodlarını, təşkili formalarını və digər müvafiq problemləri öyrənir.
Pedaqogikanın nəzəriyəsi aşağıdakı sahələri əhatə edir:

  • Müqayisəli pedaqogikamüxtəlif ölkələrin təhsil – tərbiyə sistemlərini müqayisəli şəkildə öyrıənərək ümumi və fərqli cəhətlərini müəyyən edir.

  • Yaş pedaqoqikasımüxtəlif yaş dövrlərində təlim və tərbiyə məsələlərini öyrənir. Yaş xarakteristikalarına görə pedaqoqikanın aşağıdakı sahələri meəyyənləşdirilmişdir:

  • Məktəbəqədər pedaqoqika

  • Orta ixtisas məktəbi pedaqogikası

  • Məktəb pedaqogikası

  • Ali məktəb pedaqogikası

  • Androqogika (yaşlılar pedaqoqikası)
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin