Ali məktəb pedaqogikası fənninin tədrisinin əhəmiyyəti və pedaqoji elmlər sistemində yeri


Ali məktəb pedaqogikası təhsil müəssisələrində pedaqoji prosesin elmi surətdə təşkili və idarə olunması məsələlərini öyrənərkən və aşağıdakı ideyalara istinad edir



Yüklə 55,08 Kb.
səhifə7/9
tarix04.06.2022
ölçüsü55,08 Kb.
#60628
1   2   3   4   5   6   7   8   9
Muhazird 1

Ali məktəb pedaqogikası təhsil müəssisələrində pedaqoji prosesin elmi surətdə təşkili və idarə olunması məsələlərini öyrənərkən və aşağıdakı ideyalara istinad edir :

  • təlimin hər bir mərhələsində öyrənilən problemin, məsələnin, sualın mahiyyətinin dərindən qavranılması və dərk edilməsi təmin olunmalıdır ;

  • təlimin hər bir pilləsində informasiyanın mənimsənilməsinin əsasını təşkil edən anlama (əks əlaqə) təmin olunmalıdır ;

  • təlim fəaliyyətinin idarə olunması öyrənənlərin zehni əməyinin səmərəliliyini və etibarlılığını artırmalıdır ;

  • idarəetmə təlim prosesinin ümumi strategiyasını və taktikasını dəqiqləşdirməyə, təlimin hər bir aktının (məqamının) ardıcıllığını düzgün müəyyənləşdirməyə əlverişli şərait yaratmalıdır ;

Ali məktəb pedaqogikasının bu istiqamətlərdə apardığı araşdırmaların nəticələri tələbə auditoriyasında “operativ” pedaqoji təsirləri reallaşdırmağa, tələbə auditoriyasını refleksiv surətdə idarə etməyə, təlim informasiyasının qavranılmasının psixoloji mahiyyətini nəzərə almağa, tələbələrin öyrənmə fəaliyyətini dəqiq surətdə idarə etməyə imkan verir.
Ali məktəb pedaqogikasının əsas aspektlərindən biri də təlimin ən müasir texniki tələblərinin gözlənilməsi, inkişaf etdirilməsi və tətbiqi metodikasının işlənməsidir.
Ali məktəb pedaqogikası ali təhsilin nəzəri problemləri istiqamətində araşdırmalar aparır, təhsilin məzmununu müəyyənləşdirərkən ali təhsil haqqında dövlət standartlarına istinad edir və bu əsasda mütəxəssis hazırlığını modelləşdirir. Təhsilin məzmunun və məzunun gələcək fəaliyyətini modelləşdirərkən ali məktəb pedaqogikası ümumi təhsil, ali təhsil, diplomdan sonrakı hazırlıq və ixtisasartırmanın varisliyini diqqətlə təhlil edir və bu istiqamətdə araşdırmaları ilə vahid təhsil sistemi daxilində təlimi daha artıq diferensiallaşdırmaq və fərdiləşdirmək imkanlarını aşkarlamağa çalışır.
Ali məktəb pedaqogikasının tədqiqat istiqamətlərindən biri də ali təhsilin spesifik prinsiplərinin reallaşdırılması yollarını və texnologiyalarını müəyyənləşdirməkdir.
Ali məktəb pedaqogikasının uğurlu axtarışları daha bir sıra perspektivlər doğurur: təlim prosesinin sistemli və elmi surətdə idarə olunması, informasiyalar bolluğunun təminedilməsi, tələbələrin konseptual – problemli fəaliyyətinin təşkili, təlimin və elmi fəaliyyətin əlaqələrinin dərinləşdirilməsi, elmlərin və müvafiq tədris fənlərinin inteqrasiyası və s.
Müasir dövrdə ali məktəbin problemləri bunlarla məhdudlaşmır. Cəmiyyətin, elmin, texnikanın müasir inkişafı ali məktəb pedaqogikasını yeni tədqiqatlara istiqamətləndirir. Bu prioritet istiqamətləri belə ümumiləşdirmək olar:

  • sivil cəmiyyətdə ali təhsilin rolunun artması;

  • ali məktəbdə fundamental təhsilin həyata keçirilməsi;

  • ali məktəbdə təhsilin humanistləşdirilməsi və humanitarlaşdırılması ;

  • ali məktəbdə pedaqoji diaqnostika, proyektləşdirmə və ən yeni pedaqoji texnologiyaların tətbiqi;

  • distant (latınca distantia məsafə deməkdir) təlim;

  • virtual (latınca virtualis – qüvvətli, qabiliyyətli deməkdir. Burada mümkün olan mənasında işlədilir) təlim ;

  • tədris fənninin məzmununun modul quruluşu ;

  • pedaqoji prosesin keyfiyyətinin diaqnostikası ;

  • təlim – tərbiyə prosesinin keyfiyyət təminatı ;

  • ali peşə - ixtisas təhsili keyfiyyətinin idarə olunması texnologiyası və s.

Qeyd olunan bu prioritet istiqamətlər bir daha sübut edir ki, müasir cəmiyyətdə təhsil insan fəaliyyətinin ən geniş sferasına çevrilmişdir. Təhsilin sosial rolu və əhəmiyyəti artmışdır. Bu gün bəşəriyyətin inkişaf perspektivlərei təhsilin istiqamətləri və effektivliyindən asılıdır. Təhsil, xüsusən də ali təhsil sosial və iqtisadi tərəqqinin əsas və aparıcı qüvvəsinə çevrilmişdir. Təhsilə bu cür yeni yanaşma tərzi ondan irəli gəlir ki, müasir cəmiyyətin əsas kapitalı və dəyəri yeni biliklərin mənimsənilməsinə, elmi axtarışlara, qarşıya çıxan problemlərin qeyri – standart, orijinal yollarla həllinə hazır olan insandır. Hazırda sosial inkişaf – insanın nəyə sahib olmasından daha çox onun kim olması və malik olduğundan necə istifadə etməsindən asılıdır.
Bu gün bəşəriyyətin istehsal qüvvələrinin görünməmiş vüsətlə inkişafının on milyonlarla adamın ən zəruri rifahını təmin edə bilməməsi, ekoloji böhran, planetimsizin flora və faunasına insanların amansız istismarçı münasibəti, yoxsulluq, uşaq ölümünün artması, insan hüquqlarının pozulması kimi problemlərin həlli üçün ali təhsil sahəsində müvafiq strateji həyata keçirilməsi zəruri və vacibdir.
Artıq bütün dünyada inkişaf etmiş ölkələrin milli təhsil sistemlərində dövlət səviyyəsində müxtəlif islahatlar keçirilməkdədir. Çünki dövlət başa düşür ki, onun gələcəyi ölkə daxilində təhsilin, xüsusən də ali təhsilin inkişaf səviyyəsindən çox asılıdır. İslahatlar ali məktəblərin sayının və tələbə kontingentinin artırılması; ali məktəblərin yeni funkiyalarının müəyyənləşdirilməsi, informasiya bolluğunun təmin edilməsi; yeni informasiya texnologiyalarının geniş tətbiqi; biliyin keyfiyyətinin idarə edilməsi və digər prestji istiqamətləri əhatə edir.
Nə qədər paradoksal (yunanca paradoksal gözlənilməz, qəribə deməkdir) olsa da, son 10 – 15 ildə ali təhsilin elə problemləri meydana gəlmişdir ki, onları islahat daxilində, başqa sözlə, mənəvi metodoloji yanaşmalar çərçivəsində həll etmək mümkün deyil.
Mövcud təhsil sistemləri cəmiyyətin yaradıcı qüvvələrə ehtiyacını ödəyə bilmir. İndii mətbuatda, pedaqoji ədəbiyyatda təhsil “böhranı” haqqında mülahizələr daha tez – tez seslənməkdədir. Elmi ədəbiyyatda təhsil “böhranı” haqqında irəli sürülən mülahizələr artıq rəsmi dövlət sənədlərinə keçmişdir.
ABŞ kimi qüdrətli bir dövlətin maarif xadimləri də belə bir nəticəyə gəlmişlər ki, “hazırda elm və texnika sahəsində savadsız amerikalılar nəsli yetişməkdədir”.
Respublikamızda ali təhsil sahəsində dərin və geniş miqyaslı islahatlar aparılsa da bəzi nöqsanları aradan qaldırmaq hələ də mümkün olmayıb. Gənclərimizin bəziləri elm və texnika sahəsində “savadsız amerikalılardan” heç də geri qalmır. Ali məktəbdə təhsil alan bəzi tələbələr nəinki ümumtədris fənlərinə, hətta peşə - ixtisasla bağlı fənlərə də biganə münasibət bəsləyirlər.
Bütün dünyada təhsil böhranının əsas mahiyyətini təhsil sisteminin keçmiş təcrübəyə, bərpaedici pedaqoji prosesə, reproduktiv təfəkkürə əsaslanması, ən başlıcası, gələcəyə istiqamətlənmənin olmaması təşkil edir.
Sivil cəmiyyət yalnız yeni təhsil sistemi əsasında formalaşa və öz mövcudluğunu qoruya bilər. Bu məqsədlə, gələcəyi inamla proyektləşdirməyi bacaran və bunun üçün məsuliyyət hiss edən mütəxəssis formalaşdıran yeni təhsil sistemi yaradılmalıdır. Sivil cəmiyyət ehtiyac hiss etdiyi bu təhsil sistemi təhsili innovasiyalar əsasında qurmağa imkan verməlidir.
Pedaqoji ədəbiyyatda təhsil böhranının mahiyyəti və dünya təhsil sisteminin inkişaf tendensiyaları sxematik olaraq aşağıdakı kimi göstərilir :



Yüklə 55,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin