Афаг Ялийева


AZƏRBAYCAN XALQ KOMİSSARLAR ŞURASININ SƏDRİ D.BÜNYATZADƏYƏ



Yüklə 2,33 Mb.
səhifə6/295
tarix26.12.2016
ölçüsü2,33 Mb.
#3423
1   2   3   4   5   6   7   8   9   ...   295
8.DANABAŞ KƏNDİNİN MƏKTƏBİ

II
Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış tarixi sentyabr, 1921-ci il, Bakı. Əsər qalın cildli cizgili dəftər vərəqlərinin hər iki üzünə qara mürəkkəblə yazılmışdır. Səhifələr nömrələnmişdir. Üz qabığında rus dilində bənövşəyi mürəkkəblə «Spravka. Po rasporəjeniö Direktora Qos. Törk. Akad. Teatra «Danabaş Kendinin Muallimi» vozvrahaetsə avtoru tov. Djalilu Mamed Kuli-zade», «Rej. A.Rzaev», «12/XІ-28 q. qor. Baku» sözləri qeyd edilmişdir. İlk səhifəsində «Danabaş kəndinin məktəbi», «Komediya 4 məclisdə», «Yazanı: Cəlil Məmmədquluzadə (Molla Nəsrəddin)», «sentyabr 1921, Bakı», həmin səhifənin yuxarı küncündə göy karandaşla «Politiçeski vıderjannaə. 24/XІ/22. Zeynallı», aşağı hissəsində isə bənövşəyi mürəkkəblə «Uçitel sel. «Dana baş» yazılmışdır. 1, 5, 9, 11, 15, 19, 20, 21, 24, 27 və 28-ci səhifələrə teatrın möhürü vurulmuşdur. Mətn daxilində surətlərin dilindən rusca səslənən hissələr vardır. 22-ci səhifədə kağızın ağ yerində bənövşəyi karandaşla belə bir qeyd var: «Burası səhnə üçün qayət uzundur və heç bir surətdə yaramayacaq, teatrda batacaqlar».

Pyesin mətni bitdikdən sonra iki qeyd vardır: I qeyd «C.C.» imzası ilə qara karandaşla; II qeyd isə «Zeynallı» imzası ilə göy karandaşla yazılmışdır. Bu qeydlərdən sonra müəllifin öz xətti ilə qara karandaşla əsərə heç bir aidiyyatı olmayan bir səhifə həcmində yazı verilmişdir. Əsər üzərində bənövşəyi, qara mürəəkkəb və qara karandaşla ciddi təshih işi aparılaraq bəzi əlavələr edilmişdir. 22-24-cü səhifələr qara karandaşla pozulmuşdur.

Başlanır: Əhvalat vaqe olur İrəvan quberniyası…

Bitir:uçenie svet, neuçenie tma.

Ölçüsü: 21x34 sm; həcmi: 16 vərəq; fond 6, s.v. 21.

9.DƏLİ YIĞINCAĞI


Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   295




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin