Афаг Ялийева



Yüklə 2,33 Mb.
səhifə4/295
tarix26.12.2016
ölçüsü2,33 Mb.
#3423
1   2   3   4   5   6   7   8   9   ...   295
3.ANAMIN KİTABI

III
Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Əsər pərakəndə cizgili vərəqlərin hər iki üzünə qara mürəkkəblə yazılmışdır. Sliqəsizdir. Vərəqlər qara karandaşla nömrələnmişdir. Üz vərəqində «Anamın kitabı», «drama 4 məclisdə» sözləri yazılmışdır. Mətn daxilində surətlərin dilindən rusca səslənən hissələr vardır. Əlyazma üzərində qara, qırmızı mürəkkəb və qara karandaşla təshih işi aparılmışdır.


Başlanır: Rüstəmbəyin, Mirzə Məhəmmədəlinin…

Bitir: … Məhəmmədəlinin oxumağını kəsir.

Ölçüsü: 22x35 sm; həcmi: 20+7 (boş) vərəq; fond 6, s.v. 16.

4.ANAMIN KİTABI

IV
Azərbaycan dilində ərəb əlifbası ilə surət. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Əsər bir qırmızı üzlü cizgili ümumi dəftər vərəqlərinin hər iki üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Səliqəlidir. Vərəqlər qara karandaşla nömrələnmişdir. Üz səhifəsində «Anamın kitabı», «drama dörd məclisdə», «Əsər: Cəlil Məmmədquluzadə» sözləri yazılmışdır. 30-cu vərəqin bir üzü boş qalmışdır. Mətn daxilində surətlərin dilindən rusca səslənən hissələr vardır. Bütün səhifələrdə bəzi söz və cümlələrin altından yaşıl karandaşla xətt çəkilmişdir.


Başlanır: Rüstəmbəyin, Mirzə Məhəmmədəlinin…

Bitir: … canında nəfəs var peşman olacaq.

Ölçüsü: 17x21 sm; həcmi: 38+11 (boş) vərəq; fond 6, s.v. 17.

5.ANAMIN KİTABI

V
Azərbaycan dilində ərəb əlifbası ilə surət. Katibi məlum deyil. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Əsər bir cizgili ümumi dəftər vərəqlərinin hər iki üzünə bənövşəyi, 87-ci səhifədən isə qara mürəkkəblə yazılmışdır. Səliqəlidir. Səhifələr nömrələnmişdir. 60-cı səhifə boş qalmışdır. 85-ci səhifədən sonra 5 səhifə nömrələnməmiş, sonradan 86-la davam etdirilmişdir. 85-91-ci səhifələr qara mürəkkəblə pozulmuşdur. Mətn daxilində surətlərin dilindən rusca səslənən hissələr vardır. Qara mürəkkəb və karandaşla təshih işi aparılmış və bəzi əlavələr olunmuşdur.


Başlanır: Rüstəmbəyin, Mirzə Məhəmmədəlinin…

Bitir: … Məhəmmədəlinin oxumağını kəsir.

Ölçüsü: 18x21 sm; həcmi: 46 vərəq; fond 6, s.v. 18.

6.ÇAY DƏSTGAHI

(Bir pərdəli münazirə)


Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış tarixi 1889-cu il, Nehrəm. Əsər saya vərəqlərin hər iki üzünə qara karandaş (1 vərəq) və qara mürəkkəblə (2-10 vərəqlər) yazılmışdır. Səhifələr nömrələnmişdir. On vərəqli dəftərə əlavə edilmiş üz vərəqinə bənövşəyi mürəkkəblə naməlum xətlə «Çay dəstgahı», «Cəlil Məhəmmədquluzadə», «1889», «Nehrəm kəndi» sözləri qeyd olunmuşdur. Birinci səhifədə qara karandaşla yazılmış «Çay məclisi» bənövşəyi mürəkkəblə pozularaq, əvəzinə «Çay dəstgahı» yazılmışdır. Əsər üzərində qırmızı və qara mürəkkəblə təshih işi aparılmış, bəzi səhifələrdə böyük hissələr qara mürəkkəblə pozulmuşdur. Səhifə sonluqlarında qırmızı mürəkkəblə qeydlər edilmişdir.

Son vərəqdə müxtəlif xarakterli qeydlər: «Cəlil Məmmədquluyov», «Cəlil Məmmədquluzadə», «sakini-qəryeyi-Nehrəm», «dekabrın 20-də», «Baş Noraşen», rus dilində qara mürəkkəblə üç yerdə «M.Kuli» və «M.Murtuza», qırmızı mürəkkəblə həndəsi fiqurlar və hesablamalar vardır. Səhifənin sonunda 4 misralı şeir parçası iki dəfə (biri qara, digəri bənövşəyi mürəkkəblə) təkrar olunmuşdur:

Dövlət əgər silsiləcünban şəvəd

Mur təvanəd ki, Süleyman şəvəd.

Niyyət əgər çaki-giriban zənəd

Xacə Nəsir lotiyi-meydan şəvəd.

Həmin şeir parçası 3-cü misrasız yenə təkrarlanmışdır.
Başlanır: Əhvalat vaqe olur Zəngəzur mahalında …

Bitir: …Ta görək haqq nədir, nədir batil.

Ölçüsü: 18x22 sm; həcmi: 10 vərəq; fond 6, s.v. 1.


Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   295




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin