A. X. Mirzəcanzadə, M.Ə.İskəndərov, M.Ə. Abdullayev, R. Q. Ağayev, S. M.Əliyev, Ə. C.Əmirov, Ə. F. Qasımov


§ 2. QAZ-HAVA QALDIRICILARININ HESABLANMASI



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə22/31
tarix29.10.2019
ölçüsü3,61 Mb.
#29455
1   ...   18   19   20   21   22   23   24   25   ...   31
§ 2. QAZ-HAVA QALDIRICILARININ HESABLANMASI 

 

Kompressor qaldırıcısının məhsuldarlığı və sərf edilən enerjidən 

səmərəli istifadə olunması qaldırıcının işlədiyi şəraitdən, onun ölçülərindən 

(diametrindən və uzunluğundan) və nəhayət qaldırıcının iş rejimindən 

asılıdır. 

Quyuların  kompressor üsulu ilə istismarında mayeni  qaldırmaq üçün 

xaricdən əlavə enerji sərf edildiyinə görə qaldırıcının işləməsi üçün elə şərait 


296

 

 

yaratmaq lazımdır ki, mayenin qaldırılmasına ən az enerji sərf olunsun. 



Məhsuldarlığa gəldikdə, qaldırıcı quyudan layihədə nəzərdə tutulan, yaxud 

yol verilən qədər maye almağa imkan verməlidir. 

Beləliklə qaz-hava qaldırıcıları aşağıdakı tələbləri ödəməlidir: 

1)

  mayenin çox səmərəli surətdə çıxarılmasını; 



2)

  optimal hasilatın alınmasını. 

Qaldırıcının təyin edilməli 

ölçüləri onun diametrindən 

və 

uzunluğundan  ibarətdir. Bu məsələ quyunun dərinliyi  və diametri, maye və 



qazın hasilatı, buna müvafiq quyudibi təzyiqi, həmçinin maye və qazın fiziki 

xassələrinə əsasən həll olunur. 

Tədqiqat  göstərmişdir ki, qaldırıcının daha səmərəli  işləməsi  üçün 

quyunun  gündəlik  hasilatı optimal (Q

opt

) olmalıdır. Lakin, lay təzyiqi get-



gedə  azaldığından  qaldırıcı  tədricən  optimal  hasilatdan  maksimal  hasilata      

(Q

maks

) keçirilir. Qaldırıcının Q



opt

 rejimində işləyən dalma dərinliyi mümkun 

qədər  çox  olmalıdır, daha doğrusu,  qaldırıcının  uzunluğu  təqribən quyunun 

dərinliyinə bərabər götürülməlidir: 

                              L



H                                               (IX.1) 

Qaldırıcının Q

maks


 rejimində işləməsi üçün isə: 

L = 2h 

yaxud               L = 2h

0

                   (IX.2) 



olmalıdır; burada L — qaldırıcının dərinliyi, m ilə; 

                        h



0

  —  quyunun ağzından gətirilmiş dinamik səviyyəyədək 

məsafə (buna gətirilmiş dinamik səviyyə  yüksəkliyi 

deyilir), m ilə; 



                  h 

— 

gətirilmiş dinamik səviyyədən qaldırıcının 



başmağınadək məsafədir (buna gətirilmiş dinamik 

səviyyə dərinliyi deyilir), m ilə. 

Ümumiyyətlə, 

ℎ =

10


 ş

−

 .





                                        (IX.3) 

götürülür  (

γ - mayenin xüsusi cəkisidir). Aydındır ki, quyuağzı təzyiq 

atmosfer təzyiqinə  yaxın  olduqda,  h - qaldırıcının dinamik səviyyədən 

mayeyə dalma dərinliyini bildirəcəkdir. Beləliklə: 

0

=   −



10

 ş


−

 .




=   − ℎ.                      (IX.4) 

(IX.2) düsturunda 

0



=  −

10




                                     (IX.5) 

yazmaq olar. 

Adətən, qaldırıcının uzunluğunu (IX.2) düsturundakı kimi qəbul 

etmək mümkün olur, cünki ya maye sütununun gətirilmiş dinamik yüksəkliyi 

gətirilmiş dinamik səviyyənin dərinliyindən az olur, ya da quyuya vurulan 

qazın işlək təzyiqi (p

) kifayət qədər olmur. Belə ki, (IX.2) düsturuna əsasən 



qaldırıcının optimal dərinliyə buraxılması zamanı işlək təzyiqi, təqribən 

297

 

 

                             





= 



 ş

=



10

=



0

10

                                   (IX.6) 



qədərdir. Mədənlərdə p

,  adətən 40 - 45 atm-dən çox olmur. Deməli, 

sonuncu halda optimal uzunluqlu qaldırıcı yalnız dinamik səviyyəsi 400-450 

m-dən aşağı olmayan və dərinliyi 800—900 m olan quyularda mümkündur. 

Qaldırıcının cox qaldırıldıqca daha səmərəli işləməsinə baxmayaraq 

ya işlək təzyiqin məhdudluğu, ya da quyunun dərinliyi üzündən əksər halda 

qaldırıcını optimal uzunluqda seçməyə imkan vermir. 

Əgər qaldırıcının uzunluğunu quyuya vurulan qazın işlək təzyiqi 

nöqteyi-nəzərindən seçsək, onda 

        

 =  −


10



−



 ş



                                       (IX.7) 



alarıq; burada 

| -  sərbəst qaz yoxdursa,  mayenin nisbi xüsusi cəkisi, yaxud 

sərbəst qaz varsa, qarışığın orta nisbi xüsusi cəkisidir.  

Onu da qeyd etməliyik ki, p



baş

 qaz paylayıcı budkanın əsas kəmərində 

qazın təzyiqindən (p

) 3—4  atm  az götürülür (bu rəqəm qazın paylayıcı 

budkadan quyuya qədər yol boyunca və quyuda hərəkətinə  sərf olunan 

təzyiq düşküsünü nəzərə alır), yəni: 

                             p

baş

=p



atm,                                         (IX.8) 

sərbəst qaz olmasa, (IX.7) düsturundakı 

|-nı tapmaq cox da çətin deyildir, 

sərbəst qaz olanda isə qarışığın orta xüsusi çəkisini təqribən quyu dibindəki  

(

γ

q



) və qaldırıcının başmağındakı (

γ

baş

)  xüsusi cəkilərin orta qiyməti kimi 

belə tapmaq olar: 

 =



+



 ş

2

                                             (IX.9) 



burada 

                



=

+43,2 N



2

   Q −÷D   

 .N +1

  

 



+ +43.2 N 2

,                         (IX.10) 

                  

 ş


=

+43.2 N


2

   KQ −D   şM

  ş+1

  

 



+43,2 N 2

,                      (IX.11) 

burada — maye hasilatı, t/gün ilə; 

       Q



— neft hasilatı, t/gün ilə;  

       — neftə nisbətən qaz amili, m

3

/t ilə;  

      


α — qazın həllolma əmsalı, m

3

/tat ilə;  

       — quyunun, yaxud hava vurulan borunun diametri, düymə ilə;  

      

γ — mayenin nisbi xüsusi cəkisi;  



      

γ

— neftin nisbi xüsusi cəkisidir.  

Nəhayət, əgər  p



baş 



 



p

q 

olarsa, onda qaldırıcının uzunluğu quyunun 

dərinliyi ilə məhdudlaşar: 

                                                                              (IX.12) 



298

 

 

burada h



— quyunun dibindən süzgəcin yuxarı dəliyinədək məsafədir, ilə.  

Deməli, qaldırıcını maksimal uzunluqda seçmək lazımdır, lakin bəzi 

səbəblərə görə onu qısa götürməli oluruq. 

Qaldırıcının diametrini (VIII.28) düsturu ilə, yəni VIII fəsildə 

göstərilən kimi seçmək lazımdır. 

Təyin olunmuş qədər maye hasilatı almaq üçün qazın sərfini 

A.P.Krılov  düsturu ilə  hesablayaq. Əgər qaldırıcı optimal rejimdə  işləyirsə, 

onda qazın xüsusi sərfi (VIII.9) düsturu ilə, maksimal rejimdə  işlədikdə isə 

(VIII.25) düsturu ilə tapılır. 

Qeyd etməliyik ki, qaldırıcının vahid uzunluğuna düşən basqını 

             

» =

10


 ş

−

 .





                                   (IX.13) 

kimi ifadə etsək, onda nisbi dalma dərinliyi 

» =


                                            (IX.14) 

olar. Bu halda (VIII.24) —  (VIII.27) düsturları müvafiq surətdə belə ifadə 

olunar: 


                 







=

78N


3

1,5



1,5

= 78N


3

»

1.5



                     (IX.15) 

                         






=

78N


3

1.5



( −ℎ)

2,5


= 78N

3

»



1.5

(1 − »)             (IX.16) 

                                   

Q





=

0,077 


2

N

0,5



ℎ lg

  ş


 .

=

0.077



N

0,5


» lg

»1

»2



                      (IX.17) 

Q





=

0.077 ( −ℎ )

N

0,5


ℎ lg

  ş


 .

=

0,077 (1−»)



N

0,5


» lg

»1

»2



                        (IX.18) 

Son ifadələrdə 

»

1

=



10

1

 ;    



»

2

=



10

2

            (IX.19) 



(IX.15) və (IX.16) ifadələrini Q =ƒ(

») 


şəklində  d =2½″ və 

γ  =0,9 halı üçün 

qrafik surətdə ifadə etsək (139-cu 

şəkil), görərik ki, 

ε-un artması ilə 

qaldırıcının maksimal buraxma qa-

biliyyəti də artır. Lakin qarışığın 

optimal rejimdə hərəkəti zamanı 

maksimum vəziyyət yaranır; belə ki, 

şəkildən göründüyü kimi 2

1

/

2



″ qal-

dırıcıda əgər 

ε≃0,6 olarsa, optimal re-

jimdə 200 m



3

/gün  qədər maksimal 

hasilat almaq olar. Bu o deməkdir ki, 

optimal rejimdə işləyən  qaldırıcıda 

maksimal hasilat almaq istəyiriksə, 

ε-

Q

Q

ma

ks

opt

0,1                0,3                 0,5                 0,7                 0,9

0

200


400

600


800

1000


Q

, t

/gün

!

 



139-cu şəkil. 2½″ qaldırıcının  

nisbi dalma dərinliyindən asılı 

olaraq Q

maks

 və Q

opt

 dəyişməsi 

299

 

 

un qiyməti 



~0,6-ya bərabər olmalıdır.

 

 



Başqa diametrli qaldırıcılar üçün də belə bir nəticə alınacaqdır: 

diametr artdıqca maksimal hasilatın mütləq qiyməti də çoxalacaqdır. 

Boruda qarışığın hərəkəti zamanı xüsusi enerji sərfinin dəyişməsinə 

gəldikdə isə hesablamalar göstərir ki, qaldırıcının optimal rejimində 

ε  = 0,5 

artdıqca xüsusi enerji sərfi eyni qaydada azalır; qaldırıcının maksimal hasilat 

rejimində isə 

ε = 0,5 olanda, xüsusi enerjinin sərfi minimum olur. 

 

8

9



10

12

14



16

18

20



25

30

35



40

10

88



15

20

20



20

30

10



40

50

P



q

,atm

Q,opt

Q,maks

2

½



 20          30     40 50 60 80 100 140 180 250 300 400 600

3





4



230



700



m gün



Q



  m 

m

0

3

Liftin


i

düymə ilə



 - d-

3





4



2



½

2

0

,  


m ilə-Q

opt

üçün

L,m ilə-Q

maks

üçün

20

0



2 5

0

30



0

35

0



40

0 4


50

50

0



10

00

12



00

14

0 0



1 6

00

18



00

2 0


00

24

00



h%

50

 



 

140-cı şəkil. Kompressor qaldırıcısını hesablamaq üçün 

nomoqram 

 

Quyuya neftlə birlikdə qaz da gəlir və o mayenin qaldırılmasında 



müəyyən iş görür. Buna  görə quyuya vurulacaq qazın xüsusi sərfi (R

0vur

hesablanmış xüsusi sərfilə (R



0

)  quyunun qaz amilinin fərqi kimi 

götürülməlidir: 

R

0 vur


 = R

– Q



0

                                         (IX.20) 

Qazın həll olunduğunu və mayedəki suyu nəzərə alsaq, quyuya 

vurulacaq qazın sərfi belə hesablanır: 

^

0 % 


= ^

0

− ^



0 X

= ^


0

− Q


0

+

D



K







+

 .


2

− 1M K1 −



100


M .        (IX.21)           

Mədəndə quyuya vurulacaq qazın saatlıq sərfini (m

3

/saat) tapmaq 



lazım gəlir: 

                     

^

0 % 


=

^



0 % 



24



                                    (IX.22) 

300

 

 

Q



opt 

və  Q



max

  rejimlərdə kompressor qaldırıcısının hesablanmasını 

sürətləndirmək və asanlaşdırmaq məqsədi ilə yuxarıdakı düsturlara əsasən 

nomoqram tərtib olunmuşdur (140-cı şəklə bax).  

 

§ 3. KOMPRESSOR QUYUSUNUN İŞƏ SALINMASI, İŞƏSALMA 

TƏZYİQİNİN HESABLANMASI 

 

Neft quyusunu bəzən əvvəldən kompressor üsulu ilə istismar edirlər. 

Bu zaman quyunu yuduqdan və oraya qaldırıcı endirildikdən sonra quyuda 

maye müəyyən bir səviyyədə durur ki, bu da ya statik səviyyəyə bərabər və 

ya ondan bir qədər çox olur. Şübhəsiz ki, istər qaldırıcı borularda, istərsə də 

halqavarı fəzada, ikicərgəli qaldırıcıda isə boruarxası fəzada da, maye eyni 

bir səviyyədə duracaqdır. 

Quyunu istismara vermək 

üçün işlək qazı qaldırıcının 

başmağına vurmaq, bunun üçün 

isə əvvəlcə işlək qaz gələn yolda 

mayeni  başmağadək sıxışdırmaq 

lazımdır. 

Kompressor quyusu hər 

hansı bir səbəbə görə daya-

nandan sonra onu yenidən 

istismara vermək istəyəndə  də 

belə olur; aydındır ki, quyudan 

maye 

çıxarılmayanda orada 



maye  statik səviyyə  dərinliyində 

olur. 


Quyunu  istismara vermək   

üçün işlək qazın nə qədər maksi-

mal təzyiqlə vurulacağını nə-

zərdən keçirək. Yaxşı aydın 

olsun deyə, ikicərgəli qaldırıcını  

araşdıraq (141-ci şəkil). 

Şəkildən  göründüyü  kimi (141-ci a  şəkli) sıxılmış qazı vurmazdan 

əvvəl bütün borularda səviyyə eynidir. Əgər halqavarı fəzaya qaz vursaq, o, 

mayeni  aşağı basacaq və qaldırıcıda, həmçinin boruarxası fəzada maye 

səviyyəsi yüksələcəkdir. Bu zaman quyudibinə düşən təzyiq, lay təzyiqindən 

çox olacağından mayenin bir hissəsi laya keçəcəkdir. Nəticədə halqavarı 

fəzadakı maye bütünlüklə sıxışdırıldıqdan sonra onun bir hissəsi qaldırıcı 

boruda və boruarxası fəzada yığılacaqdır (141-ci b şəkli, 

h



 yüksəkliyi), bir 

qismi də laya keçəcəkdir (laya keçən mayenin miqdarı sıxışdırmanın 

sürətindən və quyunun məhsuldarlıq əmsalından asılıdır). 

 

141-ci şəkil. İşəsalma təzyiqinin 



hesabına dair 

h

Statik



səviyyə

d

d



D

a

b



h+h

h

h



statik

səviyyə


301

 

 

Qaz başmağa çatandan sonra yalnız qaldırıcı borulara daxil olacaq və 



oradakı mayeni  qaldırmağa başlayacaqdır. O, quyuağzına  çatıb atqı xəttinə 

atılandan sonra başmaqda təzyiq düşməyə başlayacaq, bu halda 

boruarxasındakı maye  qaldırıcının başmağına axmağa başlayacaq və qaz 

tərəfindən quyunun ağzına qaldırılacaqdır. Nəticədə quyudibinə düşən təzyiq 

azalacaq və o, lay təzyiqindən az olanda laydan quyuya maye axmağa 

başlayacaqdır. Həmin maye  də qaldırıcıda qaz tərəfindən quyunun  ağzına 

atılacaqdır. Beləliklə, lay və qaldırıcının birgə işi nəticəsində axırda hər 

hansı bir dib təzyiqi  və eləcə də qaldırıcının başmağında müəyyən başmaq 

təzyiqi yaranacaqdır. 

Mayenin  atqı xəttinə atıldığı vaxt quyuya  vurulan qazın maksimal 

təzyiqi işəsalma təzyiqi adlanır. 

141-ci şəkildəki sxemdən göründüyü kimi işəsalma təzyiqi 

qaldırıcının quruluşundan, onun endirilmə dərinliyindən, istismar kəmərinin 

diametrindən və statik səviyyənin vəziyyətindən asılıdır. 

İkicərgəli qaldırıcıdan işlək qazı halqavarı fəzadan vuranda işəsalma 

təzyiqi, təqribi olaraq: 

                              



.



=



10

H

2



H

2

−N



v

2

+N



2

                                (IX.23) 

ifadəsi ilə tapılır; 

burada  h'—qaldırıcı boruların statik səviyyədən aşağı endirildiyi 

dərinlik, ilə;  

D, d

v

, d—müvafiq olaraq, istismar kəmərinin, hava vurulan   

boruların və qaldırıcının diametri (düsturda diametrlərin   

kvadratlarının nisbəti olduğundan, onların hansı ölçüdə 

götürülməsinin fərqi yoxdur);  

γ— mayenin nisbi xüsusi çəkisidir.  

(IX.23) ifadəsi boru arxasında atmosfer təzyiqi olduğu və mayenin 

laya  keçmədiyi hal üçün yazılmışdır. 

Bircərgəli qaldırıcıda hava halqavarı fəzadan vurulanda işəsalma 

təzyiqi belə tapılır: 



.



=



10

H

2



N

2

                                           (IX.24) 



Son halda qaz mərkəzi sistemlə  vurulsa, işəsalma təzyiqi belə 

hesablanar: 

                              



.



=



10

H

2



H

2

−N



2

 .                                       (IX.25) 

 (IX.23), (IX.24) və (IX.25) düsturları h'  halı üçün yazılmışdır. 

Aydındır ki, əgər h'>L  olarsa, yəni qaldırıcıya sıxışdırılan maye, qaz hələ 

başmağa çatmazdan əvvəl quyunun ağzından xaricə  atılsa, işəsalma təzyiqi 

qaldırıcıdakı maye sütununun təzyiqinə müvafiq olmalıdır: 

                           



.





=

10



 .                                    (IX.26) 

302

 

 

İşəsalma təzyiqi bundan çox ola bilməz. 



Fərz edək ki, sıxılmış qaz halqavarı fəzadakı mayeni tədricən sıxışdırır 

və layın keçiriciliyi çox olduğundan (məhsuldarlıq əmsalı yüksək 

olduğundan) sıxışdırılan mayenin hamısı laya keçir və qaldırıcı boruda 

səviyyə əvvəlki kimi qalıb artmır. Bu halda işəsalma təzyiqi  yalnız 

qaldırıcının statik səviyyəyə  batırıldığı  qədər maye sütununun təzyiqinə 

müvafiq olacaq: 



.




=



10

                                          (IX.27) 



Quyuyun işəsalma təzyiqi bundan az ola bilməz. 

 

§ 4. İŞƏSALMA TƏZYİQİNİN AŞAĞI SALINMASI 



 

Quyunun işəsalma təzyiqinin çoxluğu qaz və mayeni sıxışdıran zaman 

qaldırıcı borudakı maye  sütununun yüksəkliyi ilə izah olunur. Buna görə 

işəsalma təzyiqini azaldan üsulların hamısı, sıxışdırma zamanı qaldırıcıdakı 

mayenin bir hissəsini bu və ya digər yolla oradan çıxarmağa əsaslanır. 

Həmin  maye  ya yuxarıya - quyunun ağzından atqı xəttinə, ya da aşağıya- 

quyudan laya sıxışdırılır. 

Bu üsulların bəzisi ilə tanış olaq. 



Mayenin laya basılması üsulu.  Bu üsulda halqavarı fəza 

kompressorun maksimal təzyiqinədək qazla doldurulur. Sonra qaz vurulan 

xətdəki siyirtməni bağlayıb, quyunu təzyiq altında saxlayırlar. Bu halda 

quyudibinə düşən təzyiq lay təzyiqindən çox olacağından maye quyudan 

laya köçməyə başlayır, quyuda mayenin səviyyəsi azalır və qazın təzyiqi 

düşməyə başlayır ki, bu zaman quyuya yenidən qaz vurub işə salırlar. 

Haqqında danışdığımız üsul mayenin laya nisbətən tez axmasını təmin 

edən, başqa sözlə məhsuldarlıq əmsalı çox olan quyularda müvəffəqiyyətlə 

tətbiq edilə bilər. 

Qaldırıcı  boruların  tədricən endirilməsi üsulu. Bu üsulda qaldırıcı 

borular əvvəlcə elə dərinliyə endirilir ki, işəsalma təzyiqi kompressorun 

maksimal təzyiqindən çox olmur. Quyuya qaz verəndən sonra oradakı 

mayenin bir hissəsi bayıra atılacaq, səviyyə  aşağı düşəcək və qaldırıcı 

boruları daha dərinə buraxmaq mümkün olacaqdır. Bunun üçün quyu 

ağzındakı armaturu açır, qaldırıcıya müəyyən  qədər boru əlavə edir və 

armaturu yenidən bağlayıb quyuya qaz verirlər. 

Qaldırıcını lazımi dərinliyə çatdırmaq üçün bir sıra halda boruları bir 

dəfəyə deyil, bir neçə dəfəyə əlavə etmək lazım gəlir. Bütün bu işlər çox tez 

görulməlidir, əks halda həmin müddətdə quyuda səviyyə o qədər qalxa bilər 

ki, borunu əlavə etdikdən sonra qazın təzyiqi mayeni quyu ağzına qaldırıb 

atmağa çatmaz. Beləliklə,  bu üsul bir sıra yardımçı işlər görməklə əlaqədar 

olduğundan çox da rahat deyildir. İşəsalma təzyiqinin qaldırıcı boruları 


303

 

 

tədricən endirməklə azaldılması üsulunu yalnız məhsuldarlıq əmsalı aşağı 



olan quyularda həyata keçirmək mümkündur. 

Qaldırıcının halqavarı sistemdən mərkəzi sistemə keçirilməsi 

üsulu.  Hesablama göstərir ki, mərkəzi sistemdə işəsalma təzyiqi halqavarı 

sistemdəkinə nisbətən xeyli azdır. Qazı quyuya mərkəzi sistemlə verəndə, 

maye  quyuağzına nisbətən alçaq təzyiqdə qaldırılacaq və onun bir hissəsi 

bayıra atılacaqdır; bunun ardınca qazı quyuya halqavarı sistemlə verir, yəni 

halqavarı fəzadan qazlı maye qarışığını qaldırıcı borulara sıxışdırmağa 

başlayırlar (burada qazlı maye qarışığı mərkəzi sistemlə sıxışdırma zamanı 

əmələ gəlmişdi). Qarışığın xüsusi çəkisi az olduğundan onu qaldırıcı boruda 

quyunun  ağzına qaldırıb, bayıra atmaq üçün qazsız mayeni qaldırmağa 

nisbətən xeyli az təzyiq tələb olunur. 

Bu üsul xüsusən çox da dərin olmayan (adətən min metrədək 

dərinlikdə) quyularda tətbiq edildikdə yaxşı nəticə verir. Belə ki, qaldırıcı 

uzun olduqda qazlı maye  qarışığı hələ həlqəvi fəzada ikən qazın bir hissəsi 

mayedən ayrılmağa imkan tapır və bu üsul yaxşı nəticə vermir. 

Quyuya eyni zamanda neft və qaz vurulması üsulu.  Bu üsulda 

quyuya qaz xətti ilə bərabər yüksək təzyiqli nasosdan (aqreqatdan) neft xətti 

də çəkirlər (110-cu şəklə bax). 

Əvvəlcə nasosu işə salıb, boruarxası boşluğa neft vururlar. Bu məqsədlə a 

siyirtməsini açıb, b siyirtməsini bağlayırlar. Neft dövr etməyə, yəni atqı 

xəttindən  çıxmağa başladıqdan sonra, nasosla axan mayeyə qaz xətti ilə 

əvvəlcə az miqdarda qaz vurur, sonra isə qazın miqdarını getdikcə artırırlar. 

Bu məqsədlə b siyirtməsini tədricən açırlar, neftin özü ilə  apardığı qaz 

qaldırıcı boruların başmağına girib, onun içinə  keçdikdə  oradakı nefti 

qazlaşdırır; qazı getdikcə  artırır,  eyni  zamanda nefti azaldır və  nəhayət, 

nasosu dayandırıb, quyuya təkcə qaz vurmağa başlayırlar. 

Qazın maye ilə birlikdə qaldırıcının başmağına enməsi üçün mayenin 

enmə sürəti qaz qabarcığının mayedə qalxma sürətindən çox olmalıdır. 

Təcrübə göstərmişdir ki, bu şəraitdə qaz qabarcığının mayedə qalxma sürəti 

2,5-3 m/san-yə bərabərdir; deməli, mayenin enmə sürəti təqribən 3 - 4 m/san 

olmalıdır. Qaz qabarcıqları xırda olsun deyə (xırda qabarcıqlar mayedə daha 

yavaş sürətlə qalxır), qazın mayeyə qarışdığı yerdə gövdəsində 1 mm 

diametrdə dəlikləri olan kiçik boru qoyulur. 

Quyunun  işə salınmasına nəzarət etmək üçün qaz və neft xətlərində 

manometr qoyulur, qaz və neftin lazımi miqdarda vurulması   isə siyirtmələr 

ilə nizama salınır. 

Beləliklə, bu üsulda quyudakı qazsız maye  tədricən qazlı maye ilə 

əvəz edilir və deməli, quyu daha səlis surətdə işə salınmış olur. 

Qaldırıcı borularda işəsalma dəliklərinin açılması üsulu (aerasiya 

üsulu).  Bu üsulda qaldırıcı boru kəmərində, mayenin səviyyəsindən 

müyəyyən qədər aşağıda xırda dəliyi olan xüsusi mufta qoyulur. Qaz, 



304

 

 

halqavarı fəzaya vurulduqda ondakı maye  dəliyin durduğu səviyyədən 



sıxılır, qaz bu dəlikdən qaldırıcı borulara keçməyə başlayır. Qaldırıcıdakı 

maye dəlikdən yuxarı qazlaşır, xüsusi çəkisi azalır, o, quyunun atqı xəttindən 

axmağa başlayır və nəhayət  birinci tullanış baş verir. Bu zaman halqavarı 

fəzadakı təzyiq düşəcək və buna görə qazı kompressorun ən yüksək təzyiqi 

ilə vurmaq, yəni  boruarxası boşluqdan mayeni daha aşağı basmaq mümkün 

olacaqdır. Mayenin səviyyəsi qaldırıcı boruların başmağına çatıb, bütün 

maye sütunu qazlaşmağa başladıqda, ikinci dəfə tullanış baş verəcək və 

bundan sonra quyu adi qayda ilə istismara düşəcəkdir. 

Bəzən qaldırıcı boruların uzunluğu boyunca bir dəlik deyil, bir-

birindən müəyyən məsafədə olan bir neçə dəlik açılır. Belə hallarda quyu 

mayenin iki dəfədən çox, üç və hətta dörd dəfə tullanışından sonra işə 

düşəcəkdir. Bu dəliklərin açılması sayəsində işəsalma təzyiqini, belə 

dəliklərin  olmadığı halda tələb edilə biləcəyindən xeyli azaltmaq mümkün 

olur. 


Dəlikdən qaldırıcıya keçən qazın sərfi dəliyin ölçüsündən, dəlikdə 

təzyiq düşküsündən və boruarxası təzyiqdən asılı olub belə tapılır: 

Q = Y  JÒ2O



−1



 



d





ÃK









ə

M

2





− K








ə

M

+1





 ,               (IX.28) 

burada 

μ 

— sərf əmsalı (





=0,85 qəbul edilir); 

            

ω

 — dəliyin sahəsi, m



2

 ilə;  


            G — havanın sərfi, kQ/san ilə;  

            



g

— yerin cazibə qüvvəsi təcili, m/san



2

 ilə;  


  — adiabat göstəricisi (hava üçün k=1,4);  

  p



— halqavarı fəzada mütləq təzyiq (bu p

i.s

 qədər götürülür), kQ/m



2

 

ilə;  



  p

dəl

 — qaldırıcıda dəliyin qarşısındakı  mütləq təzyiq, kQ/m



2

 ilə; 


 V

— havanın p



h

 təzyiqində xüsusi həcmi, m

3

/kQ ilə.  

Bu düstur 

a

ì

a



íəî

 nisbətinin müəyyən qiymətinədək yararlıdır. Hava üçün 

bu nisbətin qiyməti 0,528, qaz üçün isə 0,546-dır. Nisbətin göstərilən 

qiymətində havanın sərfi maksimum olacaqdır. Təzyiqlər nisbətini bundan 

da az götürdükdə, yaxud başqa sözlə, təzyiq düşküsünu artırdıqda, havanın 

sərfi artmayacaq, o, verilmiş 

ω

  və  p



dəl

  qiymətləri üçün sabit olaraq 

qalacaqdır. 

Halqavarı fəzada təzyiq p



i.s 

qiymətinə çatanda qaldırıcıda mayeni h



sıx

 

qədər (m ilə) yüksəkliyə sıxışdırmaq olar, onda (IX.24) düsturuna əsasən: 



  

ıž



= ℎ



+ ℎ



= ℎ




+

10 



.

 

N



2

H

2



 ,                              (IX.29)  

burada h



st

 — statik   səviyyədən  quyunun ağzınadək məsafədir. 



305

 

 

Aydındır ki, 



ıž


10 


.

 şərti ödənilməlidir. Mayenin quyuağzına 

qalxıb tullanması üçün lazımi qaz sərfinə yol verməkdən ötrü dəlikdə təzyiq 

düşküsü belə  tapılır: 

∆ = 

.


− 

Nə

=

(ℎ

ıž



1



10

                       (IX.30) 

burada L

1

 - quyunun ağzından dəliyədək məsafədir, m ilə. 



L

1

  məsafəsi  L



sıx

-dan dəlikdə  təzyiq  düşküsünə  müvafiq maye  

sütununun yüksəkliyi qədər az qəbul edilir: 

                           L

1

 = h



sıx

 – 20 ,                                        (IX.31) 

yaxud 

1

= ℎ





+

10 



.

 

N



2

H

2



− 20 .                                    (IX.32) 

Əgər halqavarı fəzadakı qaz dəliyə çatmazdan tullanış baş verərsə: 

1

=

10 



.

− 20                                      (IX.33) 

qəbul edilməlidir 

İşəsalma dəliyinədək məsafəni (L

1

) təyin edib, qaldırıcının 



uzunluğunu (L) bilərək, 142-ci şəkildəki əyrilərə əsasən dəliyin diametrini   

(d



dəl

) mm ilə tapmaq olar (əyrilər 2½″ qaldırıcı  üçün və p



i.s

 = 48 atm üçün 

qurulmuşdur). 

Yoxlama göstərmişdir ki, 

qaldırıcıda 1 mm  diametrli dəliyin 

olması onun    f.i.ə-nı azaldır və eyni 

qədər maye hasil etmək üçün qazın 

sərfini on faizdən artırmaq lazım 

gəlir. Şübhəsiz ki, böyük diametrli 

dəlik daha çox enerji itkisinə səbəb 

olacaqdır. 

İşəsalma təzyiqinin dəliklərlə 

azaldılması üsulunun əsas nöqsanı-

qaldırıcı adi qayda ilə işləməyə 

başlayandan sonra qazın bir 

hissəsinin neftin qaldırılmasında 

iştirak etməyib, bu dəliklərdən hədər 

yerə itməsindədir. 

Onun bu nöqsanı ilə mübarizə 

etmək üçün mədənlərimizdə işəsalma 

dəliklərində müxtəlif quruluşlu 

işəsalma klapanları qoymağa çalışırlar.  

İşəsalma klapanları qaldırıcı boruda müəyyən  yerdə qoyulur. 

Halqavarı fəzaya qaz vuranda oradakı mayenin səviyyəsi aşağı enəcək, 

səviyyə klapana çatanda qaz klapanda qaldırıcı boruya keçəcək, orada 

400             800             1200            1600       

L,m

500


600

700


800

900


1000

1100


1200

1300


1400

L  ,m

1

2,



5

3

,0



3,

5

4,



0

4,

5



d



l

 

 



142-ci şəkil. İşəsalma dəliyin 

diametrinin təyini üçün nomoqram  

306

 

 

klapandan üstdəki maye  sütununu qazlaşdırıb quyuağzına qaldıracaq və 



mayenin atqı xəttinə tullanışı baş verəcəkdir. Tullanış nəticəsində boruda, 

klapanın ətrafında təzyiq düşəcək, boruarxası fəzadakı maye qaldırıcı boruya 

keçməyə başlayacaq, boruarxasında mayenin səviyyəsi aşağı duşəcəkdir. 

Halqavarı fəzada səviyyə  ikinci klapana çatanda qaz artıq bu klapandan 

qaldırıcıya keçməyə başlayacaqdır; bu zaman birinci klapan bağlanmalıdır. 

O biri klapanlar da bu ardıcıllıqla işləməlidirlər. 

Müxtəlif quruluşlu işə-

salma klapanları vardır. Bun-

lardan müh. M.Ə.Abdulla-

yev tərəfindən təklif edilmiş 

KPA-2 işəsalma klapanı 

geniş yayılmışdır (143-cü 

şəkil). Klapanın yuxarı his-

səsində keçirici vint (2

vardır, bu vint muftaya (4

bağlanmışdır. Vintin vəziy-

yəti qayka (3)  ilə müəyyən 

edilir. Mufta aşağıdan silin-

drə (7) bağlanmışdır. Silin-

drin içərisində pistonqolu (6

sərbəst hərəkət edə bilir. 

Silindr gövdənin yəhərinə 

 

(10)  yivlə bağlanmışdır. Bu-



rada diametri 2,8 mm olan 

mail dəlik açılmışdır.

 

 

Diyircəkli klapanın 



nimçəsi  (9) pistonqolunun 

aşağı ucuna xüsusi çıxıntı (8

vasitəsi ilə birləşdirilmişdir. 

Pistonqolunun yuxarı hissə-

sindəki dəliyə isə yayın (5

aşağı ucu keçirilmişdir. Ya-

yın yuxarı ucu vintin (2

içərisindən keçib yuxarıda 

bərkidilmişdir. 

Qaz-hava yolu (11) borucuğa (14) qaynaqlanmış, yolun yuxarı hissəsi 

yəhərin gövdəsinə bağlanmışdır. Borucuğu qaldıran zaman klapanı zərbədən 

qorumaq üçün vintin yuxarısında borucuğa qoruyucu örtük (1) qay-

naqlanmışdır. Borucuğa aşağıdan qalaylanmış olan qoruyucu örtük isə kla-

panı aşağı endirən zaman qorumaq üçündür. 

 

143-cü şəkil. KPA-2 işəsalma klapanı 

1

2



3

4

5



6

7

8



9

10

11



12

13

14



14

1

90x



122

307

 

 

Qaz-hava yolu iki quruluşda düzəldilir, bunlardan biri kompressor 



borularını qaldırmadan quyunu yumağa imkan verir. Bu halda işəsalma 

klapanının atqı yolunda pistonqolu (12) və yay (13) qoyulur. Quyunu yuyan 

zaman yay (13) pistonqolunu (12)  gövdədəki yəhərin (10)  alt səthinə  tərəf 

basır, bunun nəticəsində isə qaldırıcıdakı maye klapandan halqavarı fəzaya 

keçə bilmir. 

Mayenin  quyuağzında tullanışından əvvəl qazla maye qarışığının, 

klapanın altına təsir edən təzyiqi  azalır  və  tədricən halqavarı fəzadakı 

sıxılmış işlək qazın təzyiqinə  bərabər olur. Mayenin tullanışından sonra isə 

qarışığın klapanın   altına təsir edən təzyiqi  azalır (şübhəsiz ki, bayıra atılan 

maye laydan gələn mayedən çoxdursa) halbuki, halqavarı fəzadakı təzyiq 

hələ  sabit qalır və  buna görə klapana (9) təzyiq fərqi təsir edir; klapana 

üstdən halqavarı fəzadakı təzyiq, aşağıdan isə qaldırıcı borudakı təzyiq təsir 

edir. Həmin təzyiq fərqi yayın müqavimətini dəf edən kimi qazın klapandan 

qaldırıcı boruya yolu bağlanır. Bu zaman halqavarı fəzadakı maye aşağıdakı 

(ikinci) klapana sıxışdırılacaq və  oradakı maye səviyyəsi ikinci klapana 

çatandan sonra qaz oradan qaldırıcı boruya keçəcəkdir. Bu qayda ilə o biri 

klapanlar bir-bir işə düşəcəkdir. 

İşəsalma klapanlarının yerini və sayını hesablamaq üçün quyuda maye 

səviyyəsinin yer üstündən məsafəsini (h

səv

), quyunun (D) və qaldırıcının (d

diametrlərini, qaldırıcının uzunluğunu (L), işəsalma təzyiqini (p

i.s

), qaldırılan 

mayenin nisbi xüsusi çəkisini (

γ) və  bəzi hallarda. işlək təzyiqi (p



i

) bilmək 

lazımdır. 

Birinci işəsalma klapanı quyunun ağzından L

1

  məsafədə qoyulur ki, 



bunu (IX.31) ifadəsi ilə tapmaq lazımdır. O biri klapanların yeri belə tapılır: 

 

2



1

+ ∆ℎ



1

− 10 = 


1

+

10(



.

−

1



)

− 10


⋯ ⋯ ⋯ ⋯ ⋯ ⋯ ⋯ ⋯ ⋯ ⋯ ⋯ ⋯ ⋯ ⋯ ⋯ ⋯ ⋯ ⋯



 −1

+

10



.

−

1



 −1



− 10



ò           (IX.34) 

 

burada  (





.


− 

1



 .  . . (

.


− 

1

 −1



)  — birinci və o biri klapanlarda 

maksimal təzyiq düşküsüdür. 



1



 . . . 



1



 −1

 —  birinci və o biri klapanın 

qarşısında borudakı minimal təzyiqdir. 

Aydındır ki, hər hansı bir n-ci klapanın yerinə qədər olan məsafə 

qaldırıcının uzunluğundan çox olsa (L



n

>L), onda n-1-ci klapanla 

kifayətlənmək lazımdır. 

 

 



 

308

 

 


Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin