A. X. Mirzəcanzadə, M.Ə.İskəndərov, M.Ə. Abdullayev, R. Q. Ağayev, S. M.Əliyev, Ə. C.Əmirov, Ə. F. Qasımov


§ 5. FONTAN QUYUSUNA QULLUQ EDİLMƏSİ



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə21/31
tarix29.10.2019
ölçüsü3,61 Mb.
#29455
1   ...   17   18   19   20   21   22   23   24   ...   31
§ 5. FONTAN QUYUSUNA QULLUQ EDİLMƏSİ 

 

Fontan  quyusuna qulluq etmək aşağıdakı işləri görmək deməkdir: a) 

quyunu tədqiq etmək, b)  quyunun işləməsini tənzim etmək, c) quyunun və 

avadanlığın müntəzəm işləməsinə göz yetirmək, ç) təmir işlərini görmək və 

ğ) quyunun normal işi pozulduqda onu bu və ya digər yolla bərpa etmək. 

Fontan quyusunun tənzimi haqqında gələcəkdə ayrıca danışacayıq. 

Quyunun işini tənzim etmək-quyu ağzında ştuser və ya trap vasitəsilə lazımi 

qədər əks təzyiq yaratmaqdan ibarətdir. 

Quyunu  aparılmış tədqiqata əsasən tənzim edirlər, çünki layda şərait 

dəyişdiyindən optimal rejim də dəyişir; bundan başqa ştuserlə tənzim 

edəndə, o yeyilir, axıntının keçdiyi sahə böyüyür; buna ğörə quyuya nəzarət 

yetirmək, daha doğrusu quyuağzı təzyiqini vaxtaşırı bərpa etmək, yaxud 

müəyyən qədər hasilat alınmasına nail olmaq lazım gəlir. 

Quyuya müntəzəm göz  yetirmək-boruarxası, halqavarı fəzadakı (iki 

cərgə boru endiriləndə), bufer və trapdakı təzyiqlərə, neft və qaz hasilatına, 

suyun  və qumun faizinə fikir vermək və nəhayət   avadanlığın-yerüstü 

avadanlığın, atqı xəttinin və s. saz olmasına nəzarət  yetirməkdən ibarətdir. 

Cari təmir dedikdə avadanlığın işində hər cür qüsurları, məsələn, 

birləşmələrdəki sızmanı, bu və ya  başqa hissənin yeyilməsini və s. aradan 

qaldırmaq nəzərdə tutulur. 



288

 

 

Quyunun normal işinin pozulmasını quyu üstündə (bufer və 



boruarxası) təzyiqlərin dəyişməsi ilə, həmçinin neft hasilatının, suyun  və 

qumun faizi ilə bilirlər. 

Əgər boruarxası təzyiq  tədricən artırsa, buferdəki təzyiq düşürsə, bu 

zaman neft hasilatının azalması fontan borularının tutulduğunu, məsələn, 

parafinləşdiyini bildirir; əgər həm boruarxası, həm də bufer təzyiqləri artır, 

lakin hasilat azalırsa, onda ya borular tutulmuş (məsələn, parafinləşmiş), ya 

da atqı xətti və ya ştuser tutulmuşdur. Son halda quyu o biri atqı xəttinə 

keçirilməli və ştuserin işi qaydaya salınmalıdır. 

Boruarxası təzyiqin xeyli aşağı düşməsi quyudibində qum tıxacının 

əmələ gəldiyini, ya da suyun çoxaldığını bildirir; quyunun məhsulunu 

ölçməklə, ya da axıntıdan nümunə göturməklə suyun gəlməsini asan bilmək 

olar. Su gəlmişsə, buferdə təzyiqi artırmaq yolu ilə quyudibinə təzyiqi 

çoxaltmaq lazımdır. Bundan başqa suyun xarakteri və onun hansı yolla axıb 

gəlməsi səbəbi aydınlaşdırılmalıdır. 

Əgər boruarxası təzyiqin düşməsi  qum tıxacının əmələ gəlməsi ilə 

əlaqədardırsa, onda quyunu  dayandırmadan qum tıxacını təmizləmə 

üsullarına əl atmaq lazımdır. Şübhəsiz ki, bu üsullar quyuda mayenin 

sürətini artırmaqla əlaqədar olmalıdır; sürəti artırmaq üçün maye hasilatı 

artırılmalı, bunun üçün isə quyudibinə təzyiq azaldılmalıdır; son halda bufer 

təzyiqini azaltmaq lazım gəlir. Əgər quyuağzı təzyiqini aşağı salmaq lazımi 

nəticə verməsə, onda fontan zəifləyən zaman quyuda təzyiqi artırmaq ücün 

quyunu bağlamaq lazımdır. Bu zaman təzyiq artarsa, deməli, qum tıxacı layı 

quyudan ayırmamışdır. Belə ki,  quyunu    açanda  o,  şiddətlə fontan 

vurmalıdır. Bu halda axın, tıxacı əmələ gətirən qumu quyuağzına ata bilər. 

Bu üsul da kömək etməzsə, onda quyudibi təzyiqini azaltmaq üçün 

bufer təzyiqini aşağı salmaqla yanaşı, halqavarı fəzadan hava və ya  qaz 

vurmaq lazım gəlir. Hava yol  tapıb quyuağzından çıxanda eyni zamanda 

boru arxasına neft vurmaq da yaxşı nəticə verir. 

Bütün bu işləri görərkən, neftin və suyun, məsələn, quyudibindən yer 

üstünə axması üçün xeyli vaxt lazım gəldiyini yaddan çıxarmaq olmaz (dərin 

quyularda bu vaxt saatlarla ölçülür). Bütün bu üsullar müsbət nəticə 

verməzsə, qum tıxacını təmizləmək, yaxud yumaq lazımdır ki, bu haqda 

sonra bəhs ediləcək. 

Axında qumun faizi artanda, onu azaltmaq üçün tədbirlər 

görülməlidir. Belə ki, həm quyuda tıxac yaranması, həm də layda böyük 

boşluq—kaha əmələ gəlməsi nöqteyi-nəzərındən qumun çox gəlməsi 

təhlükəlidir (son halda, məsələn, quyunun dibi uçub kəməri əzə bilər). 

Depressiyanı dəyişdirmək, yəni quyudibinə təzyiqi artırmaqla qumun 

miqdarını azaltmaq olar lakin, bu həmişə müsbət nəticə vermir, belə ki, 

depressiyanı azaltmaq hasilatın enməsinə, quyuda axın sürətinin azalmasına 

səbəb olur ki, bu da tıxac yaranması ehtimalını artırır; buna görə də qumun 


289

 

 

faizini azaltmaq məqsədi ilə yerüstü təzyiqin və buna müvafiq dib təzyiqinin 



artırılmasını yalnız fontanın nisbətən müntəzəm, döyüntüsüz vurduğu 

hallarda tətbiq etmək olar; bundan 

əlavə təzyiq də tədricən artırılmalıdır. 

Sonuncu tədbir həyata keçi-

riləndə döyüntü olarsa və fontanın 

kəsildiyi hiss edilməzsə

;

 onda yerüstü 



təzyiqin artırılması dayandırılmalı və 

quyunun fontanvurma dərəcəsindən 

asılı olaraq yerüstü təzyiq hətta 

azaldılmalıdır. 

Fontan quyusuna qulluq edil-

məsi ilə əlaqədar olaraq quyuda bir 

sıra əngəllərin baş verə biləcəyini qeyd 

etməliyik. Bunlardan, məsələn, 

parafinli neftlərin çıxarılması zamanı 

istər qaldırıcı borularda, istərsə yerüstü 

avadanlıqda parafinin çök-məsini, 

neftin su ilə birlikdə hərəkəti zamanı emulsiyalı qarışığın yaranmasını, 

qumun neftdə yaxud neft-su qarışığında hərəkət edərkən müxtəlif səbəbdən 

qum tıxacı və s. əmələ gətirməsini və başqalarını göstərə bilərik. Bütün bu 

əngəllərə neft quyularının kompressor üsulu ilə istismarında da təsadüf 

edilir; bu halda qısa da olsa,  IX fəsildə danışılır (həmin qeydlər fontan 

istismarına da aiddir). 

Buradaca neftlə birlikdə 

quyuya gələn qumun yerüstünə 

çıxarılması ilə əlaqədar olan bir 

məsələni ayrıca şərh etməliyik.

  

Kövrək süxurlardan iba-



rət olan yataqları istismar 

edərkən, qumun mayedə 

α

x

 



həcmi konsentrasiyası (birinci 

kitabın VII fəslinin  ikinci pa-

raqrafına bax) bəzi hallarda elə 

böyük qiymətə  çatır ki, hər 

hansı bir səbəbdən quyunu  qısa müddətə dayandıranda belə, müxtəlif 

əngəllər törənə   bilir. 

Qumun yaxşı çıxarılması məqsədi ilə fontan boruları adətən, süzgəcin 

yuxarı dəliyinədək, bəzən daha aşağı endirilir. Bununla  əlaqədar olaraq 

fontanvuran quyuda süzgəcin yuxarı dəliyindən ta quyunun  ağzınadək 

qumun həcmini hesablamaq lazım gəlir (135-ci şəkildə qaldırıcının həm 



X P

P

q.a.

P*

P

d

h

b

r

r*

r

1

2







*      

x

1





 

 



135-ci şəkil. Qaldırıcı boyunca 

qumun həcmi konsentrasiyasının 

dəyişməsi sxemi 

3,0           2,0               1,0             0              1,0           2,0             3,0   

         4,0

1,0


1,5

2,0


2,5

3,0


 

0

 



 *

136-cı şəkil. 

¼

¼

0



 ilə 

Ü* və Ü* ilə ¼



arasında asılılıq 

290

 

 

p



p

d

, həm də    p



<

p

d

 hissəsində  təzyiqin paylanması düz xətt qanunu ilə 



qəbul edilmişdir). 

Əgər  p



p

d

 hissəsində 



¡

q

>



¡*  şərti ödənilirsə, onda qumun həcmi 

konsentrasiyası tam müəyyən bir 

α*  kəmiyyətinə qədər azalacaq (həmin 

kəsikdəki təzyiqi  p* ilə işarə edək) və yuxarıda  isə 

α

x

=



α*=const olacaqdır 

(

α



x

α*  və  ¡* haqqında birinci kitabın VII fəslinə bax, ¡



q

 isə quyunun 

gündəlik  Q

q  

hasilatına müvafiq olan ölçüsüz surətdir). 

α

0

 ilə 



¡* və ¡* ilə 

α*  arasında asılılıq 136-cı şəkildə verilmişdir (eyni zamanda birinci 

kitabdakı 160-cı şəklə bax). 

Burada iki hal ola bilər: 1) 

¡

q

≥¡*, 2) ¡



q

<¡*. 

I hal 

q

≥¡*).  Süzgəcin yuxarı dəliyindən qaldırıcı boruların 



başmağınadək qumun həcmi: 

       V



1b

=F



h

b

 D*                                        (VIII.36) 

ifadəsi ilə tapılır; 

burada F

i

 - istismar kəmərinin en kəsiyi sahəsidir.  

Qaldırıcı borulardakı qumun həcmi isə belə tapılar: 



1



= L &

1

+ 0,5



2

ƒ


 .



? 



 .



'



D

1−D



  ,                          (VIII.37) 

burada 

               ƒ(p) = (2+Q



0

p

0

 +(2−kp



0

p

φ

 (p) = (1+Q



0

p

0

+(1−kp



0

p

 



1



=



 ş



−

N

∶ K1 +



√_Q





q

2

L



2,5

M ; 


2

=   − 


1

  

λ — hidravlik müqavimət əmsalı; 



         

γ



— qazla doymuş neftin xüsusi çəkisi; 

          k — qazın  mayedə həllolma əmsalı  (qaldırıcının p

q.a


 ilə p=p

d

 təzyiqli 



kəsikləri arasında k-nın orta qiyməti götürülür). 

           p

0

 — atmosfer təzyiqi; 



           L — qaldırıcının uzunluğudur. 

Beləliklə, halında quyudakı qumun ümumi həcmi: 

       V

1

 = V



1b

 + V

1q

                                          (VIII.38) 



olur. 

II hal  (¡

q

<¡*).  Süzgəcin yuxarı dəliyindən qaldırıcı boruların 

başmağınadək qumun həcmi  (135-ci şəklə bax): 

                  V

2b

 

≡ F



i

 h

b

 

α



b

                                        (VIII.39) 

burada  — 

α

b



 quyunun h

b

 hissəsində qumun həcmi konsentrasiyasıdır. 



Qaldırıcı borularda qumun həcmi belə tapılır: 



2



= L ã

1

D



ž 1

1−D


ž 1

+ 0,5


S1 +




0

+



? (


)

U



D

ž 1


+D

2−D



ž 1

+  


+



1



−

2



&



0



+

? (



)

+





0

+



 .

? 


 .



'



D

1−D



ä                          (VIII.40) 



291

 

 

burada 





=





N

−



−


 .



2



; 

=



¡





[1+

0

(1−D



)−¡


]

¡



−¡





[1−

0

(1−D



)]





0

          

Beləliklə, 

¡

q



 

<¡* halında quyudakı qumun ümumi həcmi 

V

2

 = V



2b

 + V

2q

                                  (VIII.41) 



ifadəsi ilə tapılır. 

Qumun tamamilə  çökməsi hər hansı bir səbəbdən quyunun 

dayandırılması ilə əlaqədardır. Tamamilə çökmə müddəti (t) maye və qumun 

fiziki xassələrindən başqa, bir də qumun həcmi konsentrasiyasından (

α

x



asılıdır. Fontan quyusu dayandırılanda qum həm 

maye-qum qarışığında, həm də maye-qaz-qum 

qarışığında çökməli olur. Sadə olsun deyə qum 

dənələrinin yalnız maye-qum qarışığında 

çökməsi nəzərdən keçirilmiş və  t

α

x



, ilə  d 

arasındakı asılılığa əsasən 137-ci şəkildə 100 m 

mayedə  özlülüyü 20 sp olan mayedə qumun 

çökməsi müddəti qrafiki olaraq göstərilmişdir 

(d-qum dənəciklərinin dia-metridir). 

Nümunə üçün süzgəcin yuxarı dəliyindən 

qaldırıcının başmağınadək və qaldırıcı boru-

larda aşağıdakı şərtlərə əsasən qumun həcmini 

və onun çökmə müddətini tapaq: Q

= 40 


m

3

/gün,  Q

= 58 m

3

/m



3

,  p

=100,9  atm,  p



q.a 

= 9 


atm,  p

baş 


= 74,5 atm,  L=1234  m,  h

b

=20  m,  k  

0,7817, 

γ

n



=0,87  q/sm

3

η = 20 sp, istismar 



kəmərinin diametri 6″, fontan qaldırıcısının  diametri 4″, = 0,4 mm, =2,0%. 

136-cı şəkildən 

¡*=2,3 və α*=3,2 qiymətlərini tapırıq. ¡

q

-ni birinci 



kitabdakı (VII.72)  —  (VII.78) düsturlarına əsasən hesablasaq, bizim 

götürdüyümüz hal  üçün qaldırıcı borularda və istismar kəmərində, müvafiq 

olaraq 14 və 5 qiymətlərini alırıq. Deməli, 

¡

q



>¡*  və qumun həcmini 

(VIII.36) və (VIII.37) düsturları ilə tapmaq lazımdır: V

1b 

= 0,011 m



3

,  l



307m,  l



= 927 m,  V

1q 

= 0,220 m.  Bu həcmdən 80,0 m



3

-u maye-qum 

qarışığında  (p

p

d

), 0,140 m



3

-u isə maye-qaz-qum qarışığındadır (p



<p

d

). 



(VIII.38) ifadəsinə əsasən qumun ümumi həcmi  V

1

=0,231  m



3

. Onda qumun 

tamamilə  çökəcəyi halda yaranacaq qum tıxacının hündürlüyü (h

t

) belə 


tapılır: 

 



>

=





1

L





D



 .                                           (VIII.42) 



Tıxacın məsaməliliyini = 0,4, yəni 

α



= 0,6 qəbul etsək, h

t

=20,7 m 

alarıq. Deməli, qum tamamilə çöksə, 6″  kəmərdə yüksəkliyi 20,7 m olan 

tıxac əmələ gətirər. 137-ci şəkildən görünür ki, 0,4 mm diametrli qum 

0

2

4



6

8

10



12

14

d=0,3



t, saat

10         20          30          40        50

0,4

0,5


0,2 mm

=20 cn

x

%





 

137-ci şəkil. t, 

¼

¼



x

 və 

arasında asılılıq 

292

 

 

dənələrinin konsentrasiyası 



α

x

 =



α*=3,2% olan zaman 5 saata çökür (100 m 

maye sütunu hesabı ilə). 

Qumun tamamilə çökməsi müddətinin (t

ç

) təyin edilməsindən 

danışarkən göstərməliyik ki, əgər qaldırıcıda bütünlüklə  maye-qum   qarışığı 

olsaydı, onda 

„

ç

=



ybυ

ydd


∙ z = æb  saat  alınardı. Şübhəsiz ki, bu müddət 

həqiqi çökmə müddətindən çoxdur. Əslində qaldırıcının yuxarı hissəsində 

(p

<p

d

)  maye-qaz-qum qarışığı vardır ki, quyu dayanan zaman qaz mayedən 



ayrılandan sonra həmin qarışıq qaldırıcı boruda aşağıdakı yüksəkliyi 

tutacaqdır: 



2



= 

2





= 0,5


2

ƒ


 .



? ²



 .

³

  ,                               (VIII.43) 



burada 

op



  —  qaldırıcının  p

d

 



≥  p  ≥  p

q.a 


hissəsində qazlı maye 

qarışığının orta mayeliliyi adlanır. 

Araşdırdığımız misalda 



2



= 540  m  alınır. Deməli, qaldırıcıda 

mayenin ümumi yüksəkliyi 850 m  olur, buna müvafiq olaraq, qumun 

tamamilə  çökmə  müddəti 

850

100


∙ 5 ≈ 43 saat  alınır. Şübhəsiz ki, bu müddət 

həqiqi çökmə müddətindən azdır. 

Beləliklə, qumun həqiqi çökmə müddəti: 

43 saat 



t

ç 



< 62 saat 

edəcəkdir. Gətirdiyimiz misaldan aydın olur ki, fontan vuran quyuda qumun 

həcminin, eləcə də onun çökmə müddətinin təyini müəyyən əməli 

əhəmiyyətə malikdir. Belə ki, hər hansı bir səbəbdən quyunun 

dayandırılması üzündən qumlu qarışıqla boru arasındakı ilişmə qüvvəsindən 

asılı olaraq, bəzi hallarda qaldırıcı tutula bilər. Bu hal, xüsusən qaldırıcı 

boruların süzgəcin yuxarı dəliyindən aşağıya endirildiyi halda daha 

mürəkkəb əngəllərə gətirib çıxara bilər. 

Fontan quyusuna qulluq edilməsindən danışarkən, nəhayət göstərməliyik 

ki, bütün təmir işləri və  dəyişikliklər mütləq səliqəli qeyd olunmalıdır. Bu, 

bir tərəfdən həmin quyuda görülən tədbirlərin necə nəticələndiyini izləməyə, 

digər tərəfdən lazım gələndə, bu məlumatdan eyni şəraitdə  işləyən o biri 

quyular üçün optimal rejim yaradılmasına kömək edir. 

 

 



 

 

 



 

 

 



293

 

 

IX FƏSİL 



 

QUYULARIN KOMPRESSOR ÜSULU İLƏ İSTİSMARI 

 

§ 1. QAZ-HAVA QALDIRICILARI 

 

Neft quyularının kompressor üsulu ilə istismarı fontanvurmanın təbii 

davamıdır. Belə ki, fontanvurmanın sonunda quyuya gələn lay enerjisi o 

qədər azalmış olur ki, o, lazımi qədər mayeni  yer üstünə çıxarmaq üçün 

kifayət etmir və xaricdən enerji əlavə etmək lazım gəlir. Bunun üçün lay 

qazına kömək olaraq qaldırıcı boruların başmağına kompressor vasitəsilə 

sıxılmış qaz və ya hava gətirilir. Əgər quyuya sıxılmış qaz vurulursa, bu 

qurğuya—qazlift, hava vurulursa - erlift deyilir. Bəzi hallarda lay enerjisinin 

azlığı üzündən erqazlift quyunun işə salındığı ilk gündən tətbiq edilir. 

Qeyd etməliyik ki, sıxılmış qazla quyudan neft çıxarılması ilk dəfə 

V.Q.Şuxov tərəfindən 1897-ci ildə Bakı mədənlərində tətbiq edilmişdir. 

Mayeni sıxılmış qazla quyudan qaldırmaqdan ötrü, birincisi yüksək 

təzyiqli qazı vermək, ikincisi isə mayeni yer üstünə qaldırmaq üçün iki kanal 

lazımdır. Qaz-hava qaldırıcıları quyuya  endirilən boru kəmərinin sayından 

və yerləşdirilməsindən, həmçinin işlək qazın və qazla neft qarışığının 

hərəkət istiqamətindən asılı olaraq, müxtəlif tipli olur. 

Qaz-hava qaldırıcıları bir cərgə, ya da iki cərgə boru kəmərindən 

ibarət olur; birinci halda qaldırıcıya bircərgəli,  ikinci halda isə ikicərgəli 

deyilir. Quyuya işlək qazın vurulmasından asılı olaraq halqavarı və mərkəzi 

sistemlər vardır. 

İkicərgəli qaldırıcıda quyuya iki konsentrik boru kəməri endirilir ki, 

xaricdəkinə (böyük  diametrliyə)  birinci cərgə,  içəridəkinə (kiçik 

diametrliyə) isə ikinci cərgə deyilir. 

Erqazlift dedikdə ya qazlift, ya da erlift nəzərdə tutulur. Aşağıda qaz 

vurulmasından danışanda havanı da nəzərdə tutmaq lazımdır. 

Halqavarı sistemdə işlək qaz halqavarı fəzaya, daha doğrusu ikicərgəli 

qaldırıcıda  -  birinci və ikinci cərgələr arasına, bircərgəli qaldırıcıda isə 

istismar kəməri ilə qaldırıcı arasına vurulur. Maye ikicərgəli qaldırıcıda - 

içəridəki (kiçik diametrli) qaldırıcı boruların içərisi ilə, bircərgəlidə isə 

qaldırıcının içərisi ilə qalxır. Bu cür qaz-hava qaldırıcıları mədənlərdə çox 

geniş yayılmışdır. 

138-ci  şəkildə müxtəlif qaz-hava qaldırıcıları göstərilmişdir. Şəkildə 

hər bir cərgəsi başdan-başa eyni diametrli borulardan ibarət olan ikicərgəli 

qaldırıcı (138-ci  a  şəkli), bircərgəli qaldırıcı (138-ci  b  şəkli) birinci cərgəsi 

pilləli olan  qaldırıcı (buna bəzən cərgəyarım  qaldırıcı deyirlər, 138-ci  v 

şəkli) bunların hər üçündə işlək  qaz  halqavarı   sistemlə   verilir; nəhayət 

mərkəzi sistem  adlanan  bircərgəli  qaldırıcı   (138-ci q şəkli) göstərilmişdir. 


294

 

 

 



 

 

İkicərgəli qaldırıсıda birinсi (xariсi) cərgə borunu, adətən, qumu yaxşı 

qaldırmaq məqsədilə mümkün qədər dərinə, ta süzgəcədək endirirlər, ikinсi 

cərgənin dərinliyi isə quyunun  xarakterindən və kompressorun təzyiqindən 

asılı olaraq seçilir. 

 

138-ci şəkil. Qaz-hava qaldırıcıları: 



a—ikicərgəli qaldırıcı; b—işlək qazın halqavarı sistemlə verildiyi bircərgəli 

qaldırıcı; v—cərgəyarım qaldırıcı; q—işlək qazın mərkəzi sistemlə verildiyi 

bircərgəli qaldırıcı 

 

Cərgəyarım qaldırıcıda qaldırıсı borular birinci cərgədə  böyük 



diametrdən kiçiyinə keçən yerdə qoyulmuş keçiriciyədək endirilir; elə buna 

görə  də  həmin keçiricini qaldırıсının endiriləсəyi dərinlikdə  saxlayırlar. 

Keçirici ilə  qaldırıcının başmağı arasındakı məsafə  mümkün qədər az 

olmalıdır. Belə ki, əgər bu məsafə böyük və qaldırılan maye qumlu olduqda, 

kiçik diametrdən böyüyünə  keçəndə  sürətin azalması üzündən keçirici olan 

yerdə qum çöküb, qaldırıcının işini poza bilər. 

Cərgəyarım qaldırıcının üstünlüyü qumu yaxşı çıxarması (boruların 

diametri kiçik olduğundan qarışıq böyük sürətlə hərəkət edir), borunun 

tutulması imkanının azalması, bütün qurğunun nisbətən yüngül 

olmasındadır. 

Bircərgəli qaldırıcıda hava borularının vəzifəsini istismar kəməri 

görür, maye isə qaldırıcının içərisi ilə qalxır. Şəkildən göründüyü kimi 

qaldırıcı bircərgəli olduqda quyudakı mayenin səviyyəsi əslində qaldırıcı 

boruların başmağındadır. İşlək qaz, halqavarı sistemlə veriləndə -  halqavarı 

fəzada sıxılmış qaz, qaldırıcı borularda isə qazla maye  qarışığı olacaqdır; 

işlək qaz mərkəzi sistemlə veriləndə, əksinə, əslində dinamik səviyyə 

olmayacaq; bu halda gətirilmiş dinamik səviyyə məfhumu işlədilir; 

gətirilmiş dinamik səviyyə dedikdə qaldırıcının başmağından yuxarı təzyiqə 

müvafiq maye sütunu nəzərdə tutulur. 

a

b



v

q


295

 

 

Bütün qaz-hava qaldırıcılarında işlək qazı vurmaq və qazlı maye 



qarışığını qaldırmaq üçün quyuya endirilmiş boru kəmərləri quyunun 

ağzında kipləşdirilir. 

İkicərgəli və bircərgəli halqavarı və mərkəzi sistemli qaz-hava 

qaldırıcılarının üstünlükləri ilə yanaşı çatışmayan cəhətləri də vardır. 

İkicərgəli qaldırıcının üstünlüyü ondan ibarətdir ki, maye axınının və 

işlək təzyiqin döyüntüsü az olur, belə ki, burada halqavarı fəzanın həcmi 

bircərgəli halqavarı sistemliyə nəzərən azdır. Bundan başqa boruarxası 

fəzadakı maye sütunu da qaldırıcının daha səlis işləməsinə kömək edir. 

İkicərgəli qaldırıcıda işəsalma təzyiqi bircərgəliyə nisbətən xeyli az olur. 

İkicərgəli qaldırıcının nöqsanı burada quyuya  bircərgəliyə nisbətən əlavə 

boru kəmərinin endirilməsidir. 

Bircərgəli qaldırıcının başlıca üstünlüyü quyuya  bir cərgə boru 

endirilməsi ilə əlaqədar olaraq metala qənaət edilməsi, həmçinin boruların 

diametrini nisbətən geniş intervalda seçməyin mümkün olmasıdır. Bircərgəli 

qaldırıcının nöqsanlarından biri döyüntü ilə  işləməsidir, bu da bir sıra 

hallarda quyudibi ətrafındakı layın dağılması və qum tıxacının yaranmasına 

səbəb olur; bundan başqa quyunu istismara verəndə işəsalma təzyiqi yüksək 

olur. 


İşlək qazın quyuya  verilməsi sisteminə gəldikdə qazın mərkəzi 

sistemlə verilməsinin üstünlüyü işəsalma təzyiqinin nisbətən az olması və 

istismar kəmərinin diametrinin böyüklüyündən istifadə edilməsidir. Lakin, 

mərkəzi sistemlə  qaz vermənin ciddi nöqsanları da vardır. Qazla neft qarı-

şığında qum varsa, o, halqavarı fəzada hərəkət edərkən ikinci cərgə (hava) 

borularının muftalarını yeyir və istismar kəmərini xarab edir. Bundan başqa 

parafin və duz çöküntüləri ilə mübarizə çətinləşir. Buna görə işlək qazın 

mərkəzi sistemlə verilməsi mədənlərdə, demək olar ki, heç tətbiq edilmir. Bu 

sistemi yalnız maye qumsuz olduqda, parafin və duz çöküntüləri əmələ 

gəlməsi qorxusu olmadıqda və nisbətən böyük hasilat almaq istədikdə tətbiq 

etmək olar. 

Mədəndə adi şəraitdə işlək qazı halqavarı sistemlə verən bircərgəli 

qaz-hava qaldırıcısını tətbiq edib, onun nöqsanlarını aradan qaldırmağa 

çalışmaq lazımdır. 

 


Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin