A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə31/31
tarix03.04.2017
ölçüsü3,29 Mb.
#13211
1   ...   23   24   25   26   27   28   29   30   31

*** 

Bənövşəyiyə çalan ayın aldadıcı ziyası altında bir adam çöl-

biyabanla addımlayırdı. Bütün üzü sarıqlı idi, yalnız iki gözü 

üçün dar bir zolaq açıq qalmışdı. Hər iki qolunda saat vardı. O, 

qara paltarda idi, ayaqlarında da yumşaq qara şapşaplar var idi. 

Paltarının müxtəlif yerləri qara meşin toqqalarla 

kəmərlənmişdi. Addımları  səssiz idi, yumşaq idi, pişik yerişi 

yeriyirdi. Adam böyük yanmış evin xarabalıqlarına doğru 

gedirdi. Ay işığında xaraba evin divarları uzun əcaib kölgələr 

salırdı. Sütunların da kölgəsi düşürdü. Sütunların tağı uçmuşdu, 

bu sütunlar indi yalnız boşluğa dayaq idilər; bir neçə il qabaq 

dəhşətli yanğın zamanı bu evin, demək olar ki, bütün sakinləri 

tələf olmuşdu. Bəziləri diri–diri mənzillərində yanmış, bəziləri 

tüstüdən boğulmuş, bəziləri uçub dağılan divarların arasına 

pərçim olub qalmışdı. Onların yalnız bu divarlara yazılmış 

səsləri dururdu və aydınlıq gecələrdə bu hıçqırıqlar, iniltilər 

bərkdən səslənməyə başlayırdı. Yanmış evin diri qalmış sakini 

— üzü sarıqlı adam indi öz sabiq mənzilinə doğru gedirdi — 

həmin mənzildə onun bütün ailəsi məhv olmuşdu. O, evə çatdı, 

sürahisiz pilləkənlə ikinci mərtəbəyə qalxdı, uçuq pəncərə 

məhəccərinə qoyulmuş  qırıq məftilli telefona yanaşdı, dəstəyi 

qaldırdı, nömrəni çəkdi. 

Zəng otaqda çalındı. Tələbə telefon zəngini eşitdi, ayılmağa 

çalışdı. Qaranlıq yuxunun zəhmi onu basmışdı, bu qatı, qalın, 

qara və ağır yuxu pərdəsini üstündən atıb durmaq, əlini uzadıb 

işığı yandırmaq istəyirdi, amma bütün düymələr boş idi, işıq 

yanmırdı ki, yanmırdı. Tələbə  nəyinsə, anlaşılmaz və müdhiş 



 574 

bir  şeyin yaxınlaşdığını duyur, otağın zülmətində kiminsə ya 

nəyinsə olduğunu hiss edirdi. Bu kimsə ya nəsə onun başının 

üstündə dayanıb dəqiq bir ardıcıllıqla sayırdı: bir, iki, üç, dörd, 

beş, altı, yeddi... 

O qışqırıb oyandı, silkinib vahiməli yuxudan çıxdı, amma 

qorxusu dəf olunmamışdı,  əksinə daha da artmışdı, çünki 

həqiqətdə  də qaranlıq otağında telefon zəngini eşidirdi, 

hərəkətlərini  əməlli-başlı  dərk eləmədən  əlini uzatdı, 

qaranlıqda telefonu tapdı, dəstəyi qaldırdı. Zəng səsləri dərhal 

kəsildi. Telefon dəstəyi də susmuşdu, həm də bu işləyən 

telefonun canlı sükutu yox, xətsiz, rabitəsiz telefonun həyat 

əlaməti olmayan lallığı idi. Tələbə dəstəyi yerinə qoydu, durub 

işığı yandırdı, geyindi. İndicə onu qara basmışdı  və yuxuda 

gördüyü vahimələrdən yavaş–yavaş özünə gəlirdi. 

Əlbəttə, telefon zəngini o yuxuda görmüşdü, amma 

oyanandan sonra da bir neçə an bu səsləri eşitdi. Yox, əlbəttə, 

ona elə  gəlib. Necə deyərlər,  şüur  ətaləti — yuxudakı 

təəssüratın ayıqlıqdakı davamı. Axı  xətti qırıq telefon heç çür 

zəng çala bilməzdi. Hamısı yorğunluğun,  əsəb gərginliyinin, 

son ayın həyəcanlarının nəticəsidir. O, ağıllı-başlı dincəlməli, 

özünə  gəlməlidir.  İndi də yatmaq, yatmaq, yatmaq. Elə bil 

kimsə ona dedi ki, çön bir fotolara bax. Tələbə çevrilib fotolara 

baxdı: heç bir şübhə ola bilməzdi — indi bu fotolarda tamamilə 

başqa adamlar idi. Və... o... həmin oğlan... daha doğrusu... bu... 

həmin oğlan deyildi... Başqasıydı... həmin o qarının evindəki 

adam idi... qalstuku, bığları, pencəyi gen yaxalıqlı.... Dəhşətdən 

tamamilə  şüuru dumanlanan tələbə fotoya lap yanaşdı  və 

gözlərini zillədi: "Necə ola bilər? Gör mən nə  bərk yatmışam 

ki, qarının gəlib  şəkli dəyişdirməsini duymamışam. Ya belə 

deyilsə, onda deməli mənim ağlım çaşır, başım xarab olur, 

onda deməli, onlar məqsədlərinə çatıblar, mən dəli oluram. 

Amma məgər adam öz dəli olmağını belə aydın və dəqiq dərk 

edə bilərmi?!" 

Tələbə  şəklə iki addımlıqdan baxdı  və  şüurunun son aydın 


 575 

anlarında tam bir dəqiqliklə — fotonun yavaş-yavaş 

dəyişdiyini gördü — şəkildəki oğlanın sifətində yavaş-yavaş 

saqqal çıxır, onun üzünü tük basırdı. Tələbə  qəşş etdi. Otaq 

qaranlığa qərq oldu. Məlum deyil nə qədər vaxt keçdi, nəhayət, 

huşu yavaş-yavaş başına qayıdanda tələbə  vəziyyətini təyin 

etməyə çalışdı — yuxudurmu, ayıqlıqdırmı? O hələ  də 

bayılmış haldadır, yoxsa tamamilə  ağlını itirmişdir? Yadına 

gəlirdi ki, diqqətlə şəklə baxırdı və görmüşdü ki, şəkildəki sifət 

tüklənir. Əlbəttə bu yalnız onun gözünə görünə bilərdi. Amma 

hər halda tələbə döşəməyə yıxılıb qalmışdı. İndi də elə ordaydı, 

fotoların altında, döşəmənin üstünə  sərələnmişdi. Otaqda da 

nədənsə işıq keçmişdi. Görünür, hardasa kontakt olub. Bundan 

əvvəl isə onu qara basırdı. Bəlkə yuxu hələ  də davam edir. 

Yox, canım, indi o oyaqdır, hər  şeyi dəqiq dərk edir və öz 

vəziyyətini də aydın duyur. Hamısı o vahiməli yuxunun və 

yorğunluğun, əsəb gərginliyinin sayəsindədir. Onun gözünə nə 

isə göründü. Özü də cürətsizlik elədi, iradəsini toplaya bilmədi, 

ürəyi getdi. İndi də həmin o bayıldığı yerdədir, öz otağındadır, 

bu otağı, bu mənzili bu gün kirayə tutub. İndicə duracaq, işığı 

yandıracaq. Ancaq bu duyum nədəndir, nədən ona elə gəlir ki, 

otaqda kimsə var? Həm də səslər eşidir. Özü də lap yaxınlıqda. 

Heç divarın ardında da yox, ondan da yaxında, lap böyründə. 

Sanki aralı qapının dalından gəlir bu səslər... Kimsə, yavaşdan 

inildəyir. Səslər qatılaşır, üst-üstə qalanır. Kimsə  pıçıldayır, 

ehtirasla pıçıldayır, pıçıltıyla mübahisə edir... Səslər soldan 

eşidilir. Ancaq axı sol tərəfdə heç bir qonşu-filan yoxdur. 

Orada yalnız olmayan eyvana, boşluğa açılan, daha doğrusu, 

boşluğa qapanmış, mıxlanmış qapı var. Yəni yenədəmi o səmt 

hissini itirib, qaranlıqda sağı-solu çaşdırır. Tələbə başını sol 

tərəfə — səslər gələn tərəfə çevirdi; — otağının qatı 

zülmətində, döşəmə  səviyyəsində nazik bir işıq zolağı 

görünürdü. — Bu işıq çalın-çarpaz taxtalarla mıxlanmış 

qapının altından gəlirdi. Belə  işıq boşluqdan, havadan gələ 

bilməzdi, qapalı bir yerdən — otaqdan, dəhlizdən gələ bilərdi. 


 576 

Tələbə bu işıq zolağına tərəf süründü və  səsləri, xısın-xısın 

danışıqları daha aydınca eşitdi. O bir kəlmə sözü də ayıra 

bilmirdi, amma danışanların kişi və qadın olduğunu və qızğın 

mübahisə etdiklərini müəyyənləşdirirdi. Bir an tələbəyə elə 

gəldi ki, onun adını  çəkirlər, sonra boğuq gülüş  səsləri eşitdi. 

Sonra yenə kiminsə küclə sezilən iniltisi, kiminsə hiddətli 

pıçıltıları... Kimsə yeknəsəqliklə sayırdı. Bir, iki, üç, dörd... 

Sonra kimsə qapını döydü. Bu qapını. Mıxlanmış qapını. 

Yalnız ikicə dəfə ehmallıca döydülər, lap yavaşdan. Özü də o 

tərəfdən — o tərəfdən ki, orada boşluqdan və iki lazımsız 

eyvan dayağından başqa heç nə yox idi. Tələbə  qərara gəldi, 

ayağa durdu, qaranlıqda həmin qapıya tərəf gəldi və çalın-

çarpaz taxtalardan yapışıb var gücüylə dartdı. Taxtalar qopdu. 

Sonra qapının dəstəyindən tutub güclü bir hərəkətlə özünə tərəf 

çəkdi, amma qapı çox yüngülcəsinə və yumşaq açıldı. Qapının 

o tərəfində dəhliz vardı — eynilə tələbənin mənzilindəki kimi 

bir dəhliz. Bu tələbəni heç təəccübləndirmədi də. Addımını atıb 

dəhlizə keçdi. Dəhliz ala-qaranlıq idi. İşığı yanmırdı, amma 

otağın açıq qapısından bura işıq düşürdü. Otaqda yanan da gur 

işıq deyildi, yarımçıq işıq idi — masa lampasından, gecə 

çırağından düşən işıq təsiri bağışlayırdı. Tələbə otağın qapısına 

yanaşdı  və içəri baxdı. Ala-qaranlıq otaq, lap onun öz otağı 

kimi idi, amma avadanlığı bir qədər başqa cür düzülmüşdü. 

İşıq masa lampasından düşürdü. Bu lampa iri yazı masasını 

işıqlandırırdı  və  həmin masanın arxasında adam oturmuşdu. 

Onun əynində eynilə tələbənin geyiminə oxşayan cins şalvar və 

göy köynək vardı. Fiqurası da arxadan lap tələbənin kürəyinə 

bənzəyirdi, saçları da eyni rəngdə idi. "Bəli, — deyə  tələbə 

düşündü, — indi mən lap yəqin dəli oluram, öz ikiliyimi, ikinci 

"mənimi" görürəm". 

Ancaq masa arxasındakı adam başını qaldırdı, çevrilib 

təəccüblə  tələbəyə baxdı. Bu həmin oğlan idi-qarının oğlu —

əgər doğrudan da fotolardakı adam — həm bığsız, həm bığlı, 

həm köynəkli, həm kostyumlu — qarının oğlu idisə, həyatda o 


 577 

bığsız idi, amma çatma qaşları, sifət cizgiləri, baxışı  hər iki 

fotoyla uyğun gəlirdi və onun canlı üzü bu iki fotonu fərqli 

cəhətləri ilə birlikdə  vəhdət halında eyniləşdirirdi. "Necə? — 

deyə  tələbə soruşmaq istədi — siz dirisiniz, ölməmisiniz, 

balkondan yıxılmamısınız?" — Amma heç nə soruşmadı. Elə 

bil dili tutulmuşdu. Masa arxasındakı adam xoş  və mehriban 

bir təbəssümlə gülümsündü, ayağa durdu: 

–Yəqin siz mənim qonşumsunuz? — dedi. — O, çox həlim 

bir tonla danışırdı. —Mıxlanmış qapını açıb gəlmisiniz, necə 

deyərlər, qonşuya baş  çəkməyə, eləmi? — sonra o daha da 

mülayim səslə əlavə etdi: mən şadam ki, siz qərara gəldiz. Axı 

təbiətən siz çətin ünsiyyət bağlayırsınız və hamıdan da 

şübhələnirsiniz, həmi? 

Tələbə: 

–Bunu siz hardan bilirsiz? – deyə soruşmaq istədi, amma 

yenə bir kəlmə  də  tələffüz edə bilmədi. Cins şalvarlı  oğlan 

yenə də gülümsündü: 

–Təəccüblənməyin, — dedi, — mənim peşəmdir bu. Mən 

psixiatoram və insanların xasiyyətlərini sifətlərindən təyin edə 

bilirəm. Hər halda əsas cəhətlərini. Məgər mən düz tapmadım? 

Tələbə yenə bir şey demədi, amma razılıq  əlaməti olaraq 

azacıq başını tərpətdi.  

–Bəs anam sizi xəbərdar eləməyibmi ki, bu qapını 

açmayasınız? — O bunu tənbeh kimi demədi, sadəcə olaraq 

maraq göstərirmiş kimi soruşdu. 

–O sizin ananızdır? — deyə  tələbə, nəhayət dilləndi. 

Soruşmaq istəyirdi: bu sizin otağınızdır? 

Psixiator: 

–Bəli, — dedi —sizə kirayə verilmiş otaq da mənimkidir. 

Anam mənə dedi ki, sizə verib... 

–Bəs... 


–Bilirəm, yəqin ki, mənə min bir sualınız var. Məsələn, elə 

birincisi; niyə  mən öz otağımı kirayə verirəm. Və  əgər 

verirəmsə, niyə bu işlə özüm məşğul olmuram, qoca xəstə 


 578 

arvadı  məcbur edirəm. Elədirmi? Sizi bumu maraqlandırır? 

Əşi, oturun, oturun, sən allah. Radio sizə mane olmur ki? 

–Yox, amma... 

–Hər  şey çox sadə, həm də çox qəlizdir.  İş ondadır ki, 

mənim vəziyyətimdə olan adam, siz əlbəttə bilirsiz mən nəyi 

nəzərdə tuturam — tələbə heç nəyi bilmirdi, amma psixiator 

sözünü elə danışırdı, elə bil tələbə hər şeydən xəbərdar idi — 

bəli, mənim vəziyyətimdə olan adamın bu sayaq işlərlə məşğul 

olması bir qədər çətindir. Odur ki, anam imdadıma çatdı, elan 

verdi və sairə təşkilati məsələlərlə məşğul oldu. Konyak içmək 

istəmirsiniz ki? 

Şkafdan bahalı konyak və yalnız bir dənə qədəh çıxartdı. 

–Mən özüm içən deyiləm, —dedi. —Amma qonaqlarım 

üçün həmişə konyak saxlayıram. Bilirsiz də, içməyən adamın 

evində həmişə içki tapmaq olar. İçənlər içkini çox saxlamazlar 

— o yenə də gülümsündü. —Siz için, bu da şokolad, götürün 

məzə eləyin. 

Tələbə  qədəhi başına çəkdi və  şokoladdan bir dişdəm 

götürdü. Psixiator: 

–Mənim işlərim, ümumiyyətlə çox qəribə oldu, — deyə sözə 

başladı. — Sizin indi yaşadığınız otağı mənə veriblər, bax, indi 

bizim oturub xoş söhbət elədiyimiz bu otaq isə arvadımındır. 

Keçmiş arvadımın —deyə o əlavə etdi və köksünü ötürdü. — 

İki qonşu mənzil  ər–arvadın bəxtinə  çıxıb. Olanda olur da... 

Əlbəttə bu mənzilləri alarkən biz hələ evli deyildik. —O, ayağa 

qalxdı, pəncərəyə yanaşdı və uzun–uzadı dənizə tərəf baxaraq 

fikrə daldı, sonra qayıdıb söhbətinə davam elədi. — Bu, uzun 

əhvalatdır, həm də müəyyən mənada romantik bir macəradır. 

İstəsəniz danışa bilərəm. Deməli, mənə qabaqcıl bir mütəxəssis 

kimi bu mənzili, daha doğrusu o mənzili verdilər. Buna qədər 

anamgildə qalırdım, onun evini görmüsünüz, şəraiti sizin üçün 

aydındır. İndi təsəvvür eləyin mən orda nələr çəkmişəm. Bu evi 

verəndə elə sevindim ki... Hə, yəqin özünüz də bilirsiz, bax, 

oturduğumuz həmin bu mənzil sizin kirayə tutduğunuz 


 579 

mənzillə bitişik qonşu olsalar da, eyni binada deyil. Bu mənzil 

köhnə binadadır, o binaya bitişik köhnə evdə. Nə isə, arvadım, 

keçmiş arvadım, çoxdandır ki, həmin bu köhnə evdə, bu 

mənzildə yaşayırdı. Bu iki binanın giriş qapıları ayrı-ayrıdır və 

bəlkə biz heç bir vaxt bir-birimizə  rast  da  gəlməyəcəkdik. 

Amma doğrudan da qeyri-adi, görünməmiş bir hadisə baş 

verdi. Mən bir ara yaman Morze əlifbasıyla maraqlanırdım. 

Yaman həvəsimişdim və elə hey divarlara barmağımla Morze 

əlifbasının hərflərini döyəcləyirdim. O zaman arvadım bu 

mənzildə çarpayısını divara yapışıq qoyardı. Mən də divarın o 

biri tayında çarpayımda uzanardım, özümçün asta-asta divarı 

döyəcləyərdim, Axı  nə biləydim? Bir dəfə  də uzanmışam 

divara Morze əlifbasıyla hansı şairinsə şerini döyəcləyirəm. Bir 

də  nə  eşitsəm yaxşıdır? Divarın o tərəfindən mənə cavab 

verirlər. Morze əlifbasıyla həmin  şerin ardını döyəcləyirlər. 

Təsəvvür edirsiniz? Az qala, dəli olacaqdım. Sən demə bu 

mənzildə yaşayan qız — sonralar biz evləndik — gəmidə radist 

işləyirmiş. Bir həftə  dənizdə, bir həftə evdə olurmuş. 

Təsadüfən evdə olduğu vaxt, çarpayısında dincəldiyi zaman 

mənim "şerimi" eşidib və cavab verib. Bütün bunları sonralar, 

tanış olandan sonra bildim. Bir-birimizi bəyəndik, sevişdik, 

evləndik.  Əlbəttə, qapı açıb mənzillərimizi də birləşdirdik. O, 

dənizə  çıxanda, mən öz mənzilimin hamamında işığı  həmişə 

yanar qoyardım gecələr. Dənizdən məhz bu pəncərə aydın 

görünür. O da gəmidən bu işığı görüb sevinərmiş. —Psixiatr 

dərin bir ah çəkdi. — Bu dünyada nə qədər mənasız işlər olur. 

Bəzən adam heç bir şey anlaya bilmir — axı niyə, nə səbəbdən, 

nəyə görə? 

–Nədir ki?.. 

–Bilirsinizmi, mən tez-tez düşünürəm. Tale niyə bizimlə 

belə oyunlar oynayır? Məsələn, mənimki niyə  məhz belə 

gətirdi, daha doğrusu gətirmədi? Yəni əvvəl gətirdi, sonra isə... 

qonşu mənzillər, tənha qadın, tənha kişi, ümumi divar. Morze 

əlifbası, tanışlıq, ünsiyyət, sevgi, əlaqə... Elə bil tale bizi 


 580 

birləşdirmək üçün qəsdən qəribə təsadüfləri mirvari kimi sapa 

düzmüşdü. Amma axırda, bütün bu qəribə  təsadüflərdən daha 

bəsit, daha adi şeylər meydana çıxır və tale bizi ayırır. 

–Siz boşanmısınız? 

–Boşanmaq demək olmazdı buna. Çünki evlənməmişdik, 

yəni rəsmən, kəbinlə nigahda deyildik. Ona görə  də 

boşanmadıq, sadəcə olaraq ayrıldıq. Sizi səbəblərmi 

maraqlandırır? İnanırsınız, mən özüm də indiyəcən bilmirəm... 

Günlərin bir günü o yox oldu. Vəssalam. 

–Necə yəni yox oldu? 

–Çox sadə. Harasa itdi... 

–Necə yəni harasa? 

–Yəqin kiməsə başqasına uydu... Ya buna bənzər bir şey... 

Tez–tez onun dalınca gələrdilər, onu bahalı maşınlarda harasa 

aparardılar. Hara getdiyini heç vaxt mənə deməzdi. Sonralar 

mən onu axtarıb tapmağa cəhd etdim... Amma tezliklə məktub 

aldım. Özü də məktubu poçtla göndərməmişdi, zərfin üstündə 

nə mənim, nə də onun ünvanı vardı. Görünür kimsə, bəlkə də 

elə özü, məktubu gətirib mənim mənzilimin poçt qutusuna atıb. 

Məktubu  şübhəsiz ki, özü yazmışdı. Xəttini yaxşı tanıyıram 

axı... Yazırdı ki, onu axtarmayım, o, tamamilə xoşbəxtdir və 

mənzilini də mənim ixtiyarıma buraxır, nə istəsəm edə bilərəm. 

Bir müddət, keçəndən sonra mən fikirləşdim ki, təkbaşıma iki 

otaq mənim nəyimə  gərəkdir. —Mənzillərdən birini kirayə 

vermək qərarına gəldim. Özüm bura köçdüm — nə isə bu 

mənimçün bir təskinatdır — onun otağı, onun şeylərn, qoxusu 

—xatirələrdir başdan–başa, bir də ki, düzünü deyim, mən 

hündürlükdən qorxuram. Özüm həkim olsam da, psixiatriyadan 

bu hündürlük qorxusu mənə tanış olsa da hər halda özümdə bu 

azar — hündürlükdən qorxma azarı var. 20-ci mərtəbədə 

həmişə özümü bir az naqolay hiss etmişəm. Amma burda, 

üçüncü mərtəbədə elə dinc, elə arxayınam ki... 

Tələbə təəccüblə: 

–Necə yəni 3-cü mərtəbədə, məgər indi biz 20-ci mərtəbədə 


 581 

deyilik? — deyə xəbər aldı. 

Psixiatr gülümsündü: 

–Yanılırsınız, — dedi. —İndi biz köhnə evin 3-cü 

mərtəbəsindəyik. Bura keçməzdən qabaq siz 20-ci mərtəbədə 

idiz. Təzə evin.  

–Axı... 

–Sizi səviyyələrin fərqi  təəccübləndirir.  Üçüncü mərtəbə 

iyirminciylə necə bitişik ola bilər, həmi? Tavana baxmayın —

psixiatr tələbənin baxışını tutdu — iş  mənzillərin  

hündürlüyündə deyil. Bunlar  hamısı standart evlərdir, 

hündürlükləri  də eynidir. Ümumiyyətlə, hər  şeyləri eynidir.  

Bircə o evdə zibil borusu var, bir də suyu, bizim evdəki kimi 

gecə saat on ikidə  kəsmirlər. Qalan hər  şey eyni cürdür. Hə, 

sizi başqa  şey maraqlandırır.  Baxışlarınızdan görürəm  ki,  

tamam başqa  şeylər haqqında düşünürsünüz. Bizim, necə 

deyərlər, qonşuluğumuzun səviyyəsi haqqında. Düzmü 

tapmışam? Bax, görürsünüz! İş ondadır ki, bu evlər torpağın 

müxtəlif səviyyələrində tikilib. Üçmərtəbəli bina təpənin 

üstündə tikilib və odur ki, onun üçüncü mərtəbəsi düzəngahda 

tikilmiş evin iyirminci mərtəbəsiylə tən gəlir. Bilmirəm diqqət 

eləmisinizmi, lift bəzən qalxmır, enir. Bu isə sizin kabinəyə 

hansı qapıdan girmənizdən asılıdır. Kabinənin iki qapısı var və 

onun quruluşu da çox fəndlidir — kabinə öz məhvəri ətrafında 

fırlanır, hər iki evə — həm köhnə binaya, həm də  təzəsinə 

xidmət edir. Əgər sağdakı qapıdan girsəniz o sizi aşağı 

endirəcək və gəlib çıxacaqsınız 20-ci mərtəbəyə. Bu çox adamı 

təəccübləndirir və  hətta qorxudur. Sizə bir sirr açım — bu 

qəribəlikdən ağılları çaşanlar da var. Mən özüm bir neçə 

beləsini müalicə etmişəm. Doğrudur, hamını sağaltdım. 

Xəstəliyin lap ilkin mərhələsi idi.   Təhlükəli bir şey yox idi. 

Yenə içmək istəyirsiz? 

Tələbə içdi. Psixiatrla o özünü çox sakit və arxayın hiss 

edirdi. Bu adamla ünsiyyətdənmi, konyakın təsirindənmi, ya 

binanın tapmacalarından birinin aydınlaşmasındanmı, nə isə 


 582 

tələbə duydu ki, bütün bu gün ərzində beynini dumanlandıran 

izahsız mətləblər, get-gedə durulur, izah olunur... 

Psixiatr qəfildən: 

–Siz hələ  mənzilinizdə  səyahət etməmisiniz ki? — deyə 

xəbər aldı. 

–Nə mənada? 

–Məgər anam sizi xəbərdar eləməyib? Axı o bina 

eksperimental tikintidir, cürbəcür fokusları var. Bəzi mənzillər, 

o cümlədən həmin o mənim mənzilim də, lift kabinələri kimi 

şaquli səmtdə hərəkət edir, yəni qalxıb-enir. Təsəvvür edirsiniz, 

çox fikirləşib nə kəşf ediblər? Bütöv bir mənzil — lift. Özü də 

qalxıb–düşməsi həmişə  sərxoş olan çaş liftyorun kefindən 

asılıdır. — Psixiatr susdu, sonra davam etdi. — Odur ki, bir 

gün gözlərinizi açıb dənizi olduğundan yuxarı, ya aşağı 

görsəniz mat qalmayın, — deməli, liftyor sizi gəzdirib. Anam 

da ona görə  xəbərdarlıq edirdi. O mənzil qalxanda, biz daha 

qonşu olmuruq və o zaman həmin bağlı qapı    da  mənim 

dəhlizimə deyil, boşluğa açılır. Qapının çöl tərəfində iki uzun 

dəmir var, fikir verməmisiniz ki? Buferlərdir onlar. —İki evin 

arasındakı buferlər. Bəzən mənzil qalxıb-enəndə  hərəkətin 

yelindən qapı öz-özünə açılır və  hətta otaqdan küçəyə bir şey 

düşür. Ona görə də bu qapını belə möhkəm mıxlamışıq. İndi siz 

açdınız, eyib etməz, amma, ümumiyyətlə, ehtiyatlı olun. 

Görürsən, düşəndə düşür də. Fikirli oldun –o, xəfif bir 

təbəssümlə  qədəhi göstərdi — bir qədər xumar vəziyyətdə 

gəldin evə, bilmədin qapını açdın ki, qonşuya gedəsən, bəli, 

tolamazlandın ordan birbaş küçəyə, təsəvvür edirsiniz, 20-ci 

mərtəbədən aşağı. Adamın sağ tikəsi qulağının dibində qalar. 

Anam ona görə sizə tapşırıb. Hamamda işığı saxlamağı necə, 

onu sizə demədi ki? Dedi, həmi? Yazıq arvad, elə sentimental 

adamdır ki... Hələ  də elə bilir ki, arvadım dənizdən bu işığa 

baxır. Haçansa qayıdıb gələcək... heç cür unuda bilmir onu... 

Mən artıq unuduram yavaş–yavaş, amma anam heç unuda 

bilmir... Nə isə... Eh, nə olur–olsun gəlin mən də bir az sizinlə 


 583 

içim, nə isə ürəyim darıxdı. Ümumiyyətlə, mən içən deyiləm. 

Nə yaxşı ki, siz gəldiniz. Bilirsiz, iş öz yerində, mən yaman 

çox işləyirəm, amma bəzən görürsən adam yalqızlıqdan az 

qalır divara dırmaşsın. Mən hətta bəzən ürkürəm, qorxuram 

tənhalıqdan... Bircə bu radio, bir də maqnitofon... Mən 

müxtəlif adamların səslərini yazmışam — pıçıltılar, gülüş, 

inilti, mübahisə, say… əsasən mənim xəstələrimin səsləridir. 

Elmi işim üçün lazımdır mənə. Qurub qulaq asıram. Amma, 

inanırsız, bəzən iş–filan üçün yox, elə özümçün, öz kefimçün 

qururam. Oturub dinləyirəm. Mənə elə  gəlir ki, otağım 

adamlarla doludur. İndi siz gəlməmişdən bir qədər qabaq da 

qurmuşdum. 

Tələbə: 


–Eşitdim, — dedi, — bu səsləri öz otağımdan eşidirdim. 

Psixiatr tələsik: 

–Siz allah, bağışlayın, — dedi, — mən bilmirdim ki, beləcə 

bərkdən qurmuşam. Ağlıma da gəlməzdi ki, sizə mane ola bilər. 

Axı bu evin qaydası var. Gecə elə ki, lampaların rəngi dəyişdi, 

göyərdi, deməli, sakitlik vaxtıdır, radionun, televizorun səsini 

qısmaq lazımdır ki, qonşulara mane olmasın. Qatarlarda olan kimi 

də — gecə işığı — göy işıq. Doğrudur, sonra lampoçka yenə öz 

rəngini alır, amma daha səs salmaq olmaz. 

–Bəs saat? 

–Hansı saat? 

Tələbə hiss edirdi ki, şüuru get-gedə vahiməli bilməcələrin 

torundan azad olur, açılır və indi o hər  şeyi çikinə-bikinəcən 

aydınlaşdırmaq, öz-özünə izah etmək istəyirdi. İstəmirdi ki, bir 

qaranlıq guşə belə qalsın. Doğrudan da indi o bütün sirlərin 

cavabına çataçatda idi. Bir neçə saat bundan qabaqkı müdhiş 

məntiqsizlik dumanı get-gedə çəkilirdi. 

Psixiatr yenidən soruşdu: 

–Saat? Nədir ki? 

–Niyə sizin saatınız geriyə işləyir? 

Psixiatrın gülümsər baxışları birdən-birə tutuldu. O 


 584 

kədərləndi və bu an anasına oxşadı. 

–Mənim qardaşım vardı, — dedi. — Məndən böyük idi, özü 

də saatsaz idi. Sabah düz bir ay keçir ölümündən. Bilirsiz, o da 

bir növ eksperimentçi idi. — Psixiatr xatirələr aləminə  qərq 

olmuşdu, dalğın–dalğın danışırdı. — Qardaşımın başına qəribə 

bir fikir gəlmişdi: geriyə işləyən saat düzəltmək. İki dənə belə 

saat düzəltdi. Biri məndədir, biri anamda. Bu da onun 

qəribəliyi idi. Həm də bilirsiz, bu onunçün yalnız texniki 

məsələ deyildi. O bu işi necəsə  fəlsəfi, metafizik bir mənada 

düşünürdü, necə deyərlər vaxtı geriyə axıtmaq istəyirdi. Yəni 

elə bu da bir növ qəribəlikdir də... Biz ona gülərdik, amma indi 

ölüb gedib və anamla mən onun bu qəribəliyinə hörmət 

eləyirik: düzəltdiyi saatları mütəmadiən qururuq və onlar da 

işləyir, işləyirlər geriyə. — O güldü. 

Tələbənin artıq heç bir təlaşı yox idi. O dərk edirdi: bu gün 

rastına nə çıxıbsa — hamısının dəqiq məntiqi, izahı var. Hətta 

dəyişən fotoların da bir izahı olmalıydı və yəqin ki, mütləq var 

da. Görünür, fotokağızların kimyəvi tərkibində  nə isə elə bir 

şey vardı ki, onlar gec aşkarlanır, yaxud bir əksin altından 

başqası çıxıb onu soldura bilirdi. Hər halda hökmən bunun bir 

elmi izahı olmalıydı. Həm də  məgər ağappaq fotokağızda 

kimyəvi məhlulların təsiri nəticəsində yavaş–yavaş fotoşəkil 

aşkarlananda biz bundan qorxuruq, ya buna təəccüblənirik. 

Yəqin ki, qafil adamı televiziyada video maqnitofona yazsan, 

sonra o evdə oturub özü özünə baxsa, təəccübdən bağrı çatlar. 

Belə  şey olar, mən burda oturmuşam, eyni zamanda da o 

qutunun içindən başımı  çıxarıb danışıram, gülürəm.  Şübhəsiz, 

bu fotolar da hansısa elmi eksperimentin bəhrələridir və burada 

qorxmalı, hürkməli bir şey yoxdur. 

Tələbə: 

–Fotoları da izah edin, — dedi. 

–Fotoları, hansı fotoları? 

–Mənim otaqımdakı, daha doğrusu, o otağınızda asılmış 

fotolar. Onların "sirri" nədir? —Sirr sözünü o yüngülvarı bir 


 585 

istehzayla dedi. 

–Sirr? Nə sirdir ki? Bilirsiz, bu fotolardakı adamların 

çoxusunu mən heç tanımıram. Onlar mənim arvadımın... 

mənim keçmiş arvadımın qohum-əqrəbası, tanışlarıdır. 

–Amma orda sizin də şəkliniz var. 

–Bəli var. Nə olsun ki? — O bu sözləri bir qədər kəskin dedi, 

sonra daha yumşaq bir ədayla soruşdu: — İçmək istəyirsiz? 

Tələbə başını  tərpətdi. Psixiatr tələbənin qədəhini ləbaləb 

doldurdu, öz qədəhinə isə yarıyacan süzdü. İçdilər. Tələbə hiss 

etdi ki, bu tapmaca, deyəsən, bir qədər qəliz açılacaq, ya bəlkə 

heç psixiatr özü də onun cavabını bilmir. Son qədəh onu daha 

qəti bir addıma təhrik etdi və psixiatra diqqətlə baxıb lapdan: 

–Məsələ ondadır ki, bu şəkillər dəyişir, — dedi. 

Görünür, psixiatra çatmadı. O: 

–Necə dəyişir? — deyə xəbər aldı. 

–Elə beləcə; məsələn, tutaq ki, mən otaqdan çıxıram, 

mətbəxə gedirəm, bir neçə  dəqiqədən sonra qayıdıram, 

fotolarda isə tamam başqa adamları görürəm. Ya da əgər 

əvvəlki adamlardırsa, bir də görürsən onlardan biri eynəyini 

çıxarıb ya köynəyini düymələyib.  Əgər mətbəxdə bir az da 

yubanıramsa bu müddət ərzində fotodakı kişilərdən biri saqqal 

buraxır, ya da onun bığı çıxır. 

Psixiatr tələbəyə sonsuz bir maraqla baxırdı. Uzun zaman 

gözlərini onun gözlərinin düz içinə zillədi,  əllərini nəzərdən 

keçirdi, sonra isə qayğıkeşliklə: 

–Bəlkə daha içməyək? — dedi. 

Tələbə bir qədər dili dolaşa–dolaşa: 

–Yox, yox, — dedi. — Mən əsla sərxoş-filan deyiləm. Bax, 

məsələn, elə sizin öz şəklinizi götürək. Mən mənzilə ilk dəfə 

girəndə şəkildə sizin bığınız yox idi, köynəkdə idiniz, köynəyin 

də yaxası açıq idi. Sonra isə şəkil dəyişdi — indi pencəkdəsiniz 

və bığınız var. 

Psixiatır: 

–Əşi, qoyun oturmuşuq — dedi, — axı mənim heç bir vaxt 


 586 

bığım olmayıb. Böyük qardaşımın bığı vardı. Anamgildə onun 

şəklini gördünüzmü? 

–Gen yaxalı pencəkdə? 

–Bəli. 

–O  şəkil indi sizin otağınızda... bizim otağımızdadır. Sizin 



şəklinizin yerində. 

–Bıy, niyə anam o şəkli gətirib mənim  şəklimin yerindan 

asıb? Bəlkə qardaşımın şəklinə baxmaq onun üçün ağırdır, ola 

bilər... Ona görə də... 

–Siz məni düz başa düşmədiniz. Mən onu demək istəmirdim 

ki, qardaşınızın  şəklini sizin şəklinizin yerindən asıblar. Mən 

demək istəyirdim ki, sizin şəkliniz qardaşınızın  şəklinə 

çevrilib.  Əgər bu doğrudan da qardaşınızın  şəklidirsə... Çünki 

siz çox oxşayırsınız və şəklə baxanda adam düşünə bilər ki, bu 

elə sizin özünüzsünüz. Daha doğrusu sizin daha yaşlı sinndə, 

indi olduğunuzdan daha yaşlı sinndə şəklinizdir. Bir neçə ildən 

sonrakı şəkliniz. Kim bilir bəlkə bir neçə ildən sonra siz də bığ 

qoyacaqsınız. 

Psixiatr bir söz demədən ehmallıca onun biləyindən tutdu, 

nəbzini tapdı, gözlərinin içinə baxaraq saymağa başladı. Tələbə 

başa düşdü ki, həkim onun psixik vəziyyətindən  şübhələnib. 

Onun yerində kim olsaydı  şübhələnərdi. Ancaq tələbə bütün 

bilməcələrin açılacağına o qədər inanmışdı ki, həkim onun 

barəsində  nə düşünəcəyini eyninə almadan söhbəti axıra 

çatdırmaq istədi. 

–İş ondadır ki, mən düz fotonuzun qarşısında dayandım və 

gözlərimi  şəklə zilləyib baxmağa başladım. Mənim gözlərim 

qarşısında — o, sözünə ara verdi, sonra birnəfəsə dedi — 

mənim gözlərim qarşısında sifətinizdə tük çıxmağa başladı. 

İndi mənim burda olduğum müddətdə  yəqin uzun saqqalınız 

çıxıb. Əlbəttə qırxdırmamısınızsa. 

Psixiatr onun biləyini buraxdı, amma yenə  də ayrılmadan 

gözlərinin içinə baxırdı, susmuşdu. Sonra durdu, aramla otaqda 

var–gəl etdi, kitab şkafına yanaşdı, rəfdən bir kitab götürdü, 


 587 

açdı, nə isə oxudu və kitabı yerinə qoydu. Tələbənin yanına 

gəldi, əlini onun çiyninə qoydu, gülümsündü. 

–Anam mənə dedi ki, siz çox çətin və  gərgin qəbul 

imtahanları vermisiniz. Özü də bu cəhənnəm istisində. Heç 

ürəyinizə salmayın və  təlaş keçirməyin, bunlar hamısı 

yorğunluqdandır, stressdir... İnciməzsiniz ki, sizə bir neçə sual 

verim. Düzünü deyin, içkiyə aludə deyilsiniz ki? Mən görürəm, 

içən adama oxşamırsınız, amma bəlkə haçansa — o susdu, 

görünür, vermək istədiyi sualı çətinliklə tələffüz etdi — heç bir 

vaxt alkoqolizimdən müalicə olunmamısınız ki? 

–Yox, — dedi Tələbə qətiyyətlə. 

–Bilirsiz, alkoqolizmin təsiri ilə, yəni davamlı uzun sürən 

alkoqolizmin təsiri ilə, bəzən adamın gözünə cürbəcür  şeylər 

görünür; məsələn, adama elə  gəlir ki, şəkillər hərəkət edir, 

yaxud divardakı aboy kağızları canlanır. Bizim tibb dilində bu 

delirium tremens adlanır. Heç bir vaxt sizdə alkoqolizm 

xəstəliyinin əlamətləri olmayıb ki? Bu mənada ki... 

–Əşi boşlayın. Mən alkoqolik-zad deyiləm, psix-filan da 

deyiləm. Adi normal adamam. Amma bu gün... 

–Əlbəttə, əlbəttə, — deyə psixiatr tələsik onun sözünü kəsdi. 

— Mənim heç şübhəm də yoxdur ki, siz tamamilə normal, 

sağlam adamsınız. Heç bir psixozdan-filandan söz ola bilməz. 

Mən görürəm axı... danışığınıza, davranışınıza diqqət edirəm 

bayaqdan. Söhbət yalnız yorğunluqdan, gərginliyin və andıra 

qalmış istinin təsiriylə müəyyən cüzi şüur  əyintilərindən gedə 

bilər. Qavramanın bir qədər pozulması, vəssalam. Elektrik 

sistemin yada salın, adicə tellərin dolaşığından kontakt əmələ 

gəlir, lampalar sıradan çıxır, işıq sönür. Beyində  də belə hal 

mümkündür. Müxtəlif səbəblərin,  əlaqələrin nəticəsində 

beyinin müəyyən nöqtələrində, mərkəzlərində kontakt əmələ 

gəlir,  şüurda işıq sönür, ya zəifləyir. Qorxulu bir şey yoxdur. 

Ancaq müəyyənləşdirmək lazımdır. Məsələn, sizdə  səs 

qallüsinasiyaları olurmu heç? 

–Nə? 


 588 

–Eşitmə aldanışları. Bəzən sizə elə  gəlirmi ki, küçədə sizi 

kimsə çağırır, adınızı çəkir, amma əslində... 

Tələbə diksindi: 

–Doğrudan bu gün iki dəfə  mənə elə  gəldi ki, məni 

çağırdılar, adımı çəkdilər, amma... 

–Heç kəs yox idi, heç kim sizi çağırmırdı, — deyə psixiatr 

sevinclə gülümsündü. — Əla,  əla. Bəs cürbəcür səslər necə, 

qulağınıza gəlirmi? Metallik səslər... Ya elə bil kimsə  nəğmə 

oxuyur, pıçıltılar eşidirsiniz. İllah da yuxudaykən, yatan zaman 

— səslər artır, üst-üstə qalaqlanır, gərginləşir, kimsə elə bil 

sizdən danışır, sizi nəsə qınayır, kimsə əksinə sizi müdafiə edir. 

Yaxud bir nəfər, sanki başınızın üstündə dayanıb sayır. Elə hey 

sayır... 

–Bəli. Elə bu gecə, oyanıb durmazdan və sizin yanınıza 

gəlməzdən əvvəl yuxuda bu cür səslər eşidirdim, amma axı siz 

özünüz dediniz ki, bu səslər həqiqətdə  də sizin otağınızdan, 

maqnitofondan gəlirmiş. Məgər mənim yuxuda eşitdiyim elə o 

səslər deyil? 

–Əlbəttə, əlbəttə... 

Sükut çökdü. Bir müddətdən sonra psixiatr yenə  tələbəyə 

müraciət etdi: 

–Bəs tanışlıq hissi necə? Məsələn, tutalım, sizə heç tanış 

olmayan bir şəraitə düşürsüz, amma elə bil buraya yaxşı 

bələdsiz, hər şey sizə tanış gəlir. Belə hallar keçirmisinizmi? 

Tələbə bir qədər təəccüblənərək: 

–Keçirmişəm, — dedi. 

Psixiatr məmnunluqla: 

–deia vu — dedi. 

–Nə? 


–Heç əzizim... Öz-özümə danışıram. Bir sual da verim sizə? 

— Elə bil psixiatr tələsirdi, elə bil qorxurdu ki, çoxdan 

axtardığı  və  təsadüfən tapdığı qiymətli bir şeyi  əldən buraxa 

bilər. —Bəs  əksinə necə, məsələn, tutalım nə isə sizə yaxşı 

tanışdır, ya məsələn nəyisə bir yerə qoyursuz, amma sonra elə 


 589 

bil bu yaxşı tanış olan şeyi ilk dəfə görürsünüz, yaxud özünüz 

qoyduğunuz  əşyaya təəccüb edirsiz — bunu mən haçan 

qoymuşam bura? 

Tələbə: 

–Olur bəzən, — dedi. Bayaq hamamdan qayıdarkən 

külqabıda gördüyü siqaret yadına düşdü. 

Psixiatr qətiyyətlə: 

–Jamais vu — dedi —ikinci pozulma. 

–Nə dediz? 

–Bu mənim dissertasiyamın mövzusudur. 

Gerçəksizləşmənin ikinci şəkli. 

Psixiatrın gözləri işıldayırdı, o get–gedə daha da qızışırdı. 

–İnamsızlıq necə? Heç kəsə, heç nəyə etibar etməmək, hər 

şeydən, hamıdan  şübhələnmək hissi? Bəzən sizə elə  gəlmirmi 

ki, kimsə sizə tələ qurur, kimsə sizi təqib edir. 

–Bəzən elə düşünürəm. 

–Bəli, xalis Kandinski-Klerambo sindrom! — dedi. Psixiatr 

—Bəzən oriyentir, səmt hissini itirirsiniz, sağı-solu çaşdırırsız, 

eləmi? 


–Elədir. 

–Psixosensor sapıntı. Siz delirioz vəziyyətə düşmək 

ərəfəsindəsiniz. 

–Hansı vəziyyətə? — deyə tələbə təlaşla xəbər aldı. 

–Heç qorxmayın. İki-üç seans müalicədən sonra hər şey keçib 

gedəcək. Yaxşı ki, məhz mənə rast gəlmisiz. Ayrı heç kəsə bir şey 

deməyin. Bu mənim mövzumdur. Ancaq gərək mənimlə açıq 

danışasız. Heç nəyi məndən gizlətməyəsiniz... Seksual cəhətdən 

necə... heç bir sapıntı-filan yoxdur ki sizdə? 

Tələbə  əvvəl başa düşmədi, sonra anlayıb qıpqırmızı 

qızardı, bu fikrin özü belə ona nalayiq göründü və o tələsik: 

–Yox, yox, — dedi. 

–Çox gözəl. Bəzən siz nə isə  kənar bir qüvvənin, tutalım, 

kosmik şüaların təsirini hiss edirsiz, guya kimsə kənardan sizə 

nə isə təlqin etmək istəyir, deyilmi? 


 590 

–Məncə yox. 

–Bəs belə bir hal necə: sizə elə  gəlirmi ki, düşüncələriniz, 

fikirləriniz özünüzünkü deyil, sanki kiminsə başqasınındır, 

amma nə yollasa sizin beyninizə doldurulub. Və ya başqa bir 

şey: guya sizin bütün fikirlərinizi kənardan oxuyurlar, bütün 

düşüncələrinizi uzaqdan-uzağa bilirlər. Belə bir hiss 

keçirməmisiniz ki? 

Tələbə boğuq səslə: 

–Sizcə mən xəstəyəm? — deyə xəbər aldı. 

–Yox canım, yox, əsla. Yorğunluq, gərginlik, stress, 

vəssalam. Başqa heç bir şey yoxdur. İki-üç seans, ayrı heç nə 

lazım deyil. Elə  dərhal başlaya bilərik. Deyir, bu günün işini 

sabaha qoyma. Ancaq gərək məni bağışlayasınız. Qısa bir 

müddətə sizi tək buraxacam. Mən rejimlə yaşayıram və adətən 

bu saatlarda duş qəbul edirəm. Siz oturun, məni gözləyin, xahiş 

edirəm. Mən bu saatca duş  qəbul edib gəlirəm. Qəzetlərə, 

jurnallara baxın, iki-üç dəqiqədən sonra gəlim, söhbətimizi 

davam edək. 

Psixiatr stolunun siyirtməsindən nə isə götürüb otaqdan 

çıxdı. Tələbə hamam tərəfdən su səsi və psixiatrın  şən fit 

çalmasını eşidirdi. 

Tələbə  qəribə, haçalanmış bir duyğu keçirirdi, bir yandan 

qanı qaralmışdı: görünür, doğrudan da müəyyən psixi xəstəliyə 

tutulmuşdu və bu xəstəlik də həkimin ona dediyindən ciddi idi. 

Əlbəttə, həkim onu sakit eləməyə çalışırdı, həm də axı həkim 

onun keçirdiyi, məhz elə bu gün keçirdiyi qəribə halların 

hamısını bilmirdi. Amma digər tərəfdən tələbə bir qədər sakit 

olmuşdu hətta... onun dünyada ən çox sevmədiyi şey — qeyri-

müəyyənlik və izahsızlıq idi. İndi hər  şey belə  dəqiq elmi 

anlayışlarla izah olunarkən o bütün maneələri dəf edə bilərdi. O 

bu barədə açıq  şüurla düşünə bilirdi, deməli,  şüurun özü 

sağlam idi. O, yarım  şüşə konyak içmişdisə  də bütün bu işlər 

haqqında ayıq beyinlə düşünürdü və eyni zamanda yenə  də 

fikrinə qara bir şübhə gəlirdi: bəlkə bütün bunlar çox qəliz bir 


 591 

iblis oyunudur və  həmin oyunda yalnız qarı deyil, onun bu 

həkim oğlu da (doğrudanmı, qarının oğludur bu adam?) iştirak 

edir və  məqsəd — həqiqətdə  də onun şüurunu pozmaqdır. 

Onlar bu məqsədə çatmaq üçün müxtəlif vasitələrdən və 

yollardan istifadə edirlər. Əgər belədirsə, onda... 

Xeyli vaxt keçdi. Təlaşlı fikirlərdənmi, içkinin təsirindənmi, 

yorğunluq və  gərginlikdənmi, ya elə bunların hamısından — 

tələbə  qəribə bir vəziyyətə —yarıoyaq, yarıyuxulu vəziyyətə 

düşdü, xumarlandı, gözü açıq–açıq mürgülədi. Amma sonra 

yuxunu gözündən qaçırtdı və ona elə gəldi ki, bir neçə dəqiqə 

yox, azı iki saat keçib. Hamamdan psixiatrın  şux fitləri və su 

şırıltısı  eşidilirdi. Tələbə bir az da gözlədi. Yenə  də qeyri–

müəyyən, bir gözü ayıq, bir gözü yuxulu halda durub hamamın 

qapısına yanaşdı; indi qapı yarıaçıq idi, su şırıltısı  kəsilmişdi, 

amma psixiatr əvvəlki kimi fit çalırdı. Taləbə yavaşcadan 

qapını döydü. 

Psixiatr: 

–Geyinmişəm, başımı darayıram, — deyə cavab verdi və 

yenə fit çaldı. 

Tələbə otağa qayıtdı. 

Yenə xeyli vaxt keçdi. Hamamdan fit səsləri eşidilirdi. 

Tələbə durdu, otaqdan çıxdı; indi hamamın qapısı taybatay açıq 

idi. Tələbə içəri baxdı. Hamamın içində, kətilin üstündə balaca 

maqnitofon vardı və fit səsləri oradan gəlirdi. Tələbə mat qaldı: 

–Hardasız? —deyə  əsəbi çığırdı. Mətbəxə cumdu, tualetə 

baxdı, otağa qayıtdı, çarpayının altına  əyildi,  şkafı açdı, 

yenidən mətbəxə qaçdı, buz dolabını açdı. Heç harda 

psixiatrdan  əsər-əlamət yox idi. Tələbə yenidən otağa girdi, 

pəncərəyə yanaşdı; pəncərə içəridən möhkəm bağlı idi. Dəhlizə 

qayıtdı. Çöl qapısı  zəncirlə bağlı idi, onu içəridən açan 

olmamışdı. Birdən tələbənin ağlına gəldi. "Bəlkə  mənim 

otağıma keçib" — deyə düşündü və dəhlizdə otağının qapısına 

tərəf baxdı. Bayaq bu qapıdan gəlmişdi və qanını açıq 

qoymuşdu. İndi isə qapı möhkəmcə bağlı idi, iki taxtayla çalın–


 592 

çarpaz mıxlanmışdı. Eynilə onun otağındakı taxtalara 

bənzəyən, ya da elə  həmin o taxtalarla. Yenə  də  ələ salındığı 

üçün, axmaq yerinə qoyulduğu üçün cin tələbənin başına 

vurdu, hiddətlə taxtaları qopartdı, qapını itələdi, açdı  və 

addımladı. Bir an sonra tələbə yenə  də öz bayaqkı otağında 

idi... İndi daha onu heç bir şey təəccübləndirə bilməzdi. —Əgər 

görsəydi ki, fotoşəkillər bir-biriylə söhbət edir, yaxud güzgü 

televiziya ekranı kimi film göstərilir, yaxud duş telefon dəstəyi 

kimi danışır — tələbə mat qalmazdı. Ancaq hər  şey adi idi. 

Hətta onun yatağı da qoyub getdiyi şəkildə  əzik-üzük idi. 

Hamam və  mətbəxdən səs-səmir gəlmirdi. Tələbə yavaşca 

hamamın qapısını açdı  və diksindi. Psixiatr güzgü qarşısında 

saçını darayırdı: 

Tələbə:  

–Siz bura hardan gəldiniz? —deyə xəbər aldı. 

Psixiatr tələbəyə tərəf çevrildi. Əynində gen yaxalı kostyum 

vardı, qalstuku vardı, bir də  bığları vardı, həm də daha yaşlı 

görünürdü. 

Psixiatr: 

–Salam, — dedi. — Bağışlayın ki, mən... Sizə nə oldu? —

deyə o, təlaşla xəbər aldı. —Elə bil sizi ilan qovub, rəngi-

rufunuz qaçıb... 

–Axı sizin... sizin, —deyə tələbə kəkələdi, —bığınız yox idi. 

–Bığım yox idi? Haçan? Mən iyirmi ildir ki, bığ saxlayıram. 

Bəlkə  məni kiminləsə  səhv salmısız? Axı biz tanış deyilik. 

Bağışlayın, siz yəqin bu evin kirayənişisiniz. Anam mənim bu 

otağımı sizə kirayə verib. Mən sizdən çox üzr istəyirəm ki, 

rüsxətsiz, həm də gecənin bu vaxtında öz açarımla qapını açıb 

mənzilə girmişəm. Doğrudur, mənzil mənimdir, amma axı indi 

burada siz yaşayırsınız, deməli, mən də özgəni narahat 

etmişəm. Bağışlayın, amma mən elə bilirdim ki, siz hələ 

köçməmisiniz, həm də mənzilə girəndə mənə elə gəldi ki, otaq 

boşdur, heç kim yoxdur. Üzümü qırxmaq istəyirdim. 

Tələbə kinayəylə: 


 593 

–Bəli, —dedi, — mən otaqda yox idim və siz çox gözəl 

bilirsiniz ki, mən harada idim. 

Psixiatr təəccüblə: 

–Necə? Mən? — dedi. — Mən sizi ilk dəfədir görürəm, mən 

nə bilim siz hardasınızmış? 

–Bura baxın, —qəzəb, acıq tələbəni boğurdu, —hələ biz 

baxarıq görək dəli hansımızdır, siz ya mən. Siz çox gözəl 

bilirsiniz ki, bir qədər bundan qabaq —bilmirəm neçə saat 

bundan qabaq —axı sizin saatlarınız da özünüz kimi dəlidirlər, 

bəli, bir müddət bundan qabaq biz oturub söhbət edirdik, 

özünüz bilirsiniz ki, nədən söhbət edirdik. Amma siz nahaq elə 

bilirsiniz ki, mənim ağlımı çaşdıracaqsınız, məni dəli 

edəcəksiniz. Bu saat sizin o yapışdırılmış saxta bığlarınızı 

qopararam, bütün bu qriminizi də silərəm, onda bilərsiz —

tələbə  əlini psixiatrın bığlarına tərəf uzatdı. Psixiatr diksinib 

geri çəkildi. 

–Cavan oğlan, sizə nə olub? — dedi və burnunu çəkib, "fu, 

siz ki sərxoşsuz" — deyə  əlavə etdi. —İçirsiniz öz işinizdir, 

amma sərxoş olub sizdən yaşca böyükləri təhqir etmək 

yaramaz.  Əgər mənim mənzilimi kirayə almısınızsa, o demək 

deyil ki, mənə qarşı istədiyiniz kobudluğu etməlisiz.  Əlbəttə 

mən bilsəydim ki, siz artıq köçmüsüz, gecənin bu vaxtında 

bura gəlməzdim. Bu mənim qəbahətimdir. Bəlkə heç siz tək 

olmayaydınız... Üzr istəyirəm. Məsələ ondadır ki, mən iki saat 

bundan qabaq təyyarəylə gəldim və səhər yenə xaricə uçuram. 

Bu vaxtlar bütün bərbərxanalar bağlıdır və dedim gedim, öz 

evimdə üzümü qırxım — danışa-danışa o otağa gəldi, tələbə də 

onun ardınca — bütün günahım budur, vəssalam, səmimi 

surətdə üzr istəyirəm. Əgər bərbərxana açıq olsaydı, onda... 

Tələbə hiss edirdi ki, hiddətdən az qala boğulacaq: 

–Bura baxın, — dedi — bərbərxana-filanın bura nə dəxli var, 

nə tovlayırsınız mənim başımı. Əgər siz psixiatrsınızsa, onda... 

–Mən psixiatram? — deyə  təəccüblə soruşdu. —Bunu kim 

deyib sizə? Mən astrofizikəm,  əzizim.  İndi də beynəlxalq 


 594 

astrofizika konqresindən gəlirəm. Çox maraqlı bir problemə 

həsr olunmuşdu konqres — uzaq dünyalarla əlaqə yaratmaq 

məsələsinə. 

Tələbə dilini dişinə sıxıb: 

–Dolamayın məni, bəsdir, kifayətdir, xəbərdarlıq edirəm 

sizə,— dedi. — Deyin görüm bütün bunlar nə deməkdir?  

–Bunlar, yəni nələr? 

–Bütün bunlar — deyə  tələbə  təkrar etdi və otağa göz 

gəzdirdi — adicə otaq, divar saatı yeddinin yarısını göstərir — 

elə doğrudan da bu vaxt olardı, hava yavaş–yavaş açılırdı, stol, 

stullar, taxt, fotolar və o cümlədən də psixiatr — astrofizikin 

şəkli — kostyumlu, qalstuklu, bığlı, hər  şey adi, normal idi. 

Tələbə nə cavab verə bnlərdi? Küt-küt: 

–Bu sizsiniz? — deyə fotonu göstərdi. 

–Mənəm, nədir ki? 

–Sizin böyük qardaşınız deyil? Ya nə bilim bəlkə giçik 

qardaşınızdır. 

–Mənim qardaşım yoxdur. Nə böyüyü, nə kiçiyi. — Yoxdur 

və heç bir vaxt da olmayıb.  

–Bəs saatsaz? 

–Hansı saatsaz? Saatsaz kimdir?  

–Saatsaz o kəsdi ki, bir ay  bundan qabaq  ölüb. O kəsdir ki, 

geriyə işləyən saatlar düzəldib. O kəsdir ki, ananız ona matəm 

saxlayır və fotosunu o evdən bu evə daşıyır. 

–Siz deyəsən sayıqlayırsınız? 

–Yox, bilirəm, siz çox istəyirsiz ki, mən sayıqlayım, 

istəyirsiz ki, ağlım çaşsın, dəli olum. Amma insaf dinin 

yarısıdır, doğrudan da çox mahir fokusçusunuz. Dahi 

gözübağlayıcısınız. Bayaq o biri mənzildə siz mənə çox suallar 

verdiniz, indi mən də sizə bircə sual vermək istəyirəm. Cəmi-

cümlətanı bircə sual. Qorxmayın, sizdən soruşmayacam ki, 

başıma bu oyunları niyə açırsınız. Öz işinizdir. Sizdən ayrı şey 

soruşacam — başıma bu oyunları necə açırsınız? Məsələn bax 

elə o qapı. O mənzildən bu mənzilə nə yolla keçə bildiniz ki, 


 595 

qapı o biri tərəfdən mıxlanmış idi. 

"Psixiatr"– astrofizikin rəngi qaçdı: 

–Nə qapı, nə mənzil? Siz nə danışırsız? 

–Bax bu qapı —deyə tələbə otaqdakı qapıya tərəf çevrildi və 

çılğınlıqla çığırdı:— Aman allah, bu da bir fokus! Yox, siz 

doğrudan dahisiniz. Mən indicə bu qapıdan içəri girdim və qapı 

da açıq qaldı, amma bir baxın, — o yenə  də taxtalarla çalın-

çarpaz mıxlanıb. Daha sözüm yoxdur, gözübağlıcılığınız əladır. 

–Bilirsiz nə var? – deyə "psixiatr" – astrofizik təmkinlə 

danışmağa başladı. O hələ də sapsarı idi, amma görünür özünü 

ələ ala bilmişdi. —Mən bilmirəm ki, siz bütün bu sözlərlə  nə 

demək istəyirsiz. Bəlkə anam mənim burda olmadığımdan 

istifadə edib mənzili ruhi xəstəyə verib. Mən belə düşünmək 

istəməzdim, amma hər halda mənə elə  gəlir ki, siz nahaq 

içirsiniz. 

–Yaxşı, — tələbə aldadıcı bir sakitliklə müsahibinə baxdı. 

—Görək ruhi xəstə hansımızdır və kim-kimi dəli edəcək. Bu 

saat mən sizin gözünüz qarşısında bu qapını açacam. 

Psixiatr həyəcanla: 

–Yox, yox, —dedi, onun rəngi daha da qaçdı. 

–Hə, cadularınızın sirri açılacaq, ondan qorxursunuz? Mən 

indicə bu qapını açacam və sizi qonşu mənzilə aparacam. Ora 

ki, bayaq orada siz bığsız psixiatr idiniz. Ya bəlkə qardaşınızdır 

orda, bilmirəm, hər halda mən sizin hamınızı ifşa edəcəm, 

bütün sizin murdar ailənizi! Görüm nə səbəbdən mənim başıma 

bu əclaf oyunları açırsınız. 

Tələbə elə bil qızdırma içində, adda–budda danışırdı. 

"Psixiatr"—astrofizik hirslənməkdən daha artıq 

təəccüblənirdi və onun mat qalması, sadəlövh təəccübü tələbəni 

daha da özündən çıxarırdı. Tələbə çılğın bir hərəkətlə taxtaları 

qopartdı, dartıb qapını açdı  və addım atdı. Amma gözləri 

qarşısında 20 mərtəbə hündürlüyündəki boşluq girdabını görən 

an dəmir barmaqlar onun köynəyinin boynundan yapışdı  və 

saxladı —bu ev sahibinin barmaqları idi. 


 596 

Psixiatr–astrofizik: 

–Dəli olmusuz? — dedi.  — Axı buradakı balkon neçə ildir 

uçub, odur ki, biz də bu qapını mıxlamışıq. Oturun. 

Ev sahibi tələbəni otuzdurdu və  hələ  də açıq qapıya çəp-çəp 

baxaraq otaqdan çıxdı, bir stəkan su gətirdi, tələbəyə uzatdı: 

–İçin. 

Tələbə içdi və bir qədər sakitləşdi. O özünü əzgin hiss edirdi. 



Elə bil hər  şeydən bezmişdi, hər  şeydən bıqmışdı, hər  şeydən 

usanmışdı, dünyada hər şeyə qarşı laqeydlik duyurdu. 

Ev sahibi: 

–Özünüzü pis hiss edirsiz? — deyə  xəbər aldı. Tələbə tam 

bir biganəliklə:  

–Bilmirəm, — dedi. 

–Dincəlin. Hər  şey keçib gedər. Görünür, içki sizə çox pis 

təsir edir. Bir də ki... Mən çox namünasib vaxtda gəldim... 

Gərək məni bağışlayasınız... Bilsəydim... 

Tələbə: 


–Eybi yoxdur, — dedi. 

–Mən elə bil lap göydən düşdüm, — ev sahibi elə hey özünə 

bəraət qazandırmağa çalışırdı. — Xaricdən bir az qabaq 

gəlmişəm və yenə  də gedirəm.  İndi də başqa ölkəyə, başqa 

konqresə. Vaxt məsələsinə  həsr olunmuş konqresə. Vaxtın 

fəlsəfi və fiziki mahiyyətinə  həsr olunmuş konqresə.  İcazə 

verərsiniz siqaret çəkim? 

Tələbə yüngülcə başını tərpətdi, yəni ki, hə, buyurun, sonra 

ikinci dəfə başını yellədi, yəni ki, yox: müsahibi ona siqaret 

təklif edirdi. Ev sahibi siqaretini alışdırdı və dərin qullab vurdu 

— siqaretin xoş, şirintəhər ətri vardı. 

–Bilirsiz, — deyə ev sahibi yenidən sözə başladı, —bütün 

bu konqreslərin heç bir əhəmiyyəti yoxdur. Bax mən indicə çox 

böyük bir konqresdən gəlirəm, bayaq sizə dedim. Uzaq 

dünyalarla  əlaqə probleminə  həsr olunmuşdu konqres. Bütün 

ölkələrdən  ən məşhur alimlər toplaşmışdı. Məruzələr, 

məlumatlar, filmlər, fotolar, lent yazıları, nə bilim daha nələr, 


 597 

nələr. Ancaq mənim fikrimcə, bu problem kökündən yanlış 

qoyulur. Sizi yormuram ki! Taksini 7-30-a sifariş eləmişəm, 

odur ki, hələ yarım saat da zəhlənizi tökəcəm... Bəli... Məsələ 

belədir ki, mənim fikrimcə kosmik əlaqələr probleminə 

tamamilə başqa prinsiplərlə yanaşmaq lazımdır. Tutalım, bax, o 

konqresdə  nədən danışılırdı? Aresiboda nəhəng bir 

radioteleskop qurulub. Bu teleskopun vasitəsilə kosmosun 

dərinliklərinə məlumat göndərilib. Nə barədə? O barədə ki, biz-

yer adamları onluq say sistemindən istifadə edirik. Beş atomu 

ən vacib sayırıq.  İki ayağımız, bir başımız var. Yer üzündə 

sayımız da dörd milyarda yaxındır. Çox əcəb. Məni bağışlayın, 

amma bu üsulla qıza elçi getmək və  oğlan haqqında məlumat 

vermək olar — peşəsi bu, vəzifəsi bu, pulu-dövləti bu qədər, 

qohum-əqrəbası filankəslər və s. və s. Amma kosmik 

kontaktları bu üsulla yaratmaq olmaz. Məsələn, Çikaqo 

universitetinin professoru Dreyk, Bombey universitetinin 

professoru Mukerçi, Yaponiyadan bir professor, adı yadımda 

deyil, çıxış etdilər. Onların hamısı neçə illərdir ki, çox qüvvətli 

radioteleskoplar və kompüterlər vasitəsilə yaxın qalaktikaları 

izləyirlər, radiosiqnalları yazırlar, amma nə  nəticə hasil olub? 

Hamısı eyni bir nəticə  əldə ediblər, yəni heç bir nəticə  —

ulduzlar susub. İndi də oturub başlarını  sındırırlar:  əgər 

doğrudan da uzaq ulduzlarda həyat varsa, bəs niyə ordakılar 

hay vermirlər?!  Əgər bizim radio və telesiqnallarımızı 

eşidirlərsə, niyə  dəstəyi qaldırıb cavab vermirlər —o 

gülümsündü və  qırıq məftilli telefon dəstəyini göstərdi. Mən 

telefon dəstəyini nəzərdə tuturam —sonra nə isə düşünüb əlavə 

etdi — yeri gəlmişkən, bu təşbeh təsadüfi də olsa, çox dəqiqdir. 

Biz kosmosla məhz bu cür telefonla, qırıq telli telefonla, 

əlaqəsiz telefonla danışmağa cəhd edirik. Təsəvvür eləyin ki, 

bəzən nə cür mənasız işlər görülür. Bir neçə il bundan qabaq 

amerikalılar kosmosa Rok-n-Roll musiqisinin melodiyalarını 

göndərmişlər.  İndi də oturub başlarını bulayırlar — niyə bir 

cavab çıxmadı. Bəlkə bu musiqini oradakılar bəyənməyib. Elə 


 598 

bil bu radiodinləyicilərin sifarişilə konsert-zaddır. 

Məruzəçilərdən biri hətta belə bir fikir atdı ortalığa: deyir, 

şübhəsiz, kosmosdan bizə xəbərlər göndərirlər, amma yüz ildə 

bir dəfə. Yüz il bundan qabaq, neçə yüz, neçə min il bundan 

qabaq yer üzündə radio yox idi ki, ismarışları qəbul edə bilək. 

İndi az qalıb, bu səfər kosmosdan bizə radio vasitəsilə papaq 

eləyən kimi başa düşəcəyik. Bişmiş toyuğun gülməyi gəlir belə 

sözlərə.  Əlbəttə, başqa çıxışlar da oldu. Bəziləri deyirdilər, 

canım, ola bilsin ki, qallaktik əlaqə sistemi tamamilə başqa 

prinsiplər  əsasında qurulur. Amma belə deyənlər də axırda 

nikbinliklə  nəticə  çıxarırdılar: heç kefimizi pozmayaq, 

ürəyimizə salmayaq, gec–tez biz də bu əlaqə prinsiplərinə 

yiyələnəcəyik. Nə deyəsən? Görünür bizim şüurumuz Əlaqənin 

tamamilə başqa növünü anlamağa, təkrar edirəm başqa növ 

əlaqə prinsiplərini dərk etməyə qadir deyil. Odur ki, oturmuşuq 

nəhəng teleskopların yanında və gözləyirik. Cürbəcür siqnallar 

gözləyirik. Hələ çox gözləyəcəyik. Çünki bizə elə  gəlir ki, 

kosmik  Əlaqə balıq tutmaq kimi bir şeydir, torunu atıb 

oturmusan çay qırağında, gözləyirsən balıq haçan gəlib tora 

düşəcək. Yaxşı, deyək ki, mən ifrata varıram, məsələni 

tündləşdirirəm: biz universal şifr-siqnallar, anlaşıqlı  rəmzlər, 

işarələr göndəririk kosmosa. Yaxşı, olsun, amma bütün bu 

özfəaliyyət nə deməkdir? Bizə elə  gəlir ki, uzaq dünyalarla 

Əlaqə yaratmaq — radiohəvəskarlığı kimi bir şeydir, təsədüfən 

efirdə başqa bir radiohəvəskarın ultraqısa dalğalarıyla 

rastlaşacaqsan. Amma axı, mənim fikrimin məğzi odur ki, 

kosmik  Əlaqə tamam başqa cür, gözlənilməz və izaholunmaz 

bir şəkildə də meydana çıxa bilər. Yəni biz insanların dərk edə 

bilməyəcəyimiz bir şəkildə. Bax, oturub gözləyirik, gözləyirik 

ki, bizimlə danışsınlar. Amma bəlkə bizimlə çoxdan danışırlar 

və ən müasir cihazlar vasitəsilə deyil, başqa üsulla. Bəlkə bax 

elə indinin özündə, bu otağın içində danışırlar bizimlə, amma 

biz başa düşə, anlaya, dərk edə bilmirik. —O, dərin bir qullab 

vurdu, bayaqdan bəri davam edən, uzun, pərakəndə 


 599 

monoloqunda bu ilk fasilə idi. —Axı uzaq dünyaların sakinləri 

— yenidən sözə başladı — bizimlə tamam başqa kanallar 

vasitəsilə  Əlaqə yaratmağa təşəbbüs edə bilərlər. Tamamilə 

başqa rabitə formasından istifadə edə bilərlər. Bəlkə bizə 

məlum olmayan imkanlara malikdirlər və beynimizə, 

şüurumuza, psixikamıza təsir göstərə bilirlər. Onlar hətta bizim 

beynimizin imkanlarını —dünyanı  məntiqsiz dərk etmək 

imkanlarını yoxlaya da bilərlər. Mən çox qəliz danışmıram ki, 

fikrim sizə aydındırmı? 

Tələbə: 

–Təxminən, — dedi. 

–Bəli, bu uzaq aləmlər bizə radio, tele və başqa bizim 

qavraya biləcəyimiz işarələr vasitəsilə deyil, tamam başqa 

üsullarla müraciət edə bilərlər. Yaxud biz və onlar əyani 

şəkildə görüşməli olsaq, yəni onlar bizim planetimizə  təşrif 

gətirməli olsa, bu görüşü biz bu gün, təqribən, necə  təsəvvür 

edirik? Nədənsə bizə elə gəlir ki, onlar planetimizə iri kosmik 

gəmilərdə  gələcək, nəhəng kosmodromlara düşəcəklər. Niyə? 

Axı kim dedi ki, onlar — uzaq aləmlərin sakinləri, — çox iri, 

azmandırlar və ya hətta elə bizim boyda, adamlar boyda 

olmalıdırlar. Lap qoy ən iri ulduzlarda yaşasınlar, axı bunun 

onların zahiri ölçülərinə, boy-buxunlarına heç bir dəxli yoxdur. 

Onlar  ən görünməz mikrobdan belə kiçik məxluqlar ola bilər. 

Tamamilə cismsiz varlıqlar da ola bilərlər, məsələn,  şüa, qaz 

şəklində, səs şəklində. Kim deyər ki, məsələn, səs–şüurlu varlıq 

ola bilməz. Təsəvvür edirsiz bütün bir ulduzun şüurlu 

sakinləri–yalnız səslərdir. Poeziyadır, eləmi? Və  əgər bu tipli 

kosmik qonaqlar bizim planetə  təşrif buyuracaqlarsa, ya hətta 

artıq çoxdan buyurmuşlarsa, onların yer üzündəki məskəni, 

qəbul meydançası insan beyninin guşələri də ola bilər. 

Kişi elə danışırdı elə bil məruzə oxuyurdu, bəlkə bu 

doğrudan da onun konqresdə oxuduğu ya oxumadığı  məruzə 

idi. 


–Axı niyə biz razı olmuruq ki, kainatın başqa guşələrində 

 600 

tamamilə ayrı — şüur qanunları mövcuddur — bizim səbəb-

nəticə bağlılığından fərqlənən qanun sistemi. Və onların 

bizimlə  Əlaqəsi yalnız o zaman mümkün ola bilər ki, onlar 

bizim iqtidarımıza — bu qanunları  aşıb keçmək iqtidarımıza 

inansınlar. Dünyanı  dərk etməkdə bu məntiqi səbəb-nəticə 

bağlılığını aşa biləcək bir qüdrət varmı insan şüurunda? Onları 

məhz bu maraqlandıra bilər. Onlar beynimizin buna hazır olub-

olmamasını yoxlaya, müayinə edə bilərlər.  Şüurumuz 

Mümkünsüzlüyü qəbul edə bilirmi? Ya bəlkə onlar hələ bizim 

beynimizi — hazırlayırlar — başqa bir məntiq sistemini 

qavramaq üçün hazırlayırlar. Və onların bizimlə  Əlaqə 

yaratmaq cəhdləri məhz bu sahədədir: beynimizdəki səbəb-

nəticə bağlılığını qırmaq, ağlımızın quruluşunu dəyişmək. Axı 

bizim bütün idrakımız və kosmik əlaqələr yaratmaq 

təşəbbüsümüz ancaq və ancaq bu məntiqə, səbəb-nəticə 

bağlılığına  əsaslanır. Aman allah, biz necə öz-özümüzdən 

müştəbehik, necə  də  qəti hökm veririk. Kainatı ancaq bizim 

məntiqimizlə  dərk etmək olar!? İki dəfə iki mütləq dörddür! 

hər yerdə, hər zaman, kainatın hər guşəsində! Axı bir zamanlar 

biz insanlar eyni inadla inanırdıq ki, Yer hərəkətsizdir, Günəş 

onun başına dolanır və ayrı cür düşünənləri asıb-kəsir, odda 

yandırırdıq. Mən yalnız din fanatiklərini, inkivizisiyanı nəzərdə 

tutmuram. Hələm-hələm adamlar deyil, Ptolomey kimi öz 

zəmanəsinin  ən parlaq zəkası da buna — Yerin mərkəz 

olmasına, Günəşin onun başına dolanmasına inanırdı. Biz isə, 

öz zəmanəmizin Ptolomeydən qat-qat aşağı olan zəkaları, eyni 

bir inadla başqa  şeyə inanırıq: Yer kürəsi günəşin başına 

dolanır. Buna zərrəcən şübhəmiz yoxdur, necə ki, Ptolomeyin 

də öz iddialarına heç bir şəkk-şübhəsi yox idi. Yaxşı, bəs 

birdən sabah, bizim təsəvvür belə eləyə bilmədiyimiz tamam 

başqa kəşflər və qanunlar əsasında məlum oldu ki, yox, Yer 

Günəşin deyil, Günəş Yerin başına fırlanır. Onda necə? Təbii 

ki, bunu mən zarafatla deyirəm, amma prinsipin özü ciddidir. 

O nəfəsini dərdi və öskürməyə başladı. Eynilə anası kimi 


 601 

öskürürdü, uzun-uzadı quru öskürəklə. Bir az sakit olub stəkanı 

götürdü. Mətbəxə keçdi, Bu adamın nədən danışdığını, ona 

nəyi isbat eləməyə çalışdığını tələbə ağıllı–başlı anlamırdı heç. 

Tələbə indi yalnız bir şey düşünürdü:  əgər indi bu adam 

mətbəxdən qayıtmasa, bir də heç bir vaxt görünməsə, tamamilə 

anlaşılmaz  şəkildə  mənzildən qeyb olsa və yaxud qayıtsa, 

amma, qiyafəsi, sifəti tamam başqa cür olsa — məsələn saçları 

çal, yaxud başı daz keçəl, ya elə olduğu kimi qayıtsa, amma 

onu, tələbəni tanımasa, özünü tamamilə ayrı bir adam kimi 

aparsa — bütün bunların heç biri artıq tələbəni təəccübləndirə 

bilməz. Onun indi keçirdiyi yeganə hiss — tam bir düşüncə 

biganəliyi idi, heç bir fikir zəhmətinə qatlaşmaq istəmirdi, heç 

bir  şeyi dərk etməyə, anlamağa, izah etməyə  həvəsi 

qalmamışdı. 

Ev sahibi otağa qayıtdı. Bığları yaş idi. İndicə su içmişdi. 

Divar saatına baxıb: 

–Daha lap az qalıb — dedi. — İndicə sizi sakit buraxacam, 

başınızı ağrıtmayacam. Taksi on dəqiqədən sonra gələcək. Yeri 

gəlmişkən, vaxt haqqında. Vaxtı necə  təyin etmək olar? Kim 

mənə isbat edə bilər ki, vaxt geriyə yox, irəliyə gedir? Vaxtdan 

söhbət gedəndə geri nədir, irəli nə? Nə müəyyənləşdirir vaxtı? 

Bax, bu cihaz, — o divar satını göstərdi, — bu qurulu 

mexanizm? Deyəcəksiz günəş tsikli — gündüz-gecə, yay-qış. 

Amma axı günəşlə bağlı bu hesablar yalnız bizim planetlər 

sisteminə aiddir. Bu sistem isə kainatda — zərrəcikdir, tozdur. 

Bəs günəşin özündə vaxt necə ölçülür? 

Tələbə: 


–Bilmirəm, — dedi. 

–Amma axı vaxtın tamam başqa anlayışı da ola bilər. — O, 

sanki artıq tələbəylə yox, özü özüylə danışırdı. — Siz heç 

vaxtın nisbiliyi haqqında məişət səpkisində, adi həyat misalları 

səpkisində düşünmüsünüzmü? — deyə yenə tələbəyə müraciət 

etdi.  


–Yox.  

 602 

–Mən isə düşünmüşəm. Təsəvvür edin ki, yatmısız. Bu 

zaman qapınız döyülür, yaxud telefon zəng çalır. Yuxuda yox 

ha, gerçəklikdə. Gerçəklikdə bunlar — qapı döyülməsi, telefon 

zəngi — bir an çəkir. Amma bu bir real anın  ərzində yuxuda 

siz uzun bir əhvalat görürsüz. Və yuxuda gördüyünüz bu 

əhvalatlar mütləq qapı döyülməsi, talefon zəngilə bitir. Deməli, 

bu yuxular zənglə, qapı döyülməsi ilə əlaqəlidirlər. Başqa sözlə 

desək, yuxunun bu səhnələri, sizin beyninizdə  məhz həmin 

səslər səslənən zaman doğulur. Amma yuxuda siz bu səslərlə 

bağlı hadisənin əvvəlini də görürsünüz, elə bir şey görürsüz ki, 

həmin səslərlə sona çatır, bitir. Deməli, bu səslərin səsləndiyi 

müddət  ərzində gerçəklikdə  və yuxuda iki müxtəlif ölçülü 

zaman paralel şəkildə mövcuddur, amma onların müddətləri 

ayrı-ayrıdır. Fikrim sizə çatır?  

Tələbə: 


–Çətinliklə, — dedi, — mən çox yorulmuşam. 

–Bağışlayın, bağışlayın, mən  də sizi lap yorub əldən saldım. 

Bilirsiz mən fikirlərimi kiminləsə bölüşmək istəyirdim. Odur 

ki... Hə, vaxtdır, mən getməliyəm. 

O, ayağa durdu, papağını qoydu, üzərində müxtəlif 

şəhərlərin,  otellərin damğaları olan dama-dama çamadanını 

götürdü və tələbəylə vidalaşıb qapıya tərəf getdi. Qapını açdı, 

sonra nədənsə yenidən otağa qayıtdı və dedi: 

–Əlaqə problemi, bax bundadır. Biz şüurumuzun dəyişməz 

məntiqi qanunlarının pozulmasına razı olacayıqmı? Hadisələrin 

səbəb-nəticə bağlılığının qırılmasıyla barışa biləcəyikmi? 

Tamam başqa bir şüur sisteminin olmasını qəbul edəcəyikmi? 

Uzaq dünyalarla Əlaqənin yaranıb-yaranmayacağı  məhz 

bunlardan asılıdır. Amma əgər bütün Qeyri-adi, Dərc olunmaz. 

İzahedilməz, Şüurumuzasığışmaz şeylərə yenə məntiqi rasional 

səbəblər axtaracayıqsa, vərdişli analogiyalar arayacayıqsa, bir 

şeyi kasıb zehnimizin qısa arşınıyla ölçəcəyiksə, o zaman heç 

kəslə heç bir Əlaqə yaratmaq mümkün olmayacaq. — O 

gülümsündü, amma bu çox kədərli gülüş idi və sifətinin bu 


 603 

kədərli ifadəsiylə o bir daha anasını xatırlatdı. — İnanın mənim 

sözlərimə. Salamat qalın... 

Qapını örtüb getdi. Az sonra tələbə aşağı düşən liftin səsini 

eşitdi.  

Pəncərədən açıq bir səhər üzü görünürdü. Ulduzlar çoxdan 

sönmüşdü. Daha doğrusu, dan işığının açıqlığında itib 

görünməz olmuşdular.  

Tələbənin yorğun  şüurunda bir fikir oyandı: o düşündü ki, 

əl-aqibət axır ki, zəiflik göstərmədi; hə qarı, nə onun dərin 

qırıldadan alim oğulları — ya eyni yeganə oğlu — iki idi onlar, 

ya bir nəfər idi — kim bilir? — hər halda bu qəribə ailə — ikisi 

olsun, üçü olsun, fərqi yoxdur — hamısı bir yerdə  tələbənin 

şüurunu poza, başını xarab edə bilmədilər. O, dəli olmadı ki, 

olmadı. 

Tələbə soyunub yatağına girdi. Yuxuya gedə-gedə 

düşünürdü: "Gərək kitabxanadan kosmik əlaqələrə aid 

ədəbiyyat alıb oxuyam". 

 

Bakı, avqust, 1976.


 604 

 

 

 OXUDUQLARINIZ 

 

R.Ulusel. Azərbaycan mədəniyyətinin Anarı........................3 



 

İlk hekayələr 

 

Yağışlı gecə.........................................................................42 



İki dəniz ............................................................................. 48 

Taksi və vaxt ......................................................................50 

Bayram həsrətində ..............................................................68 

Könlümüzün gecəsi.............................................................73 

Sabah biz ayıq olacayıq.......................................................81 

Hekayə.................................................................................90 

Asqılıqda işləyən qadının söhbəti.....................................111 

Keçən ilin son gecəsi.........................................................114 

Dağınıq vərəqlər................................................................129 

 

İki uşaq hekayəsi 

 

Əlifba.................................................................................140 



Sayların sərgüzəşti.............................................................142 

 

Üç sandıq hekayəsi 

58-ci ilin üç sandıq hekayəsi.............................................148 

Nisbət nəzəriyyəsi.............................................................150 

İztirabın vicdanı.................................................................155 

Ürəyim ağrıyır...................................................................199 

 

60-cı illərin hekayələri 

 

Dörd cahar.........................................................................211 



Dağ dağa rast gəlməz........................................................222 

Yağış kəsdi........................................................................228 



 605 

 

Qaragilə.............................................................................244 



O gecənin səhəri................................................................257 

Gecə yarısında hadisə........................................................267 

Ləyaqət..............................................................................315 

Mən, sən, o və telefon.......................................................331 

Gürcü familyası.................................................................356 

Dantenin yubileyi..............................................................383 

 

Molla Nəsrəddin — 66  

Zarafatsız...........................................................................441 

—Məlumat 

—Gülməşəkər kəndinin sabahı 

—Zəncir 

—Rəng 


—Başımızın ağası 

—Əl əli yuyar və yaxud bozbaş dəsgahı 

—Bir istəkan su 

—Maraqlı tədqiqat 

—Kəlam qonaqlığı  

—Bizim müsahibə 

—Yeni il planları  

—Xəbərlər 

—Son poçt və yaxud replika 

—Biz tənqid edəndən sonra 

—Hikmətli sözlər 

—Elanlar 

—Bildiriş 

—Düzəliş 

—Marallarım 

Molla Nəsrəddin — 86..................................................... 520 

Yaxşı padşahın nağılı....................................................... 523 

Əlaqə.................................................................................543 

 


 606 

 

 



 

 

ANAR. Əsərlər  I cild 



Bakı, Nurlan, 2003, 578 səh. 

 

 

 

Nəşriyyat redaktoru: 

MƏLAHƏT QƏMBƏROVA 

 

Bilgisayar tərtibi: 

SEVİNC HÜSEYNOVA 

 

Yığıcı: 

ARZU MAHMUDOVA, 

SEVİNC HÜSEYNOVA 

 

 

 

 



 

 

 



 

Yığılmağa verilib: 10.07.2003. 

Çapa imzalanıb: 05.09.2003. 

Həjmi: 36,1ç.v. Format:60x88 1/2 

Ofset çap üsulu 

Sayı: 500. 

Qiyməti müqavilə yolu ilə 



 

Nurlan Nəşriyyat Poliqrafiya Birliyi 

Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin