A k ġ f k a m a L


partlayışının  səsini  eşidən  kimi  cəld  rabitəçi  əsgərlərə  həyəcan  siqnalı



Yüklə 10,02 Mb.
Pdf görüntüsü
səhifə196/197
tarix02.01.2022
ölçüsü10,02 Mb.
#2249
1   ...   189   190   191   192   193   194   195   196   197

partlayışının  səsini  eşidən  kimi  cəld  rabitəçi  əsgərlərə  həyəcan  siqnalı 
vermələrini  əmr  etdim.  Çünki,  indiyədək  qumbara  və  digər  iri  çaplı 
silahlardan- həm düşmən tərəf, həm də biz tərəf -istifadə etmirdik. Əliyev 
Yaşara  birinci  bölüyə  zəng  etməyi  və  nə  baş  verdiyini  öyrənməyi  əmr 
etdim.  Keşikdəki  əsgərlərin  birini  isə  həyəcan  siqnalı  ilə  zabitləri  və 
ehtiyatda  olan  bölüyü  qaldırmağı  əmr  etdi.  Rabitəçi  birinci  bölüklə 
telefon rabitəsinin kəsildiyini bildirdi. Ratsiya ilə əlaqə yaratmaq istədik. 
Oradan bildirdilər ki, birinci bölükdə, qəbirstanlıqda döyüş gedir. Mən 1-
ci bölüyün rabitəçisinə qaçaraq döyüş gedən tərəfə (qəbirstanlığa tərəf)- 
bölük  komandiri  baş  leytenant  Qocayevin  yanına-qaçmağı  və  təcili 
məlumat  verməyi  əmr  etdim.  Eyni  vaxtda  briqada  qərərgahına  da  döyüş 
barədə  məlumat  verdim.  Yuxarı  komandanlıq  kömək  lazım  olub-
olmadığını soruşdu, lakin mən hələlik kömək lazım olmadığını bildirdim.  
Həyəcan  komandası  nəticəsində  ikinci  bölük  on  dəqiqə  ərzində 
döyüşə  hazır  vəziyyətə  gətirilən  kimi,  cəld  bir  neçə  mühüm  tapşırıq 
verdikdən  sonra  həmin  bölüyün  ikinci  tağımını  baş  leytenant  Kazımın 
komandası altında birinci bölüyə köməyə göndərdim. Digər iki tağımı isə 
hər  ehtimala  qarşı  yenə  ehtiyatda  saxladım.  Ola  bilərdi  ki,  düşmən  bir 
tərəfdən mövqelərimizi atəşə tutar, digər tərəfdən isə hücum edər. Döyüş 
vaxtı  düşmənin  fikirini  öyrənmək-hər  bir  komandir  üçün  vacib  şərtdir. 
Indi isə ön mövqedə nə baş verdiyini bilmirdim. Bölük komandiri ilə hələ 
də  əlaqə  yarada  bilməmişdik.  Bu  müddətdə  mən  bütün  taboru  döyüşə 
hazır  vəziyyətə  gətirərək,  vacib  mövqeləri,  o  cümlədən,  tank  əleyhinə 
tağımı  PTURS-larla  səngərlərdə  yerləşdirdim,  tank  tağımını,  minaatan 
batereyanı döyüşə hazırladım.    
On  beş  dəqiqədən  sonra    baş  leytenant  Zakir  Qocayevlə  danışa 
bildim.  Qocayev  məlumat  verdi  və  bildirdi:  “Düşmən  hər  tərəfdən 


 
326 
mövqelərimizi atəşə tutub, PDM və qumbaraatanla bizə atəş açılır, əsgər 
Zahid  Musayev  yaralanıb,  onu  sol  cinahımızdakı  kəndə-Çıraqlıya- 
çıxardırıq.  Maşın  göndərin”.  Mən  bölük  komandirindən  düşmənin 
hücuma  keçib-keçmədiyini  soruşdum.  O  isə  bildirdi  ki,  hücum  yoxdur. 
Artıq  hər  şey  aydın  idi:  iki  həftə  əvvəl  briqada  komandiri  polkovnik 
Ramiz Cəfərovun tapşırığı yadıma düşdü. Mən yəqin etdim ki, düşmənin 
hücum  etmək  fikri  yoxdur,  bu  düşmən  kəşfiyyatı  ola  bilər,  onlar  əvəz 
çıxmaq istəyirlər. Mən tez briqada komandirinə qısa məlumat verdim və 
bildirdim  ki,  döyüşü  davam  etdiririk,  ehtimal  ki,  düşmən  kəşfiyyatı  ilə 
döyüşürük.  Komandir  kömək  lazım  olub-olmamasını  soruşdu  və  mən 
hələlik heç bir kömək lazım olmadığını bildirdim. 
Həyəcan  siqnalı  ilə  ayağa  qalxan  taborun  əsgərləri  iki  illik 
atəşkəsdən  sonra  müharibənin  başlandığını  zənn  edərək  döyüşə  atılmış, 
nəhayət  düşmənin  dərsini  verəcəkləri  günün  gəldiyini  yəqin  etmişlər. 
Qumbaraların  partlayışından  qəbirstanlıqdakı  bozarmış  otlar  alışmış, 
gecəyarısı qəfil başlanan döyüşə bir az da vahimə qatmışdı...  
*  *  * 
Qazmanın  yaxınlığında  növbə  çəkən  əsgər  Zahid  Musayev 
səngərin üstü ilə o tərəf-bu tərəfə gedir, hərdən dayanıb gecənin səslərinə 
qulaq  asır,  mümkün  qədər  digər  yoldaşı  ilə  danışmamağa  çalışırdı. 
Səngərin  bir  az  sol  tərəfi  5-6  metr  məsafədə  kolluq  olduğundan  keşikdə 
duran əsgərlər həmişə oranı diqqətdə saxlayırdılar.  
Növbəni  10-15  dəqiqə  idi  ki,  dəyişmişdilər.  Səngərin  qarşısında 
otların xışıltısını eşidən Zahid dayanıb bir daha diqqətlə qulaq asdı və heç 
nə eşitmədi. Amma şübhələnmişdi. Külək də əsmirdi ki, otları xışıldatsın. 
Tülkü-dovşan  da  ola  bilərdi,  lakin  onlar  adamlara  bu  qədər 
yaxınlaşmazlar. Bir az aşağı əyilərək gecənin qaranlığında ayazda ətrafa 
bir  daha  nəzər  saldı:  qarşıda  yaxşı  tanıdığı  səngərin  qabağında  kiçik 
torpaq  təpələri,  kollar,  arxların  kənarları,  ağaclar,  bütün  relyef  tanış  idi, 
tanış  olmayan  heç  bir  qaraltı  gözə  dəymirdi.  Lakin  maraq  onu  rahat 
buraxmadı. Avtomatı hazır vəziyyətə gətirib səngərdən ehtiyatla tullanıb 
qabağa çıxaraq torpaq yığınının arxasına baxmaq istədi. Yenə də heç nə 
görmədi.  Birdən  lap  onun  ayaqlarının  altında  gizlənmiş  düşmən 
kəşfiyyatçısı  onun  üstünə  tullandı.  Barmaqları  tətikdə  olan  Zahid  qeyri-
iradi olaraq atəş açdı və özünü geriyə-səngərə yıxdı. Qaranlıqda zarıltı və 
astadan anlaşılmaz səslər eşidildi.  
Zahid  ”ermənilər”-deyərək  qışqırdı  və  kolluğu  atəşə  tutdu. 
Zahidin  hərəkətlərini  izləyən  əsgər  yoldaşı  da  hara  gəldi  atəş  açmağa 
başladı.  O,  düşmənin  harada  olduğunu  bilmirdi,  elə  kor-koranə  atəş 
açırdı. Elə bu vaxt qəfil yaxalandıqlarını hiss edən erməni kəşfiyyatçıları 


 
327 
səngərlərimizdən  uzaqlaşmaq  istədilər,  lakin  hər  tərəfdən  atəşə 
tutulduqları  üçün  çıxılmaz  vəziyyətə  düşdülər.  Indiyədək  atəş  açmadan 
hərəkət  edən  düşmən  kəşfiyyatçıları  yeganə  çıxış  yolunun  döyüşərək 
geriyə  sürünmək  olduğunu  dərk  etdilər  və  sonra  əl  qumbaralarını 
səngərlərimizə yağdırmağa başladılar. Qumbaralar səngərdə və qazmanın 
qapısı  ağzında  partladığından  manqa  komandiri  və  digər  əsgərlər 
qazmadan çıxmağa imkan tapmadılar. Düşmən qazmanı tam güllə altında 
saxlamağa  çalışırdı.  Sağ  və  sol  tərəfdəki  keşikçilər  artıq  pulemyot  və 
avtomatlarla  düşmənə  atəş  açmağa  başlamışdılar.  Bizim  əsgərlər  nə  baş 
verdiyindən  xəbərsiz  olduqları  üçün  hara  gəldi  atəş  açırdılar.  Ermənilər 
isə  öz  kəşfiyyatçılarını  döyüş  meydanından  çıxarmaq  üçün  hər  tərəfdən 
səngərlərimizi atəşə tutdular.  
Atəşə  ara  verməyən  Zahid,  yoldaşlarının  qazmadan  çıxmalarına 
kömək etdi. Artıq qazmadan çıxan Camal və onun yoldaşları ermənilərə 
atəş  açırdılar.  Düşmənin  lap  səngərlərimizə  qədər  yaxınlaşması  Zahidi 
çox narahat edirdi. Necə olub ki, onları bir belə yaxına buraxıblar? Necə 
olub  ki,  düşmənin  gəlişini  bilməyiblər?  Döyüşə-döyüşə  bunları 
fikirləşirdi. Elə bu an düşmən qumbarası onun ayağının altına düşdü. O, 
qumbaranı  yerdən  götürüb  düşmənə  atmaq  istədi,  lakin  qaranlıqda  tapa 
bilmədi, yerini dəyişməyə isə macal tapmadı. Partlayış onu səngərə yıxdı. 
Qalxmaq istədi, lakin, sinəsindəki dəhşətli ağrıdan huşunu itirdi. Bir neçə 
dəqiqədən sonra döyüş yoldaşları Zahidi yaralı halda səngərdə tapdılar və 
yarasını sarımağa çalışdılar... 
*  *  * 
Səhərəyaxın  döyüş  dayanmışdı.  Yaralanmış 
əsgəri-Zahid 
Musayevi hospitala çatdırsaq da artıq gec idi; o, həlak olmuşdu. Briqada 
komandirinin  müavini  polkovnik-leytenant  İ.Ramaldanov  da  tabora 
gəlmişdi.  Mən  məlumat  verdim.  Səhər  açılanda  isə  briqada  komandiri 
polkovnik R.Cəfərov özü də gəldi. Biz döyüş baş verən ərazini gəzdik və 
döyüşün baş verdiyi yerdə düşmən kəşfiyyatçılarının bizim səngərin 5-6 
metrliyinədək yaxınlaşdıqlarının şahidi olduq. Hətta düşmənlərdən birinin 
bizim  səngərə  girməsini  yəqin  etdik,  çünki  düşmən  ayaqqabısının  izləri 
yaş  torpaqda  qalmışdı.  Yəqin  ki,  düşmən  kəşfiyyatçıları  bizim 
əsgərlərdən birini əsir götürmək istəmiş, lakin buna nail ola bilməmişlər. 
Zahid  onları  gördükdən  və  atəşə  tutduqdan  sonra  ermənilər 
səngərlərimizə  dalbadal  qumbaralar  yağdırmış,  və  bütün  cəbhə  boyu 
səngərlərimizi  atəşə  tutmuşdu.  Bizim  əsgərlər  isə  özlərini  itirmədən 
düşmən  kəşfiyyatçılarını    darmadağın  etmişdi.  Düşmən  kəşfiyyatçıları 
özlərinin ölən və yaralanan kəşfiyyatçılarını götürüb geriyə sürünmüş və 
gecə qaranlığında arxın içi ilə çəkilib getmişdilər. Düşmənin cəbhə boyu 


 
328 
səngərlərimizi atəş altında saxlamaları nəticəsində onların kəşfiyyatçıları 
çəkilməyə  imkan  tapmışlar.  Döyüş  meydanında  əzilmiş  otların  üzərində 
ölmüş  və  yaralanmış  düşmən  əsgərlərinin  laxtalanmış  qanları  qalmışdı.  
Cəngəllik  və  kolluqda  isə  düşmənlərin  bir  neçə  güllə  daraqları,  əl 
qumbaraları,  qumbara  həlqələri,  avtomat  güllələri  və  digər  döyüş 
ləvazimatları atılıb qalmışdı. Mən Zahidin qumbara qəlpələri ilə qundağı 
parçalanmış avtomatını əlimə aldım və darağını çıxardım. Daraqda bircə 
güllə qalmışdı...  
Polkovnik  əvvəlcə  ön  mövqedəki  əsgər  və  zabitlərin  keşikdə 
ayıq-sayıq  durmadıqları  üçün  mənə  irad  tutdu.  Bildirdi  ki,  düşmən 
kəşfiyyatının bu qədər yaxınlığa gəlmələri səhlənkarlıqdan başqa bir şey 
deyil. Mən isə komandiri inandırmağa çalışırdım ki, əsgərlər ön mövqedə 
səhlənkarlıq  deyil,  qoçaqlıq  göstəriblər.  Bildirdim  ki,  məhz  həmin 
əsgərlərin  yaxşı  döyüşü  nəticəsidə  düşmən  səngərlərimizdən  qovularaq 
çıxarılmışdı.  
...Bir  gün  sonra  məlum  olacaq  ki,  həmin  döyüşdə  Zahid  üç 
düşmən kəşfiyyatçısını məhv etmişdir. Bu məlumatı qonşu hərbi hissənin 
rabitəçiləri  bizə  vermişlər.  Onlar  döyüş  gecəsi  düşmənin  ratsiya  ilə 
danışıqlarına  qulaq  asmış  və  düşmən  kəşfiyyatçılarından  üç  nəfərinin 
öldürüldüyünü  öyrənmişlər.  Bundan  sonra  briqada  komandiri  inandı  ki, 
həqiqətən 1-ci bölüyün əsgərləri qoçaqlıq göstərmişlər.  
Yaz  günlərinin  birində  Bərdənin  şəhidlər  xiyabanında  daha  bir 
şəhid-Zahid  Daşqın  oğlu  Musayev  torpağa  tapşırıldı.  Onun  ən  yaxın 
dostu  Mahiri  ovundurmaq,  sakitləşdirmək  mümkün  deyildi.  O,  döyüş 
gecəsi Zahidin yanında olmamasına heyfsilənirdi. Dostları-Mahir, İlham, 
Nizami,  Camal  və  bölük    komandiri  Zakir  Qocayev  Zahidin  qəbri 
üzərində onun qisasını alacaqlarına and içdilər.  
Amma, Zahid ölümündən əvvəl öz qisasını özü almışdı. 
                         
 


 
329 
KİTABIN  İÇİNDƏKİLƏR 
Ön söz............................................................... 

Müəllifdən......................................................... 

Kəlbəcər müdafiədə: 1988-1991-ci illər............ 

Özünümüdafiə Batalyonu yaradılır...........  .......  13 
Kəlbəcər batalyonunun komanda heyəti.......... 
21 
“Əfsanəvi Alay” və ya “Birinci Batalyon”....... 
49 
“Çapar” əməliyyatı.......................................... 
54 
Sərhədləri milli ordu qoruyur.......................... 
59 
Kəlbəcər batalyonunun könüllü döyüşçüləri.... 
62 
Ağdaban faciəsi............................................... 
76 
“Əfsanəvi Alay”nin tərkibində............................  79 
Qərərgah İstisuya köçürülür................................  80 
Aşağı Ayrımda 3 gün......................... ................  83 
Sarıyer yaylağında........................................... 
85 
1-ci Çərəkdar döyüşü...................................... 
95 
Ağdərədə düşmənə divan tutulur.................... 
97 
Laçın uğrunda döyüşlər................................... 
105 
Kəlbəcər batalyonunun ilk əsgərləri................. 
108 
Göyçə sərhəddində.......................................... 
122 
Kəlbəcər işğal ərəfəsində.................................. 
128 
2-ci Çərəkdar döyüşü...................................... 
130 
Qara Qayanın itirilməsi................................... 
161 
Kəşfiyyat......................................................... 
167 
Kəlbəcər uğrunda son döyüş........................... 
169 
Murovdağa doğru........................................... 
178 
Kəlbəcərin işğal səbəbləri................................ 
186 
Dağlara sığınan döyüşçülər............................. 
189 
Əfsanəvi yürüş................................................ 
194 
Murovdağ əməliyyatı...................................... 
207 
Yenidən düşmən arxasına............................... 
211 
“Çəpli” əməliyyatı........................................... 
221 


 
330 
At daşında mühasirə..................................... 226 
Uğurlu əməliyyatların uğursuz sonluğu......  242 
Fizuli bölgəsində döyüşlər..........................  249 
Tərtər və Ağdamda düşmən hücumunun 
qarşısı alınır..............................................  252 
Şəhidlər unudulmaz..................................  272 
Cəbhə gündəliyindən................................ 
281 
Son söz əvəzi........................................... 
297 
Sənədli hekayələr..................................... 
299 
Hoçazda bir gün.......................................  300 
Gürşad dastanı......................................... 
304 
“Meydançay” əməliyyatı.............................  308 
Palıd ağacı  ...............................................313 
Məxfi tapşırıq........................................... 
315 
“25-68”-ci yüksəklik.................................  319 
Səngərdə bitən ömür.................................  322 
 
 

Yüklə 10,02 Mb.

Dostları ilə paylaş:
1   ...   189   190   191   192   193   194   195   196   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin