A k ġ f k a m a L



Yüklə 10,02 Mb.
Pdf görüntüsü
səhifə195/197
tarix02.01.2022
ölçüsü10,02 Mb.
#2249
1   ...   189   190   191   192   193   194   195   196   197
Səngərdə bitən ömür 
 
Briqada  qərərgahından  vacib  bir  məlumat  daxil  olmuşdu.  Onda 
mən  taborun  qərərgah  rəisi  vəzifəsində  xidmət  edir,  eyni  zamanda  tabor 
komandiri  vəzifəsini  də  icra  edirdim.  Həmin  axşam  bölük  və  tağım 
komandirlərini  qərərgaha  çağırıb  məlumatı  onlara  çatdırdım.  Əsgərlərin 
gecələr  keşıkdə  ayıq-sayıq  durmalararı  üçün  nəzarəti  artırmağı  və  bütün 
komandirlərə  gecələr  yatmamağı  əmr  etdim.  Özüm  isə  bir  daha 
səngərlərə  baş  çəkdim.  Əvvəlcə  birinci  bölüyün  səngərlərini  gəzdim, 
əsgər  və  zabitlərlə  bir  daha  görüşüb  söhbət  etdim.  Səngərlərin 
qarşısındakı kol-kos  və cəngəllərin təmizlənməsi, ön mövqeyin qaydaya 
salınması üçün əlavə tapşırıqlar verdim. İstehkam tağımı komandirinə isə 
minalı  sahələrin  yenidən  minalanmasını  tapşırdım.  Çünki  bəzi  yerlərdə 
minaları çöl heyvanları partlatdığı üçün minalı sahələr bərpa olunmalı idi. 
1-ci  bölüyün  səngərlərinin  qarşı  tərəfləri  kolluq  və  su  arxları  ilə  əhatə 
olunduğundan  düşmən  kəşfiyyatının  hərəkəti  üçün  ən  əlverişli  yerlər 
sayılırdı. Xisusilə sağ cinahdakı “Ağ ev”in (əvvəllər tarla düşərgəsi olan 
evi  şərti  olaraq  “Ağ  ev”  adlandırırdıq)  ətrafında  keşikçilərin  sayının 
artırılmasını  bölük  komandirinə  tapşırdım.    Düşmən  bu  kolluqlardan 
istifadə edib səngərlərimizə yaxınlaşa bilərdi.  Çünki bizim kəşfiyyatçılar 
düşmən  səngərlərinə  qədər,  hətta  düşmən  mövqelərinin  içərilərinə  də 
sərbəst  gedib-qayıdırdılar.  Sonuncu  dəfə  qonşu  taborun  kəşfiyyatçıları 
düşmən qazmasını partlatmış və bir düşmən əsgərini əsir götürmüşlər. Elə 
briqada  qərərgahından  daxil  olan  məlumat  da  bununla  əlaqədar  idi: 
düşmən kəşfiyyatçılarının əvəz çıxmaq üçün səngərlərimizə soxulmasına 
imkan verilməməlidir. Bunun üçün ehtiyatlı olmaq vacib idi.  
Iki  il  idi  ki,  düşmənlə  “atəşkəs”  imzalanmışdı.  Bi  illər  ərzində 
düşmən  dəfələrlə  atəşkəsi  pozsa  da  yenidən  müharibənin  başlanması 
ehtimalı az idi. Çünki düşmən istəyinə çatmış, Dağlıq Qarabağı tamamilə 
işğal  etmiş,  üstəlik  də  ətraf  bölgələrin  böyük  bir  hissəsini  işğal  altında 
saxlayırdı... 
Artıq  bizimkilərin  düşmən  əsgərinin  əsir  götürməsindən  düz  iki 
həftə  keçmişdi.  Mənim  ehtimalıma  görə  düşmən  bir  həftədən  tez 
olmayaraq bir “iş” görməzdi. Lakin, iki həftə keçdiyinə baxmayaraq hələ 
də  rahat  ola  bilmirdim.  Öz-özümə  fikirləşirdim  ki,  düşmən  mütləq  əvəz 
çıxmağa çalışacaq. Məndə nə isə bir narahatlıq var idi. Hər dəfə briqada 
qərərgahına gedəndə əməliyyat bölməsindən qonşu taborların və ya hərbi 
hissələrin  ön  mövqelərindəki  vəziyyətlə  maraqlanır,  bir  hadisənin  baş 
verib-verməməsini öyrənirdim. Hələlik nisbi sakitlik idi. 
*  *  * 


 
324 
Sərin  yaz  gecələrindən  biri  idi.  Birinci  bölüyün  ön  mövqelərini 
yoxlayarkən  keşikdəki  əsgərlərlə  salamlaşır,  onların  əhvallarını  soruşur 
və  bəzən  onlara  iradlarınmı  bildirirdim.  Bölük  komandiri  baş  leytenant 
Zakir Qocayev bu tapşırıqları yerindəcə həll etməyə çalışırdı. Mən həmin 
tapşırıqlarının  yerinə  yetirilməsini  yoxlamaq  üçün  iki  gündən  sonra  bir 
daha  gələcəyimi  baş  leytenant  Z.Qocayevə  bildirdim.  Qəbirstanlığın  sol 
tərəfindəki  səngərlərə  yaxınlaşanda  bizi  manqa  komandiri  çavuş 
Canbaxışov Camal və Musayev  Zahid qarşıladı. Onlar məlumat verərək 
ermənilər  tərəfdə  nə  isə  bir  sakitlik  olduğunu  bildirdilər.  Onlar 
həmişəkindən daha az səslərin eşidildiyini, düşmən əsgərlərinin isə daha 
tez-tez  göründüyünü  bildirdilər.  Mən  düşmən  mövqelərinin  hər  an 
nəzarətdə  saxlamağın  və  keşikdə  ayıq-sayıq  olmağın  vacibliyini  dedim. 
əlavə  etdim  ki,  düşmən  əvəz  çıxmaq  üçün  nə  isə  edəcəkdir.  Həmçinin 
yuxarı  komandanlıqdan  alınmış  məlumatları  bir  daha  onların  yadına 
saldım və əsasən gecələr ehtiyatlı olmağı tapşırdım.  
Üçüncü  bölüyün  səngərlərini  yoxlamaq  daha  uzun  çəkdi. 
Bölüyün sağ cinahı həm də taborun sağ cinahı idi. Xaçınçay sahilindəki 
axırıncı  mövqedən-“Çınqıl  təpə”dən-qayıdanda  artıq  gecə  yarıdan 
keçmişdi. Burada da əsgər və zabitlər bildirdilər ki, iki gündür ki, düşmən 
tərəfdə qeyri-adi bir sakitlik hökm sürür. Hər gün ara-sıra səngərlərimizi 
atəşə  tutan  düşmən  nədənsə  cəbhəboyu  susurdu.  Kəşfiyyatçıların  və 
keşikdə duran əsgərlərin dedikləri bu “susmaq” mənim şübhələrimi daha 
da  artırmışdı.  Bu  o  demək  idi  ki,  düşmən  nə  isə  ciddi  bir  iş  üçün 
hazırlıqdadır.  Amma  nəyə  hazırlaşır,  necə  hazırlaşır,  düşmənin  məqsədi 
nədir?  Bu  suallar  bir  an  belə  məni  rahat  buraxmırdı.  Buna  görə  də  hər 
gecə səngərlərdə olur, əsgərlər və zabitlərlə söhbətlər aparır, onlara dönə-
dönə  ehtiyatlı  olmağı  və  keşikdə  ayıq-sayıq  durmağı  tapşırır,  silah  və 
sursatın  vəziyyəti  ilə  maraqlanır,  telefon  və  ratsiyalarla  bölüklərin  tam 
təmin olunmasına çalışır, bəzən əsgərlərlə səhərədək keşikdə qalırdım...  
Mən  rabitəçi  əsgərlər-Ramil  və  Yaşarla-bütün  gecəni  səngərləri 
gəzdiyim  üçün  bərk  yorulmuşdum.  idman  kostyumunun  dizləri  və 
ayaqqabılarım islanmışdı. “Ağ ev”in yaxınlığındakı bataqlıqdan keçərkən 
hər  üçümüzün  ayaqlarına  su  dolmuşdu.  Təpənin  yanı  ilə  minaatan 
batareyasının  mövqelərinə  tərəf  yaxınlaşmağa  başladıq.  Gecənin 
qaranlığında keşikdəki əsgər “Dur, kimdir gələn?” komandası verdi. Mən 
“Qərərgah rəisi kapitan Kamalovdur”-dedim və əl çırağını üzümə tutdum 
ki, əsgər məni tanısın. Keşikçi məni tanıyan kimi, o, batareya komandiri 
baş leytenant Ə.Abbasovu çağırmaq istədi, lakin mən ehtiyac olmadığını 
bildirdim və biz oradan qərərgaha qayıtdıq. 
*  *  * 


 
325 
Qərərgaha qayıdanda saat 3 olardı. Mən qərərgahda-öz otağımda 
bir  az  yatıb  dincəlmək  istədim.  Təzəcə  uzanmışdım  ki,  bu  zaman  ön 
mövqelərdən  güclü  atəş  səsləri  eşidilməyə  başladı.  1-ci  bölüyün 
mövqelərindən - qəbirstanlıq tərəfdən güllə səsləri eşidilirdi. Səsləri ayırd 
etmək üçün başımı pəncərədən çölə çıxardım. Taborun qərərgahı kəndin 
mərkəzində  uşaq  bağçasında  yerləşirdi.  Qərərgahla  ön  mövqe  arasında 
800-850  metrədək  məsafə  olduğundan  atılan  bəzi  güllələr  ətrafdakı 
evlərin  divarlarına  dəyib  ora-bura  çovuyurdu.  Atəş  avtomat  və 
pulemyotlardan  atılırdı.  Birinci  bölüyün  dayaq  məntəqəsi  atəşə 
tutulmuşdu.  Həm  düşmən  silahlarının  səsi  gəlirdi,  həm  də  bizimkilərin 
avtomatları  şaqqıldayırdı.  Belə  atışmalar  son  vaxtlar  tez-tez  baş  verirdi. 
Ona görə də əvvəlcə buna əhəmiyyət vermədim, elə-belə mövqe atışması 
olduğunu  zənn  etdim.  Birdən  müxtəlif  səslər  içərisindən  qumbara 
Yüklə 10,02 Mb.

Dostları ilə paylaş:
1   ...   189   190   191   192   193   194   195   196   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin