A k ġ f k a m a L



Yüklə 10,02 Mb.
Pdf görüntüsü
səhifə194/197
tarix02.01.2022
ölçüsü10,02 Mb.
#2249
1   ...   189   190   191   192   193   194   195   196   197
 
 
 
 
  
 
 


 
320 
“25-68”-ci  yüksəklik 
 
Bir  neçə  gün  əvvəl  Murovdağ  və  Meydançaydakı  uğurlu 
əməliyyatdan  sonra  tabor  Şişqaya  istiqamətində  irəliləyirdi.  Lakin 
düşmən  bu  dağı  alınmaz  qalaya  çevrirmişdi.  Çünki  bu  yüksəklikdə 
mövqe  tutan  düşmən  Murovdağdan  Yanşaq  kəndinə  enən  yeganə  yolu 
nəzarətdə  saxlayır,  döyüşçülərimizin  irəliləməsinin  qarşısını  alırdı.  
Döyüşçülərimiz  hər  dəfə  irəlilədikcə  itkilər  verərək  geriyə-əvvəlki 
mövqelərinə çəkilirdilər. Şişqaya tanklar və toplarla parça-parça sökülsə 
də, düşmən bu əhəmiyyətli yüksəkliyi nəyin bahasına olursa-olsun əldən 
vermək istəmirdi. 
Bölük  komandiri  yaralandığı  üçün  İbad  bölüyə  komandir  təyin 
edilmiş və ona “25-68”-ci yüksəkliyi götürmək tapşırığı verilmişdi. Ibad 
öz qoçaq döyüşçüləri ilə yüksəkliyin ətəyinə doğru irəliləyir, qayalıq və 
keçilməz  yerlərdən  əsgərləri  keçirməklə  düşmən  gözündən  yayınmağa 
çalışırdı. Bu gün onlar mütləq yüksəklikdən düşməni qovacaqlarına əmin 
idilər.  Dağın  ətəyinə  yenicə  çatmışdılar  ki,  düşmən  güllələri  od  kimi 
onlara  tərəf  yağmağa  başladı.  İbad  əvvəlcə  güllələrin  haradan  atıldığını 
müəyyən  edə  bilmədi.  Artıq  əsgərlərdən  bir  neçəsi  yaralanmışdı.  Artıq, 
nəinki  irəliləmək,  hətta  düşmən  güllələrindən  gizlənmək  belə  mümkün 
deyildi.  Qayalıqlara  çəkilən  və  geriyə  sürünən  əsgərlər  güllələrə  tuş 
gəlirdi.  Vəziyyətin  son  dərəcə  çətin  olduğunu  görən  İbad  rabitəçi  ilə 
yamacdakı  böyük  qayanın  arxasına  çəkilərək,  oradan  komanda  verirdi. 
Bir  qədər  yuxarıda  qayaların  yarıqlarında  özlərinə  möhkəm  mövqe 
seçmiş  düşmən  əsgərləri  döyüşçülərimizə  başlarını  qaldırmağa  imkan 
vermirdi.  Artıq  axşam  düşürdü.  Hücumu  davam  etdirmək  daha  da 
çətinləşmişdi. Bölükdən 17 nəfər yaralanmışdı. Tabor komandiri hücumu 
dayandırmağı  lazım  bildi  və  orada  mövqe  tutmağı  tapşırdı.  Yaralıları 
Meydançay  dərəsinə  tərəf  çıxardıqdan  sonra,  gecə  həmin  qayalıqda 
qaldılar.  İbad  fikirləşirdi  ki,  sabah  “25-68”-i  ala  bilməsələr,  bölüyün 
itkiləri  çoxalacaq  və  nəinki  bölük,  hətta  tabor  döyüş  qabiliyyətini 
itirəcək... 
* * * 
Səhər  açılar-açılmaz,  İbad  artilleriyasız  keçinə  bilməyəcəklərini 
yəqin  etdi  və  ratsiya  ilə  topçuları  köməyə  çağırmağı  lazım  bildi.  Bu  isə 
olduqca qorxulu idi-mərmilər onların öz üstünə düşə bilərdi.  Çünki atılan 
mərmilər  bölüyün  gizləndiyi  qayalıqdan  on-on  beş  metr  yuxarıya 
düşəcəkdi.  İbad  əsgərlərə  tamamilə  gizlənməyi  əmr  etdi  və  ratsiyada 
yuxarı  komandanlığa  bu  barədə  məlumat  verdi.  Onlar  bildirdilər  ki, 
topçulara  özünüz  kordinatları  göstərin.  İbad  artilleriaçıları  çağırmağa 


 
321 
başladı.  Əlaqə  yaranan  kimi  o,    “25-68-ci  kvadrat  bölmə-1”-in 
vurulmasını xahiş etdi. 
Iki  dəqiqədən  sonra  İbad  və  rabitəçinin  gizləndiyi  qaya 
bizimkilərin  atdığı  top  mərmisi  ilə  vuruldu.  Mərmi  onların  20-30 
metrliyində  partlamışdı.  Hər  tərəfə  səpələnən  qəlpələr  və  daş  qırıntıları 
bölük rabitəçisinin ayağını yaraladı və o, gizləndiyi qaya arxasında özünü 
saxlaya  bilməyərək  aşağı  yumalandı.  Döyüşçülər  tez  onu  arxaya  çəkib 
yarasını sarımağa başladılar.  
İbad  topçulara  bir  qədər  qayanın  yuxarısını  vurmaq  lazım 
olduğunu  bildirdi.  Növbəti  mərmilər  düşmənin  gizləndiyi  qayaların 
zirvələrində  partlamağa  başladı.  Mərmilər  qayalara  çırpılır,  bəzən  isə 
Şişqayanın başı üstündən aşaraq onun arxasında partlayırdı. 
Nəhayət,  qayanın  ən  hündür  zirvəsinə  dəyən  mərmilərdən  biri 
qayanı parçaladı və qayadan qopan iki böyük daş parçası gurultu salaraq 
dərəyə  yumalandı.  İbad  topçulara  hədəfi  dəqiq  vurmaq  üçün  ratsiya  ilə 
düzəliş verirdi. 
* * * 
Yarım  saatlıq  top  atəşindən  sonra  İbad  Elxanla  düşmənin 
gizləndiyi yüksəkliyə-qayaların lap yaxınlığına qalxmağa başladı. Birdən 
yuxarı  qayalıqdan  onlara  tərəf  bir  neçə  əl  qumbarası  atıldı.  Qumbaralar 
onların başının üstündən keçərək aşağıdakı dərədə partladı. Onlar düşmən 
mövqelərinə  bir  neçə  metr  də  yaxınlaşaraq  qayaların  o  biri  üzünə 
qumbara  atmağa  başladılar.  Düşmən  də  onlara  qumbara  atırdı.  Lakin 
ermənilərin atdığı qumbaralar ya onların qarşısındakı qayaya dəyir, ya da 
başlarının  üstündən  keçərək  aşağıda-yamacda  partlayırdı;  əsl  qumbara 
döyüşü başlamışdı. Bir neçə dəqiqə davam edən qumbara döyüşü də bir 
nəticə  vermədi.  Artıq  qumbaralar  da  qurtarmışdı.  Hərədə  bircə  qumbara 
qalmışdı.  Nisbi  sakitçilikdən  istifadə  edən  İbad  Elxanla  düşmənin 
gizləndiyi  yüksəkliyə  qalxmağa  başladılar.  Bölüyün  digər  döyüşçüləri 
onları  izləyirdilər.  Top  mərmiləri  qayanı  iki  yerə  bölmüş,  qaya 
haçalanmışdı.  Onlar  sakitcə  qayanın  haçasından  düşmən  tərəfə 
boylandılar.  Lakin  onlar  gördüklərinə  inana  bilmirdilər.  Qəribə  bir 
mənzərə  ilə  qarşılaşdılar.  Ermənilər  yüksəklikdəki  mövqelərini  tərk 
edərək pərakəndə şəkildə qaçırdılar. Qayalığın arxasında düşmənin çoxlu 
sayda  çadırı  və  qazma  daldalanacağı  var  idi.  Qayanın  arxasına  və 
çadırların ətrafına düşmən meyidləri səpələnmişdi. Ermənilər yaralılarını 
və meyidlərini qoyub qaçırdılar.  
Bölüyün  döyüşçüləri  İbadgilin  yanına  qalxmışdılar.  Komandir 
əsgərlərə hücum əmri verdi. Qayaların arasına qalxaraq yeni mövqe tutan 
bölük,  avtomat  və  pulemyotlarla  qaçan  düşmən  əsgərlərini  bir-bir  yerə 


 
322 
sərirdi.  Qobu  və  dərələrə  xeyli  düşmən  meyidi  səpələnmişdi.  Düşmən 
çadırlarına tərəf  irəliləyən əsgərlər çoxlu ərzaq, çadır, silah və sursat ələ 
keçirdilər.  
300-dək  yaralısını  və  meyidini  qoyub  qaçan  düşmən  artıq 
dağların arxasında görünməz olmuşdu. “25-68”-ci yüksəklik düşməndən 
təmizlənmişdi. 
 


 
323 

Yüklə 10,02 Mb.

Dostları ilə paylaş:
1   ...   189   190   191   192   193   194   195   196   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin