A k ġ f k a m a L



Yüklə 10,02 Mb.
Pdf görüntüsü
səhifə190/197
tarix02.01.2022
ölçüsü10,02 Mb.
#2249
1   ...   186   187   188   189   190   191   192   193   ...   197
  * * * 
Yol  boyu  susub  danışmayan  Gürşad  Murov  yoluna  üz  tutan 
qocaları, qadınları, uşaqları görür, öz ata-anası yadına düşürdü. Fikir onu 
götürmüşdü,  görəsən  onlar  kənddən  çıxıblar,  yoxsa  ermənilərin 
hücumundan  xəbərləri  yoxdur?  Gürşad  mütləq  kəndə  gedib  ermənilərin 
Kəlbəcərə hücum etdiyini xəbər vermək qərarına gəldi və Əsrik kəndinə 
gedəcəyini  yoldaşlarına  bildirdi.  Yoldaşları  onu  bu  fikirdən  daşındırmaq 
istəsələr  də  mümkün  olmadı.  Necə  olursa-olsun  o,  ata-anasını  və 
həmkəndlilərini erməni quldurlarından xilas etmək istəyirdi. 
Gürşad Əsrik kəndinə çatanda gecə idi. Əhali kəndi çoxdan tərk 
etmişdi.  Sonuncu  dəfə  evlərinə  gəldi,  qapı  bağlı  idi,  həyətdə  quzular 
mələşirdi.  Anasız  qalaraq  mələşən  quzulara  necə  kömək  edəcəyini 
fikirləşdi. Tayadan onların qabağına quru ot tökdü... Kimsəsizlik bir anlıq 
onu sıxdı. Gürşad cəld geri qayıtmaq qərarına gəldi.  
Ac  və  yorğun  halda  bütün  gecəni  yol  gələn  Gürşad  Çaykəndə 
çatanda günorta idi. Körpünün yanında hərbi geyimli əsgərlər görünürdü. 
Onlara  yaxınlaşanda  qəfildən  atəşə tutuldu.  Ermənilər  imiş.  Ermənilərin 
belə tezliklə Çaykəndi işğal etmələri onun heç ağlına da gəlmirdi. Balaca 
bir  daşı  özünə  səngər  seçən  Gürşad  atəş  açaraq  ermənilərin  birini  yerə 
sərdi.  Ermənilər  Tərtərçayın  o  tayından,  evlərin  arasından,  hasarların 
arxasından-hər  tərəfdən  ona  atəş  açmağa  başladılar.  Qeyri  bərabər  bir 
döyüş gedirdi... 
Gürşad  güllələrin  necə  qurtardığını  hiss  etmədi;  artıq  avtomat 
susmuşdu.  Düşmən  Gürşadın  gülləsinin  qurtardığını  hiss  edib  ona  tərəf 
yaxınlaşırdı. Birdən gizlətdiyi son güllə yadına düşdü. Bu gülləni o özü 
üçün saxlamışdı. Gülləni darağa qoyan kimi bir erməni 5-6 addımlıqdan 
onun  üstünə  qışqırdı:  “silahı  at  yerə”-dedi.  Yəqin  ki,  ona  təslim  olmağı 
deyirdi. Gürşad “Al, əclaf”-deyərək son gülləni ermənin alnına sıxdı... 
* * * 
Gürşadı digər əsirlərlə birlikdə Kəlbəcərə gətirdilər. Ermənilərin 
işgəncələrinə  dözmək  qeyri-mümkün  idi.  Gürşad  necə  olursa-olsun 
onların  əlindən  qaçmaq  və  yüzlərlə  əsir  düşən  və  şəhid  olan 
soydaşlarımızın  qisasını  almaq  barədə  düşünürdü.  Kəlbəcərdə  qarətlə 


 
307 
məşğul  olan  ermənilər  gündüzlər  onlara  qarət  daşıdır  gecələr  isə  ağıla 
gəlməyə işgəncələr verirdilər.  
Bir  gün  Kəlbəcərə  gələn  erməni  jurnalisti  çəkiliş  aparır,  əsirləri 
danışdırıdı.  Hətta  əsir  düşmüş  aşıq  Eyvaza  saz  çaldırıb  oxudurdular. 
Erməni  zabiti  Gürşadı  məcbur  edirdi  ki,  erməınilərin  onlara  yaxşı 
baxdığını, incitmədiyini desin... 
Günlər  ayları  əvəz  edir,  ermənilərin  işgəncələri  isə  bitib-
tükənmirdi.  Bütün  bu  əziyyətlərə  mərdliklə  tab  gətirən  Gürşad  qaçmaq 
haqqında fikirləşirdi. On ay idi ki, bu fikir onu rahat buraxmırdı. Səkkiz 
nəfər  idilər.  Hər  gün  onları  aparıb  işlədir,  axşam  isə  bir  az  çörək  və  su 
verirdilər ki, tam taqətdən düşməsinlər. Gürşad yoldaşları ilə qəti qərara 
gəlmişdilər:  sabah  erməniləri  tərksilah  edib  əsirlik  həyatına  son 
qoyacaqdılar... 
* * * 
Şərqi  Türküstan  çinlilər  tərəfindən  işğal  edilmiş,  türk  xalqları 
didərgin  düşmüş,  Vətənini  tərk  etməyənlər  isə  əsir  aparılmış,  qul  halına 
salınmışdı.  Axırıncı  Şərqi Türk  xaqanı  Çuluq Xan  döyüşdə  öldürülmüş, 
kiçik oğlu Kürşad isə əsir aparılmışdı. Çinlilər Kürşad başda olmaqla 40 
nəfər  cəsur  gənci  mühafizə  dəstəsinə  qəbul  etmişdilər.  Çinlilər  bununla- 
mədəniyyəti,  davranış  qaydalarını-məhz  türklərdən  öyrənir  və  türklərə 
oxşamağa çalışırdılar.  
Kürşad  yoldaşları  ilə  gizli danışaraq  Çin imperatoru Tay  Çunqu 
oğurlayıb Türküstana aparmaq, əsir edilmiş digər soydaşları ilə dəyişmək 
məqsədi  ilə  bir  tədbir  qurmuşdular:  axşam  imperator  bağçada  gəzərkən 
onu  qaçırmalı  idilər.  40  gənc  pusqu  qurarkən  gözlənilməz  bir  tufan 
ucbatından  imperator  gəzintidən  imtina  etmişdi.  Artıq  Kürşad  və 
yoldaşlarının  sarayda  olmamaları  çinliləri  duyuq  salmışdı.  Gecikmək 
olmazdı, çinlilər onları axtarırdılar. Kürşad və silahdaşları saraya hücum 
etdilər. Yüzlərlə mühafizəçi öldürülsə də saraydan qaçıb qurtaranlar Çin 
ordusuna  xəbər  verdilər.  Ordu  saraya  doldu.  Beləlıklə  imperatoru  qaçıra 
bilmədilər. Kürşad saraydan çıxmaq əmri verdi. Onlar mehtərləri öldürüb 
atlandılar  və  saraydan  çıxdılar.  Ordu  onların  arxasnca  düşmüşdü.  Vəy 
çayına  çatanda  ordu  onları  haqlamışdı.  Kürşad  və  39  igid  məcburən 
dayandılar  və  döyüşməyə  başladılar.  Yüzlərlə  Çin  əsgəri  məhv  edildi. 
Lakin,  Çin  ordusunun  sonu  tükənmirdi.  Türk  igidləri  son  damla  qanları 
qalanadək vuruşaraq azadlıq və Vətən yolunda şəhid oldular.  
Üsyan  baş  tutmadı,  amma  bu  xəbər  “Kürşad  üsyanı”,  “Kürşad 
dastanı”  ilə  bütün  türk  ellərinə  yayılaraq  azadlıq    ideyalarını  və  torpaq 
sevgisini  qan  yaddaşında  nəsildən-nəsilə  ötürərək  bu  günümüzədək 
gətirib çıxardı.  


 
308 
* * * 
Kürşad  üsyanından  1355  il  ötəcək,  Xaqan  oğlu  Kürşad  kimi 
Qiyas  oğlu  Gürşad  da  düşmən  əsarətinə  dözməyərək  üsyan  qaldıracaq. 
Erməni işğalçılarına qarşı üsyana qalxan Gürşad 7 yoldaşı ilə iki ermənini 
öldürüb əsirlikdən azad olmağa və düşməndən qisas almağa çalışacaqlar. 
Lakin emənilər tərəfindən mühasirəyə alınan Gürşad və onun yeddi cəsur 
yoldaşı  güllələri  qurtaranadək  döyüşəcək,  yenidən  əsir  alınacaq  və 
işgəncələrdən sonra güllələnəcəklər... 
Gürşad  heç  vaxt  “Kürşad  dastanı”  haqqında  eşitməmiş  və 
eşitməyəcək  də.  Lakin,  Gürşad  və  Kürşadın  igidlikləri  min  illərlə  qan 
yaddaşımızda  qalacaq,  bir adla  iki  dastan  yazılacaq  və  gələcək  nəsillərə 
örnək olacaq.  
Bu  türk  igidlərinin  qəlblərindəki  azadlıq  atəşi  isə  böyüyərək  bütün  türk 
ellərinə yayılacaq, türk torpaqları düşməndən azad ediləcək!!!
  
 
 
 
 


 
309 

Yüklə 10,02 Mb.

Dostları ilə paylaş:
1   ...   186   187   188   189   190   191   192   193   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin