A k ġ f k a m a L



Yüklə 10,02 Mb.
Pdf görüntüsü
səhifə192/197
tarix02.01.2022
ölçüsü10,02 Mb.
#2249
1   ...   189   190   191   192   193   194   195   196   197
Palıd ağacı 
 
Boyunun  balaca  olmasına  baxmayaraq  qalın  qarı  yara-yara 
hamıdan qabaqda irəliləyən əlində avtomat, çiynində çanta, gödəkcəsinin 
ciblərində  isə  patron  daraqları  və  əl  qumbaraları  olan  əsgərin  kim 
olduğunu  soruşdum.  Əsgərlərdən  biri  dedi  ki,  Bozlu  kəndindəndir,  adı 
Həsəndir.  Xatırladım.  Əvvəllər  mənim  bölüyümdə  xidmət  etmişdi.  Indi 
qış  geyimində,  həm  də  məndən  xeyli  qabaqda  olduğu  üçün  səhərin 
alatoranında tanıya bilməmişdim. Qapalı bir adam kimi tanıdığım Həsən 
bədəncə  arıq  və  boyca  balaca  olsa  da  həmişə  qoçaqlığı  ilə  seçilərdi.  
Bəzən  onun  əsgər  yoldaşları  ona  ləqəb  qoşub  gülüşərdülər.  Həsən  də 
qarşıdakı kənddən idi. O, boya-başa çatdığı dağ yamacında mürgüləyən, 
meşələrin  qoynuna  sığınan,  büllur  bulaqlı  doğma  kəndinə  tələsirdi. 
Ürəyindən nələr keçirdi? Onu hansı qüvvə idi kəndə çəkən? Hansı qüvvə 
idi  qarlı Murov  dağlarını  aşaraq,  ac,  yuxusuz,  yorğun  hamıdan  qabaqda 
getməyə məcbur edən? Kəndi görmək arzusumu, yoxsa adi bir maraq idi? 
Hələ heç kim onun ürəyindən keçənləri bilmirdi, hələ heç kəs onun nələr 
düşündüyünü bilmirdi.  
Səhər  yenicə  açılırdı.  Aşağıda  qarlı  meşədə  qaratoyuğun 
qaqqıltısından  başqa  bir  səs-səmir  eşidilmirdi.  Dağ  yamacındakı  cığırla 
irəliləyən  əsgərlərin  sırası  xeyli  uzun  idi.  Onlar  köhnə  maşın  yolunun 
kənarı ilə-qar  yığınının  az olduğu  yerlə  tək  sıra ilə  addımlayır,  mümkün 
qədər  səs  salmamağa  çalışırdılar.  Lap  axırda  biz-minaatanlar  gedirdik. 
Biz  çiynimizdə  minaatan  və  onun  xeyli  sayda  mərmilərini  iki-iki,  üç-üç 
yük  çantalarında  80  kilometr  qarla  örtülmüş  Murov  dağını  bu  gecə 
aşmışdıq.  Murovdağın  bəzi  yerlərində  50-60  metr  qalınlığında  qarla 
örtülü dərələrdən çox çətinliklə keçmişdik. Minaatanı və onun mərmisini 
daşımaq isə demək olar ki, işgəncə idi...  
Kəndə  tez  çatmağa  tələsirdik.  Əməliyyat  planına  əsasən  kəndi 
mühasirə etməli və kənddə olan düşmənlərin birini də sağ buraxmamalı 
idik.  Kəndə  yaxınlaşanda  hava  işıqlanırdı.  Ermənilər  kəndin  sonuncu 
evinin  qabağında  odun  doğrayırdılar.  O  qədər  səssiz  gedirdik  ki,  hətta 
dağın  yamacı  ilə  kəndə  tərəf  gedərkən  düşmən  mövqeyinin  lap 
yaxınlığından  keçmişdik.  Bundan  isə  nə  düşmən  xəbər  tutmuşdu,  nə  də 
özümüzün xəbərimiz var idi...  
Üç  dəstəyə  bölünmüş  əsgərlər  kəndi  mühasirəyə  almaq  üçün 
kəndin sağ və sol tərəfindən qara bata-bata aşağı enməyə başladılar. Elə 
bu vaxt bir evin qabağında balta ilə odun doğrayan erməni onları gördü 
və  nə  isə  qışqıraraq  evə  tərəf  qaçdı.  Duyuq  düşən  düşmənlər  evlərdən 
çıxaraq  bizi  atəşə  tutdu.  Artıq  səssizliyə  son  qoyulmuş,  avtomat  və 


 
315 
pulemyotların  şaqqıltısından  qulaq  tutulurdu.  Kəndi  mühasirə  etməyə 
vaxt  çatmadı  və  əlverişsiz  bir  yerdə-dağ  yamacında-açıqlıqda  qalan 
əsgərlərə  kəndə  daxil  olmaq  əmri  verildi.  “Ura”  və  “Allah  Əkbər” 
sədaları  altında  hücuma  keçən  əsgərlər  yamacla  aşağı  yumalanaraq  və 
qaçaraq  kəndə  girirdilər.  Gizir  Telman  və  əsgər  Qabil  ermənilərə  atəş 
açaraq  döyüşçülərin  irəliləməsini  asanlaşdırırdılar.  Evlərin  arasında  və 
tövlələrin  yaxınlığında  meşə  talasında  döyüş  gedirdi.  Həsən  yenə 
hamıdan qabaqda idi. Bayaqdan onlara güllə atan erməniyə tərəf atəş aça-
aça  qaçırdı.  Palıd  ağacının  arxasına  özünü  çatdıran  Həsənin  yanında  əl 
qumbarası partladı. Qəlpələr ağacın gövdəsinə dolaraq qabığını qopardı, 
Həsənə isə  bir  qəlpə  belə dəymədi.  Özünə  səngər  seçdiyi  palıd  ağacının 
arxasından  ermənini  nişan  aldı.  Tətiyi  çəkən  kimi  düşmən  əsgəri  qarlı 
dərəyə  yuvarlandı.  O,  əsgərlərimizə  atəş  açan  digər  düşməni  axtarmağa 
başladı. Erməni bir evin tinində gizlənmişdi. Hərdən qalxıb atəş açır  və 
yenidən  gizlənirdi.  Həsənin  nişan  almağı  ilə  erməninin  qışqırmağı  bir 
oldu... Yarım saatlıq döyüşdə Həsənə yüzlərlə güllə və qumbara atılsa da 
iri  gövdəli  palıd  ağacı  onu  qoruyurdu.  Həsən  isə  öz  atəşi  ilə 
əsgərlərimizin kəndə tərəf irəliləməsinə imkan yaradırdı. Döyüşə-döyüşə 
irəli sürünən əsgələrimiz artıq kəndi düşməndən azad etmişdilər. Onlarla 
erməni  meyidi  evlərin  arasında  və  meşə  talasında  qalmışdı.  Bir  neçə 
erməni  isə  meşə  ilə  qaçaraq  canını  qurtara  bilmişdi.  Döyüş  bir  az 
səngimişdi.  Buradan  kəndin  yuxarısındakı  yandırılmış  evlər  yaxşı 
görünürdü.  Böyüyüb  boya-başa  çatdığı,  indi  isə  ermənilər  tərəfindən 
qarət edilərək  yandırılmış evlərini uzaqdan gördükdə Həsən gövrəldi və 
palıd ağacını qucaqlayaraq hönkür-hönkür ağladı. Bu həm qələbə, həm də 
kədər  yaşı  idi.  Axı  onun  doğma  kəndi  düşməndən  azad  edilmişdi. 
Yoldaşları onun yanına gələrək onu təbrik etdilər. Həsən isə hələ də palıd 
ağacını  qucaqlamışdı.  O  sanki  ağacla  pıçıldaşır,  ağacla  danışırdı.  Ona 
qovuşduğuna  hələ  də  inanmırdı.  Onun  bütün  uşaqlıq  dünyası  və 
yaddaşındakı xatirələrin çoxu bu ağacla bağlı idi. Onun ilk sevgisinə də 
bu  palıd  ağacı  şahidlik  etmişdi.  Həsən  bu  qocaman  palıd  ağacını  öz 
doğma anasını, kəndini, obasını sevdiyi qədər sevirdi. Döyüş demək olar 
ki,  qurtarmışdı.  Tək-tək  avtomat  və  pulemyotların  səsi  gəlirdi.  Qəfildən 
atılan düşmən gülləsi palıd ağacının gövdəsinə dəyib çovudu və Həsənin 
yanındakı  döyüşçülərdən  birini  yaraladı.  Əsgərlər  cəld  yerə  uzanaraq 
silahlarını  atəş  açılan  səmtə  yönəltdilər.  İri  bir  daşın  arxasında  gizlənən 
düşmən  onları  nişan  alımışdı.  Nadir  bircə  atəşlə  düşməni  məhv  etdi. 
Həsənə atılan güllələrin qarşısını isə öz nəhəng gövdəsi ilə yenə də palıd 
ağacı  kəsmişdi.  Ağacın  gövdəsinə  sancılan  güllələrin  yeri  hələ  də 
tüstülənirdi.  


 
316 

Yüklə 10,02 Mb.

Dostları ilə paylaş:
1   ...   189   190   191   192   193   194   195   196   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin