9-cu mövzu XVII-XVIII yüzillərdə ədəbi dilimiz



Yüklə 119 Kb.
səhifə6/6
tarix25.06.2022
ölçüsü119 Kb.
#62307
1   2   3   4   5   6
9-cu mövzu

(Qövsi Təbrizi)


XVIII əsrdə klassik üslubun davamı əsasən Şirvan şairlərinin yaradıcılıq fəaliyyətində özünü əks etdirir. Onların dilində Füzuliyanə ifadələr işlədilir. Bu baxımdan xüsusilə Nişat Şirvani, Şakir Şirvani, Məhcur Şirvani (XVIII əsrin birinci yarısı), Arif Şirvani, Ağa Məsih Şirvani, Baba Şirvani (XVIII əsrin ikinci yarısı) kimi şairlərin dil-üslub təcrübəsi maraq doğurur. Klassik üslubun bu cür davamlı mühafizəsi, görünür, Şirvandakı mədəni-tarixi mühitlə bağlı olmuşdur:
Həzər qıl yarın, ey dil, gör gözü güncündəki xali,
O bir əyyari-hindudir kim, olmaz fitnədən xali.
(Nişat Şirvani).
Cünün oldum genə eşqində bir şuxi-vəfadarın,
Lətafət gülşənində yəni bir gülbərgi-rüxsarın,
Anı tərk eyləmək mümkünmidir təniylə əğyarın,
Gəl, ey naseh, bəni məneylə eşqində ol yarın,
Əlacım yox dönə peyman, nə çarə, aşiqəm, aşiq.
(Şakir Şirvani)
Köksümdə könül işrəti-peykanın üçündür
Cismimdə bu can ülfəti-qurbanın üçündür.
Şirin hərəkət iylə çıxıb cilvə qılınca,
Hey-hey, nə gözəllər gözü heyranın üçündür.
Torpaq kimi gər olmuş isəm yollara yeksan,
Qurbanın olum, tutmağa damanın üçündür.
(Ağaməsih Şirvani).
Şirvan şairləri ilə eyni dövrdə M.V.Vidadi, M.P.Vaqif, Məhəmmədhüseyn xan Müştaq, Nəbi (Şəkili) yaşayıb-yaradırlar – onların dilində də klassik üslubun bu və ya digər dərəcədə əks olunduğunu görürük. Ancaq əsas diqqət folklor üslubuna verilir ki, milli ədəbi-bədii dilin keyfiyyəti də burada üzə çıxır.
Ağ yüzdə xalları filfilə nisbət,
Can quşu bağında bülbülə nisbət,
Ləbləri çiy düşmüş bir gülə nisbət,
Əhmər yanağına qurban olduğum.
(Məhəmmədhüseyn Müştaq).
Klassik janrlarda yazılan və klassik üslubu davam etdirən şairlərin bir qismi, Ə.Dəmirçizadənin tamamilə düzgün müşahidələrinə görə, Füzuli dilini mühafizə edib, bir qismi isə həm Füzuliyanə vahidlər, həm də zamanın dil vahidlərini, canlı danışıq vahidlərini işlədib. Ümumiyyətlə, klassik üslubla folklor üslubunun konkret tarixi dövrdəki münasibəti nə qədər mürəkkəb dil-üslub mənzərəsi yaratsa da milli ədəbi-bədii dilin təzahürü dərhal görünür.
Bir sıra tədqiqatçılar bu dövr Azərbaycan ədəbi-bədii dilinin təxminən aşağıdakı həcmdə üslub tiplərinə (qollarına) malik olduğunu qeyd edirlər:
a) klassik şeir üslubu;
b) dini-təbliği şeir üslubu;
c) qoşma üslubu;
ç) bədii nəsr üslubu;
d) şifahi ədəbiyyat-folklor üslubu.
Şübhəsiz, bunlar bir-birindən əsaslı şəkildə fərqlənən üslub tipləri deyil, Ancaq burası da var ki, həmin təsnifat qeyd olunan mərhələdə ədəbi-bədii dilin (bədii üslubun) yekcins olmadığını – həm tarixi xüsusiyyətlər daşıdığını, həm də yeni təmayülləri əks etdirdiyini göstərir. Ədəbi-bədii dilin milliləşməsi ədəbiyyatın janr tipologiyasının dəyişməsi ilə müşayiət olunur: bunun konkret əlaməti odur ki, XVI əsrdə aparıcı olan qəzəl janrı XVIII əsrdə qoşma ilə əvəzlənir… Ancaq həmin əvəzlənmə mexaniki bir hal deyildir, çünki qəzəlin hakimiyyəti dövründə qoşma yazıldığı kimi (Ş.İ.Xətaidən M.Əmaniyə qədər) qoşmanın hakimiyyəti dövründə də qəzəl yazılır (M.V.Vidadidən S.Ə.Şirvaniyə qədər, eləcə də sonra), eyni bir sənətkarın estetik təfəkküründə qəzəllə qoşma eyni zamanda mövcud olur (Ş.İ.Xətaidən M.P.Vaqifə, hətta Q.Zakirə qədər).





Yüklə 119 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin