2. Fövqəladə hallarda əhalinin köçürülməsi


Müharibə dövründə əmələ gələn fövqəladə halların xarakteristikası



Yüklə 48,71 Kb.
səhifə11/12
tarix25.06.2022
ölçüsü48,71 Kb.
#62282
1   ...   4   5   6   7   8   9   10   11   12
MM(1-15)

22. Müharibə dövründə əmələ gələn fövqəladə halların xarakteristikası.
Müharibə dövrünün fövqəladə һalları.

Hərbi fövqəladə hadisələr – döyüşlərin aparılması ilə əlaqədar və ya onların nəticəsində əmələ gəlmiş fövqəladə hadisələrdi.


Döyüşlərin aparılması ilə əlaqədar olan fövqəladə hadisələr bölünürlər:


23 Evakuasiya zamanı əhalinin davranış qaydaları
Köçürmə düzgün təşkil etmək üçün vaxtında əhalini xəbərdar etmək lazımdır.Qabaqcadan müəyyən olunmuş plana əsasən obyektlərin xəbərdar edilməsi MM və FH idarəsi yerli rabitə xətləri, qoşulmuş səsucaldanlar və digər texniki və hərəkətli əlaqə vasitələri ilə həyata keçirilir. Köçürülmə barədə əhali xəbərdar olunduqda dərhal hazırlanmalıdırlar.Onlar özləri ilə ən vacib olanları götürməlidirlər. Köçürmə zamanı ən lazımi şeyləri – paltar, ayaqqabı, alt paltarı, yataq ləvazimatı, şəxsi sənədlər (pasport, hərbi bilet, nigah haqqında şəhadətnamə, uşaqların doğum haqqında şəhadətnaməsi, təqaüd kitabçası, pul) və bundan əlavə 2-3 günlük qida və içməli su götürürlər. Tez xarab olmayan, saxlanması daha rahat olan və yeməzdən əvvəl hazırlanması (uzun müddət bişirilməsi) tələb olunmayan ərzaq növləri – konserv konsentrat, qurudulmuş çörək və s. Məhsullar götürmək daha yaxşıdır.
Köçürülən yaşlı adamlar sənədlərdən: şəxsiyyət vəsiqəsi, hərbi bileti, əmək kitabçasını və ya təqaüd vəsiqəsini, təhsili haqqında diplomu (attestatı), evlənmə haqqında vəsiqəsini və uşaqların doğum şəhadətnaməsini özləri ilə götürməlidir. Uşaqlar üçün paltar və ayaqqabı seçərkən, bunların mühafizə xüsusiyyətlərini və ilin fəslini nəzərə almaq lazımdır. Üç yaşadək olan uşaqlar üçün uşaq ərzaq malları – uşaq yeməyi, quru süd, konservləşdirilmiş şirələr və s. Ehtiyatları hazırlanmalıdır.
Sənədlərdən – uşaqların yaş kağızlarını və məktəb gündəliklərini götürürlər. Köçürülən uşaqların paltarı və ərzağı yığılmış çamadana (arxa çantasına) çətələ (birka) bənd etmək və onun üzərinə uşağın soyadını, adını, atasının adını, ev ünvanını və köçürülmə məntəqəsinin adını aydın surətdə yazmaq lazımdır. Məktəbəqədər yaşlı uşaqların həmişə geydiyi paltarın daxili cibinə də bu cür çətələ: uşağın adı,atasının adı, soyadı, təvəllüdü, ata və anasının ev və iş yerininünvanları göstərilən vərəq qoyulur; bu məlumatlar yazılmış ağ parça qırığı uşağın paltarının astarına (yaxanın altında) tikilsə, daha yaxşı olar.Köçürülən əhalinin ərzaqla təminatı ictimai iaşə müəssisələrinin bazası əsasında təşkil edilir, lazımi hallarda əlavə iaşə məntəqələri (yeməkxanalar) açılır.
Respublikada, şəhər və rayonlarda bütün köçürmə tədbirləri üzrə ümumi hesablamalar aparılır, burada hər bir konkret fövqəladə hadisə təhlükəsi yaranarkən və baş verərkən köçürmə işlərinin icrasına cəlb ediləcək qüvvə və vasitələr hesablanıb müəyyən edilir.
Köçürülmə zamanı adamlar öyrəndikləri yaşayış yerlərini tərk etməyə, əmlakının xeyli hissəsini evlərində qoyub getməyə, vərdiş etmədikləri şəraitdə yerləşib yaşamağa vadar olacaqlar. Hamı başa düşməlidir ki, adamların həyatını xilas etmək naminə bu çətinlik və məcburiyyətə tab gətirmək lazımdır. Buna görə də müəyyən olunmuş sərəncamları yerinə yetirmək, bu mürəkkəb tədbirlərin həyata keçirilməsində onlara kömək göstərmək hər bir vətəndaşın borcudur.
Təhlükəsiz rayonların əhalisi isə təhlükəli zonalardan köçürülüb gətirilmiş əhalinin həyat şəraitinin təmin olunması: radiasiya əleyhinə daldalanacaqlar düzəldilməsi, tənəffüs üzvlərini qoruyan ən sadə mühafızə vasitələri hhazırlanması İctimai binaların yaşayış yeri kimi uyğunlaşdırılması, əlaltı materiallardan məişət əşyaları (çarpayı, kürsü, döşək və s.) düzəldilməsi işlərində fəal iştirak etməli- yardım göstərməlidir.


Yüklə 48,71 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin