2. Fövqəladə hallarda əhalinin köçürülməsi


Evakuasiyanın təşkil üsulları və mahiyyəti



Yüklə 48,71 Kb.
səhifə10/12
tarix25.06.2022
ölçüsü48,71 Kb.
#62282
1   ...   4   5   6   7   8   9   10   11   12
MM(1-15)

21.Evakuasiyanın təşkil üsulları və mahiyyəti.

Köçürmə (təxliyə, evakuasiya) – adamların həyatı və fəaliyyəti üçün təhlükə yaranan rayonlardan əhalinin mütəşəkkil surətdə çıxarılıb (nəqliyyatda və piyada) təhlükəsiz rayonlarda (zonalarda) yerləşdirilməsi üzrə tədbirlər kompleksidir.


Evakuasiya – latın sözü evacuatio sözündən götürülmüşdür, evacuare — boşaltmaq, çıxartmaq deməkdir.

Zamandan asılı olaraq təhlükəli zonadanköçürülmə tədbirləri 2 cür həyata keçirilir:


-Qabaqcadan
-Təcili
Kütləvi qırğın vasitələrinin tətbiq edilməsi, təbii fəlaklət və təhlükəli obyektlərdə qəzaların yaranması ehtimalı barədə etibarlı mənbələrdən məlumat gəldikdə əhalinin və obyektlərin personalının təhlükəli ərazidən qabaqcadan köçürülməsi yerinə yetirilir. Bunun həyata keçirilməsinin əsası fövqəladə halın yaranmasının qısamüddətli proqnozlaşdırılmasıdır. Bu proqnozlaşdırma bir neçə saat öncə edilir və həmin müddət ərzində dəqiqləşdirilir.
Fövqəladə vəziyyət yaranarkən əhalinin və obyektlərin personalının fəlakət zonasından təcili köçürülməsi yerinə yetirilir və bu minimal vaxt ərzində həyata keçirilir. Bu müddət bir neçə dəqiqədən bir neçə saata kimi ola bilər. Təcili köçürülmənin xüsusiyyətlərindən də biri odur ki, proses köçürülənlərə müxtəlif təsir şəraitində tamalana bilər.
Miqyasından asılı olaraq təhlükəli zonadan köçürülmə 2 yerə ayrılır.
-Lokal
-Yerli
Lokal köçürülmə.Fövqəladə hal baş vermiş və ya baş verəcək ərazi – şəhər mikrorayonları və ya kiçik tipli yaşayış məntəqələri olarsa bu növ köçürülmə həyata keçirilir. Belə halda köçürülməli əhalinin və obyeklətrin personalının sayı on nəfərdən minə kimi ola bilər. Onları ən yaxın yaşayış məntəqələrində və şəhərin fövqəladə haldan zərər çəkməmiş rayonlarında yerləşdirirlər.
Yerli köçürülmə.Fövqəladə zona – aralıq şəhərlər, böyük şəhərlərin ətraf rayonları, şəhərin özlərində olan zaman bu növ köçürülmə həyata keçirilir. Belə halda köçürülməli əhalinin və obyektlərin personalının sayı bir neçə mindən yüz münə qədər ola bilər. Köçürülənlər isə daha uzaq şəhər və ya digər zonalara yerləşdirilirlər.
Fövqəladə zonaya düşən əhalinin sayından asılı olaraq köçürülmənin həyata keçirilməsini belə təsnif etmək olar:
-Ümumi köçürülmə
-Qismən köçürülmə
Ümumi köçürülmə səfərbərlik vəsiqəsi olan şəxslərdən (onlar hərbi komissarlığa getməlidirlər), eləcə də köçürülməsi qeyri-mümkün sayılan xəstələrdən və onlara xidmət edən tibbi heyətdən başqa bütün əhalinin köçürülməsini nəzərdə tutur.
Qismən köçürülmə isə ayrı kateqoriya insanların, yaranacaq təsirə daha həssas olanların, əmək qabiliyyəti olmayan, habelə istehsalat və xidmət sahələrində işləməyən əhalinin köçürülməsini nəzərdə tutur.
Köçürmənin göstərilən variantlarından birinin seçilməsi təhlükənin yayılma miqyasından və xarakterindən, həmin ərazidə yerləşən istehsal obyektlərin istifadə perspektivlərindən asılıdır.
Şəhərlərdən, rayonlardan və ayrı-ayrı yaşayış məntəqələrindən əhalinin köçürülməsi barədə qərarları aşağıda göstərilən vəzifəli şəxslər qəbul edirlər:


Yüklə 48,71 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin