2. Fövqəladə hallarda əhalinin köçürülməsi


Dərini mühafizə edən vasitələr



Yüklə 48,71 Kb.
səhifə4/12
tarix25.06.2022
ölçüsü48,71 Kb.
#62282
1   2   3   4   5   6   7   8   9   ...   12
MM(1-15)

5 Dərini mühafizə edən vasitələr

Dəri səthini mühafizə vasitələri – bədənin açıq sahələrini, paltarları, sursatı və ayaqqabıları onların səthinə ZM damcıları, yoluxucu xəstəliktörədiciləri, radioaktiv toz düşməsindən, həmçinin qismən də işıq şüalanmasının təsirindən mühafizə etmək üçün nəzərdə tutulmuşdur. Bunlar tabel vasitələrinə (ümumqoşun mühafizə komplekti – OZK, yüngül mühafizə kostyumu L-1 və əlaltı vasitələr məişət


Paltarlarının ünsürləri) növlərinə ayrılır. Mühafizə prinsipinə görə tabel vasitələrinin süzücü (havakeçirən) və təcridedici (havakeçirməyən) növləri olur.
Süzücü materialdan tikilən mühafizə paltarları ya həmişə, ya davaxtaşırı istifadə üçündür. Belə paltarlar adi parçadan tikilib xüsusikimyəvi məhlul hopdurulmuş geyimdən ibarətdir, Özünün sanitariya-gigiyenik xassələrinə görə belə paltarlar hər gün geyilmək üçün yararlıdır.

Dərini mühafizə edən süzücü vasitələrə ZFO-58 markalı süzücü mühafizə paltarı komplekti (dəsti) aiddir: Bu paltar dəsti: xüsusi biçimli və xüsusi kimyəvi maddə - pasta məhlulu hopduruldulmuş parça kombinezondan, habelə kişi alt paltarından (tuman və köynək), parça şlemaltlıqdan, iki cüt portyankadan (ayağa sarınan parça zolaqları) ibarətdir ki, bunların bir cütünə də kombinezona hopdurulmuş pasta hopdurulur. Hopdurucu pasta məhlulu ya zəhərləyici maddə buxarlarını tutub saxlayan (adsorbsiya tipli), ya da bu buxarları neytrallaşdıran (xemosorbsiya tipli) kimyəvi maddələrdən ibarətdir. All paltarlar, şlemaltlıq və hopdurulmuş bir cüt portyanka adamın bədəninə kombinezonun sürtünməsinin və kombinezona hopdurulmuş məhlulun dərini qıcıqlandırmasının qarşısını almaq üçündür.


Süzücü mühafizə paltarı komplektindəki kombinezonların ölçüləri: birinci ölçü – boyu 160 sm-ə qədər, ikinci ölçü – boyu 160 sm-dən 170 sm-ə qədər və üçüncü ölçü – boyu 170 sm-dən artıq olan üçündür.
Dərini təcridedici mühafizə vasitələri – havakeçirməyən materialdan hazırlanır, həm tam hermetik (adamın bütün bədənini örtübZM damcıları və buxarlarından qoruyan kostyum və kombinezonlar),həm də qismən, yaxud tamamilə qeyri- hermetik (plaşlar, bürünclər önlüklər və s.) ola bilər. Qismən qeyri-hermetik vasitələr (ümumqoşun mühafizə komplekti OZK, yüngül mühafizə komplekti L- 1,mühafizə kombinezonu və ya kostyumu), əsasən maye damcıları halındakı ZM- dən mühafizə edir.
Ümumqoşun mühafizə komplekti OZK – mühafizə plaşından mühafizə corablarından və mühafizə əlcəklərindən ibarətdir, adətən hopdurulmuş üst və alt paltarların üstündən geyilir.
Yüngül mühafizə kostyumu L-l (şəkil 6.7) rezinləşdirilmiş parçadan hazırlanan başlıqlı köynəkdən, corablı şalvardan, ikibarmaqlı əlcəklərdən və şlemaltlıqdan ibarətdir.


Yüklə 48,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin