2. Fövqəladə hallarda əhalinin köçürülməsi


M.M həyəcan siqnalları. Radiasiya təhlükəsi əhalinin davranışı



Yüklə 48,71 Kb.
səhifə6/12
tarix25.06.2022
ölçüsü48,71 Kb.
#62282
1   2   3   4   5   6   7   8   9   ...   12
MM(1-15)

11. M.M həyəcan siqnalları. Radiasiya təhlükəsi əhalinin davranışı
Radioaktiv maddələrlə zəhərlənmiş ərazidə əhalinin mühafizə və davranış rejimləri radiasiyasının səviyyəsindən asılı olaraqmülki müdafiə tərəfindən müəyyən edilib elan olunur.Məqsəd adamların təhlükəsiz dozadan artıq şüalanmaya məruz qalmalarının qarşısını almaqdır.Radiasiyadan mühafizə rejimi- zəhərli sahədə adamlarınardıcıl olaraq əvvəlcə radiasiya daldanacağından,bundan sonra isə adi binalarda qalması və mühafizə vasitələri işlətməsi müddətlərinitəyin edir.
Zəhərlənmiş sahələrdə qalmağa məcbur olan hallarda adamlar hökmən fərdi mühafizə vasitələrini işlətməli,2 saylı radiasiyadan mühafizə dərmanını (Aİ-2
Apteçkasından)içməlidirlər.Təhlükəsizlik vasitələrini çıxarmaq,açıq əllə ətrafdakı əşyalara toxunmaq,yerdə oturmaq və ya uzanmmaq,hərəkət və iş vaxtı toz qaldırmaq,açıq yerlərdə yemək yemək,su içmək,paltarı,ayaqqablarıçöldə təmizləmədən yaşayış binalarına girmək,ehtiyac olmadan binalardan kənara çıxmaq olmaz.
12. İşıq şüalanması və onun dəriyə təsiri nəticəsində yanıqlar.
İşıq şüalanması xeyli uzaq məsafələrdə bədənin açıq yerlərində yanmalara, gözlərin müvəqqəti və ya daimi korluğuna
Müxtəlif materialların alovlanmasına, kömürləşməsinə və ya əriməsinə, yaşayış məntəqələrində, meşələrdə, mədənlərdə yanğınlara səbəb ola bilər.
Məsələn, havada gücü 1 mln. Tonluq nüvə partlayışı zamanı 4 kal/sm2 işıq impulsu – 19 km; 10 kal/sm2 – 15 km; 16 kal/sm2 – 10 km məsafədə mövcud olur ki, nəticədə müvafiq surətdə bədənin açıq hissələrində yanıqlar baş verə bilər.
İnsan orqanizminə təsirinin ağırlıq dərəcəsinə görə yanıqlar 4 dərəcəyə ayırd edilir.

    • Birinci dərəcəli yanıq zamanı dəri qızarır, şişkinləşir, ağrılı olur. Orqanizm üçün təhlükəli deyil, ağırlaşmadan sağalır.

    • İkinci dərəcəli yanıqlar zamanı içi açıq rəngli məhlulla dolu suluqlar yaranır və xüsusi müalicə tələb olunur.

    • Üçüncü dərəcəli yanıqlar zamanı dərinin daha dərin qatları zədələnir.

    • Dördüncü dərəcəli yanıqlar zamanı dəri kömürləşir.

Üçüncü və dördüncü dərəcəli yanıqlar ölümlə nəticələnə bilər.
İşıq şüalanması qeyri-şəffaf materiallardan (divar, taxta, bina) keçə bilmir.

Yüklə 48,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin