1. Turizm statistikasının vəzifələri haqqında anlayış


Sadə və ixtisar ölçü vahidləri. Cədvəl məlumatının sadə və mürəkkəb qaydada işlənməsi



Yüklə 52,72 Kb.
səhifə9/10
tarix06.12.2022
ölçüsü52,72 Kb.
#72629
1   2   3   4   5   6   7   8   9   10
nuquş

9. Sadə və ixtisar ölçü vahidləri. Cədvəl məlumatının sadə və mürəkkəb qaydada işlənməsi
Turizm statistikasında məlumatlar izahlı mətn, cədvəl və qrafıklər şəklində verilə bilər. Statistik müşahidə materiallarının yekunlaşdırılması və qruplaşdırılmasının nəticələri əksər hallar-da cədvəl formasında ifadə olunur. Bu cədvəllər tədqiqat üçün toplanmış statistik informasiyanın təsvir və təhlilinin ən səmərəli formasıdır. Bu cədvəllərdə məlumatlar daha yığcam, aydın, ifadəli və əyani şakildə görünür.
Qeyd etmək yerinə düşər ki, hər bir cədvəl statistika cəd-vəli adlandırıla bilməz (məsələn, vurma cədvəli, loqarifma cədvəli, Bradis cədvəli və s.). Statistika cədvəlləri sətir və sütunlardan ibarət olub, sosial-iqtisadi hadisələr haqda statistik məlumatları müəyyən ardıcıllıq və əlaqədə təsvir edir. Onlar empirik məlumatların hesablanmış nəticələrinin məcmusunu əks etdirir və ilkin informasiyanın yekunlaşdırılmasının nəticəsidir. Statistik cədvəllər bir (bir neçə) mühüm əlamət üzrə öyrənilən statistik məcmunun yekun rəqəmlərlə iqtisadi təhlilinin məntiqi qarşılıqlı əlaqələrinin xarakterizəsindən ibarətdir.
Bu cədvəllərin, cümlədə olduğu kimi, “mübtəda” və “xəbəri” vardır. Onun mübtədasında xarakterizə olunan obyekt, məcmu vahidi, qruplar vahidi, yaxud məcmu bütövlükdə göstə-rilir. Öyrənilən cədvəlin mübtədasını xarakterizə edən kəmiyyət formasında göstəricilər cədvəlin xəbəri adlanır.
Statistika cədvəlləri üfüqi və şaquli şəkildə yerləşdirilmiş sətir və sütunlardan ibarət olur. Sətirlər və sütunlar bir-birini kəsən düz xətlərlə ayrılır. Onların kəsişən yerlərində (xanalarda) mübtədaları xarakterizə edən rəqəmlər yazılır.
Hər bir (o cümlədən turizm sahəsinə aid) statistika cədvə-linin ümumi, yan və yuxarı başlığı olur. Ümumi başlıq cədvəlin üstündə yazılır və cədvəldə verilən məlumatların qısa məzmu-nunu xarakterizə edir. Cədvəlin yan başlığı onun sol tərəfində, yəni cədvəlin mübtəda hissəsində yazılır və sətirlərin məzmu-nunu xarakterizə edir. Cədvəlin xəbərini xarakterizə edən yuxarı başlıq cədvəlin şaquli süturlarını əks etdirir.
Mübtədanı xarakterizə edən sətirlərin yekun məlumatı cədvəlin sağ tərəfində, xəbəri göstərən sütunların yekun məlu-matı isə cədvəlin aşağı hissəsində verilir.
Statistika cədvəlinin xəbəri sadə və mürəkkəb qaydada işlənilə bilər. Sadə işlənilən cədvəlin xəbərində göstəricilər yarımqruplara ayrılmır. Xəbəri sadə işlənilmiş cədvəl göstəricilərin paralel verilməsi prinsipinə əsaslanır.
Mübtəda xarakteri baxımından turizmdə istifadə olunan statistika cədvəllərini aşağıdakı növlərə ayırmaq olar: 1) sadə; 2) qrup; 3) quraşıq cədvəllər. Onların fərdi qaydada nəzərdən keçirilməsi zəruridir.
Sadə cədvəllərin mübtədasında öyrənilən obyekt qruplara ayrılmır. Belə cədvəllərdə məcmunun bütün vahidlərinin siyahı-sı, yaxud bütövlükdə məcmu göstərilir. Sadə cədvəlin mübtəda-sında müşahidə vahidlərinin, xronoloji tarixlərin, yaxud ərazi bölgələrinin siyahısı verilir. Sadə cədvəllər öyrənilən hadisənin sosial-iqtisadi tipini, onların quruluşunu, həmçinin onların əlamətləri arasındakı əlaqə və asılılıqları aşkar etməyə imkan verir. Sadə cədvələ misal olaraq ölkəmizdə turist qismində yer-ləşdirilmiş Azərbaycan vətəndaşlarının kəmiyyət ifadəsində dinamikasını göstərmək olar.
Azərbaycan vətəndaşları olan turistlərin yerləşdirmə həcmlərinin dinamikası İllərYerləşdirilmiş turist sayı (nəfər)

İllər

Yerləşdirilmiş turist sayı (nəfər)



2006

42412



2007

47152



2008

46034



2009

47730



2010

57777



2011

69555



2012

81638



2013

81638



2014

81858





Yüklə 52,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin