1. Turizm statistikasının vəzifələri haqqında anlayış


Variasiya və onun göstəriciləri.. Anomal müşahidələr



Yüklə 52,72 Kb.
səhifə6/10
tarix06.12.2022
ölçüsü52,72 Kb.
#72629
1   2   3   4   5   6   7   8   9   10
nuquş

6. Variasiya və onun göstəriciləri.. Anomal müşahidələr
Statistikada sosial-iqtisadi hadisə və proseslər öyrənilərkən əlamətin müxtəlif variasiyalarına rast gəlinir. Başqa sözlə desək, istənilən statistik külliyyat hər hansı əlamətə görə göstəriciləri variasiya edən vahidlərdən ibarət olur. Ümumi külliyyatda ayrı-ayrı vahidlərin əlamətə görə göstəricilərinin dəyişməsi, çoxnövlülüyü variasiya adlanır.Əlamət göstəriciləri statistikada faktor adlanan müxtəlif səbəb və şərtlərin təsiri ilə dəyişir, yəni variasiya edir.Təsir edən bütün faktorlara görə formalaşan variasiya ümumi, daha əhəmiyyət kəsb edən faktorlara görə yaranan variasiya sistematik adlanır. Ümumi variasiya sistematik və təsadüfi variasiyaların birləşməsindən formalaşır.Statistik tədqiqatlarda variasiyalara görə analiz əhə-miyyətli olub, statistik analizin əsas tərkib elementlərdən biri hesab edilir. Belə ki, variasiyaların tədqiqi, öyrənilən əlamətin göstəricilərinin dəyişməsini, başqa əlamətlərlə qarşılıqlı münasibətlərinin qiymətləndirilməsi imkanını yaradır. Variasiyanı xarakterizə edən göstəricilər külliyyata görə hesablanmış orta göstəricilərin tipikliyini müəyyən edən meyar kimi qəbul olunur. Seçimi müşahidələrdə xətaların təyin olunması zamanı istifadə olunur.Tədqiq olunan əlamətin müxtəlif göstəriciləri variantlar, onlara görə vahidlərin sayı tezliklər adlanır.Tədqiqat əlamətinin göstəriciləri ilə vahidlərin sayı əlamətin paylanmasını formalaşdırır və variasiya sırası kimi təqdim olunur.Variantlarla tezliklərin münasibəti paylanma qanuna-uyğunluqlarım üzə çıxarır və xüsusi tezlik, yığılmış tezlik, mütləq və nisbi paylanma sıxlıqları, mərkəzi paylanma göstəriciləri, paylanma formaları, ölçü göstəriciləri kimi statistik göstəricilərlə təsvir olunur.Beləliklə, variasiya eyni zaman anı və ya zaman periodunda ümumi külliyyatın ayrı-ayrı əlamətləri arasındakı fərqlərdir.
Variasiyaların statistik analizi aşağıdakı məsələlərin həllini nəzərdə tutur:
1) Variasiya sırasının qurulması;
2) Variasiya sırasının qrafik təsviri;
3) Variasiya sırasının mərkəzi paylanma göstəricilərinin
və struktur xarakteristikalarının hesablanması;
4) Variasiyanın ölçü və intensivlik göstəricilərinin
müəyyən olunması;
5) Variasiya sırasının paylanma formalarının qiymət-
ləndirilməsi.
Variasiya sırasının qurulması ümumi külliyyatın göstəricilərinin hər hansı əlamətə görə artan və azalan qaydada paylanmasını nəzərdə tutur. Variasiya sıralarında paylanma kəmiyyət əlamətinə görə aparılır. Variasiya sıralan diskret və interval sıralara bölünür. Diskret variasiya sıralarında qruplaşma diskret dəyişən əlamətə görə baş verir. Interval variasiya sıralarında qruplar müəyyən aralıqlarla aldıqları qiymətlərə görə qurulur.İstənilən variasiya sırasının tərkibində əsas üç element iştirak edir: varianlar, tezliklər, yığılmış tezliklər.
Variantlar - külliyyat üzrə tədqiq olunan əlamətin ayrı-ayn şəkildə bütün mümkün göstəriciləridir.
Tezliklər - bu və ya digər variantın ümumi külliyyatda neçə dəfə təkrarlanmasını mütləq qiymətlə ifadə edir. Bəzən təkrarlanma tezliyi adlandırılır. f -Ъ işarə olunur. Tezliklərin cəmi külliyyatın ümumi həcmini və ya külliyyatda vahidlərin ümumi sayını göstərir və mütləq şəkildə ifadə olunur.Xüsusi tezliklər - tədqiq olunan əlamətin ayrı-ayrı vari-antlarının nisbi ifadəsidir, yəni variantın tezlikləri nəticəyə görə nisbi şəkildə verilir, başqa sözlə desək xüsusi çəkiləri-dir. со ilə işarə olunur. Müvafiq olaraq xüsusi tezliklərin cəmi 1 0 0 %-ə bərabər olur.Yığılmış tezliklər (kumulyaiiv tezliklər) - tədqiq olunan əlamətin ayrı-ayrı variantları üzrə əvvəlki variantların tezliklərinin və ya xüsusi tezliklərinin cəmini müvafiq olaraq mütləq və nisbi çəkildə ifadə edir, .y-lə işarə olunur. Yığılmış tezliklər külliyyatda baxılan variantdan aşağı variantlara görə vahidlərin ümumi həcmini xarakterizə edir. Turizm hadisələrinin əlamətlərində variasiyanın mövcud-luğu statistika elmi qarşısında onun hərtərəfli tədqiq olunmasını tələb edir. Əlamətin variasiyasını müəyyən etmək nəticəsində öyrənilən məcmunun bircinsliyini, əlamətin fərdi qiymətlərinin sabit olmasını, eyni və müxtəlif hadisələrin əlamətləri arasında qarşılıqlı əlaqələrin olmasını müəyyənləşdirməyə imkan verir. Əlamətin variasiyasını ölçülməsi üçün turizm müəssisələrinin ahəngdar işləmələri mühüm təcrübəvi əhəmiyyətə malikdir.Turizm hadisələrinin əlamətlərinin variasiyasını ölçmək mühüm təcrübəvi və nəzəri əhəmiyyətə malikdir. Əlamətlərin variasiyasının ən ümumiləşdirici xarakterizəsi orta kəmiyyətlə verilə bilər. Bu kəmiyyət ancaq ümumilikdə variasiyanı xarak-terizə etmək imkanına malikdir, əlamətlərin qiymətlərinin orta kəmiyyət ətrafında necə paylandığını, onların orta kəmiyyətdən tərəddüd dərəcələrini, orta kəmiyyət əlamətin variasiyasının xarakterini tədqiq edə bilmir. Orta kəmiyyətin özünün etibar-lılığı da onun ayrı-ayrı variantlardan tərəddüd dərəcələrinin xarakterindən və onları ölçmək imkanlarından da asılıdır.Əlamətin variasiyasını ölçmək üçün variasiya genişliyi, orta xətti uzaqlaşma, dispersiya, orta kvadratık uzaqlaşma, va-riasiya əmsalları göstəricilərindən və s. istifadə edilir. Variasiya göstəriciləri ümumiləşdirici göstəricilər qrupuna aiddir.

Yüklə 52,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin