1. Turizm statistikasının vəzifələri haqqında anlayış


Orta xətti və orta kvadratik kənarlaşmalar



Yüklə 52,72 Kb.
səhifə3/10
tarix06.12.2022
ölçüsü52,72 Kb.
#72629
1   2   3   4   5   6   7   8   9   10
nuquş

3. Orta xətti və orta kvadratik kənarlaşmalar
Əlamətin variasiyasını ölçmək üçün variasiya genişliyi, orta xətti uzaqlaşma, dispersiya, orta
kvadratık üzaqlaşma və variasiya əmsalları göstəricilərindən istifadə edilir.
Variasiya göstəriciləri də ümumiləşdirici göstəricilərə aiddir. Bu göstəricilərdən bir sıra məsələlərlə bərabər, orta kəmiyyətin sosial-iqtisadi hadisələri nə dərəcədə düzgün xarakterizə etməsini müəyyənləşdirmək üçün də
istifadə edilir.
Statistikanın ümumi nəzəriyyəsi variasiya göstəricilərinin problemlərini həll edərkən riyazi statistikaya istinad edir. Bu göstəricilərdən statistika elminin müxtəlif sahələrində, o cümlədən, makroiqtisadi statistikada, sosial-iqtisadi statistikada və sahələr statistikasında geniş surətdə istifadə olunur. Ona görə də bu göstəricilərin mahiyyəti statistikanın ümumi nəzəriyyəsində ətraflı şərh edilməlidir.
Əlamətin ayrı-ayrı qiymətlərinin orta kəmiyyətlərdən uzaqlaşmalarını xarakterizə etmək üçün yenə də orta kəmiyyətə müraciət etməli oluruq. Variasiya göstəriciləri əlamətin qiymətlərinin orta kəmiyyətdən uzaqlaşmalarının orta hesabla tərəddüdlərini xarakterizə edir.
Əlamətin variasiyası bir sıra mütləq orta kəmiyyət və nisbi göstəricilərlə ölçülə bilər. Əlamətin variasiyasını ölçmək üçün istifadə edilən ən sadə göstəricilərdən biri variasiya genişliyidir. Variantın maksimum və minimum qiymətləri arasındakı fərq variasiya genişliyi adlanır
Variasiya genişliyi əlamətin qiymətlərinin tərəddüd dərəcələrinin son yüksək həddini göstərir. Variasiya genişliyi ayrı-ayrı variantların bir-birindən tərəddüd dərəcələrini əks etdirmir. Bu göstərici vüriantların çəkilərini də nəzərə almır. Ona görə dəəlamətin tərəddüd dərəcəsini ölçmək üçün bir sıra orta göstəricilərdən, o cümlədən orta xətti uzaqlaşma (−d ) göstəricisindən istifadə edilir. Orta xətti uzaqlaşma hesabi orta kəmiyyət kimi, ayrı-ayrı variantların orta kəmiyyətdən uzaqlaşmalarının mütləq qiymətləri əsasında aşağıdakı düsturlar əsasında hesablanır: {\displaystyle \sigma ={\sqrt {{\frac {1}{n}}\sum _{i=1}^{n}(x_{i}-{\overline {x}})^{2}}}.}
Əlamətin qiymətlərinin orta kəmiyyətdən uzaqlaşmalarının cəmi sıfra bərabər olduğuna görə onların mütləq qiymətlərindən /−x − x / istifadə edilir.


Yüklə 52,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin