1. Turizm statistikasının vəzifələri haqqında anlayış


Turizm tələbatı statistikasında əsas kateqoriyalar



Yüklə 52,72 Kb.
səhifə7/10
tarix06.12.2022
ölçüsü52,72 Kb.
#72629
1   2   3   4   5   6   7   8   9   10
nuquş

7. Turizm tələbatı statistikasında əsas kateqoriyalar
Turizm tələbatı xüsusi fizioloji tələbat olmaqla, insanın sağlam inkişafı və onun digər anoloji istəklərinin ödənilməsi şəraitində meydana çıxır və formalaşır. Məhz, həmin məqsədlə turizm şəraiti formalaşır. İnsan turizm subyekti olmaqla, turizm tələbatının daşıyıcısı kimi çıxış edir.
Aparılan təhlil və tədqiqatlardan göründüyü kimi,bu gün turizm bəşəriyyətin real inkişaf amillərindən və istiqamətlərindən birinə çevrilir. Son dövrlər beynəlxalq turizm fəaliyyəti daha geniş yayılmağa başlamışdır.
Müasir şəraitdə ölkəmizdə bir çox problemlərin, o cümlədən sosial, iqtisadi, maliyyə və s. həllində turizmin inkişafı mühüm əhəmiyyət kəsb edir. Müasir inteqrasiya şəraitində turizm mühüm amil və fəaliyyət sahəsi kimi, xeyli sayda kompleks problemlərin və idarəetmə mexanizmlərinin məcmusu və qarşılıqlı əlaqəsi kimi formalaşır, inkişaf edir və dəyişir. Onun sosial-iqtisadi, ictimai, mədəni, iqtisadi və s. rolu qlobal xarakter daşımaqla spesifik meyarlara əsasən qiymətləndirilir. Çünki, mövcud təbii resursların iqtisadi dövriyyəyə, istehsal və istehlak prosesinə cəlb edilməsi, onların istifadəsi üçün infrastrukturların formalaşması, son nəticədə turizmin ümumi sosial - iqtisadi yüksəlişin mühüm tərkib elementinə çevrilməsi, müəyyən nəzəri-metodoloji prinsiplər və mexanizmlər əsasında formalaşdırılmış sistemli yanaşmanın nəticəsi kimi təzahür edir
Turizm kompleksi, öz xüsusi sosial-iqtisadi mahiyyətini, inkişaf prosesində rolunu, həmçinin təşkilinin bazar modelinin spesifik xüsusiyyətlərini yaradır. Turizm kompleks vəsistemli yanaşma metodologiyası baxımından bir sıra amillərin və mexanizmlərin ərazi, coğrafi və siyasi motivini formalaşdırır, ona təşkilati-iqtisadi idarəetmə sistemi və çevik idarəetmə obyekti kimi baxılmasını tələb edir.
Аzərbаycаnın iqtisаdiyyаtının tеz inкişаf еdən sfеrаlаrındаn оlаn turizm – ən pеrspекtivli istiqаmətlərdən biri sаyılır. Ölкəmizdə turizmin inкişаfınа səbəb оlаn əsаs аmillərdən biri mədəniyyət və turizmin, еləcə də turizmlə əlаqədаr оlаn iqtisаdiyyаtın digər sаhələrinin inkişаfınа istiqаmətlənən irimiqyаslı lаyihələrə Аzərbаycаn Rеspubliкаsının Prеzidеnti İlhаm Əliyеv tərəfindən himаyə еdilməsidir. Turizm haqqında Azərbaycan Respublikası qanunu Azərbaycan Respublikasında turizm bazarının hüquqi əsaslarının bərqərar edilməsinə yönəldilmiş dövlət siyasətinin prinsiplərini, turizm fəaliyyətinin əsaslarını müəyyən edir və turizm sahəsində meydana çıxan münasibətləri tənzimləyir, sosial-iqtisadi inkişafı təmin edən vasitələrdən biri kimi turizm ehtiyatlarından səmərəli istifadə olunması qaydasını müəyyənləşdirir.Turizm və sosial-mədəni servis xidməti fəaliyyət növü kimi əhalinin asudə vaxtının səmərəli istifadə edilməsinə, ekskursiya, səyahət və turist marşrutlarının təşkilinə, həmçinin turistlərin başqa xidmət növlərindən istifadənin gücləndirilməsinə təkan verir. Turizm xidmətləri bilavasitə turist təşkilatlarının fəaliyyətinin nəticəsidir. Turizm xidməti əməyin spesifik xüsusiyyətlərini və məzmununu müəyyənləşdirən milli iqtisadiyyatın müstəqil sahəsidir. Turizmdə əmək məhsuldarlığının artım sürəti üçün xidmətin səviyyəsinin yüksəldilməsi, əməyin təşkili və stimullaşdırılmasının forma və üsullarının təkmilləşdirilməsi, turizm və sosial-mədəni servis xidmətlərinin təşkilinin yenidən qurulması zəruridir.

Yüklə 52,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin