1. Pedaqoji ünsiyyət və onun növləri



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə10/44
tarix02.01.2022
ölçüsü1,02 Mb.
#43077
1   ...   6   7   8   9   10   11   12   13   ...   44
Pedaqogika cvblar

Birinci  mərhələ.  Ünsiyyətin  modelləşdirilməsi  prosesində 

gələcək fəaliyyətin planlaşdırılması həyata keçirilir.  

• Pedaqoji məqsəd və vəzifələrinin həyata keçirilməsi;  

•  Ümumi  pedaqoji  və  mənəvi-psixoloji  vəziyyətin  nəzərə 

alınması;  

• Pedaqoqun fərdi yaradıcılığı;  

• Şagirdlərin fərdi xüsusiyyətləri;  

• Təlim və tərbiyə metodlarının sistemi.  

Bunlar pedaqoji ünsiyyətin hazırlıq mərhələsini təşkil edir.  

İkinci mərhələ.Ünsiyyətin ilkin mərhələsi başlanğıcdır və o, 

gələcək  pedaqoji  fəaliyyətin  sosial-psixoloji  və  məzmun 

aspektinin  inkişafında  mühüm  rol  oynayır.  Bu  müddətdə 

siniflə qarşılıqlı ünsiyyət yaranır.  

Bu mərhələnin mühüm elementləri aşağıdakılardır:  

• planlaşdırılmış ünsiyyət modelinin konkretləşdirilməsi;  

• yeni ünsiyyətin struktur və şəraitinin dəqiqləşdirilməsi;  

•  ünsiyyətin  bilavasitə  başlanğıc  mərhələsinin  həyata 

keçirilməsi.  

Müəllim  auditoriyanın  əhval-ruhiyyəsini  əvvəlcədən 

duymalı, seçilmiş işmetodlarından istifadə edərək imkanları 

müəyyənləşdirməli,  təşəbbüskarlıq  göstərməli,  sinifdə 

müsbət  aura  formalaşdırmalı  və  emosional  birlik  ruhu 



yaratmalıdır.  Təlimdə  idrak  fəaliyyətinin  idarə  olunması 

düzgün  təşkil  edilmiş,  planlaşdırılmış  ünsiyyət  vasitəsilə 

həyata keçirilməlidir.  


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin