1 nömrəli əlavə Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi


 Təhsil sahəsində beynəlxalq əlaqələr



Yüklə 387,61 Kb.
Pdf görüntüsü
səhifə8/9
tarix16.03.2022
ölçüsü387,61 Kb.
#53879
1   2   3   4   5   6   7   8   9
ali tehsil nizamnamesi

8. Təhsil sahəsində beynəlxalq əlaqələr 

Ali təhsil sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının qanunvericiliyi 

və tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında həyata keçirilir. Ali təhsil 

müəssisələrində tədris prosesi Avropa Kredit Transfer Sisteminə uyğun olan kredit 

sistemi əsasında təşkil edilir. Kredit sistemi üzrə tədrisin təşkili qaydaları Azərbaycan 

Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. 

Ali təhsil müəssisəsi qanunvericiliyə və özünün fəaliyyət xüsusiyyətlərinə uyğun olaraq 

xarici ölkələrin elm və təhsil müəssisələri, təşkilatlar, beynəlxalq qurumlar və fondlarla 

birbaşa əlaqələr yarada, əməkdaşlıq haqqında ikitərəfli və çoxtərəfli müqavilələr bağlaya, 

təhsil sahəsində fəaliyyət göstərən dövlət və qeyri-hökumət qurumlarına (ittifaqlar, 

birliklər, assosiasiyalar və s.) daxil ola və əməkdaşlığın digər formalarını həyata keçirə 

bilər. 


Ali təhsil müəssisəsi beynəlxalq səviyyəli birgə elm və təhsil layihələrinin hazırlanması, 

fundamental elmi tədqiqat və layihə-konstruktor işlərinin, elmi-praktik konfransların, 

simpoziumların keçirilməsi, tələbələrin, magistrlərin, doktorantların, müəllimlərin və 

elmi işçilərin mübadiləsi, iddia sənədi, patent və ya onlarla bağlı hüquqların 

özgəninkiləşdirilməsi və bu qəbildən olan digər fəaliyyətlə müvafiq normativ hüquqi 

aktlarla müəyyən edilmiş qaydada müstəqil məşğul olmaq hüququna malikdir. 

Ali təhsil müəssisəsinin (xüsusi təyinatlı təhsil müəssisələri istisna olmaqla) fəaliyyətinin 

keyfiyyətini yüksəltmək və beynəlxalq əlaqələrini genişləndirmək məqsədi ilə 

Azərbaycan Respublikasının mövcud normativ hüquqi aktlarının tələblərinə riayət 

etməklə, öz nizamnamələrinə uyğun, müstəqil olaraq xarici tərəfdaşlarla birlikdə ölkə 

daxilində və xarici dövlətlərdə müştərək struktur bölmələri (mərkəzlər, filiallar, 

laboratoriyalar, texnoparklar və s.) yaratmaq hüququ vardır. 

 

Azərbaycan Respublikası  

Nazirlər Kabinetinin  

2011-ci il 21 yanvar tarixli, 



9 nömrəli qərarı ilə 

təsdiq edilmişdir  


Yüklə 387,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin