1 nömrəli əlavə Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi


 Ali təhsil müəssisələrinə tələbə qəbulu



Yüklə 387,61 Kb.
Pdf görüntüsü
səhifə2/9
tarix16.03.2022
ölçüsü387,61 Kb.
#53879
1   2   3   4   5   6   7   8   9
ali tehsil nizamnamesi

2. Ali təhsil müəssisələrinə tələbə qəbulu 

2.1. Ali təhsilin bakalavr səviyyəsinə tam orta təhsili və orta ixtisas təhsili olan şəxslər, 

magistratura səviyyəsinə isə bakalavr səviyyəsini bitirən şəxslər ixtisasın və təhsil 

müəssisəsinin sərbəst seçimi əsasında, müsabiqə yolu ilə, müəyyən olunmuş qaydada 

qəbul oluna bilərlər. 

Azərbaycan Respublikasında tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi 

formasından asılı olmayaraq, bütün ali təhsil müəssisələrinə tələbə qəbulu biliyin 

qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə 

əsasən Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 

həyata keçirilir. 

2.2. Ali təhsil müəssisələrinin bakalavriat, magistratura, doktorantura səviyyələrinə və 

elmi təşkilatların doktoranturalarına əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qəbulu 

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında, habelə ali 

təhsil müəssisəsi ilə əcnəbi və ya vətəndaşlığı olmayan şəxs arasında bağlanan 

müqaviləyə uyğun olaraq ödənişli əsaslarla həyata keçirilir. 

2.3. Ali təhsil müəssisələrinə tələbə qəbulu planı müvafiq dövlət, həmçinin ayrı-ayrı 

müəssisə və təşkilatların sifarişi əsasında, ali təhsil müəssisəsinin imkanları nəzərə 

alınmaqla, ali təhsil müəssisələrinin və tabeliyində ali təhsil müəssisələri olan nazirlik

komitə və təşkilatların təklifləri əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti 

tərəfindən müəyyənləşdirilir. 

2.4. Hər bir təhsilalan, valideyn və ya digər qanuni nümayəndə ali təhsil müəssisələrində 

tədris prosesini tənzimləyən aşağıdakı hüquqi sənədlərlə tanış ola bilər: 

 

təhsil müəssisəsinin nizamnaməsi



 

təhsil sahəsində fəaliyyət üçün xüsusi razılıq (lisenziya); 

 

təhsil müəssisəsinin dövlət akkreditasiyası haqqında sənəd. 



2.5. Təkrar ali təhsil, ixtisasartırma və yenidənhazırlanma, stajkeçmə, rezidentura və peşə 

hazırlığı kurslarına qəbul Azərbaycan Respublikasının Təhsil Nazirliyi və ali təhsil 

müəssisəsinin təsisçiləri tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. 




Yüklə 387,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin