1 nömrəli əlavə Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi



Yüklə 387,61 Kb.
Pdf görüntüsü
səhifə4/9
tarix16.03.2022
ölçüsü387,61 Kb.
#53879
1   2   3   4   5   6   7   8   9
ali tehsil nizamnamesi

4. Elmi fəaliyyət 

4.1. Ali təhsil müəssisələrində mütəxəssis hazırlığı elmlə təhsilin vəhdəti əsasında həyata 

keçirilir. 

4.2. Ali təhsil pilləsində elmi araşdırmalar təhsili idarəetmə orqanlarının tabeliyində 

fəaliyyət göstərən elmi tədqiqat strukturlarında, ali təhsil müəssisələrində və onların 

müvafiq qurumlarında və ya bölmələrində (elmi tədqiqat institutları, mərkəzlər, 

kafedralar, laboratoriyalar və s.) aparılır. 

4.3. Ali təhsil müəssisəsinin elm sahəsində fəaliyyəti onun profilinə uyğun elmin müvafiq 

sahələrinin inkişafına, elmi tədqiqatların nəticələrinin tədris prosesinə tətbiqinə 

yönəldilir. 

4.4. Təhsil sistemində aparılan elmi tədqiqat işləri fundamental və tətbiqi xarakter 

daşıyır. 

4.5. Elmi fəaliyyət professor-müəllim heyətinin işinin tərkib hissəsidir. Ali təhsil 

müəssisələrində elmi tədqiqat işlərinin aparılması və təşkili qaydaları bu Nümunəvi 

Nizamnamə və onların nizamnaməsi ilə müəyyənləşdirilir. 

4.6. Ali təhsil müəssisələri aparılan elmi tədqiqat işlərinin nəticələrini istehsalata və tədris 

prosesinə (mühazirə, məşğələ, seminar, laboratoriya dərslərinə, kurs layihələrinə, kurs və 

buraxılış işlərinə, magistr dissertasiyalarına) tətbiq olunmasını və monoqrafiyalar, elmi 

məqalələr, dərsliklər, dərs vəsaitləri, metodik vəsaitlər şəklində dərc olunmaqla və elmi 

forumlarda məruzə edilərək yayılmasını təşkil edirlər. 




4.7. Ali təhsil müəssisələrində aparılan elmi tədqiqat işlərinin nəticələri professor-

müəllim heyətinin müəyyən vəzifələrə seçkisi və təyin olunması zamanı nəzərə alınır. 

4.8. Təhsil sistemində aparılan elmi araşdırmalar dövlət büdcəsi, müxtəlif fondlar, təhsil 

müəssisələrinin büdcədənkənar və sifarişlər əsasında daxil olan vəsaitləri, eləcə də 

qrantlar hesabına həyata keçirilir. 

4.9. Təhsilin inkişaf problemləri ilə bağlı elmi araşdırmalar innovasiya xarakteri 

daşımaqla, təhsil tarixinin öyrənilməsinə, təhsilin təşkilinin və idarə olunmasının 

təkmilləşdirilməsinə, tədris prosesinin müasir metodlarla qurulmasına, tədrisin yeni 

texnologiyalarının və digər istiqamətlər üzrə pedaqoji innovasiyaların hazırlanmasına və 

tətbiqinə yönəldilir. 




Yüklə 387,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin