1 nömrəli əlavə Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi


 Ali təhsil müəssisəsinin tədris fəaliyyəti



Yüklə 387,61 Kb.
Pdf görüntüsü
səhifə3/9
tarix16.03.2022
ölçüsü387,61 Kb.
#53879
1   2   3   4   5   6   7   8   9
ali tehsil nizamnamesi

3. Ali təhsil müəssisəsinin tədris fəaliyyəti 

3.1. Azərbaycan Respublikasının ali təhsil müəssisələrində tədris dili dövlət dili — 

Azərbaycan dilidir. Təlim ali təhsil müəssisələrinin imkanları nəzərə alınmaqla, xarici 

dillərdə də aparıla bilər. 

3.2. Ali təhsil müəssisələri ali təhsilin səviyyələri üzrə aşağıdakı təhsil proqramlarını 

(kurikulumları) həyata keçirirlər: 

 

bakalavriat; 



 

magistratura; 

 

doktorantura; 



 

əlavə təhsil. 

Azərbaycan Respublikasında beynəlxalq təhsil proqramları da həyata keçirilir. 

Beynəlxalq təhsil proqramları üzrə mütəxəssis hazırlığı dövlətlərarası müqavilələrə, 

müvafiq qanunvericiliyə və ali təhsil müəssisəsinin nizamnaməsinə əsasən tənzimlənir. 

3.3. Ali təhsil proqramlarına və onların həyata keçirilməsinə qoyulan ümumi tələblər 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli 

qərarı ilə təsdiq edilmiş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı» (bundan sonra 

— dövlət təhsil standartı) ilə müəyyənləşdirilir. 

3.4. Ali təhsilin səviyyələrində ixtisaslar üzrə təhsil proqramlarında aşağıdakı fənn 

bölmələri nəzərdə tutulur: 

 

bakalavriat səviyyəsində: 



 

humanitar fənlər; 

 

ixtisasın peşə hazırlığı fənləri; 



Humanitar fənn bölməsi sosial fəaliyyətin müxtəlif sahələrində mövcud problemləri və 

prosesləri araşdırmağı təmin etməlidir. 

İxtisasın peşə hazırlığı fənləri ixtisasa dair standart və qeyri-standart məsələləri həll 

etmək üçün lazımi bilik, bacarıq və vərdişlərin öyrənilməsini təmin etməlidir. 

Ümumi auditoriya saatlarının 15-20 faizi humanitar fənlərin, 80-85 faizi isə peşə 

hazırlığını təmin edən fənlərin tədrisinə ayrılır. 

Humanitar fənn bölməsinə məcburi fənlər kimi «Azərbaycan tarixi», «Azərbaycan dili» 

(xarici dildə təhsil alanlar üçün), «Xarici dil» fənləri daxildir. 

Bakalavr səviyyəsində təkrar ali təhsil alanlar üçün ixtisaslar üzrə təhsil proqramlarına 

uyğun qısaldılmış proqramlar da tətbiq edilə bilər. Qısaldılmış təhsil proqramlarına yalnız 

ixtisasın peşə hazırlığı fənləri daxil edilir. Bu proqramlar üzrə təhsil qısaldılmış 

müddətdə başa çatdırılır; 

magistratura səviyyəsində: 

 

ixtisaslar üzrə təhsil proqramları təhsil və elmi tədqiqat hissələrindən ibarətdir. Bu 



zaman təhsil hissəsinə ayrılan saatların həcmi 40-50 faiz təşkil edir. 


Təhsil hissəsində aşağıdakı fənn bölmələri nəzərdə tutulur: 

 

humanitar fənlər; 



 

ixtisaslaşma fənləri. 

Bu bölmələrə daxil olan fənlərin tədrisi zamanı magistrlara müvafiq elm sahəsində elmi 

tədqiqat işlərini aparmaq və təşkil etmək, müasir informasiya texnologiyalarından istifadə 

etmək, ali təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq, idarəetmə sahəsində 

fəaliyyət göstərmək vərdişləri aşılanır. 

Bu təhsil proqramları üzrə humanitar fənlər bölməsinə ümumi auditoriya saatlarının 25-

30 faizi, ixtisaslaşma fənlərinə 70 faizi ayrılır. 

Humanitar fənn bölməsinə məcburi fənlər kimi «Xarici dil», «Ali məktəb pedaqogikası» 

və «Psixologiya» fənləri daxildir. 

İxtisaslar üzrə bakalavr və magistr təhsil proqramlarının bütün fənn bölmələrinə seçmə 

fənlər daxildir. Hər iki proqramda seçmə fənlərə ayrılan saatların həcmi ümumi saat 

həcminin 25-30 faizini təşkil edir. Həmin fənlər təhsil müəssisəsi tərəfindən 

müəyyənləşdirilir. 

3.5. Ali təhsil pilləsinin ayrı-ayrı ixtisasları (ixtisaslaşmaları) üzrə təhsil proqramları 

müvafiq tədris-metodiki sənədlər əsasında həyata keçirilir. 

Bu sənədlərin formaları səlahiyyətləri çərçivəsində Azərbaycan Respublikasının Təhsil 

Nazirliyi və ali təhsil müəssisələri tərəfindən müəyyənləşdirilir. 

Ali təhsil müəssisəsi dövlət təhsil standartı çərçivəsində ali təhsil proqramlarında 

müvafiq dəqiqləşdirmələr apara bilər və bu, təhsil müəssisəsinin nizamnaməsində öz 

əksini tapmalıdır. 

3.6. İxtisaslar üzrə təhsil proqramlarında normativ təhsil müddətləri dövlət təhsil standartı 

ilə müəyyən edilir. 

3.7. Ali təhsil müəssisələrində ixtisaslar üzrə tədris prosesinin təşkili ali təhsil pilləsinin 

dövlət təhsil standartına uyğun hazırlanmış və ali təhsil müəssisəsinin rəhbəri tərəfindən 

təsdiq edilmiş tədris planı əsasında həyata keçirilir. 

Ali təhsil müəssisəsinin bakalavr pilləsində tələbələrin həftəlik maksimal tədris yükünün 

həcmi 45 saatdır (auditoriya və auditoriyadankənar məşğələlər nəzərə alınmaqla). 

Auditoriya dərsləri həftədə bakalavriat səviyyəsində 30 saatdan, magistratura 

səviyyəsində isə 16 saatdan çox olmamalıdır. 

Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyənləşdirilir və bir kredit 30 

(15 saat auditoriya və 15 saat tələbənin sərbəst işi) saata bərabərdir. Ali təhsil 

müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Azərbaycan Respublikasının Təhsil 

Nazirliyi tərəfindən təsdiq edilmiş qaydada həyata keçirilir. 

Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə 

təhsil proqramları ilə müəyyənləşdirilir. 




Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi ildə bakalavriat 

səviyyəsində 180-240 saata, magistraturada isə 120-160 saata qədər nəzərdə tutulur. 

Hər tədris ilində təlim müddəti sentyabrın 15-dən başlanır və ixtisas üzrə tədris planına 

müvafiq olaraq yekunlaşır. 

Tədris ili iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə yay tətili müddətində 6 

(altı) həftədən çox olmayaraq yay semestri də təşkil oluna bilər. 

Tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (5 həftə imtahan sessiyası) 

ibarətdir. 

Bütün təlim müddətində istehsalat təcrübəsi üçün nəzərdə tutulan müddət bakalavriat 

səviyyəsində 8-18, magistratura səviyyəsində isə 8-10 həftədir. 

Hər tədris ilində tətil müddəti 8-12 həftədir (o cümlədən, qış tətili müddəti 2 həftədən az 

olmayaraq). 

Ali təhsil müəssisələrində dərs növlərinə mühazirə, seminar, nəzəri, praktiki və 

laboratoriya məşğələləri, yoxlama işləri, elmi tədqiqat işləri, kurs işi (layihəsi) və s. 

daxildir. 

Akademik saat — 45 dəqiqədir. Bütün növ dərslər üçün 2 akademik saat 

müəyyənləşdirilir. Akademik saatlararası fasilə 5 dəqiqədən az olmamalıdır. 

Ali təhsilin bakalavriat və magistratura səviyyələrinin proqramları təhsilalanların dövlət 

attestasiyası ilə yekunlaşır. Dövlət attestasiyası bütün təhsilalanlar üçün məcburidir, onun 

hazırlanmasına və təşkilinə ayrılan müddət 6 həftədir. 

Təhsilalanların yekun attestasiyası Dövlət Attestasiya Komissiyası tərəfindən həyata 

keçirilir. Dövlət Attestasiya Komissiyasının yaradılması və işinin təşkili Azərbaycan 

Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada həyata keçirilir. Aralıq 

attestasiya imtahan formasında həyata keçirilir, hər semestr üzrə imtahanların siyahısı 

təhsilalanların nəzərinə çatdırılır. 

Təhsilalanların cari, aralıq və dövlət attestasiyası zamanı biliyinin qiymətləndirilməsi 

çoxballı (100 ballı) sistemlə həyata keçirilir və bu sistemdə A (əla), B (çox yaxşı), C 

(yaxşı), D (kafi), E (qənaətbəxş) və F (qeyri-kafi) qiymətləri müəyyənləşdirilir. Balların 

göstərilən qiymətlər üzrə bölgüsü Azərbaycan Respublikasının Təhsil Nazirliyi 

tərəfindən müəyyən edilir. 

İmtahan sessiyalarının təşkili, tələbələrin biliyinin cari və aralıq qiymətləndirilməsi, 

dövlət attestasiyasının keçirilməsi qaydaları səlahiyyətləri çərçivəsində Azərbaycan 

Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Təhsil Nazirliyi 

tərəfindən və təhsil müəssisələrinin nizamnamələri ilə müəyyənləşdirilir. 

3.8. Dövlət ali təhsil müəssisələrində əyani forma üzrə dövlət hesabına təhsilalanların 

fəaliyyətini stimullaşdırmaq məqsədi ilə onlara qanunvericiliklə müəyyən edilmiş 

qaydada təqaüdlər (o cümlədən, adlı təqaüdlər) və yardımlar verilir. 

3.9. Təhsilalanların bir təhsil proqramından və ya bir ali təhsil müəssisəsindən digərinə 

köçürülməsi, xaric edilməsi, akademik məzuniyyət verilməsi və ali təhsil müəssisəsinə 



bərpa olunması məsələləri Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən 

müəyyənləşdirilmiş qaydalarla tənzimlənir. 

3.10. Ali təhsilin bakalavriat və magistratura təhsil proqramlarını başa vurmuş və yekun 

dövlət attestasiyasından keçmiş tələbələrə ali təhsil müəssisəsini bitirməsi barədə dövlət 

nümunəli sənəd (diplom) verilir. Həmin diploma əlavədə təhsilalanlar tərəfindən 

mənimsənilmiş fənlər, onların kreditlə həcmi və qiymətlər göstərilir. 

Doktoranturada təhsilini başa vurmuş və müvafiq elmi dərəcə almış şəxslərə Azərbaycan 

Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli, 82 nömrəli qərarı ilə təsdiq 

edilmiş «Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi 

Qaydaları»na əsasən həmin elmi dərəcəni təsdiq edən vahid formada dövlət nümunəli 

sənəd - diplom verilir. Ali təhsil müəssisələrində rezidenturanı müvəffəqiyyətlə 

bitirənlərə müvafiq dövlət nümunəli diplom verilir. 

Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinin məzunlarına onların 

arzusu ilə Avropa Komissiyası, Avropa Şurası və YUNESCO/CEPES-in və ona müvafiq 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümunəsinə uyğun təhsil müəssisəsi 

tərəfindən hazırlanmış diploma əlavə də verilə bilər. 

Ali təhsilin müvafiq səviyyələrini bu və ya digər səbəbdən başa vurmayan təhsilalanlara 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 21 yanvar tarixli, 12 nömrəli 

qərarı ilə təsdiq edilmiş «Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini 

başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası»na uyğun olaraq arayış verilir. 




Yüklə 387,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin