1. Marketinq anlayışı, mahiyyəti və məqsədi Marketinq formalarının təkamülü və marketinq konsepsiyasının mahiyyəti



Yüklə 19,13 Kb.
səhifə3/5
tarix30.04.2023
ölçüsü19,13 Kb.
#104999
1   2   3   4   5
Sahibkarliq movzu 5

Əks təsirli marketinq. Əks təsirli marketinq insanın sağlamlığına və ətraf mühitə mənfi təsir göstərən məhsulların istehsalı və satışı zamanı tətbiq edilir və vəzifəsi bu məhsullara tələbatın azaldılması və yaxud həmin məhsulların vurduğu ziyanın səviyyəsini azaltmaqdır.



  1. istehlakçılarla ünsiyyət üsuluna görə marketinq- aktiv və passiv marketinqə bölünür.

Marketinq konsepsiyaları
Marketinq sahəsində marketoloqların istifadə etdikləri çoxlu sayda marketinq konsepsiyaları vardır.İlk növbədə, bütün marketinq aləmində tətbiq və istifadə edilən 3 marketinq anlayışı vardır ki, hər bir marketoloq onları bilməlidir. Bu 3 anlayış: istehsalat, məhsul və satış anlayışlarıdır. Bu marketinq konsepsiyaları bütün diqqətin istehsalat üzərində olduğu bütün sənaye erası boyunca çox faydalı olmuş anlayışlardır.
Həmin konsepsiyalar aşağıdakılardır:

  1. İstehsalat konsepsiyası - Bu konsepsiya əsasən istehsal və ya istehsalat və effektivlik məsələləri ilə əlaqədardır.

  2. Məhsul konsepsiyası - Bu konsepsiya müştərilərə adi məhsulla müqayisədə daha yaxşı xüsusiyyətlərə, xarakteristikalara ,məhsuldarlığa və keyfiyyətə malik məhsul təklif edir.

  3. Satış konsepsiyası - Bu konsepsiya istehlakçının müqavimət göstərdiyi məhsulun alınması ilə bağlı məhsulun səmərəli təşviqinə və satışına istiqamətləndirilmiş bir anlayışdır. Satış konsepsiyasının obyekti reallaşdırılması zəruri olan şirkət məhsullarıdır.

  4. Marketinq konsepsiyası - Bu konsepsiya onu göstərir ki, məhsulun dəyəri olduqda müştəri çox güman o məhsulu ehtiyacı olduğu üçün, tələb və istəyi yarandığı üçün alacaqdır.

  5. Kompleks (vahid) marketinq konsepsiyası - Bu marketinq konsepsiyası göstərir ki, marketinq sadəcə marketinq departamentinin öhdəliyi və məsuliyyəti deyildir, marketinq eyni zamanda müştərilərlə bağlı hər yerdə və müştərilərlə şirkət arasında əlaqənin qurulduğu bütün hallarda yerinə yetirilməlidir.


  6. Yüklə 19,13 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin