1. Marketinq anlayışı, mahiyyəti və məqsədi Marketinq formalarının təkamülü və marketinq konsepsiyasının mahiyyəti


Marketinq formalarının təkamülü və marketinq konsepsiyasının mahiyyəti



Yüklə 19,13 Kb.
səhifə2/5
tarix30.04.2023
ölçüsü19,13 Kb.
#104999
1   2   3   4   5
Sahibkarliq movzu 5

2. Marketinq formalarının təkamülü və marketinq konsepsiyasının mahiyyəti.
Qarşıya qoyulan məqsəddən asılı olaraq marketinqin müxtəlif formalarından istifadə edirlər.

  1. bazarı əhatə etmə dərəcəsinə görə marketinq -- daxili marketinqə və beynəlxalq marketinqə bölünür.

  2. milli iqtisadiyyatın səviyyəsini əhatə etmə dərəcəsinə görə marketinq- mikromarketinqə və makromarketinqə bölünür.

  3. tətbiq edildiyi sahənin və ya məhsulun, fəaliyyətin xarakterinə görə marketinq -kommersiya marketinqinə və qeyri-kommersiya marketinqinə bölünür.

  4. bazar seqmentlərini əhatə etmə səviyyəsinə görə marketinq bölünür:

  • differensiallaşdırılmamış marketinq

  • differensiallaşdırılmış marketinq

  • təmərküzləşdirilmiş marketinq

  1. tələbatın ödənilmə səviyyəsinə marketinqin aşağıdakı formaları vardır:

  • Konversiya marketinqi. Marketinqin bu forması bazarda müəssisənin məhsuluna neqativ tələbat olduğu halda tətbiq edilir.

  • Həvəsləndirici marketinq. Bu marketinq forması istehlakçılar müəssisənin məhsuluna maraq göstərmədiyi halda tətbiq edilir.

  • İnkişaf edən marketinq. Bu marketinq müəssisənin məhsuluna potensial tələbat olduğu halda tətbiq edilir və vəzifəsi potensial tələbatı real tələbata çevirməkdir.

  • Remarketinq. O, bazarda müəssisənin məhsuluna tələbatın aşağı düşməyə başladığı halda tətbiq edilir və məqsədi bu halın aradan qaldırılması və ya heç olmasa onun aşağı düşmə tempini azaltmaqdır.

  • Sinxromarketinq. Marketinqin bu forması müəyyən amillərin təsiri nəticəsində müəssisənin məhsuluna tələbatın həcmi ilin dövrləri üzrə ciddi tərəddüd etdiyi halda tətbiq edilir və vəzifəsi bu tərəddüdün səviyyəsini azaltmaqdır.

  • Sabit marketinq. Sabit marketinq bazarda tələblə təklif arasında tarazlıq olduğu halda tətbiq edilir və vəzifəsi bu tarazlığın pozulmasının qarşısının alınması üzrə tədbirlərin həyata keçirilməsidir.

  • Demarketinq. Bu marketinq forması tələbatın həcmi təklifin həcmindən çox olduğu, yəni «satıcı bazarının» mövcud olduğu və müəssisənin bu tələbatı ödəmək imkanı olmadığı halda tətbiq edilir. Məqsədi müəyyən tədbirlər (məsələn, qiymətin

artırılması, həvəsləndirmə tədbirlərinin və reklam fəaliyyətinin dayandırılması və s.) vasitəsilə tələbatın həcmini azaltmaqdır.
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin