1. Dilçiliyin obyekti, predmeti və vəzifələri



Yüklə 116,59 Kb.
səhifə63/64
tarix05.12.2023
ölçüsü116,59 Kb.
#173257
1   ...   56   57   58   59   60   61   62   63   64
dilciliye giris imtahan suallari

119.Sosiolinqvistika
Dil müxtəlif aspektlər üzrə öyrənilir. Həmin aspektlərdən biri də sosiolinqvistik istiqamətdir. Sosiolinqvistik tədqiqatlarda “dil faktları ilə sosial faktorlar arasındakı əlaqə və münasibətlər, bunların bir-birinə təsiri və bir-birinin variantı kimi ortaya çıxması, digər sözlə, bu iki növ fenomen arasındakı ekvivalentlik öyrənilməkdədir”. Azərbaycan dilinin regional və sosial dialektləri, ədəbi dildə norma və normalaşma, ayrı-ayrı ərazilərdəki birinci dil, ikinci dil, əcdad dil, rəsmi dil, ana dili olma və istifadə olunma problemləri dilçiliyin sosiolinqvistika sahəsində yer almaqdadır. Sosiolinqvistik istiqamətlərlə aparılan tədqiqatlarda ən çox dil və cəmiyyət, dil və etnoqrafiya, etnolinqvistika, dil və mədəniyyət əlaqələri, ikidillilik və çoxdillilik ortamları öyrənilmişdir. Dillərin sosiolinqvistik aspektdə öyrənilməsi xüsusi dil qanunauyğunluqları, onların inkişafı və cəmiyyət üzvləri arasında funksionallaşması, həmçinin də bir sıra sosial faktorların təsir dərəcəsi (sosial faktorlar dilin strukturuna öz təsirini göstərir ilə şərtlənir. Buraya dillərin sosial diferensiasiyasını, ərazi və sosial dialektləri, xalq dilini, professional jarqonları da əlavə etmək olar.
Bu elm sosiologiya və linqvistikanın birləşdiyi bilik sahəsi olan ünsiyyət situasiyalarını və kommunikativ aktları sistemli şəkildə tədqiq edir. Bundan əlavə, cəmiyyətin sosial quruluşu ilə dilin qarşılıqlı münasibəti bu problemin həllinə istiqamətlənir. Sosioloji dilçilik dillərin qarşılıqlı təsirinin, inkişafının, fəaliyyətinin ümumi və xüsusi sosial şərtləndirilmiş qanunauyğunluqlarını araşdırır. sosiolinqvistik aspektin ən başlıcası dilə funksional sistem olaraq yanaşmasındadır. Bu zaman dil sosial birlik və qruplarla sıx əlaqədə öyrənilir. Öyrənilən problem isə nitq fəaliyyətinə əcnəbi və sosial amillərin təsiridir. Sosiolinqvistik aspektlərdən biri də sosial dialektlərin mövcudluğu məsələsidir.


120.Psixolinqvistika
Psixolinqvistika nitq davranışını psixoloq və linqvistlərin kompleks şəkildə öyrənmələrini nəzərdə tutan elm sahəsidir. Psixolinqvistika özünün müstəqil tədqiqat predmetinə malikdir. Psixolinqvistikanı daha çox psixologiya «özününkü» hesab edir. Doğrudur, psixologiyada hələ çoxdan mövcud olan sahə - nitqin psixologiyası sahəsi vardır. Nitq psixologiyasınıın predmeti psixolinqvistikanın obyekti və predmeti ilə üst-üstə düşür. Ona görə də çox vaxt bu iki fənni bir-biri ilə qarışdırırlar. Bu cür eyniləşdirməyə əsas olsa da, hər-halda bu iki termini bir-birindən fərqləndirən cəhətlər də mövcuddur. Onların fərqi başlıca olaraq öyrənmə predmetində özünü göstərir. Psixologiya nitqin yaranması, anlaşılması və formalaşmasının gedişi zamanı öz diqqətini daha çox şüurun psixi funksiyalarının xüsusiyyətlərinə yönəldirsə, psixolinqvistika bunlarla yanaşı bu funksiyaların insanların nitq fəaliyyətində və nitq davranışında ifadə vasitələrini (verbal və qeyri-verbal) də nəzərə almağa çalışır. Psixolinqvistika olduqca gənc elmdir.Bu elm, təxminən XX əsr 50-ci illərin sonu, 60-cı illərin əvvəllərində meydana gəlib. 
Psixolinqvistikanın öyrəndiyi sahələrə aiddir:

  • Nitqin yaranması. Nitqin yaranmasının mərhələli xarakteri. Daxili nitqin növləri. Nitq mülahizəsinin böyük və kiçik proqramları.

  • Nitqin qavranması. Nitq söyləmənin formasının qavrayışı və məzmunla mənanın konstruksiyası. Nitq qavrayışının mərhələli xarakteri. Mətnin real həqiqətləri əks etdirmə vasitəsi kimi qavrayışı.

  • Dilin ontogenezi. Anadangəlmə/qazanılmış dil qabiliyyəti. Dil qabiliyyətinin formalaşmasının ilkin şərtləri. Doğma və xarici dillərin öyrənilməsi zamanı yaranan fərq. Ontogenez biliyinin ümumiləşdirilməsinin formalaşdırılması.

  • Nitqi ünsiyyət. Fəaliyyət, ünsiyyət, kommunikasiya və dilin nisbəti. Fəal ünsiyyət sxemi. Ünsiyyətin əlavə modellərin köməyi ilə təsviri. Ünsiyyət prosesinin modeli.



Yüklə 116,59 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin