1. Dilçiliyin obyekti, predmeti və vəzifələri


Mətn və diskursu fərqləndirən cəhətlər



Yüklə 116,59 Kb.
səhifə61/64
tarix05.12.2023
ölçüsü116,59 Kb.
#173257
1   ...   56   57   58   59   60   61   62   63   64
dilciliye giris imtahan suallari

116.Mətn və diskursu fərqləndirən cəhətlər
Diskurs (frans. discours) mətnin ekstralinqvistik — praqmatik, sosial-mədəni, psixolofi və digər amillərlə birlikdə məcmusudur, hadisələr aspektində götürülmüş mətndir, məqsədyönlü - sosial hadisə kimi, insanların qarşılıqlı əlaqəsində və onların düşünmə mexanizmlərində (koqnitiv proseslərdə) iştirak edən komponent kimi götürülən nitqdir. Diskurs həyata dalmış nitqdir. Ona görə də mətn terminindən fərqli olaraq diskurs termini canlı həyatla əlaqəsi bilavasitə bərpa edilməyən qədim və digər mətnlərə tətbiq edilmir. Diskursa nitqin diskursun strukturu ilə diktə edilən aşağıdakı əsas funksiyaları yerinə yetirən paralinqvistik müşayiəti (mimika, festlər) daxildir: ritmik (cavtodiriforluq) funksiya, sözləri dilin tətbiqinin predmet sahəsi ilə əlaqələndirən referent funksiyası (deyktik festlər), semantik funksiya (bəzi mənaları müşayiət edən mimika və festləri müqayisə et), emosionalqiymətləndirici funksiya, müsahiblərə, yəni illokutiv qüvvəyə təsir göstərmə funksiyası (təhrik, inandırma festlərini müqayisə et). Diskurs müvafiq chəyat formaları ilə birlikdə öyrənilir (reportai, müsahibə, imtahan dialoqu, instruktai, etiraf və s.-i müqayisə et).
Diskursun mətndən fərqi onun real gerçəkliklə əlaqəsində, konkret zaman və məkan daxilində baş verməsindədir. Diskurs prosesində qeyriverbal təşkiledicilər də yer alır. Diskursun yaranması zamanı, daha doğrusu, kommunikasiya aktı prosesində iştirakçılar paralinqvistik vasitələrdən (jest, mimika və s.) istifadə edirlər. Danışıq prosesinin iştirakçıları paralinqvistik vasitələrin ifadə etdiyi mənanı başa düşürlər. Məsələn, başın hərəkəti ilə bir şeyi təsdiq və inkar etmək, həmsöhbətə jestin köməyi ilə cavab vermək. Həmsöhbətin fikrinə münasibətin ifadəsi kimi mimikanın dəyişməsi və s. diskursun təşkilediciləri olur. Yazılı mətndə bu jest və mimikanınn üçüncü tərəfin hiss etməsi üçün imkan yalnız müəllif nitqi vasitəsi ilə əldə olunur. Müəllif respientlərin və ya müsahiblərin hansı hərəkətləri və necə yerinə yetirdiklərini oxucuya çatdırır və beləliklə, onları, nitqin müşahidəçilərinə çevirir.

117.Sintaksisdə paradiqmatik münasibətlər


Paradiqmatik münasibətlər elementlərin sistem çərçivəsində münasibətləridir. Sintaksisdə paradiqmatik münasibətlər isə cümlələrin struktur tipləri (yarımtipləri) arasında münasibətlər və bir cümlə tipindən başqalarına keçmə qaydalarıdır. Cümlələr arasında münasibətlər hər şeydən əvvəl sintaktik paradiqmalar — müəyyən dərəcədə sözformalarının qarşı qoyulmuş sıraları ilə düzələn morfoloji paradiqmalara analoji olan sintaktik strukturların qarşı qoyulmuş sıraları çərçivəsində reallaşır. Məsələn, müxtəlif kommunikativ tipli cümlələrə — nəqli, sual, təhrik/təşviq cümlələrinə müvafiq gələn strukturlar sintaktik paradiqma yaradır: Sər yatırsan — Sən yatırsan? (Sən yatırsanmı?) — Yat!
Paradiqmanın müstəqil üzvü kimi sintaktik cəhətdən fərqlənən cümlə çıxış edə bilər; sırf morfoloji fərqlər isə paradiqmaya yeni üzv vermir.Sintaktik paradiqmanın üzvləri bir-birindən onlara daxil olan əsas sözlərin mənası ilə deyil,yalnız qrammatik cəhətdən fərqlənir.Sintaktik paradiqmanın üzvləri arasında münasibətlər morfologiyadakı formadüzəldici əlaqələrə oxşardırsa,o halda sözdüzəldici əlaqələeə derivasiya münasibətləri oxşardır.Derivasiya münasibətləri bir-birindən törənmiş kimi qiymətləndirilə bilən ,həm də törəmə cümlənin yalnız sintaktik cəhətdən deyil,leksik cəhətdən də fərqləndiyi cümlələr arasında olur.Sintaktik paradiqmada xüsusi yeri perifrazetmə qaydaları tutur.Bu qaydalar cümləni onun mənasını saxslamaqla necə dəyişdirməyi göstərir.Perifrazetmə qaydaları istər cümlənin yalnız sintaktik strukturuna ,istərsə də onun leksik tərkibinə toxuna bilər.Cümlənin mənası tam şəkildə onun leksik doldurulması ilə təyin edilmədiyindən sintaktik paradiqmanın üzvləri arasında münasibətlər perifrazetmə qaydaları ilə bəzən təsvir oluna bilir,bəzən isə yox.



Yüklə 116,59 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin