1 Aynur Qəzənfərqızı



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə3/37
tarix23.05.2022
ölçüsü0,93 Mb.
#59103
1   2   3   4   5   6   7   8   9   ...   37
3833-Naghillarin Potikasi Baki-Aynur Qezenferqizi 2020-102s

 
 



ÖN SÖZ 
 
Kültür elə əzəmətli bir gücdür ki, tanklardan, toplar-
dan belə çox təsir edir topluma. Kültürü və elmi inkişaf et-
miş cəmiyyətin mənəvi dəyərlərini pozmaq da çətindir. Tə-
sadüfi deyil ki, iki yüz il rus zülmündə və istismarında qal-
mış xalqımız öz kültürünü ən gözəl səviyyədə qoruya bil-
mişdir. Kültürün gücünün fərqində olan liderlər xalqları 
zəbt etmək üçün məhz kültürəl assimiliyasiyaya üstünlük 
vermişlər. Günümüzdə dövlətlər bir-birindən son texnoloji 
yenilikləri, yeni silahları, elmi kəşfləri oğurlayır. 1940-cı il-
lərdə dünya dövlətləri atom bombasının sirrini oğurlamağa 
çalışırdı. Qədim dövrdə isə bu, daha çox süjetlərin oğurlan-
ması ilə nəticələnirdi. “Kəlilə və Dimnə” əsərinin süjetinin 
Hindistandan oğurlanıb gətirilməsi üçün İran şahı Xosro-
vun Bəyruzəyə əlli dəvə yükü qızıl verməsi və lazım olarsa 
yenə də xərcdən çəkinməyəcəyini deməsi, nağılı hansı yolla 
olursa olsun, onun sarayına gətirməsini tapşırması o dövr 
üçün nağıl mətnlərinin nə dərəcədə əhəmiyyətli olduğunu 
göstərir. Bəyruzənin nağıl mətnini saraydan oğurlaya bil-
mək üçün necə ciddi cəhdlə illər boyu plan qurduğunu dü-
şündükdə həmin mətnin hansı səviyyədə dəyərli olduğunu 
və sarayda necə qorunduğunu təsəvvür etmək olar. Bu da 
nağıl mətninin necə bir dəyərə malik olmasından xəbər ver-
məkdədir (htpp: Kəlilə və Dimnə).
Buradan belə bir nəticəyə gələ bilərik ki, günümüzdə 
olduğu kimi əski çağda da kültürəl “savaşlar” mövcud idi. 
İşğal zamanı qalib ölkə liderinin işğal etdiyi ölkənin kitab-
xanalarını, ən gözəl sənət əsərlərini, alim və sənətkarlarını 



öz ölkəsinə aparması da bir növ kültürəl işğal sayılırdı. Hət-
ta bir xalqı öyrənmək, işğal edib zəbt altında tuta bilmək 
üçün onun kültürünü, xalqın sosial, psixoloji, iqtisadi vəziy-
yətini öyrənmək yetərli idi. Bu məsələlər isə özünü ən gözəl 
şəkildə nağıllarda ehtiva edir. Buna görə də nağılların xüsu-
si bir fənn kimi öyrənilməsi ideyası tamamilə məqsədyönlü-
dür. Dərs vəsaitimizdə nağıllar forma, məzmun, obraz xü-
susiyyətləri ilə yanaşı, həm də tarixi aspektdən araşdırılmış-
dır.

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin