1 Aynur Qəzənfərqızı



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə5/37
tarix23.05.2022
ölçüsü0,93 Mb.
#59103
1   2   3   4   5   6   7   8   9   ...   37
3833-Naghillarin Potikasi Baki-Aynur Qezenferqizi 2020-102s

a-Mövzu: Nağıllarda hər insanı maraqlandıran dünyəvi 
dəyərlər və mövzulardan bəhs edilir. Xüsusilə uşaqlara mə-
nəvi keyfiyyətlər aşılanır. Bundan başqa nağıl mətninin 
içində iştirak edən obrazların, hadisələrin təhlili də verilir. 
Haqsızlığa qarşı haqlının mübarizəsi mütləq qalib gəlir.
b-Hadisə: Nağıllar, əsasən, “hadisə”lərdən ibarət olur. 
Hadisələr isə təxəyyülün məhsulu olur. Bu qeyri-adi hadisə-
lər göstərir ki, nağıllarda “imkansız” bir şey yoxdur. Hər 
şey mümkündür.
c-Yer: Nağılda müəyyən yer anlayışı yoxdur. Burada 
əsasən xəyali yer götürülür və hadisələr burada cərəyan 
edir. Məsələn, Qaf dağının arxasında bir ölkə, yerin altı, ye-
rin üstü, pərilər diyarı. Bəzi hallarda Misir, Bağdad, Hin-
distan kimi yer adları çəkilir. Ancaq burda çəkilən yer adla-
rı əsasən şərti xarakter daşıyır. Söyləyici əsasən macəraların, 
olayların baş verdiyi Bağdadı, əfsanələr diyarı Hindistanı, 
tarixilik qoxan Misiri, gözəlliklər diyarı İsfahanın adını ona 
görə çəkir ki, bu yerlər məşhur və cəzbedicidir. Nağıllarda 
bu yerlər mücərrədlik xüsusiyyəti daşımaqdadır.
d- Zaman: Nağılda zaman da müəyyən deyil. Keçmiş 
bir zamandan danışılır, ancaq bu zaman da müəyyən deyil. 
Nağıllarda hadisələr əsasən nəqli keçmiş zamanın (“mış”) 
şəkilçisinin köməyi ilə danışılır. Bu da hadisələrə qeyri-mü-


12 
əyyənlik bəxş edir. Məsələn: “Biri var imiş, biri yox imiş. 
Əvvəl zaman içində, xəlbir saman içində bir məmləkətin bi-
rində bir şah var imiş”. Buradakı təkərləmələr zamanın mü-
əyyənsizliyini göstərir. 
e-Obraz: Nağıl qəhrəmanları qeyri-adi xüsusiyyətlərə 
malik ola bilər. Nağıllarda “pəri, div, cücə, ifritə, qulyaba-
ni, şahmaran, Simurq quşu” kimi obrazları görə bilirik. Bə-
zən real həyatda görə bilməyəcəyimiz obrazlar nağıllarda 
qarşımza çıxa bilər. Obrazlar burada ya yaxşıdır, ya da pis-
dir. Yaxşılar hər zaman yaxşılıq edər, pislər isə pisliklə məş-
ğul olar. Yaxşılar nağılın sonunda hökmən qələbə çalır, pis-
lər isə uduzur, yaxud ifşa olunaraq cəzalanır.

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin