1 Aynur Qəzənfərqızı



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə7/37
tarix23.05.2022
ölçüsü0,93 Mb.
#59103
1   2   3   4   5   6   7   8   9   10   ...   37
3833-Naghillarin Potikasi Baki-Aynur Qezenferqizi 2020-102s

 
 


14 
Mif və nağılın əlaqəsi 
 
Mif və nağılın əlaqəsini müəyyənləşdirmək üçün əvvəl-
cə nağıl və mifin ayrı ayrılıqda təriflərini müəyyənləşdirək. 
Nağıl haqqında yuxarıda kifayət qədər danışdıq.
Bəs mif nədir?
Mif termini yunanca “mûthos”, sözündən yaranmışdır və 
nəql edilmiş, danışılmış mənasındadır. Homer və Hesiod 
bu ifadəni uydurma, yaxud gerçək olduğunu nəzərdə tut-
madan “hekayənin duyğusu” adlandırmışlar.
Qədim yunan ədəbiyyatında mifologiya (muthologi) ter-
minini ilk dəfə istifadə edən Platondur. O, bu terminin ya-
ranma yollarını belə göstərmişdir: kültürün mifi, miflərin 
toplanması, onların danışılması, ortaya çıxması və araşdırıl-
ması. 
19-cu əsrə qədər mif sözü işlədilməsə də, mifologiya 
terminindən geniş şəkildə istifadə edilmişdir. [The Concise..., 
1986:307.] 
Mif sözünün yerinə isə antik yunan ədəbiyyatındakı 
mifləri ifadə etmək üçün nağıl termini istifadə edilmişdir. 
Məsələn, Samuel Consonsun 1755-ci ildə yazdığı lüğətdə 
mif sözü olmasa da, mifologiya, mifoloji ifadələri var. Eyni 
zamanda “fable” – nağıl sözünün də tez-tez mif əvəzində iş-
ləndiyini görə bilərik (Samuel J. 1755:746).
“Fable”ın – (nağılın) açıqlaması isə həmin lüğətdə belə 
verilir: nağılın sistemi; bütpərəst dünyada allahların davra-
nışlarını izah edən hekayələr. Mifologiyanın sanballılığı mü-
qayisə olunmasındadır: uzaq diyarlarda baş verən olaylar; 


15 
bu olaylar bir zamanlar – Nuh əyyamından qalma zaman-
da, utopiya məkanında baş verib ['Mythology'… 1755: 
1345]. 
Araşdırıcılar 19-cu yüzillikdən mifi “fable”dən – (nağıl-
dan) fərqləndirir və müstəqil elm sahəsi kimi öyrənməyə 
başlayırlar. Qeyd edək ki, alimlər mifin necə adlanması ba-
rədə ortaq məxrəcə gəlməmiş və müxtəlif təriflər vermişlər.
“Mifı narodov mira” kitabında isə mifologiyanın yaşa-
nıb unudulmuş hadisələrdən ibarət və bəzən də tamamilə 
təxəyyülün məhsulu olduğunu, dini yaxud siyasi liderlər tə-
rəfindən uydurulub yayıldığını qeyd edirlər (Мифы наро-
дов..., 1987:11). 
Doğan Kaya mifi belə təsvir edir: “Mif dünyanın, hey-
vanların, bitkilərin və insanların yaradılışı, ölümün mənşə-
yinə aid ilkin bilgilərdir və onlarla əlaqəli inancları nəql 
edir. Dünyada baş verənləri simvollaşdırır və formalaşdırır. 
Başqa cür desək, mif şüurun və düşüncənin məhsuludur, 
yəni dialektik məntiqin nəticəsində yarandığı üçün gerçək-
dir” (Türk halk..., 2007:528-529). 
Sovet folklorşünaslığında mifə verilən tərif daha çox 
materialist dünyagörüşünün nəticəsidir: təbiət hadisələri-
nin, kortəbii qüvvələrin, səma cisimlərinin insanların xəya-
lında, təsəvvür və düşüncələrində müəyyən bir şəklə salın-
ması, gah insanlara, gah da tanrılara bənzər təsvir olunma-
sıdır. Mif şifahi xalq ədəbiyyatının ən qədim janrlarından 
biri hesab olunur. Bu janrı ibtidai insanların ibtidai təsəv-
vür və anlayışları yaratmışdır (Hacıyev A., 1996:270). Bu 
sitatda ibtidai insan anlayışı, fikrimizcə, qəbuledilməzdir. 
Qəbul etsək, o zaman ibtidai insan, yəni “zəka səviyyəsi 


16 
aşağı”, “müasir insandan daha az düşünmə qabiliyyətinə 
malik insan” fikrini də qəbul etməliyik. Halbuki bəşəriyyət 
hələ də piramidaların, asma bağların sirrini açmamışdır. İb-
tidai insan anlayışı onların inanc sisteminə görə yaranmışsa 
və müasir insan əgər doğrunu tapmışsa, dünyamızdakı din-
lərin birdən çox olmasını açıqlamaq da mümkün olmaz. 
Deməli, “ibtidai insanın təsəvvürü” ifadəsi əvəzinə “qədim 
dövrdə yaşamış insanın təsəvvürü” ifadəsinin işlənməsi daha 
doğrudur.
Bizcə, mif qədim insanın inancında, kültüründə möv-
cud tanrılar, dünya və insanın yaradılmasına dair təsəvvür-
lər, əfsanələr onların mənalarını təhlil və təsnif edən elm sa-
həsidir. 
Bütün bu dediklərimizdən belə bir nəticəyə gəlirik ki, 
mif ilə nağılın əlaqəsi hər ikisinin folklor mətni olması, 
məzmunun uydurma olmasından başqa, həm də uzun 
müddət hər iki janrın bir-birinə qarışdırılmasından ibarət-
dir.



Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin