Imtahan suallari cavabi



Yüklə 304,46 Kb.
səhifə1/15
tarix05.06.2023
ölçüsü304,46 Kb.
#125243
  1   2   3   4   5   6   7   8   9   ...   15
Imtahan sualların cavabı yeni


Imtahan suallari cavabi
1.C++ proqromlaşdırma dilinin strukturu.
C++ dilində “Salam dünya” proqramı aşağıdakı kimi olar:
#include
using namespace std;
int main ()
{
cout << "Salam dunya";
}
Gəlin bu proqram mətninin hər bir sətrini ayrı-ayrılıqda nəzərdən keçirək. İlk sətir: #include
Burada include direktivi vastəsilə iostream başlıq faylı(header file) proqrama əlavə olunur. Bu bizə ekranda məlumat çap etmək, istifadəçidən məlumat qəbul etmək v.s. kimi giriş-çıxış əməliyyatlarını yerinə yetirən standart funksiyalardan istifadə etməyə imkan verir.
Növbəti sətir:
using namespace std;
Bu sətirdə biz std ad sahəsindən istifadə etdiyimizi bildiririk. Hələlik bunun nə demək olduğunu başa düşməyə çox da çalışmayaq. Sadəcə hər bir proqramımızın əvvəlinə bu sətri əlavə etməklə kifayətlənək. Çünki elə məqamlar var ki yeni başlayanda onların üzərində çox dayanmaq sadəcə vaxt itkisinə səbəb olur.
Növbəti sətir:
int main ()
Bu sətirdə main adlı funksiya elan edirik. C++ proqramları müxtəlif funksiyalardan ibarət olur. main funksiyası proqramın əsas funksiyasıdır və proqram icra olunmağa main funksiyasından başlayır. Hər bir C++ proqramında main funksiyası mütləq olmalıdır.
Növbəti sətir:
{
Bu açan fiqurlu mötərizə main funksiyasının kod hissəsinin başladığını bildirir.
Növbəti sətir:
cout<<"Salam dunya";

2.Həll alqoritiminin yaradılması verilənlər strukturunun təyini.
Həll yolu alqoritmi məlum olan istənilən məsələni kompüterdə həll etmək mümkündür.Xarakterinə görə məsələləri aşağıdakı siniflərə bölmək olar.
-Elmi-texniki məsələr
-İqtisadiyyat-statistika məsələləri
-Informasiya-məntiqi məsələləri
-İdaretmə və modelləşdirmə məsələləri
Kompüterdə məsələlərin həll olunması aşağdakı mərhələlərdə apırılır. 1.Məsələnin qoyluşu

  1. Həll olqoritminin yaradılması

  2. Proqramlaşdırma dilinin seçilməsi və alqoritmə əsasən ilkin proqramın tərtibi.

4.Proqramın kopüterə daxil edilməsi və sazlanması
5.İlkin verilənlərin kompüterə daxil edilməsi nəticələrin alınması və təhlili Müəyyən tip məsələlərin həllində bu mərhəllələrdən bəziləri olmaya da
bilər.Məsələn sistem proqram təminatının yaradılmasında məsələnin riyazi təsviri tələb olunmur.
Göstərilən mərhələlər bir-birilə əlaqəlidirlər.Bəzi hallarda müxtəlif mərhələlər arasında əlaqələr o qədər sıx olur ki onları bir-birindən ayırmaq çətin olur.

  1. Məsələnin qoyluşu.Məsələnin müvəffəqiyyətli həlli onun düzgün qoyuluşundan çox asılıdır.Məsələnin qoyluşunda sadə hallarda aşağdakılar nəzərdə tutulur.İlkin verilənlərin siyahısı tipi dəqiqliyi ölçüləri başlanğıc və sərhəd sətirləri vəs.

  2. Həll alqoritminin yaradılması.Bu mərhələdə seçiliş həll metoduna uyğun məsələnin həll alqoritmi tərtib edilir.Məsələnin həlli ayrı-ayrı müstəqil bloklara bölünür və həmin blokların yerinə yetirilmə ardıcılığı təyin olunur.

Nəticədə alqoritmin blok sxemi qurulur.

  1. Proqramlaşdırma dilinin seçilməsi və ilkin proqramın tərtibi.

Hazırda proqlamlaşdırma üçün müxtəlif dillər mövcüddur.Həll olunan məsələnin xarakterinə komputerdə mövcud olan transyatorla proqramçının hazırlıq səviyyəsinə görə proqramlaşdırma dili seçilir.Sonra isə məsələnin həll alqoritmi əsasında seçilmiş dildə proqram tərtib edilir.Ona ilkin proqram adlanır.

  1. Proqramın kompüterə daxil edilməsi və sazlanması.

.Bu iş translayator adlanan proqram vastəsilə yerinə yetrilir.Proqramın sazlanması proqramda buraxılmış səhvlərin düzəldilməsidir.

  1. Verilənlərin kopüterə daxil edilməsi və nəticənin təhlili.

Proqram sazlandıqdan sonra məsələnin həlli üçün tələb olunan verilənlər klaviaturadan və ya fayllardan daxil edilir məsələ həll olunur.Alınan nəticələr proqramçını təmin etmirsə ilkin verilənlərdə məsələnin qoyuluşunda və alqoritmindteze müəyyən dəyişikliklər edilir və yenidən məsələ proqramçını təmin edənə kimi həll olunur.
Verilənlər strukturları ilk növbədə iki hissəyə bölünür:

  1. Sadə

  2. Mürəkkəb

Sadə verilənlər strukturları, sistem tərəfindən məlumatların əvvəlcədən müəyyən edilmiş şəkildə saxlanılması üsullarıdır. Char, int, float, double, sadə verilənlər strukturlarına nümunədir.Mürəkkəb verilənlər strukturları:Sadə verilənlər strukturlarından istifadə etməklə hazırlanan məlumat strukturlrına deyilir.
3.Alqoritmin xassələri.
Alqoritim-– qarşıya qoyulan məsələni həll etmək üçün yerinə yetirilməsi vacib olan əməliyyatlar ardıcıllığıdır.
*Xassələr:
Müəyyənlik,
kütləvilik,
diskretlik,
nəticəvilik.
Müəyyənlik-Alqoritmin hər bir addımı dəqiq və birqiymətli təyin olunmalıdır.

Yüklə 304,46 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin